Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-468/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-865/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ikinci qrup əlilliklə bağlı toplanmış pensiya işinin təsdiqlənmiş surətindən məlum olur ki, xx.xx.1993-cü il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan torpaqlarının müdafiəsində yaralandığını və ikinci qrup əlillik dərəcəsi aldığını qeyd edərək pensiya təyin olunmasını xahiş etmişdir. 2214 nömrəli, 11 may 1993-cü il tarixli xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı Sağ baldır sümüklərinin sınığı ilə müalicə almışdır. 044674 nömrəli, müayinə tarixi xx.xx.1993-cü il olan VTEK-in arayışından məlum olur ki, İddiaçı ikinci qrup əlillik təyin edilmiş, Dioqnoz: Topuq oynağının travmadan sonrakı artrozu, hərəkət məhdudluğu, açıq travmadan sonra qalmış və incik sümüklərin düzgün bitişməməsi qeyd edilmişdir. 035345 nömrəli, müayinə tarixi xx.xx.1994-cü il, 038272 nömrəli, müayinə tarixi xx.xx.1996-ci il, 099465 nömrəli, müayinə tarixi xx.xx.1997-ci il, 024975 nömrəli, müayinə tarixi xx.xx.1998-ci il, 120901 nömrəli, müayinə tarixi xx.xx.1999-cu il, 261430 nömrəli, müayinə tarixi xx.xx.2000-ci il, 305654 nömrəli, müayinə tarixi xx.xx.2001-ci il olan TSEKdə müayinə aktlarının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı hər il üzrə 1 il müddətinə təkrar Azərbaycan Respublikasının müdafiəsilə yaralanmışdır səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. Alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə « Sağ aşıqdaban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı » diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 497 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən mina partlayış travması nəticəsində xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək X5 və Ortopediya İnstitutunda müalicə olunduğu travma - diaqnoz: "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı (xx.xx.1992 və xx.xx.1993-cü il tarixdə tarixdə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz:" Sağ aşıq-baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə") "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır". Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Birləşmiş Xəstəxanasının ******* nömrəli çıxarışında qeyd olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı tam diaqnoz:odlu silahla yaralanmadan sonra sağ baldırın aşağı 1/3 arxa səthlərində dartıcı çapıq toxumaları, sağ baldır sümüklərinin orta 1/3 qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sağ aşıq-baldır oynağının ağır dərəcəli artrozu, açıcı bükücü kəskin ontrakturası (açma110dər, bükmə 110dər), sağ baldır və pəncə əzələlərin kəskin atrofiyası, daimi ağrı simdromu ilə dayaq hərəkət pozulması qeyd edilərək xx.xx.2022xx.xx.2022-ci illər arasında stasionar müayinəyə cəlb edilmişdir. Alt sistemdən Forma 88 arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbindən əlillik dərəcəsi verilməsindən imtina edilmiş, diaqnoz olaraq hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, oynaqların kontrakturası, digər daimi ağrı, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hipertrofik çapıq insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, digər rublikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, digər rublikalarda təsnif olunmayan varus deformasiyası qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, İddiaçı növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriaların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müayinəsi nəticəsində « Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı » diaqnoz, xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində « Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sag baldırın dəlib keçən güllə yaralanması .Sümüklərin qeyri-düzgün bitişməsi. Baldırın deformasiyası. Sag baldır və pəncəəzələlərinin kəskin atrofiyası. Dayaq hərəkət funksiyasının pozulması. Digər daimi ağrı, Aşıq -baldır oynagının kontrakturası(açıcı-110dər, bükücü-100dər.) Nevrasteniya, Asteno-nevrotik sindrom” diaqnoz, xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq nsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklzamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya” diaqnozu qoyulsa da diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1993-cü illər aralığı X5 və Ortopediya İnstitutunda müalicə olunmuş, Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr diqnozu qoyulmuş, daha sonra xx.xx.2022-xx.xx.2022-ci illər aralığı X4, xx.xx.2021-ci ildə X5 və Ortopediya İnstitutunda, xx.xx.2022-xx.xx.2022-ci illər arası X4 müalicə olunmuş eyni- Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr diaqnozu qoyulmuş, xx.xx.2022-ci ildə X4 müalicə zamanı E11 insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunmuş əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanmış, əmək qabiliyyətini itirmiş, xəstəliyininin şəhadətləndirilməsinə dair 2214 nömrəli sənəd ilə sağ ayaq biləyi oynağının posttravmatik artrozu, orta dərəcədə hərəkət məhdudiyyəti, açıq travma nəticəsində sağ baldır sümüyünün hər iki sümüyünün sınıqlarının düzgün bitişməməsi diaqnozu qoyulmuşdur. Uzun illər hərbi travma ilə əlaqədar pensiya almış, ancaq cavabdehin inzibati orqanın 27 sentyabr 2022-ci il tarixli qiymətləndirilməsi ilə onun əlilliyinin qiymətləndirilməsindən imtina edilmişdir İddiaçı ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın ona əlillik təyin edilməsindən imtina hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Cavabdeh tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları =>S96 - Əzələ və vətərin aşıq-baldır oynağ; Diaqnozun mətni: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıq" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi, Gəncə şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAN1F nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz “əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 497 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı. (xx.xx.1992). Sağ aşıq baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə "diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaq ağrılarından şikayətlənmişdir. Anamnezində üç ildir ki, şəkərli diabetdən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı hər iki aşağı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Rentgenoloji olaraq sağ baldırın orta 1/3də qeyri-düzgün bitişmiş sınıq müəyyən edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arterialların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli Arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-865/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 2002-ci ildən 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində « diaqnoz əlillik təyin etmir » səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları =>S96 - Əzələ və vətərin aşıq-baldır oynağ; Diaqnozun mətni: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıq" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi, Gəncə şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAN1F nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz “əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 497 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı. (xx.xx.1992). Sağ aşıq baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə "diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaq ağrılarından şikayətlənmişdir. Anamnezində üç ildir ki, şəkərli diabetdən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı hər iki aşağı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Rentgenoloji olaraq sağ baldırın orta 1/3-də qeyridüzgün bitişmiş sınıq müəyyən edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arterialların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli Arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır. c) tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 30 ilə yaxındır ki, ikinci qrup əlildir və ona 2002-ci ildə əlillik müddətsiz təyin edilmişdir. Lakin sonradan cavabdeh ona əlillik təyin edilməsindən heç bir əsas olmadan imtina etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2. Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncüdərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47- H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, 2214 nömrəli, 11 may 1993-cü il tarixli xəstəlik vərəqəsinə əsasən İddiaçı sağ baldır sümüklərinin sınığı ilə müalicə aldığı müəyyən olunur. 044674 nömrəli, müayinə tarixi xx.xx.1993-cü il olan VTEK-in arayışından məlum olur ki, İddiaçı ikinci qrup əlillik təyin edilmiş, Dioqnoz: Topuq oynağının travmadan sonrakı artrozu, hərəkət məhdudluğu, açıq travmadan sonra qalmış və incik sümüklərin düzgün bitişməməsi qeyd edilmişdir. 035345 nömrəli, müayinə tarixi xx.xx.1994-cü il, 038272 nömrəli, müayinə tarixi xx.xx.1996-ci il, 099465 nömrəli, müayinə tarixi xx.xx.1997-ci il, 024975 nömrəli, müayinə tarixi xx.xx.1998-ci il, 120901 nömrəli, müayinə tarixi xx.xx.1999-cu il, 261430 nömrəli, müayinə tarixi xx.xx.2000-ci il, 305654 nömrəli, müayinə tarixi xx.xx.2001-ci il olan TSEKdə müayinə aktlarının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı hər il üzrə 1 il müddətinə təkrar Azərbaycan Respublikasının müdafiəsilə yaralanmışdır səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. Bundan sonra ayrı-ayrı zaman kəsiklərində ambulator cə stasionar müalicələrə cəlb edilmiş, alt sistemdən çıxarışa əsasən İddiaçı xx.xx.2002-ci il tarixdə « Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı » diaqnozu ilə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 497 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən mina partlayış travması nəticəsində xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək X5 və Ortopediya İnstitutunda müalicə olunduğu travma - diaqnoz: "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı (xx.xx.1992 və xx.xx.1993-cü il tarixdə tarixdə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz:" Sağ aşıq-baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə") "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır". Alt sistemdən Forma 88 arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbindən əlillik dərəcəsi verilməsindən imtina edilmiş, diaqnoz olaraq hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, oynaqların kontrakturası, digər daimi ağrı, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hipertrofik çapıq insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, digər rublikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, digər rublikalarda təsnif olunmayan varus deformasiyası qeyd edilmişdir. Göründüyü kimi iddiaçının uzun müddət 2-ci qrup əlil olması və təkrar müayinələrdə də eyni diaqnozun təyin edilməsinə baxmayaraq ona əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, İddiaçı növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriaların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntulara rast gəlinməməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti müəyyən etməməsi olmuşdur. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Birləşmiş Xəstəxanasının ******* nömrəli çıxarışında qeyd olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı tam diaqnoz:odlu silahla yaralanmadan sonra sağ baldırın aşağı 1/3 arxa səthlərində dartıcı çapıq toxumaları, sağ baldır sümüklərinin orta 1/3 qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sağ aşıq-baldır oynağının ağır dərəcəli artrozu, açıcı bükücü kəskin ontrakturası (açma110dər, bükmə 110dər), sağ baldır və pəncə əzələlərin kəskin atrofiyası, daimi ağrı simdromu ilə dayaq hərəkət pozulması qeyd edilərək xx.xx.2022xx.xx.2022-ci illər arasında stasionar müayinəyə cəlb edilmişdir. Xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1993-cü illər aralığı X5 və Ortopediya İnstitutunda müalicə olunmuş, Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr diqnozu qoyulmuş, daha sonra xx.xx.2022-xx.xx.2022-ci illər aralığı X4, xx.xx.2021-ci ildə X5 və Ortopediya İnstitutunda, xx.xx.2022-xx.xx.2022-ci illər arası X4 müalicə olunmuş eyni- Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr diaqnozu qoyulmuş, xx.xx.2022-ci ildə X4 müalicə zamanı E11 insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində « diaqnoz əlillik təyin etmir » səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixininin xx.xx.2022-ci ildən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli imtinalar mübahisələndirilməmiş, yalnız sonuncu xx.xx.2022-ci il tarixli, R00017177JBA nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələndirilərək əllilliyin təyin edilməsi xahiş olunmuşdur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən- ikinci dərəcə əlilliyin xx.xx.2021ci il tarixdən təyin edilməsi hissəsində dəyişdirilməli, iddiaçıya 02 sentyabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-865/2023 nömrəli qərarı İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Əlizamin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(104)-468/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-468/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver