Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-46/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimova Jalə Müseyib qızının katibliyi, üçüncü şəxs X10 və onun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-88/2023 saylı qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli protokolunun 10 nömrəli qərarından çıxarışdan görünür ki, Quşqara Bələdiyyəsinin mülkiyyətində (“alqısatqı predmeti” sözünün üzərindən xətt çəkilmişdir) olan 23000 kv.metr və ya 2.30 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə (“mülkiyyətə” sözünün üzərindən xətt çəkilmişdir) verilməsi məqsədilə açıq hərrac və ya müsabiqə keçirilməsi qərara alınmışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, hərraca çıxarılması nəzərdə tutulan torpaq sahəsi 2.50 ha olmaqla Göygöl rayonu Quşqara Bələdiyyəsinin mülkiyyətinə aiddir. Nəzərdə tutulan torpaq sahəsi şərti yararsız torpaq sahəsi olmaqla hərraca çıxarılması qanunamüvafiqdir.
3. 16.02.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 2.5 ha digər təyinatlı torpaq sahəsi Göygöl rayonu Quşqara Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmış şəhadətnamədən görünür ki, X1 rayonu Quşqara Bələdiyyəsinin mülkiyyətində olan 2.3 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayonu Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş müsabiqənin qalibidir.
5. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2011-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xx.xx.2011-ci il tarixli, 21 saylı protokol əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsi X4 icarəsinə verilmişdir.
6. xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsi xx.xx.2011-xx.xx.2010-cu il (99 il) müddətinə X5 xeyrinə yüklü edilərək onun icarə hüquqları qeydə alınmışdır.
7. Torpaq sahənin plan və ölçü sənədindən görünür ki, X5 icarəsinə verilmiş Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə AA seriyalı, 007410 nömrəli plan və ölçüsü tərtib edilmişdir. Sənəd əsaslar kimi, Göygöl rayonu DNK, xx.xx.2011-ci il tarixli, 3m-1-18 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi: DTXK Göygöl rayon şöbəsi, xx.xx.2011-ci il tarixli, 21 nömrəli hərrac şəhadətnaməsi göstərilmişdir.
8. xx.xx.2012-ci il tarixli, 001 nömrəli Daşınmaz əmlakın icarə müqaviləsindən görünür ki, Göygöl rayonu X8 rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsini X4 icarəsinə verilmişdir.
9. Torpaq sahənin plan və ölçü sənədindən görünür ki, X5 icarəsinə verilmiş Göygöl rayonu Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdə AA seriyalı, 011438 nömrəli plan və ölçüsü tərtib edilmişdir. Sənəd əsaslar kimi, Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 001 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi, Göygöl rayon Torpaq hərrac və müsabiqə komissiyası, xx.xx.2011-ci il tarixli, 43 nömrəli hərrac şəhadətnaməsi göstərilmişdir.
10. xx.xx.2012-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinə dair 99 il müddətinə X5 icarə hüququ qeydə alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş bölğü planından görünür ki, X7 ayrılmış torpaq sahəsinin bölgü planı tərtib edilmiş, plan onunla razılaşan X10 və Quşqara Bələdiyyəsi tərəfindən imzalanmışdır.
12. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 2.3 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.
13. xx.xx.2021-ci il tarixli, A 635227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Göygöl rayonu, Quşqara kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 2.3 hektar torpaq sahəsinin koordinatları göstərilmişdir (həmin sənədin tərtib edilməsinə əsas "xxxx" MMC, Hərracın yekun protokolu, 8, xx.xx.2021 və xx.xx.2011-ci il tarixli, 2(104)-300/2011 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin icra vərəqəsi olmuşdur).
14. “Hərracın yekunları barədə” xx.xx.2021-ci il tarixli, 008 nömrəli protokoldan görünür ki, tam dəyəri 34500 manat olan Göygöl rayonu Quşqara Bələdiyyəsinə məxsus 2.3 ha torpaq sahəsi qalib (alıcı) İddiaçı satılmışdır.
15. Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2.3 ha torpaq sahəsinin verilməsi ilə bağlı Göygöl rayonu Quşqara Bələdiyyəsinin heç bir qərarı olmamışdır.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma zamanı, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 icarəsində olan 2.3 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olundu. Ekspertiza baxışında cavabdeh və üçüncü şəxs-X10 iştirak etməmişdir. Belə olan təqdirdə araşdırma zamanı, iddiaçı-İddiaçı mübahisəli ərazidə X4 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Qeyd olunanlara əsasən, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın A 635227 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 1.67 ha hissəsi iddiaçının mübahisəli ərazidə X4 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın A 635227 nömrəli Plan və ölçü sənədindəki koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0.63 ha hissəsi isə, iddiaçının mübahisəli ərazidə, X4 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsində deyil, həmin sahə ilə həmsərhəd ərazidə yerləşməklə üst-üstə düşmür.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-1295/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********50 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışa dair X2 adına tərtib olunmuş A-635227 nömrəli, xx.xx.2021-ci il tarixli plan və ölçü sənədinə əsasən 2.3 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin koordinatları, Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********98 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışa dair X5 adına tərtib olunmuş AA-011438 nömrəli, xx.xx.2012-ci il tarixli plan və ölçü sənədinə əsasən 2.3 ha torpaq sahəsinin koordinatları ilə eynilik (üst-üstə düşür) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 20 oktyabr 2011-ci il tarixdə qəbul etmiş olduğu, hal-hazırda mülkiyyətində olan 2,30 ha torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair 10 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda 3-cü şəxsin icarəsində olan 2.3 ha torpaq sahəsi bələdiyyənin ona borcu olduğu üçün borc əvəzində ona satılmışdır. İddiaçı torpağı alıb adına çıxarış aldıqdan sonra bu torpaq sahəsinin iş üzrə üçüncü şəxsin icarəsinə verildiyini bilmişdir. Bunu bildikdən sonra iddiaçı icarəçiyə məktub göndərib yeni icarə müqaviləsi bağlamağını təklif etmiş, ancaq üçüncü şəxs nə ona yaxın gəlmiş, nə də ona icarə müqaviləsi ilə bağlı torpağın mülkiyyətçisi kimi icarə haqqını ödəməmişdir. O, Göygöl Rayon Məhkəməsində icarə müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırmış, iddiası təmin edilməmiş və ona məxsus torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də, iddiaçı Göygöl Rayon Quşqara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsinə dair iddia qaldırmaq məcburiyyətindədir
20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-88/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
22. Məhkəmə iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, cavabdehə işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisəli torpaq sahəsinə dair sənədlərin təqdim edilməsi tələb edilmiş, cavabdeh tərəfindən isə yalnız xx.xx.2012-ci il tarixli, 001 nömrəli Daşınmaz əmlakın icarə müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sözügedən müqavilədə torpaq sahəsinin DT və XK-nin Göygöl rayon Torpaq hərrac və müsabiqə Komissiyasının xx.xx.2011-ci il tarixli, ********* saylı şəhadətnaməsinə əsasən üçüncü şəxsin icarəsinə verilməsi qeyd edilsə də, cavabdeh tərəfindən hərrac və müsabiqə sənədləri məhkəməyə təqdim edilməmişdir. Bu faktın özü isə həmin sənədlərin tərtib olunmasını şübhə altına alır. Göründüyü kimi mübahisələndirilən qərarın ləğv edilməməsi iddiaçının mülkiyyət hüququnu pozduğundan məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati akt Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 nömrəli qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. Üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-88/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, Göygöl rayon Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 saylı qərarı bələdiyyə mülkiyyətində olan 2.30 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti il məşğul olmaq üçün açıq hərrac vasitəsi ilə onun onun icarəsinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi Quşqara Bələdiyyəsidir və onun mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam vermək hüququ dövlət tərəfindən tanınmış hüquqdur. İcarə hüququ xx.xx.2012-ci il tarixdə, **********98 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınaraq DƏDRKX tərəfindən ******* nömrəli çıxarış verilmişdir və həmin tarixdən də icarəsinə verilən torpaq sahəsi yüklü edilmişdir. Məhkəmə heç bir səbəb göstərmədən 13 il bundan əvvəl yüklü edilmiş torpaq sahəsinin hansı əsasla cavabdeh tərəfindən reyestr qeydiyyatına alınmasını araşdırmamış və əsassız olaraq bələdiyyənin 2011-ci ildə torpaq sahəsinin icarəsinə verilməsinə dair qərarını ləğv etmişdir. İddiaçının, eləcə də, onun hüquqları DƏDRK tərəfindən qeydiyyata alınmış və iddiaçının mülkiyyət hüququ qeydiyyata alınarkən onun barəsində reyestrdə saxlanılan məlumatların uyğunluğu yoxlanılmamışdır. Nəticədə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 9-cu maddəsinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 və onun nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 157. İİ hissə Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.
30. “İcarə haqqında” Qanun: Maddə 1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Maddə 15.1 İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
31. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Maddə 26. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir.
32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prossesual hüquq normaları düzgün tətbiq olunmamışdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
48. İş materialları ilə müəyyən edilir ki, “Hərracın yekunları barədə” 008 nömrəli, xx.xx.2021-ci il tarixli protokol ilə tam dəyəri 34500 manat olan Göygöl rayonu Quşqara Bələdiyyəsinə məxsus 2.3 ha torpaq sahəsinin qalib (alıcı) İddiaçı satılmışdır. xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 2.3 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış və xx.xx.2021-ci il tarixli, A 635227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Göygöl rayonu, Quşqara kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 2.3 hektar torpaq sahəsinin koordinatları göstərilmişdir (həmin sənədin tərtib edilməsinə əsas "xxxx" MMC, Hərracın yekun protokolu, 8, xx.xx.2021 və xx.xx.2011-ci il tarixli, 2(104)-300/2011 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin icra vərəqəsi olmuşdur).
49. Göründüyü kimi, hazırda mübahisələndirilən Göygöl rayonu Quşqara Bələdiyyəsinə məxsus olmuş 2.3 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş və hərracın nəticələrinə əsasən iddiaçı qalib olduğundan torpaq sahəsi ona satılmışdır. Nəticədə iddiaçı da mübahisəli əraziyə dair öz mülkiyyət hüquqlarını qeydə aldırmış və bununla bağlı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır.
50. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən, X1 rayonu Quşqara Bələdiyyəsinin mülkiyyətində olan 2.3 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayonu Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2011-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xx.xx.2011-ci il tarixli, 21 saylı protokol əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsi X4 icarəsinə verilmişdir. Bunun əsasında üçüncü şəxs X4 icarə hüquqları qeydə alınmış və xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsi xx.xx.2011-xx.xx.2010cu il (99 il) müddətinə X5 xeyrinə yüklü edilmişdir. “Torpaq sahənin plan və ölçü sənədi”ndən də görünür ki, X5 icarəsinə verilmiş Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə AA seriyalı, 007410 nömrəli plan və ölçüsü tərtib edilmişdir. xx.xx.2012-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Göygöl rayonu Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinə dair 99 il müddətinə X5 icarə hüququ qeydə alınmışdır.
51. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətinə verilmiş “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 2.3 hektar torpaq sahəsi ilə xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə X4 icarəsinə verilmiş Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-1295/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********50 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışa dair X2 adına tərtib olunmuş A-635227 nömrəli, xx.xx.2021-ci il tarixli plan və ölçü sənədinə əsasən 2.3 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin koordinatları “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********98 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışa dair X5 adına tərtib olunmuş AA-011438 nömrəli, xx.xx.2012-ci il tarixli plan və ölçü sənədinə əsasən 2.3 ha torpaq sahəsinin koordinatları ilə eynilik (üst-üstə düşür) təşkil edir.
52. Göründüyü kimi, mütəxəssis rəyi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda qeyd edilmiş İddiaçı Abdulla oğluna məxsus və üçüncü şəxs X4 icarəsində olan torpaq sahələrinin eynilik təşkil etdiyi müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair üçüncü şəxs X4 icarə hüquqları xx.xx.2011-ci ildə, daha sonra xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Abdulla oğlunun mülkiyyət hüququ isə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı həmin torpaq sahəsini alan zaman torpaq sahəsi artıq üçüncü şəxsin xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Hazırkı mülkiyyətçisi isə mübahisəli torpaq sahəsini üçüncü şəxsin icarə hüquqları ilə yüklü əldə etmişdir. Mülki qanunvericilik icarəyə verilmiş əmlakın özgəninkiləşdirilməsini istisna etmir. Mülkiyyətçinin dəyişməsi isə üçüncü şəxsin icarə hüquqlarına xitam verilməsinə səbəb olmur. Bu zaman iddiaçı artıq icarəçiyə münasibətdə yeni icarə verən hesab olunur.
54. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, qanunvericilik icarə predmetinə münasibətdə qanunsuz müdaxiləyə mülkiyyətçi ilə icarəçinin hüquqlarının eyniləşdirilməsi prizmasından yanaşır. Bu yanaşma bilvasitə icarə münasibətlərinin məzmunundan irəli gəlir və icarəçinin torpaq üzərində sahiblik və istifadə hüquqlarının mühafizəsinə yönəlmişdir. Göründüyü kimi, üçüncü şəxsin icarəsinə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi verilmişdir. İş materialları ilə müəyyən edilir ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş və onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
55. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Yəni, iddiaçı mülkiyyəti əldə etdiyi andan əvvəlki icarə verəni, yəni Göygöl rayon Quşqara Bələdiyyəsini əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Odur ki, iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrin onunla davam etdirilməsini tələb edə bilər. İddiaçı iddia ərizəsində bununla bağlı üçüncü şəxsə müraciət etdiyini bildirsə də, lakin iş materiallarında bunu təsdiq edən sübutlar yoxdur. Üçüncü şəxs sonradan icarə hüquq münasibətlərindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsindən yayındığı təqdirdə, iddiaçı yeni əsasla icarə hüquq münasibətlərinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
56. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-88/2023 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla, İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.