Məhkəmə qərarları › İş №2-1(104)-462/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-462/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-462/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1996- cı il tarixdə ********** VÖEN ilə 12 saylı Ərazi Vergi Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

2. "xxxx" MMC ilə bağlanmış D05/2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçıya • 8 ədəd 28.320 manat dəyərində su qaldırıcı nasos ESV 10-65-110 satılmış, bu barədə xx.xx.2021-ci il tarixdə EBAY seriyalı, 245771 nömrəli elektron qaimə, xx.xx.2021ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. • 2.124 manat dəyərində 1 ədəd su qaldırıcı nasos ESV 6-10-110; 5.900 manat dəyərində 2 ədəd su qaldırıcı nasos ESV 8-25-150 satılmış, bu barədə xx.xx.2021- ci il tarixdə EBAY seriyalı, 568898 nömrəli elektron qaimə, xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. • 1.906,88 manat dəyərində 202 kisə sement 600 marka; 3.540,00 manat dəyərində 20 ədəd dəmir list 12-lik; 138,06 manat dəyərində 13 ədəd rezba 114 mm; 368,16 manat dəyərində dəmir dirsək 114 mm; 1327,50 manat dəyərində 15 qab emulsiya mavi 25 kq; 1534,00 manat dəyərində 65 qutu boya mavi okeanus 2.51; 3.245 manat dəyərində 11 ədəd su sayğacı 100 mm; 472 manat dəyərində 2 ədəd su sayğacı 80 mm; 1.298 manat dəyərində 11 ədəd zadvişka 100 mm; 188,80 manat dəyərində 2 ədəd zadvişka 80 mm satılmış, bu barədə xx.xx.2021-ci il tarixdə EBAY seriyalı, 803254 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı tərtib edilmişdir.

3. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********176700 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir.

4. "xxxx" MMC ilə bağlanmış 23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçıya. • 1 ədəd 7.100 manat dəyərində qazma baltası 295 mm; 900 ədəd 4.320 manat dəyərində uqolnik 50 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDE seriyalı, 228213 nömrəli elektron qaimə tərtib edilmişdir. • 71.977,36 manat dəyərində 998 metr **********-metal boru 168 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDG seriyalı, 485979 nömrəli elektron qaimə tərtib edilmişdir • 5.074 manat dəyərində 1 ədəd **********-qazma baltası 215,9 mm; 8.378 manat dəyərində 1 ədəd **********-qazma baltası 295 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDM seriyalı, 697683 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı tərtib edilmişdir. • 4.828,56 manat dəyərində 1860 kq **********-sinkləşdirilmiş məftil; 796,50 manat dəyərində 1.500 metr **********-Katinka 8 mm; 8.496 manat dəyərində 1500 metr 722111100-Uqolnik 50 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDN seriyalı, 806019 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı da tərtib edilmişdir.

5. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir.

6. "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə iddiaçıya • 1.998 manat ƏDV olmaqla, 13.098,00 manat dəyərində 300 metr **********- metal boru 168 mm; 900 manat ƏDV olmaqla, 5.900,00 manat dəyərində 2 ədəd **********- Qazma baltası satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDA seriyalı, 859869 nömrəli elektron qaimə tərtib edilmişdir. • 2.322 manat ƏDV olmaqla, 15.222,00 manat dəyərində 3 ədəd **********- Qazma baltası 215,9 mm; 3.834 ƏDV olmaqla, 25.134,00 manat dəyərində 3 ədəd **********- Qazma baltası 295 mm; 5.904 manat ƏDV olmaqla, 38.704 manat dəyərində 2000 ədəd **********-Qazma baltası 394 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDC seriyalı, 222023 nömrəli elektron qaimə tərtib edilmişdir.

7. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********342800 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir.

8. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlayaraq müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədləri 5 iş günü ərzində vergi orqanına təqdim olunmasını tələb etmişdir.

9. İddiaçı xx.xx.2024-cü il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, uyğunsuzluqda qeyd edilən qaimələr üzrə əvəzləşdirilən ƏDV məbləği kameral vergi hesablama ilə əvəzləşmədən silinən qədər olmamışdır. Həmin qaimələr əvəzləşdirilən məbləğ 30.000 manat olmasına baxmayaraq silinən əvəzləşmə 48.000 manatdır.

10. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ilə kameral vergi yoxlaması nəticəsində Mart 2024 dövrü üzrə 30563.60 manat ƏDV hesablanmış, 18.143,60 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. Qərar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 17:47:54-də imzalanmış, iddiaçı tərəfindən xx.xx.2024 tarixdə, saat 15:20:08-də oxunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ilə iddiaçıya 30.563 manat əlavə vergi məbləği hesablanmışdır. Verginin hesablanmasına əsas isə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyat aparması əsas göstərilmişdir. “EKOS TRADE" X5 ilə əməliyyatlar EBDA seriyalı, 859869 nömrəli və xx.xx.2023-cü il tarixli və EBDC seriyalı, 222023 nömrəli və xx.xx.2023cü il tarixli elektron qaimələr ilə aparılmışdır. “EKOS TRADE" MMC əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Vergi məlumat bazasına əsasən “EKOS TRADE" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini Nazirlər Kabineti müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin müvafiq maddəsindən aydın olur ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatlar Nazirlər Kabineti tərəfindən təsdiq edilən Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarında nəzərdə tutulmuş əməliyyatlar olmalı və vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə Dövlət Vergi Xidmətinin qərarı olmalıdır. İddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş “EKOS TRADE" X3 ilə aparılan alğı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alğı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və bu səbəbdən iddiaçı bu barədə məlumatlı olmamışdır. Məhz buna görədə vergi orqanının 2024-cü ildən əvvəlki dövrlərə oxşar qərar qəbul etməsi qanunvericiliyin və Ali Məhkəmənin analoji işlər üzrə vahid məhkəmə təcrübəsinə ziddir. 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə olan dəyişikliklərə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifəsi olaraq, həmin məlumatları vergi orqanlarında tələb etmək isə hüququ olaraq təsbit edildiyi üçün izah verilən məsələ 2024-cü ildən əvvəlki hesabat dövrlərinə şamil edilir.

13. Cavabdeh məhkəməyə təqdim etdiyi **********657300 nömrəli etirazında bildirmişdir ki, İddiaçınə (VÖEN: **********) 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bu qərarla iddiaçıya 2024-cü ilin mart ayı üçün 30563.60 manat ƏDV hesablanmışdır. ƏDV məbləğinin hesablanmasına əsas vergi ödəyicisinin əvəzləşdirilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatları riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi üçün əvəzləşdirilmədən çıxarılması olmuşdur. Belə ki, iddiaçı 2021-2024-cü illər ərzində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyatlar aparmış və onlardan e-qaimə əsasında müxtəlif mallar almışdır. Lakin qeyd olunan müəssisələr riskli vergi ödəyicisi hesab olunduğundan onlarla aparılan əməliyyatları ilə bağlı əvəzləşmələri qəbul olunmamışdır. "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********176700 nömrəli qərar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Onun riskli vergi ödəyicisi hesab olunmasına səbəb və əsas xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin e-qaimə ilə satışında 24.0 m.m ( ƏDV-si 4.3 m.m) dəyərində su qaldırıcı nasos satışı qeyd olunmuşdur. Lakin vergi ödəyicisinin idxalı və alışında su qaldırıcı nasos aşkar edilməmişdir. Beləliklə, əldə olunmamış malların satışı riskli hesab edilir. Həmçinin "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********176700 nömrəli qərar mübahisələndirilməmiş və həmin qərar hal-hazırda qüvvədədir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş e-qaimə isə İddiaçınə verilən qaimədir. Belə ki, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 245771 nömrəli e-qaimə əsasında İddiaçı "xxxx" MMC-dən dəyəri 24000 manat, ƏDV-si 4300 manat olan su nasosu almışdır və bu əməliyyata görə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Riskin başlanma tarixi xx.xx.2021-ci il tarix hesab olunur və daha sonrakı EBAY seriyalı 568898 nömrəli eqaimə ilə də rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli əməliyyatı da su nasosunun satışı ilə bağlı olmuşdur. Vergi ödəyicisinin vergi orqanında qeydiyyata alındığı xx.xx.2020-ci il tarixdən 2021-ci ilin aprel ayına qədər olan dövr ərzində alışı və idxalı araşdırılmış, lakin hər hansı məlumat aşkar edilməmişdir. Vergi ödəyicisinin alışında və idxalında hər hansı mal aşkar olunmamasına baxmayaraq o, İddiaçınə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində su nasosu, su sayğacı və digər növ tikinti materialları təqdim etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar xx.xx.2021-ci il tarixli EBAY seriyalı 245771 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 568898 nömrəli və xx.xx.2021-ci il tarixli EBAY seriyalı 803254 nömrəli qaimlərlə rəsmiləşdirilmiş və "xxxx" MMC tərəfindən İddiaçınə müvafiq olaraq ilk iki qaimə üzrə su nasosları, sonuncu xx.xx.2021-ci il tarixli EBAY seriyalı 568898 nömrəli qaimə üzrə isə boya, emulsiya, rezba və s. kimi məhsullar təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə əməliyyatları əldə olunmamış malların satışı ilə bağlı olduğundan İddiaçı həmin əməliyyatlarla bağlı əvəzləşmələri qəbul edilməmişdir. "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli qərar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Onun riskli vergi ödəyicisi olmasına səbəb və əsas 26.04-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində “lampa, alçıpan, otsep və s.” təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Belə ki, araşdırma zamanı "xxxx" MMC-nin ünvan 1 ünvanında “Anbar” adı qeydiyyatda olan obyektində xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-18001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində (əsas sahəsi 30 kv m, yardımçı sahəsi 0 kv m) faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi ilə əlaqə yaratmaq qeyri-mümkün olduğundan, icarədar "xxxx" ASC-nin mühasibi ilə müşahidə keçirilib. İcarədarın nümayəndəsi ASC-nin ərazisində olan 2-ci mərtəbəsində yerləşən DVP material ilə bölünmüş qapısı bağlı sahəni göstərərək, obyektin həmin hissəsini icarə müqaviləsi əsasında “Molater Es" MMC-yə icarə verildiyini bildirib. Həmin anbarın fotoşəkilləri qoşmada təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6142/2024 nömrəli qərarı əsasında iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6142/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş 2023-cü ilin aprelsentyabr ayları üzrə iddiaçı tərəfindən aparılmış əməliyyatlarla bağlı “malların (işlərin)” təqdim edilməsi haqqında cədvəldən görünür ki, iddiaçı tərəfindən müxtəlif şirkətlərdən qaimələr əsasında mallar alınmışdır. Bunlardan bir qismi tikinti materialı və bununla bağlı mallar olmuşdur ki, həmin malların böyük sahə tutması səbəbindən saxlanmaları üçün geniş sahəsi olan anbara ehtiyac vardır. Eyni zamanda iddiaçıya məxsus olan yeganə anbar ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir ki, həmin qeyriyaşayış sahəsinin məhkəməyə təqdim edilmiş fotoşəkillərindən qeyri-yaşayış sahəsinin çox kiçik sahəni əhatə etdiyi və iddiaçının apardığı əməliyyatlar əsasında alışında müəyyən olunan malların orada saxlanması mümkün deyildir.” "xxxx" MMC ilə İddiaçı arasında əməliyyatlar xx.xx.2023-xx.xx.2023-cü il tarixində həyata keçirilmiş və EBDE seriyalı 228213 nömrəli, EBDG seriyalı 485979 nömrəli, EBDM seriyalı 697683 nömrəli, EBDG seriyalı 485979 nömrəli e-qaimələrlə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında baş tutan əməliyyatlar əmtəəsiz əməliyyatlar olduğundan onlar əvəzləşməyə əsas vermir.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, alğı-satqı müqaviləsi bağlayarkən həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə məlumatı olmamışdır.

15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 etirazda qeyd olunanları müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərar kameral vergi yoxlaması əsasında qəbul olunduğu üçün yerində yoxlama olmamışdır. İddiaçının hər üç müəssisə ilə apardığı əməliyyatlar Vergi Məcəlləsinin 175.10-cu maddəsinin təsiri altına düşür. Həmin normanın tələbinə görə riskli əməliyyatlar çərçivəsində aparılırsa, əvəzləşdirilmədən çıxarılmalıdır. Həmin maddənin tələblərinə əsasən baxış keçirilməsinə ehtiyac yoxdur.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1193/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 12 saylı Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarının ləğv olunması qərara alınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə tətbiq olunmalı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən də hesab edirik ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (114)-1193/2024 nömrəli qərarı ləğv edilməlidir. Bildirilir ki, İddiaçı barəsində (VÖEN: **********) 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bu qərarla iddiaçıya 2024-cü ilin mart ayı üçün 30563.60 manat ƏDV hesablanmışdır. ƏDV məbləğinin hesablanmasına əsas vergi ödəyicisinin əvəzləşdirilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatları riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi üçün əvəzləşdirilmədən çıxarılması olmuşdur. xx.xx.2025-ci il tarixli qərarda məhkəmə belə mövqe ifadə etmişdir ki, "vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Mal satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların aşkar edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutmaması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə VM-nin 175.11 -ci maddəsinin tətbiqinə əsas verməməlidir. Həmçinin iddiaçı tərəfindən müvafiq alğı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər də əks olunmamışdır.” Bildirilir ki, VM-nin 24-cü maddəsi “Vergi orqanlarının vəzifələri” adlanır. Həmin müddəada qanunverici vergi orqanlarının daşımalı olduqları vəzifələrin siyahısını müəyyən etmişdir. Sözügedən maddənin tərkib hissəsində riskli vergi ödəyicisinə dair məlumatın internet resursunda yerləşdirilməli olmasına dair vergi orqanının vəzifəsi mövcud deyil. Həmçinin məhkəmə nəzərə almamışdır ki, müvafiq qaydada əvəzləşdirmədən çıxarılmış, riskli əməliyyatlara dair elektron qaimə-fakturaların tarixi riskli əməliyyatın başlama tarixləri olmuşdur. Çünki həmin e-qaimə-fakturaların əhatə etdiyi dövrlər üzrə iddiaçı cəmiyyətin “satıcısı”olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin sözügedən vergi ödəyiciləri barəsində qəbul edilmiş qərarlar mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxt qüvvədə olmuşdur. Hər üç cəmiyyət barəsində qəbul edilmiş qərarlardan göründüyü kimi iddiaçı cəmiyyətlə adı çəkilən vergi ödəyicilərinin hər hansı təsərrüfat əlaqəsi olmamışdır. Hər hansı şəxsin alışında və idxalında müəyyən edilməyən məhsulun sonradan 3-cü şəxsə satılması şübhəli məqamdır. Eləcə də məhkəmə VM-nin 175.11-ci maddəsinin tələblərini də gözləməmişdir. Belə ki, hər üç cəmiyyətin apardığı riskli (əmtəəsiz) əməliyyatlara görə barələrində qəbul edilmiş qərarların mövcudluğu vəziyyəti İddiaçı İKŞnin həmin şəxslərlə apardığı əməliyyatların riskli əməliyyat kimi qəbul edilməsini labüd edən faktdır. Ümumiyyətlə qanunverici VM-175.11-ci maddəsinin tətbiqini hər hansı haldan asılı etməmişdir. Belə ki, vergi orqanı adıçəkilən normanı tətbiq etmək üçün İddiaçı İKŞ-nin riskli vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC və "Dark Group” MMC-dən hər hansı malın və ya xidmətin alınmasını araşdırmağa borclu deyil. Norma imperativ olaraq qeyd edir ki, riskli (əmtəəsiz) əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirməyə əsas vermir. Beləliklə, "xxxx" MMC, "xxxx" MMC və "Dark Group” MMC riskli vergi ödəyiciləri hesab edildiyindən, onların apardığı əməliyyatlar riskli hesab edilir və bu baxımdan İddiaçı İKŞ-nin həmin riskli vergi ödəyicilərindən əldə etdiyi elektron qaimə-fakturalar VM-nin 175.11 -ci maddəsinin tələblərinə uyğun olaraq əsaslı qaydada ƏDV məqsədləri üçün əvəzləşmədən çıxarılmışdır. Məhkəmə qərarında VM-nin riskli və ya əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri barəsində riskli vergi ödəyicisi olma haqqında qərarın qəbul edilməsindən savayı əlavə tənzimləmələr də nəzərdə tutulduğunu, VM-nin 109.9-cu maddəsinin tələblərinə görə əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edilən malların dəyərinin Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılması olmasını qeyd etmişdir. Bu xüsusda qeyd olunur ki, məhkəmə istinad etdiyi norma mənfəət (gəlir) vergisinin məqsədləri üçün tətbiq edilir və hazırkı mübahisənin predmeti isə əlavə dəyər vergisi ilə bağlı hesablamadan ibarətdir. Həmçinin qanunvericiliyə əsasən VM-nin 175.11-ci maddəsinin tətbiqi hər hansı əlavə tənzimləmədən asılı deyil və birbaşa tətbiq edilməlidir. Məhkəmə qərarında qeyd etmişdir ki, "VM-nin 16-cı maddəsi ilə rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən hər hansı imperativ norma mövcud deyil.” Hesab edir ki, məhkəmənin ifadə etdiyi hüquqi mövqe qanunvericilikdə əks olunmuş digər müddəalarla əlaqəli təhlilin nəticəsi deyil. VM-nin 15.1.1 -ci maddəsinə əsasən vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq vergi ödəyicisinin hüququdur. "Elxan-96” İKŞ vergi qanunvericiliyi ilə bağlı, xüsusilə də ƏDV ödəyicisi kimi hansı halda əvəzləşmə hüququna malik olmayacağına dair vergi orqanından məlumat almaq hüququ olmuşdur. Hər bir vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş qaydada müəyyən etməlidir. Bu mənada VM-nin 175.11-ci maddəsində aydın hüquqi tənzimlənmə olduğu halda məhkəmənin mövqeyinə görə VMnin 16-cı maddəsində əlavə tənzimlənmənin əks olunmaması xüsusatı iddiaçını VM-nin 175.11 -ci maddəsinin tələblərinə uyğun davranmaq öhdəliyindən azad edə bilməzdi. Yuxarıda qeyd edilən işin faktiki hallarına və vergi qanunvericiliyinin müddəalarına əsasən xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Bununla yanaşı, İPM-ın 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin Konstitusiya Məhkəməsi xx.xx.2021 -ci il tarixli Qərarında da göstərmişdir ki, İPM-nin 12-ci maddəsininin tələblərinə görə inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Bu baxımdan qeyd olunur ki, birinci instansiya məhkəməsi mübahisə edilən qərarı qəbul edən zaman İPM-in 12-ci maddəsinin ruhuna uyğun davranmamış və inkvizisiya prinsipini pozmuşdur. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz- özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. NK-nın 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturaların forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3.5-ci bəndi "Əsas” və 2.3.6-cı bəndi isə "Əlavə qeydlər”dən bəhs edir. Qaydaların 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın "Əsas” sətrində qeyd olunur. Qeyd olunur ki, birinci instansiyası məhkəməsi KM-nin və NK-nin xx.xx.2021-ci il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqeləri də gözləməmişdir. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı cəmiyyətin nümayəndəsi tərəfindən cəmiyyət tərəfindən malların alınmasına dair "sənədlər” təqdim edilmişdir. Sözügedən "sənədləri” məhkəmə yuxarıda qeyd etdiyimiz hüquqi tənzimlənmə vasitələrinin tələbləri baxımından hərtərəfli və tam qaydada araşdırmamışdır. Əvvəla bildiririk ki, elektron qaimə-fakturaların "əsas” adlanan hissəsində "Elxan-96” İKŞ-nin malları hansı müqavilə əsasında (yəni müqavilənin bütün rekvizitləri göstərilməklə), həmçinin hansı təhvil-təslim aktları əsasında əldə etdiyi göstərilməmişdir. İş materiallarında mövcud olan elektron qaimə-fakturalardan görünür ki, "Ekos Trade” MMC tərəfindən 83100 manat dəyərində elektron qaimə-faktura verilmişdir. Lakin həmin qaimələrlə əlaqədar olaraq malların təhvil verilməsinə dair hər hansı təhvil-təslim aktları mövcud olmamışdır. Eləcə də tərəfimizdən "Ekos Trade” MMC-nin, "Molater ES” MMC-nin və "Dark Group” MMC-nin direktorlarının məhkəmə iclasında dindirilməsi barədə vəsatətimiz də birinci instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6142 /2025 nömrəli məktubundan görünür ki,məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə "Molater ES” MMC-nin Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğvi tələbinə dair iddia tələbi təmin edilməmiş və sözügedən qərar qanuni qüvvəyə minmişdir. Göründüyü ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə "Molater ES” MMC-nin apardığı əməliyyatların riskli (əmtəəsiz) olması bir daha təsdiqlənmiş və bu baxımdan Gəncə İnzibati Məhkəməsi qanuni qüvvəyə minmiş qərarını preyudisial sübut kimi qəbul etməməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Görünən odur ki, məhkəmə iş materiallarında olan sübutları bir-biri ilə müqayisəli qaydada təhlil etməmiş, işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Bununla məhkəmə İPM-nin 68.2 və 69.4-cu maddələrində əks olunmuş müddəaları pozmuş, qərarını işdə olan sübutlarla əlaqələndirməmiş və həmin sübutlar əsasında hüquqi qiymətləndirmə aparmamışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli Qərarı). Apellyasiya şikayətində əks olunmuş bütün dəlillər əsasında bildirilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərar prosessual hüquq normalarının, eləcə də Ali və Konstitusiya Məhkəmələrinin Plenumlarının ifadə etdiyi hüquqi mövqelərə zidd qəbul edilmişdir. Bu mənada sözügedən qərar ləğv edilməlidir.

b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları

23. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 13.2.81. Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (Maddənin 2024-cü il yanvarın 1-dək qüvvədə olan redaksiyası).

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

42. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarına əsasən iddiaçının əlavə dəyər vergisi üzrə mart 2024 hesabat dövrünə dair təqdim edilmiş bəyənnamə üzrə tərəfindən hesablanmış vergi məbləği 48.707,20 manat olsa da, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 30.563,60 manat olmuşdur, nəticədə 18.143,60 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və həmin vəsaitin ödənilməsi tələb edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı isə məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir.

43. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarın qanuniliyinin yoxlanılması təşkil edir.

44. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin hazırki iş üzrə qeyd edilməlidir ki, mübahisələndirilən qərar qəbul edilən zaman cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə təsdiq olunmur.

45. Belə ki, cavabdeh vergi orqanı hazırda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi iddiaçının 2021-2024-cü illərdə riskli vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparmış olduğu əməliyyatları göstərmişdir. Cavabdeh orqan hesab etmişdir ki, qeyd edilən əməliyyatlar riskli hesab olunduğundan ƏDV bəyannaməsində əvəzləşdirilməyə əsas vermir.

46. Məhkəmə kollegiyası cavabdehin iddia etdiyi əsasın qanunauyğun olubolmamasına qiymət verilməsi üçün əvvəlcə “riskli vergi ödəyicisi” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir.

47. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

48. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

49. İşin faktiki halları ilə müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarlarla riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı isə həmin müəssisələrlə bağladığı müqavilələr əsasında "xxxx" MMC üzrə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC ilə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə, "xxxx" MMC il isə xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə elektron qaimə tərtib etmişdir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

51. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq alğı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bu halı mübahisələndirməmişdir.

52. Digər tərəfdən, cavabdeh özü də qeyd edir ki, iddiaçının əməliyyat apardığı hüquqi şəxs -"xxxx" MMC məhz iddiaçı ilə aparılan alğı-satqı əməliyyatlarının nəticəsinə uyğun olaraq riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni, iddiaçı və həmin müəssisə arasında aparılmış alğı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyiciləri olması barədə qərar qəbul edilmişdir.

53. Beləliklə, cavabdeh özü də iddiaçı ilə "xxxx" MMC arasında aparılan alğı-satqı əməliyyatlarının həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini təsdiq edir.

54. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş və apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

55. Başqa sözlə, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.

56. Bundan əlavə işin faktiki halları ilə müəyyən olunur ki, "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli qərar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Onun riskli vergi ödəyicisi olmasına səbəb və əsas 26.04-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində " lampa, alçıpan, otsep və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir.

57. Cavabdeh vergi orqanı əmtəəsiz əməliyyatların rəsmiləşdirildiyi sənədlərin verginin əvəzləşdirilməsinə əsas vermədiyinə istinad edərək, "xxxx" MMC ilə İddiaçı arasında aparılmış əməliyyatlara dair EBDE seriyalı 228213 nömrəli, EBDG seriyalı 485979 nömrəli, EBDM seriyalı 697683 nömrəli, EBDG seriyalı 485979 nömrəli e-qaimələr üzrə əvəzləşmələri qəbul etməmişdir.

58. Göstərilən hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması, eləcə də əməliyyat apardığı müəssisənin qeydiyyata alındığı obyektdə faktiki fəaliyyət göstərib-göstərməməsinin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.

59. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı əsaslı sayıla bilməz.

61. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1193/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar