Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-464/2025 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı qızının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “mərhum oğluna şəhid statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı qızının mərhum oğlu Kərimov Səlim Kərim oğluna şəhid statusunun və şəhid adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədə Kərimov Səlim Kərim oğlunun ##.##.2023-cü il tarixdə “Ürək dayanmasından qəfləti ölüm” kimi təsvir olunmuş hadisə nəticəsində vəfat etdiyi qeyd olunmuşdur. X2 Kərim oğlunun ölümü hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olmadığından ona “Şəhid” statusu adının verilməsi qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun gəlmir.
İşdə olan sənədlər:
2. Dövlət Sosial Müdafiə Fondu X3in Gəncə-Daşkəsən regional filialının ##.##.2022ci il tarixli, *********** nömrəli arayışına əsasən, Kərimov Səlim Kərim oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə (müharibə veteranı) 80 manat məbləğində Prezident təqaüdü almışdır.
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli arayışına əsasən, Kərimov Səlim Kərim oğlu həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində ##.##.2009-cu il tarixdən ##.##.2011-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında" Qanuna əsasən ##.##.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində ##.##.2020-ci il tarixdən ##.##.2011-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranıdır. Cəbrayıl, Zəngilan, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. ##.##.2020-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır.
4. Kərimov Səlim Kərim oğlu ##.##.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, barəsində müəyyən edilmiş “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stresspozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu" diaqnozu "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.
5. Kərimov Səlim Kərim oğlu ##.##.2022-ci il tarixindən Gəncə Psixiatriya xəstəxanasında qeydiyyatdadır.
6. Gəncə şəhər Təcili və X5 Şöbəsinin arayışına əsasən, ##.##.2022-ci tarixdə 13:59-da çağırış olmuş, həkim Orxan Məmmədov tərəfindən xəstəyə "Dəqiqləşdirilməmiş nevrotik pozuntular (Posttravmatik davranış və şəxsiyyət pozğunluğu)" diaqnozu qoyulmuşdur və yardım edilmişdir. Həmin ünvana ##.##.2022- ci il tarixdə İddiaçı tərəfindən saat 19:34-də çağırış olmuş, həkim Fizuli Əliyev tərəfindən xəstəyə "Epilepsiya tutması (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. Yenidən ##.##.2022ci il tarixdə saat 18:16-da çağırış olmuş, həkim Leyla Mustafayeva tərəfindən xəstəyə "Dəqiqləşdirilməmiş qıcolmalar (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. ##.##.2023-cü il tarixdə saat 23:44-də yenidən çağırış olmuş, həkim Bayram Pərdəşünas tərəfindən xəstəyə "Təcili yardıma qədər ölüm. Qəfləti koronar ölüm" diaqnozu qoyulmuşdur.
7. Kərimov Səlim Kərim oğlu ##.##.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd aparılmış, ölüm səbəbi “Ürək dayanmasından” qəfləti ölüm kimi təsvir olunmuş hadisə göstərilmişdir.
8. “xxxx” X3in ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mərhum S.K.Kərimovun meyiti müayinə olunmadığından ölümün səbəbi haqqında qəti fikir söyləmək mümkün deyildir. Lakin, təqdim edilmiş sənədlərə əsasən S.K.Kərimovun ölümünə səbəb “Qəfləti koronar ölüm, ürək dayanması” olmuşdur ki, bunun Mərkəzi Hərbi Həkim Komissiyasında qeyd edilən “Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu, davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu ilə hər hansı səbəbli əlaqəsi ola bilməzdi.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-K- ******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kərimov Səlim Kərim oğlu həqiqətən də 44 günlük vətən müharibəsi dövründə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü-elektrik vəzifəsində xidmət edərək döyüş əməliyyatlarına qatılmış və ##.##.2022-ci il tarixdən müharibə veteranı statusu almışdır. Əlavə olaraq, mərhum S.K.Kərimov aparılan döyüş əməlyyatları zamanı travma almış və xəstəliyin səbəb əlaqəsi Müdafiə Nazirliyinin Hərbi-həkim komissiyası tərəfindən - “Azərbaycan Republikasının müdafiəsi zamanı alınmışdır. Şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yeriə yetirərkən almışdır. Qərar: Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” kimi qiymətləndirilmişdir.
10. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X3in ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki: - Hərbi travmanın “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişiklikləri və davranış pozuntusu” diaqnozuna səbəb olub-olmaması yalnız hakim-psixiatrın müvafiq tibbi araşdırması əsasında müəyyən oluna bilər. - “Qəfləti ölüm” və ya “ürək dayanmasının” hansı diaqnoza əsaslandırılması yalnız patoloq-anatomun ekspertizası nəticəsində müəyyən oluna bilər.
11. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X3in ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, aşağıdakı hallar qəfil ölümə və ya ürək dayanmasına səbəb ola biləcək əsas tibbi faktorlar sırasına daxildir: - Ürək-damar sistemi xəstəlikləri (məsələn, miokard infarktı, aritmiya, kəskin ürək çatışmazlığı); - Tənəffüs sistemi pozuntuları (kəskin bronxial obstruksiya, aspirasiya və s.); - Sinir sistemi mənşəli səbəblər (epileptik status, beyin damar pozuntuları); - Zəhərlənmələr və maddələr mübadiləsinin pozulmaları; - Kəskin infeksion proseslər (məsələn, sepsis); - Travmatik və xarici təsirlər (fiziki zorakılıq, elektrik cərəyanı, mexaniki travma və s.). Yuxarıda qeyd olunanlardan aydın olur ki, X2 Kərim oğlunun ölüm səbəblərinin dəqiq təyin olunması üçün patoloq-anatomun iştirakı ilə aparılmış meyitə baxış, histopatoloji, toksikoloji və digər laborator müayinələrin nəticələri əsasında tərtib olunmuş ekspertiza rəyi tələb olunur. Bu səbəbdən, təqdim olunmuş tibbi sənədlər və diaqnozlar əsasında yalnız elmi-nəzəri yanaşma ilə ümumi ehtimallar ifadə oluna bilər, lakin ölüm səbəbinin konkret olaraq müəyyən edilməsi ixtisaslaşdırılmış məhkəmə-tibbi ekspertizanı tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 Kərim oğluna şəhid statusunun verilməsi ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kərimov Səlim Kərim oğlu Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında" Qanuna əsasən ##.##.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Kərimov Səlim Kərim oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranı olmaqla "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuş, Xocavənd, Qubadlı və Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə medalı verilsə də, lakin hələ təltif olunmamışdır. O, müharibə bitdikdən sonra ordu sıralarından təxris olunaraq evə qayıtmış, lakin evə qayıtdıqdan sonra onda bir sıra fəsadlar görünmüşdür. Belə ki, Kərimov Səlim Kərim oğlu əsəbi olmuş, tez- tez dili qatlanaraq sudurqa keçirmiş, hafizəsi silinmiş, heç bir səbəb olmadan hər bir şeyə əsəbləşmiş, evdəki əşyaları qırıb dağıtmış və məcbur olaraq DİN-nin 102 xidmətinə məlumat verilməsi nəticəsində polis əməkdaşları tərəfindən aparılaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmiş və orada ## #### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək və ## ####### 2022-ci il tarixdən ## ####### 2022-ci il tarixədək müalicə almışdır. Kərimov Səlim Kərim oğlu ## ###### 2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müayinə keçərək "mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması, "əngdə və çənədə ikinci hissəvi adentiya. Əngdə 11,12,13,14,16,21,22,25,27-ci dişlərin olmaması. Çənədə 44,45,35,36-cı dişlərin olmaması. 23,24,37,46,47-ci dişlərin kökü. Əlvan dəmrov" diaqnozu ilə şəhadətləndirilmişdir. Səhiyyə Nazirliyinin "xxxx" X3 ## ######## 2022-ci il tarixli müayinə sənədinə əsasən oğlu Kərimov Səlim Kərim oğluna "Fəlakətdən sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.0" diaqnozu qoyulmuşdur. Həmin sənədlər əsasında Kərimov Səlim Kərim oğluna Tibbi Sosial Ekspert Komissiyasının göndərişi əsasında II qrup verilməsi məsələsi müzakirə olunmuş, lakin o, ## ###### 2023-cü il tarixdə gecə saatlarında məhlədə olan zaman qəfildən dili qatlanmış və nəticədə vəfat etmişdir. O, əli ilə oğlunun dilini çölə çıxarmağa cəhd etmiş və dərhal Gəncə şəhərində yerləşən Təcili və X5 Şəbəsinə zəng etmişdir. X7 həkim gəldikdən sonra artıq dilinin qatlanaraq boğulması nəticəsində Kərimov Səlim Kərim oğlunun öldüyünü bildirmişlər. Kərimov Səlim Kərim oğlunun evdə olan zaman tez-tez dili qatlanmış və bir çox hallarda onun səyi nəticəsində, qarşısını ala bilmədiyi zaman isə Təcili və X5 Şəbəsinin həkimlərin müdaxiləsi ilə qarşısı alınmışdır. Səlim hərbi xidmətə gedənə kimi sağlam olub, ölüm baş verənə kimi hər hansı bir ürək xəstəliyi aşkar edilməyib, ölənə kimi mərhumda yalnız müharibə dövründə yarandığı xəstəliklər aşkar edilib. Bunları nəzərə alsaq ölümün səbəbi müharibə dövründə yarandığı xəstəliklərin nəticəsi olmuşdur. Oğlu müharibəyə getməmişdən öncə onda ürək xəstəliyi və ya travması olmamışdır. Əgər belə olsaydı, oğlu həkim komissiyasından keçən zaman onda fəsadlar müəyyən oluna və o müharibəyə aparılmazdı. "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ "Gəncə şəhər Təcili və X6"nin ## ###### 2023-cü il tarixli arayışından görünür ki, oğlunda tez-tez dil qatlanması nəticəsində həkimlər tərəfindən "Postravmatik davranış və şəxsiyyət pozğunluğu", "Epilepsiya tutması (Postravmatik), "Dəqiqləşməmiş qıcolmalar (Postrvmatik)" diaqnozu qoyulmuş, hər hansı başqa bir xəstəlik aşkar edilməmişdir. O, oğluna şəhidlik statusunun verilməsi barədə cavabdeh orqana müraciət etsə də, ## ###### 2025-ci il tarixli məktubla imtina verilmişdir.
14. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, X2 Kərim oğlunun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Onun ölüm səbəbi tərxis olunduqdan sonra Qəfləti koronar ölüm, ürək dayanmasından olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin hüquqi varisi kimi tanınması qərara alınmışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq:
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
23. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu:
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X9 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş halları ilə müəyyən edilir ki, X2 Kərim oğlu Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında" Qanuna əsasən ##.##.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək N saylı hərbi hissəyə təhvil verilmiş, ##.##.2020-ci il tarixdən ##.##.2011-ci il tarixədək İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, ##.##.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, barəsində müəyyən edilmiş “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stresspozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu" diaqnozu "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmiş, ##.##.2022-ci il tarixindən Gəncə Psixiatriya xəstəxanasında qeydiyyata düşmüş, ##.##.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd aparılmış, ölüm səbəbi “Ürək dayanmasından” qəfləti ölüm kimi təsvir olunmuş hadisə göstərilmişdir.
28. İddiaçı X2 Kərim oğluna şəhid statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, birinci instansiya məhkəməsi tərəfindən imtina əsaslı hesab edilmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının ## ######## 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
30. Azərbaycan Respublikası Nazirlər Kabineti ## #### 2009-cu il tarixli *** nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və həmin bəndə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X9 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir.
31. Göründüyü kimi istər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir.
32. Qeyd olunanlardan belə nəticə hasil olur ki, qanunvericilik şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Yəni, burada birbaşa səbəbli əlaqə hüquqi əhəmiyyət kəsb edən fakt kimi çıxış edir. Buna baxmayaraq, hazırki iş üzrə iddiaçının mərhum oğlu S.Kərimova münasibətdə həmin şərt ödənilmir. Belə ki, sonuncu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, ##.##.2023-cü il tarixdə “Ürək dayanmasından qəfləti koronar ölüm” səbəbindən vəfat etmişdir.
33. “xxxx” X3in ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mərhum S.K.Kərimovun meyiti müayinə olunmadığından ölümün səbəbi haqqında qəti fikir söyləmək mümkün deyildir. Lakin, təqdim edilmiş sənədlərə əsasən S.K.Kərimovun ölümünə səbəb “Qəfləti koronar ölüm, ürək dayanması” olmuşdur ki, bunun Mərkəzi Hərbi Həkim Komissiyasında qeyd edilən “Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu, davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu ilə hər hansı səbəbli əlaqəsi ola bilməzdi.
34. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X3in ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, qəfil ölümə və ya ürək dayanmasına səbəb ola biləcək əsas tibbi faktorlar sırasına daxildir: Ürək-damar sistemi xəstəlikləri (məsələn, miokard infarktı, aritmiya, kəskin ürək çatışmazlığı); Tənəffüs sistemi pozuntuları (kəskin bronxial obstruksiya, aspirasiya və s.); Sinir sistemi mənşəli səbəblər (epileptik status, beyin damar pozuntuları); Zəhərlənmələr və maddələr mübadiləsinin pozulmaları; Kəskin infeksion proseslər (məsələn, sepsis); Travmatik və xarici təsirlər (fiziki zorakılıq, elektrik cərəyanı, mexaniki travma və s.).
35. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Beləlikləməhkəmə kollegiyası hesab edir ki, X2 Kərim oğlunun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu iş üzrə öz təsdiqini tapmadığından cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov