Məhkəmə qərarları › İş №2-1(104)-468/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-468/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-468/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 318/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.1982-ci il tarixli EB № 281438 nömrəli diploma əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X9 Ordenli N.Nərimanov adına Azərbaycan X8nun stomatologiya ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona həkim stomatoloq ixtisası verilmişdir.

2. İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixli 103 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına stomatoloq interna vəzifəsinə qəbul edilmiş və xx.xx.1983-cü il tarixli 125 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən internaturanı qurtarması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixli 65 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Çəmənli kənd xəstəxanasına 1,0 maaşlıq stomatoloq həkim vəzifəsinə təyin edilmiş və xx.xx.2004cü il tarixli 76/v nömrəli əmrlə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, 113 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Çəmənli xəstəxanasında həkim işləmiş və 1994- 2003-cü illlərdə bütün aylar, 2004-cü ildə isə oktyabr ayınadək əmək haqqı almışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının, diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Fondun Qarabağ regional filialının 1xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

5. Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Qarabağ regional filialı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün İddiaçı həmin dövrdə olan iş stajını yerində yoxlamaq mümkün olmamışdır. xx.xx.2004-cü il tarixli 76/v nömrəli əmrlə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrdə əmək haqqı almışdır.

6. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli 26 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasının 1980-1989-cu illərin əmr kitabları filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. 1990-1993-cü illərin əmr kitabları yoxlanıldı, lakin İddiaçı adı aşkar olunmadı. Ona görə də İddiaçı 1980-1993cü illərdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır.

7. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi X6 Ağdam rayon Mərkəzi Xəstəxanası X6 xx.xx.2023-cü il tarixli 566 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı NT-İ №1363335 nömrəli əmək kitabçasında iş staji ilə bağlı əks olunan bütün qeydlər onun müvafiq vəzifələrə təyin olunması barədə əmrlər əsasında aparılmışdır. Lakin 23-iyul 1993-ci il tarixdə Ağdam şəhəri Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən vətəndaş İddiaçı 24 dekabr 1983-cü il tarixdən 23 iyul 1993-cü il tarixədək işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda filiala göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki,’’Ağdam Rayon Mərkəzi Xəstəxansı” X6 arxivində əsli saxlanılan 01 yanvar 1991 -ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən, vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Çəmənli kənd xəstəxanasında həkimstomatoloq vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 7 (yeddi) il fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 7 (yeddi) il 11 (on bir) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 185 (bir yüz səksən beş) rubl vəzifə maaşı, sahə həkimi kimi faliyyət göstərdiyi üçün vəzifə maaşına 30% (otuz) faiz yəni 50-55 (əlli beş və ya əlli) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 240-250 (iki yüz qırx və ya iki yüz əlli) rubl əmək haqqı almışdır.

8. Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X8 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloqterapevt adı verildiyi qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-107675/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 16 il 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçirilmiş, möhür, ştamp, blank yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsi başlanmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixədək olan stajkeçmə dövrü latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına dal edilməmişdir. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Çəmənli kənd xəstəxanasının 24 dekabr 1983-cü il tarixindən 23 iyul 1993-cü il tarixədək olan arxiv sənədləri mövcud olmaması səbəbindən həmi dövrlərdə vətəndaşın əməkhaqqı alıbalmaması müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qeyd olunan əmək fəaliyyəti dövrü nəzərə alınmamışdır. Eyni zamanda da mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomotoloq və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayonu Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işləməyinə dair iş illərinin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. Sosial sığorta stajı da imkan verdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 aprel 2023-cü il tarixli, 3-17-1/2- V77174/2023 saylı məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinaya əsas kimi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması göstərilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bu imtinasını yuxarıda qeyd edilən sübutlara əsasən əsassız hesab edir. Belə ki, ərizəyə əlavə edilmiş diplomun notarial təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi Azərbaycan Tibb Universitetində təhsil almışdır. Ona məxsus əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 №-li Stomotoloji Poliklinikasında stomotoloq və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işlədiyini təsdiq edir. Ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 113 nömrəli arayışdan görünür ki, o, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003 və 2004-cü illərdə Ağdam rayon X2 kənd xəstaxanasında həkim işləmişdir. Şərh edilmiş sənədlərdən göründüyü kimi, ümumilikdə 26 ildən çox iş stajı mövcuddur ki, bu fakt ona tam olaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Ona görə də cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona pensiya təyin edilməsindən imtina etməsinə dair dəlilləri tamamilə əsassızdır. Belə ki, arxiv sənədlərinin işğal zonasında qalması və əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi onun təqsiri deyil. Onun əlində 26 illik iş stajını təsdiq edən sənədlər var. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 №-li Stomotoloji Poliklinikasında stomotoloq və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işləməyinə dair iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1982ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloq-interna və xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Çəmənli kənd Xəstəxanasında stomotoloq-həkim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasının, diplomunun surətlərinə əsasən onun sığorta stajı 16 il 8 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 8 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial stajına malik deyil. Fondun Qarabağ regional filialının 12..03.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü iltarixdən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

14. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 gün təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan stajkeçmə dövrü latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün həmin dövrlərdə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və isin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçınm tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-318/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01 yanvar 1991-ci il tarixli Tarifikasiya siyahısında İddiaçı adının qarşısında iş stajı 7 il kimi qeyd edilmişdir ki, onun da əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdən başladığı nəzərə alındığı zaman, həqiqətən də xx.xx.1991-ci il tarixədək işləməsi təsdiq olunur ki, bu da dolayısı ilə iddiaçının əmək kitabçasında məlumatların mötəbər olmasına dəlalət edir. Surəti iş materiallarına əlavə edilən Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X8 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloqterapevt adı verildiyi qeyd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

21. İddiaçıya hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir . Məhkəmə kollegiyası işə İPMnin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

25. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloqinterna işlədiyi dövr latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan, Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

29. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, Fondun Qarabağ regional filialının 1xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-107675/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 16 il 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçirilmiş, möhür, ştamp, blank yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsi başlanmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixədək olan stajkeçmə dövrü latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına dal edilməmişdir. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Çəmənli kənd xəstəxanasının 24 dekabr 1983-cü il tarixindən 23 iyul 1993-cü il tarixədək olan arxiv sənədləri mövcud olmaması səbəbindən həmi dövrlərdə vətəndaşın əməkhaqqı alıb-almaması müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qeyd olunan əmək fəaliyyəti dövrü nəzərə alınmamışdır. Eyni zamanda da mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

31. Göründüyü kimi inzibati orqan tərəfindən verilmiş sonuncu məlumata əsasən iddiaçının müraciətinə əsasən mübahisəndirilməyən sosial sığorta stajı 16 il 7 gün təşkil edir. Mübahisə olunan illər xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək olan stajkeçmə müddəti və xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək Çəmənli kənd xəstəxanasında işlədiyi illərdir.

32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən tərkib qeyd edir ki, işdə olan sənədlərə əsasən iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır, hazırda xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək olan stajkeçmə müddəti və xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək Çəmənli kənd xəstəxanasında işlədiyi dövrün sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil edir.

33. İş materiallarında olan İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixli 103 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına stomatoloq interna vəzifəsinə qəbul edilmiş və xx.xx.1983-cü il tarixli 125 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən internaturanı qurtarması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixli 65 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Çəmənli kənd xəstəxanasına 1,0 maaşlıq stomatoloq həkim vəzifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixli 76/v nömrəli əmrlə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

34. İş materiallarına əlavə edilən Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X8 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloq-terapevt adı verildiyi qeyd edilmişdir.

35. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, 113 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Çəmənli xəstəxanasında həkim işləmiş və 1994-2003-cü illlərdə bütün aylar, 2004-cü ildə isə oktyabr ayınadək əmək haqqı almışdır.

36. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli 26 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasının 1980-1989-cu illərin əmr kitabları filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. 1990-1993-cü illərin əmr kitabları yoxlanıldı, lakin İddiaçı adı aşkar olunmadı. Ona görə də İddiaçı 1980-1993cü illərdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır.

37. Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X8 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloqterapevt adı verildiyi qeyd edilmişdir.

38. Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi X6 Ağdam rayon Mərkəzi Xəstəxanası X6 xx.xx.2023-cü il tarixli 566 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı NT-İ №1363335 nömrəli əmək kitabçasında iş staji ilə bağlı əks olunan bütün qeydlər onun müvafiq vəzifələrə təyin olunması barədə əmirlər əsasında aparılmışdır. Lakin 23-iyul 1993-ci il tarixdə Ağdam şəhəri Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən vətəndaş İddiaçı 24 dekabr 1983-cü il tarixdən 23 iyul 1993-cü il tarixədək işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda filiala göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki,’’Ağdam Rayon Mərkəzi Xəstəxansı” X6 arxivində əsli saxlanılan 01 yanvar 1991 -ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən, vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Çəmənli kənd xəstəxanasında həkimstomatoloq vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 7 (yeddi) il fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 7 (yeddi) il 11 (on bir) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 185 (bir yüz səksən beş) rubl vəzifə maaşı, sahə həkimi kimi faliyyət göstərdiyi üçün vəzifə maaşına 30% (otuz) faiz yəni 50-55 (əlli beş və ya əlli) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 240-250 (iki yüz qırx və ya iki yüz əlli) rubl əmək haqqqı almışdır.

39. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

40. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

41. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

43. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin «a» bəndinə əsasən əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

45. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloqinterna işlədiyi dövrün latın qrafikalı möhürlə təsdiq edilməsi və qeyddə qaralamaların mövcud olması, həmçinin Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitablarının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

46. Beləliklə, işdə olan sənədlərə əsasən iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-318/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar