Məhkəmə qərarları › İş №2-1(104)-466/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-466/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-466/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N66/N0N3 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1-1(095)- 016/N0NN nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli 1-1(095)-016/N01N nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh komandirinin onun barəsində verilmiş xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N50 nömrəli əmri ilə, iddiaçı N nömrəli hərbi hissənin 1-ci taborununu minaatan tağımının 3-cü minaatan sürücüsü olaraq, Cavabdeh komandirinin N0 avqust N0NN-ci il tarixli 073əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin "i" bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidmətdən azad edilməsinə əsas kimi onu göstərirlər ki, onun barəsində cinayət işi olmuşdur. Barəsində olan cinayət işinə görə iddiaçı Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 10500 (on min beş yüz) manat cərimə edilmişdir, hazırda cərimə ödəyir. Belə bir vəziyyətdə onun işdən azad edilməsi onun dövlətə olan cərimə məbləğini ödəməyinə mane olacaqdır. Sözügedən cinayət işi üzrə xitam verilmiş epizoda yenidən baxılması ilə əlaqədar iddiaçı xidməti uyğunsuzluğa görə işdən azad edilmişdir. Bu tam əsassız və qanunsuzdur. Ona görə ki, haqqında olan araşdırmaya hələ yekun verilməmişdir. Ola bilsin ki, ona həmin epizod üzrə bəraət veriləcəkdir. Bütün hallarda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsində göstərilir ki, "Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər”. Hesab edir ki, barəsində verilmiş əmr qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. Cavabdehin nümayəndəsi XN iddianı qəbul etməyərək bildirmişdir ki, N0N1-ci ildə N nömrəli hərbi hissədə xidmət edən X4 MAHHXHQ çavuş İddiaçı "müdafiə nazirliyindən göstəriş var xidməti uyğunsuzluğa görə buraxılanları yenidən hərbi hissəyə qaytarmaq olar" sözlərini dediyinə görə İddiaçı 3 nəfərdən N manat pul alaraq hərbi hissəyə qaytarılmaları üçün X4a vermişdir. X4 bu işi yerinə yetirmədiyinə görə həmin şəxslər İddiaçı və X4 barəsində şikayət etmiş və onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 31N-ci maddələri (Dələduzluq, rüşvət vermə) ilə cinayət işi başlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmü ilə İddiaçı 10500 manat cərimə olunmuşdur. N0NN-ci ilin mart-aprel aylarında İddiaçı Gəncə şəhərində tanıdığı İradə adlı musiqi müəlliməsinin oğlu Cavanşirin hərbi xidmətə qəbul olunması üçün ondan 6000 manat almışdır. Bundan başqa həmin vaxtlarda N nömrəli hərbi hissədən ehtiyata buraxılmış Bəxtiyar adlı şəxs hərbi xidmətə qəbul olunması üçün İddiaçı müraciət etmiş, İddiaçı ondan N000 manat pul almışdır. .Ç.Qasımov həmin şəxslərə kömək etmədiyinə görə onlar hərbi prokurorluğa şikayət etmişlər. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş İddiaçı yuxarıda qeyd olunan qanun pozuntularına yol verdiyini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamilovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N66/N0N3 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğvi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Belə ki, iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı vəzifəyə təyin edildikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət əməllərinin törədilməsi onun öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 134 nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.N0NN-ci il tarixdən sürücü təyin edilmiş, bundan sonra xx.xx.N0NN-ci il tarixdə isə B.Tağıyev adlı şəxsə qarşı dələduzluq cinayəti törətmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N66/N0N3 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən onun uzun illər qusursuz xidmətini nəzərə almamışdır. O, N0 aprel N007-ci il tarixindən 0N avqustt N01-cu il tarixədək Müdafiə Nazirliyinin 777-saylı hərbi hissəsində xidmət etmiş, həmin dövr ərzində xidmətində heç bir qusur və nöqsan olmamışdır. 0N avqust N019 il tarixindən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-ci il tarixli qərarı onun konstitusiyon hüuqunu pozmaqdadır. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməli və onun pozulmuş hüququ bərpa olunmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- - 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. - N-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. - 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. - 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - - 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. - 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı sözügedən əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsini tələb edir. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, N0 aprel N007-ci il tarixindən 0N avqustt N01-cu il tarixədək Müdafiə Nazirliyinin 777-saylı hərbi hissəsində xidmət etmiş, həmin dövr ərzində xidmətində heç bir qusur və nöqsan olmamışdır. 0N avqust N019 il tarixindən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Kollegiya hesab edir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1-1(095)- 016/N0NN nömrəli hökmündən görünür ki, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli, 1-1(095)-016/N01N nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmçinin Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Qeyd olunan cinayət əməllərinin törədilməsi onun öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N66/N0N3 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar