Məhkəmə qərarları › İş №2-1(104)-463/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-463/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-463/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-55/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2028/2022 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-642/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2028/2022 saylı qərardadı ləğv edilərək, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-55/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İİİ dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Siteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən TSEK arayışında iddiaçının əlillik səbəbinin ümumi xəstəlikdən olduğu qeyd edilmiş və iddiaçı öz ərizəsində anadangəlmə əlil olmasını təsdiq edən hərhansı sənədə istinad etməmişdir. Məhkəmə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə istinad edərək bildirmişdir ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdən yəni, əlilliyin müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ pozulmamışdır. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. Belə ki, iş materialları ilə iddiaçıya xx.xx.2021-ci il tarixdə “yüngül dərəcəli əqli gerilik” diaqnozuna əsasən İİİ dərəcəli əlillik təyin edilməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi isə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsini və bunu “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğu olaraq şərh edərək sosial müavinətin ən çoxu 3 il geriyə ödənilə biləcəyini bildirmiş. İddiaçıya isə müvafiq əlillik təyin edilən tarixdən sosial müavinətin ödənildiyindən onun hər hansı pozulmuş hüququnun olmadığı qeyd edir. İş materiallarında olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair” 4845/2019 saylı AKT-dan görünür ki, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli, 242 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək stasionar müayinədə olmuş və müayinələrin nəticəsindən ona “yüngül dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçının əlillik diaqnozunun hələ müvafiq əlillik dərəcəsi təyin edilməmişdən əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında aparılmış müayinə nəticəsində noyabr 2019-cu il tarixdə onda müşaiyət olunması və həkimlər tərəfindən təsdiq edilərək eyni diaqnozun ona qoyulması iş materialları ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2021-ci ildə əlillik statusunu əldə etmiş və buna müvafiq olaraq həmin tarixdən ona 110 manat məbləğində sosial müavinətin ödənilməsi həyata keçirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən isə təyin edilmiş sosial müavinətin əvvəlki illər üçün geriyə ödənilməsi nəzərdə tutulduğundan iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-55/2024 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar