Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-47/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz hesablanmış 261.279,60 manat əsas borc, 197.644,01 manat əsas borca hesablanmış maliyyə sanksiyası, ümumilikdə 458.923,61 manat məbləğində göstərilən borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarı ilə (A.İsgəndərova) iddianın qismən təmin edilməsi, 261.279,60 manat əsas borc məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qərardadn narazı qalan cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(104)-684/2021 saylı qərarı ilə (hakimlər R.Mamedov-sədrlik edən və məruzəçi, A.Bayramov və Ə.Abdullayev) apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-684/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-546/2022 saylı qərarı ilə (hakimlər S.Kərimov-sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-684/2021 saylı qərarı – məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, 261 279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. İddiaçı öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyanın qərarlarını və öz Nizamnaməsini rəhbər tutur. İddiaçı Nizamnaməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və universitetin fəaliyyətini tənzimləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişləri X10, X11 və aparıcı məsləhətçi, nəzarətçi-müfəttişi X7 tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü Texnologiya Universitetinin rəhbərliyi və aidiyyətı şəxslərin iştirakı ilə yoxlanılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə tərtib olunmuş əmək haqqı hesablama cədvəlləri və əmək haqqı üzrə işçilərin şəxsi hesab göstəricilərinə əsasən 2012-ci ildə 481.295,57 manat, 2013-cü ildə 392.484,09 manat, 2014-cü ildə 142.037,59 manat artıq olmaqla göstərilmiş, nəticədə yoxlama ilə əhatə olunan dövrdə cəmi 253.954,32 manat, o cümlədən əmək haqqı fondundan 22 faiz ayırma hesabına 223.479,79 manat, əmək haqqından tutulan 3 faiz ayırma hesabına 30474,53 manat məcburi sosial sığorta haqqı DSMF-yə artıq köçürülmüşdür. Bununla bağlı Universitetlə Dövlət Sosial X17 şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixi vəziyyətinə hesablaşmaların qarşılıqlı üzləşməsi aparılmış və nəticədə ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7.325,27) borcunun olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMF-nin Universitetə olan borcu kimi uçota götürülmüş və bu haqda 16 may 2015-ci il tarixdə Maliyyə Nazirliyinin X14 Xidmətinin əməkdaşları tərəfindən Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş və aktlaşdırılmış 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat debitor borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş və DSMF-nin Universitetə olan borcu kimi uçota götürülməsindən sonra İddiaçı Maliyyə şöbəsi tərəfindən DSMF-yə artıq ödənilmiş 261.279,60 manat məbləğində pul vəsaiti xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dövr ərzində əvəzləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə 12 saylı Vergilər İdarəsinə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq qanunsuz hesablanmış borcun silinməsinə dair tədbir görülməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanlandığı etirazında göstərmişdir ki, iddia ərizəsində irəli sürülən dəlillər əsassızdır və təmin edilməməlidir. Belə ki, işin dəqiq araşdırılması məqsədi ilə tərəflərindən Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqları üzrə borcunun açıqlaması (illər üzrə hesablamalar və ödəmələr daxil) rəsmi sorğu ilə istənilmişdir. Müvafiq sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilmiş hesabatlara görə “İddiaçı” MMC-nin (VÖEN:**********) xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi hesablamaları və ödəmələri əsasında xx.xx.2018-ci il tarixə 464870,10 manat məbləğində debitor borcu olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən qeyd olunur ki, xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcu - əsas məbləğ üzrə - 275728,91 manat, penya - 189141,19 manat, eləcə də işsizlikdən sığorta haqqı üzrə əsas məbləğ üzrə 2357,74 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq ödəmələr həyata keçirilmiş və hal-hazırki tarixə məcburi dövlət sosial sığorta haqlarından mövcud iddia tələbi ilə mübahisələndirilən məbləğdən ancaq penya üzrə 117119,24 manat borcu qalmışdır. İş üzrə İddiaçı şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Həmin borc iddiaçı tərəfindən icra olunmamış, yerinə yetirilməmiş öhdəliyidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 275728,91 manat əsas borcu, 189141,19 manat penya məbləği xx.xx.2019-cu il tarixdə universitetin şəxsi hesab vərəqəsinə işlənilmişdir. İddiaçı məhkəmədə mübahisələndirdiyi borc məbləğinin 2015-ci il üzrə yaranmış borc məbləği olduğunu qeyd etrişdir. Bu səbəbdən də, işin dəqiq araşdırılması məqsədi ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqları üzrə borcunun açıqlaması (illər üzrə hesablamalar və ödəmələr daxil) rəsmi sorğu ilə istənilmişdir. Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilmiş hesabatlara görə “İddiaçı” MMC-nin (VÖEN:**********) xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi hesablamaları və ödəmələri əsasında xx.xx.2018-ci il tarixə 464870,10 manat məbləğində debitor borcu olmuşdur. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən verilmiş cavab məktubunda da, qeyd olunan qurum iddianı əsassız hesab etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “X15”da İddiaçı 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 275728,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 189141,19 manat olmaqla ümumilikdə 464870,10 manat Dövlət Sosial Müdafiə Fonduna borcunun qaldığını qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 275728,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 189141,19 manat olmaqla ümumilikdə 464870,10 manat borcu olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər İş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş olsa da, məhkəmənin xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmiş iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdiur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün hesab edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı məhkəmə araşdırmasının predmetinin birinci instansiya məhkəməsinin qərarının - məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması- hissəsi təşkil edir. Belə ki, iddiaçının tələbi digər hissədə də təmin edilmiş və həmin qərar sonrakı məhkəmə istansiyalarında dəyişdirilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin və üçüncü şəxsin müvafiq surətdə nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini araşdıraraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı qismən - iddianın qismən təmin edilmiş məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməli və iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin baş məsləhətçinəzarətçi müfəttişləri X10, X12 və aparıcı məsləhətçi nəzarətçi-müfəttişi X7 tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü Texnologiya Universitetinin rektoru X3, tədris işləri üzrə prorektor X4, İnzibati-təsərrüfat işləri üzrə prorektor X5, baş mühasib X8, baş mühasibin müavini X2 və digər aidiyyətı şəxslərin iştirakları ilə yoxlanılması nəticəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, yoxlama ilə əhatə olunan dövrdə tərtib olunmuş əmək haqqı hesablama cədvəlləri və əmək haqqı üzrə işçilərin şəxsi hesab göstəricilərinə əsasən 2012-ci ildə faktiki olaraq işçi heyətinə 1.539.344,73 manat məbləğində əsas və əlavə əmək haqqı, mükafat və maddi yardım hesablandığı halda, Universitet tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim olunan hesabatda həmin göstərici 2.020.640,30 manat və ya 481.295,57 manat, 2013-cü ildə faktiki olaraq 1.549.630,99 manat hesablandığı halda, hesabatda 1.942.115,08 manat və ya 392.484,09 manat, 2014-cü ildə faktiki olaraq 1.666.769,54 manat hesablandığı halda, hesabatda 1.808.807,13 manat və ya 142.037,59 manat artıq olmaqla göstərilmiş, nəticədə yoxlama ilə əhatə olunan dövrdə cəmi 253.954,32 manat, o cümlədən əmək haqqı fondundan 22 faiz ayırma hesabına 223.479,79 manat, əmək haqqından tutulan 3 faiz ayırma hesabına 30.474,53 manat məcburi sosial sığorta haqqı DSMF-yə artıq köçürülmüşdür. Bununla bağlı İddiaçı ilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixi vəziyyətinə hesablaşmaların qarşılıqlı üzləşməsi aparılmış və nəticədə ilin əvvəlinə olan Universitetin 7325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7.325,27) borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMFnin Universitetə olan borcu kimi uçota götürülmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixli vəziyyətə dair hesablaşmaların qarşılıqlı üzləşməsinin aparılması nəticəsində tərtib edilmiş üzləşmə aktından görünür ki, ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 (253.954,32 və 7.325,27) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinin xx.xx.2020-ci il tarixli 01/0402-33 nömrəli məktubuna əlavə edilmiş üzləşmə və akta əsasən tərtib edilmiş arayışdan və İddiaçı Gəncə şəhəri üzrə Maliyyə idarəsinə ünvanlandığı: - 29.05.2015-ci il tarixli 01-010 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4026,46 manat (pen/fond 3%) və 29527,40 manat (DSMF 22%); - 05.06.2015-ci il tarixli 01-026 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 797,97 manat (pen/fond 3%) və 5851,78 manat (DSMF 22%); - 06.07.2015-ci il tarixli xx-xx-11326/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2667,40 manat (pen/fond 3%) və 29341,47 manat (DSMF 22%); - 22.07.2015-ci il tarixli 44-01-342/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2154,52 manat (DSMF 22%); - 31.07.2015-ci il tarixli 44-01-355/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4362,93 manat (h/t ü/h 2%) və 51186,29 manat (DSMF 22%); - 04.08.2015-ci il tarixli 44-01-358/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 9523,99 manat (DSMF 22%); - 11.08.2015-ci il tarixli 44-01-359/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 1883,93 manat (DSMF 22%) və 2747,82 manat (DSMF 22%); - 02.09.2015-ci il tarixli 44-01-387/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4844,71 manat (DSMF 22%); - 16.09.2015-ci il tarixli 44-01-391/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 5332,28 manat (DSMF 22%) və 617,68 manat (DSMF 22%); - 13.10.2015-ci il tarixli 44-01-425/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2938,45 manat (DSMF 22%) və 282,14 manat (DSMF 22%); - 20.10.2015-ci il tarixli 44-01-448/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 16923,28 manat (DSMF 22%) və 1286,72 manat (DSMF 22%); - 21.10.2015-ci il tarixli 44-01-419/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 3015,98 manat (DSMF 22%); - 28.10.2015-ci il tarixli 44-01-503/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 3777,40 manat (DSMF 22%); - 06.11.2015-ci il tarixli 44-01-514/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 28502,03 manat (DSMF 22%) və 7686,34 manat (DSMF 22%); - 30.11.2015-ci il tarixli 44-01-557/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 6227,77 manat (DSMF 22%); - 09.12.2015-ci il tarixli 44-01-569/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 29650,08 manat (DSMF 22%); - 23.12.2015-ci il tarixli 44-01-590/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 10625,28 manat (DSMF 22%); - xx.xx.2015-ci il tarixli 44-01-591/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2527,83 manat (DSMF 22%) arayışların surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə olan 261.279 manat 60 qəpik debitor borcu əvəzləşdirilmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6673 nömrəli və xx.xx.2023-cü il tarixli 9/3826 nömrəli ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçınə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 261.279,60 manat əsas borca görə hesablanmış 197.644,01 manat miqdarında vəsaitin (maliyyə sanksiyası, penya və ya əsas borca hesablanmış faiz) düzgün hesablanmaması müəyyən olunur. Ekspertiza xərci 145 manat və 50 manat təşil edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidməti tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü aidiyyətı şəxslərin iştirakları ilə yoxlanılması nəticəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli akt ilə ilin əvvəlinə olan Universitetin 7325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7325,27) borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMF-nin Universitetə olan borcu kimi uçota götürülmüşdür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinin xx.xx.2020-ci il tarixli 01/0402-33 nömrəli məktubuna əlavə edilmiş arayışlarla İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə olan 261.279 manat 60 qəpik debitor borcu əvəzləşdirilməsi öz təsdiqini tapmışdır. Birinci nstansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X20 Filialına müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin İddiaçı tərəfindən artıq ödənildiyi qeyd edilən (261279,60 manatın) məbləğin 01 may 2015-ci il tarixdən 24 dekabr 2015-ci il tarixədək olan dövrlə əvəzləşdirilib-əvəzləşdirilməməsinə dair məlumatın və buna dair toplanmış sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubunda Fonda müraciət edildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən sorğusu Fondun 18 saylı regional ərazi filialına göndərilmiş və sonuncunun cavabından məlum olmuşdur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və borcların yığılması ilə bağlı səlahiyyətlər xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Belələliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçınə 261.279,60 (253.954,32 və 7.325,27) manat borcu vardır. Həmin bors tərəflər arasında 01 yanvar 2015-ci il tarixli vəziyyətə dair hesablaşmaların qarşılıqlı üzləşməsinin aparılması nəticəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının tələbi həmin hissədə təmin edilmiş, cavabdehin verdiyi apellyasiya şikayəti qərarın həmin hissəsinə münasibətdə təmin edilməmiş, beləliklə də birinci instansiya məhkəməsinin qərarı 261.279,60 manat əsas borc məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, maliyyə sanksiyası maliyyə-təsərrüfat fəaliyyəti prosesində mövcud qanunvericiliyin pozulması nəticəsində fiziki və hüquqi şəxslərə tətbiq edilən, pul ölçüsündə ifadə olunan məcburi təsir tədbiridir. Faizlər və ya penya borc öhdəlikləri ilə bağlı olan ödəmələrdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qəraı ilə müəyyən olunmuşdur ki, 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçınə 261.279,60 manat borcu olmuş və həmin borc xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dövr ərzində əvəzləşdirilmişdir. Ona görə də həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi qərara alınmışdır. Maliyyə sanksiyası (o cümlədən penya) ödənilməyən əsas borca hesablandığından və 261.279,60 manat borcun iddiaçının şəxsi hesab vərəqəsində göstərilməsinin qanuni əsasının olmadığı məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə müəyyən edildiyindən kollegiya hesab edir ki, mövcud olmayan borca maliyyə sanksiyası, penya və faizin hesablanması da qanunsuzdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının mövcud olmayan 261.279,60 manat borcuna hesablanmış 197.644,01 manat maliyyə sanksiyası (ö cümlədən penya) iddiaçının şəxsi hesab vərəqəsindən silinməli və iddia tələbi həmin hissədə də təmin edilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: - 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 9-1.2-ci maddəsinə əsasən artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Beləliklə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya düzgün olmayaraq 197.644,01 manat əsas borca hesablanmış maliyyə sanksiyası hesbalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya 197.644,01 manat məbləğində maliyyə sanksiyası (o cümlədən penya) Dövlət Sosial X17 şəhər Kəpəz rayon şöbəsi tərəfindən hesablanmış olsa da, nə cavabdeh, nə də üçüncü şəxs maliyyə sanksiyasının hansı hissəsinin və hansı məbləğdə əsas borca bağlı olduğunu müəyyənləşdirə bilməmiş, cavabdeh verdiyi apellyasiya şikayətində də həmin məbləği maliyyə sanksiyası (o cümlədən penya) kimi qeyd etməklə kifayətlənmişdir. Halbuki həmin məbləğ Dövlət Sosial X17 şəhər Kəpəz rayon şöbəsi tərəfindən hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya hesablanmış 261.279,60 manat əsas borc məbləğinin qanunsuz hesablandığını müəyyən etdiyi halda, düzgün olmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyini qymuşdur. Halbuki işdən göründüyü kimi həmin 197.644,01 manat məbləğində maliyyə sanksiyası 261.279,60 manat əsas borca hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, мəhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas borcun silinməsi hissəsində düzgün nəticəyə gəlmiş, lakin maliyyə sanksiyasının silinməsi hissəsində iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı- məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarı iddianın qiosmən təmin edilmiş - məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə İddiaçı şəxsi hesab vərəqəsindən 197.644,01 manat məbləğində hesablanmış maliyyə sanksiyasının silinməsi öhdəliyi qoyulsun. 195 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-47/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-47/2023
30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver