Məhkəmə qərarları › İş №2-1(104)-460/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-460/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-460/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərdə düzəliş edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, “sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edərək düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-756/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin kənd daxili ərazisindən Cavabdeh1 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı ilə satılması qərara alınmışdır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşməsi müəyyən edilmiş və ayrılmış torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanması məqsədəuyğun hesab edilmişdir.

3. Quşçu bələdiyyəsi ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə torpaqların alğı-satqısına dair akt bağlanmış və Cavabdeh1 tərəfindən bununla bağlı bələdiyyənin hesabına 143.70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********90 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Ərizədə qeyd olunan torpaq sahəsi ilə bağlı uyğunsuzluğa dair məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.

7. Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 45 nömrəli cavab məktubunda bildirilir ki, Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinə dair bütün sənədlər, o cümlədən 2020-ci ilə qədər bələdiyyə sənədləri Daşkəsən rayon Dövlət Arxivinə təhvil verilmişdir.

8. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-13RA/1-48/2023 nömrəli cavab məktubunda bildirilir ki, Daşkəsən rayon X8 rayonu Quşçu bələdiyyəsinin mühafizə olunan 109 nömrəli fondu yoxlanılmış, sənədlərin tərkibində Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgi-sxemi və ya yerquruluşu planından çıxarış barədə sənədlər mövcud deyil.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatına dair çıxarışlar və onların əsasında verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərində qeyd olunmuş koordinatların rəqəmsal elektron xəritədə (kadastrda) düzgün işlənilməklə torpaqların ilkin torpaq ayırma sənədləri, faktiki istifadə vəziyyəti və hazırda hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilərək düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Sahib Təbrizi küçəsində yerləşən 0.06 ha torpaq sahəsini Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarına əsasən alğı-satqı yolu ilə almış və həmin torpaq sahəsinin ona məxsus olmasına dair bələdiyyə qərarı, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin təsdiq etdiyi rəy, torpağın ayrılmasına dair plan sxemi mövcuddur. Həmin sənədlərin həqiqiliyi heç şübhə doğurmur, çünki mötəbərdir, 2006-cı il tarixdən də həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib hazırda da yaşamaqdadır. O, orada yaşayayaşaya qohumu olan hazırkı iş üzrə cavabdeh X12 qonşusu olan X3 0.02 ha torpaq sahəsini almışdır. Onun aldığı torpaq sahəsi Mahmud Orucova xx.xx.2006-cı il tarixli JN- 184A saylı Torpağın mülkiyyətə verilməsi haqqında Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsindən kəsilərək 0.02 ha hissəsi satılmışdır. Bu isə o deməkdir ki, hazırkı iş üzrə cavabdeh Etibar Musayevə satılmış torpaq sahəsi Mahmud Orucova məxsus torpaq sahəsi ilə sərhəddə olmalıdır, yəni həmin torpaq sahələrinin fiziki cəhətdən sərhədləri olmalı və bir-birini tamamlamalıdır. Lakin reallıqda bu belə deyil, çünki Etibar Musayev həmin torpaq sahəsini alandan sonra DƏDRX-nin əməkdaşları ilə qanunsuz əlaqələrə girərək torpaq sahəsinin koordinatlarını sürüşdürərək ona məxsus olan torpaq sahəsinin koordinatlarının üzərinə daşınmaz əmlakın dövlət reyestrində işləmişlər. Hazırkı iş üzrə mübahisənin yaranmasına da məhz bu koordinatları sürüşdürməklə torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi olmuşdur. Bu sürüşdürməni etməkdə Etibar Musayevin məqsədi isə ondan ibarətdir ki, onun torpağı əlverişsiz yerə düşür, eyni zamanda o boş torpaq sahəsini alıb, onun aldığı torpaq sahəsində ev yoxdur, lakin sürüşdürmə edərək onun öz torpağında inşa etdiyi evin yerləşdiyi torpağı öz adına qeydiyyata alıb, daha sonra da həmin evi də öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıb. Bu dediklərinin sübutu kimi o, çıxarışlarda və plan ölçü sənədlərində 0.02 ha torpaq sahəsi ilə bağlı koordinatların alğısatqıdan sonra dəyişməsinə diqqəti cəlb etmək istəyir. Bilindiyi kimi, torpaq sahəsinin daşınmaz əmlak olması və yerləşmə koordinatlarının neçə dəfə alqı-satqı yolu ilə mülkiyyətçisinin dəyişməsinə baxmayaraq torpaq sahəsinin koordinatları dəyişməz qalır, bunun dəyişməsi mümkünsüz bir haldır. Lakin bu mümkünsüz hal onların başına gəlmiş və bunu sonradan verilmiş çıxarışlar sübut edir. Belə ki, mübahisəli 0.02 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə 4Ə-1-116 saylı alqı-satqı müqaviləsinə əsasən X5 məxsus 0.06 ha torpaqdan ayrılaraq X2 və ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra, xx.xx.2020-ci ildə 4Ə-181 alqı-satğı müqaviləsi ilə Nazilə Musayeva 0.02 ha torpaq sahəsini X1 və sonuncuya xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra, xx.xx.2020-ci ildə həmin 0.02 ha torpaq sahəsini hazırki iş üzrə cavabdeh olan Etibar Musayev almışdır və ona xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, vətəndaş Etibar Musayevin aldığı 0.02 ha torpaq sahəsinin coğrafi koordinatları ilə X6 məxsus olmuş 0.02 ha torpaq sahəsinin koordinatları eyni olmalı idi, lakin bu koordinatlara vizual cəhətdən baxış keçirərkən görürsən ki, koordinatlar arasında ciddi fərq var. Bu da onun haqlı olmasını göstərir ki, torpaq sahəsinin koordinatları sürüşdürülərək ona məxsus olan torpaq sahəsinin üzərinə işlənmişdir. Bunun nəticəsində ona məxsus olan fərdi yaşayış evi də Etibar Musayevin adına qeydə alınmış 0.02 ha torpağın sərhədlərinə düşmüş və onun fərdi yaşayış evinin də Etibar Musayevin adına qeydiyyata alınması ilə nəticələnmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-756/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun X7 qeydiyyat sənədlərini mübahisələndirmək üçün ilk növbədə ona bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır. Lakin iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X10 məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin zəruri texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-756/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır;

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir;

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir;

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır;

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur;

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir;

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

28. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

29. Hazırda iddiaçı Cavabdeh1 X7 alğı-satqı əsasında aldığı 0.02 ha torpaq sahəsinin koordinatlarını sürüşdürərək ona məxsus olan torpaq sahəsinin koordinatlarının üzərinə işlənildiyini iddia edərək, X7 adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatına dair çıxarışlar və onların əsasında verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərində qeyd olunmuş koordinatların rəqəmsal elektron xəritədə (kadastrda) düzgün işlənilməklə torpaqların ilkin torpaq ayırma sənədləri, faktiki istifadə vəziyyəti və hazırda hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilərək düzəlişin edilməsini tələb edir.

30. Lakin iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X10 məxsus torpaq sahəsi ilə eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmamışdır.

31. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-37/2023 nömrəli məktubuna Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı və digər sənədlər əlavə edilsə də, onların arasında Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgi-sxemi və ya yerquruluşu planından çıxarış mövcud olmamışdır.

32. Daşkəsən rayon Quşçu bələdiyyəsi xx.xx.2023-cü il tarixli 45 nömrəli məktubunda Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinə dair bütün sənədlərin Daşkəsən rayon Dövlət Arxivinə təhvil verildiyini bildirmiş, Daşkəsən rayon Dövlət Arxivi isə xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-48/2023 nömrəli məktubunda bildirmişdir ki, Daşkəsən rayon X8 rayonu Quşçu bələdiyyəsinin mühafizə olunan 109 nömrəli fondu yoxlanılmış, sənədlərin tərkibində Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgi-sxemi və ya yerquruluşu planından çıxarış barədə sənədlər mövcud deyil.

33. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisələndirilən X7 adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyatın aid olduğu torpaq sahəsinin iddiaçıya məxsus olmasına diar hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının mübahisələndirmək hüququ, başqa sözlə tələb üzrə subyektiv hüququnun olmasını istisna edilir.

34. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-756/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar