Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-47/2025 12.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı vəkilli Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın “11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(104)-94/2023 nömrəli qərarı ilə (hakimlər R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-492/2024 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli 2- 1(104)-94/2023 nömrəli qərarının iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən ƏDV ödəyicisidir. Onun əsas fəaliyyəti ərzaq mallarının Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektində pərakəndə satışından ibarətdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin tarixli “Səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2021-сi il tarixli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı gəlir vergisi 351 660.45 manat, əlavə dəyər vergisi 195 848.17 manat, ödəmə mənbəyində tutulan vergi 42.00 manat, sadələşdirilmiş vergi 2 491.88 manat və məcburi dövlət sosial sığorta haqqı 195.00 manat olmaqla 550 237.47 manat əlavə vəsait hesablanmış, 281 875.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın aparılması ilə bağlı tələbnaməyə əsasən pərakəndə satışını apardıqları malların dəyər ifadəsində hərəkət cədvəlləri, əmək haqqı və DSMF hesablamaları barədə cədvəllər, ƏDV və Gəlir vergisi bəyannamələri, NKA-nın “Z” hesabatları və digər bütün sənədlər və izahatlar yoxlamaya təqdim edilmişdir. Lakin Aktın 1.11 bəndində əsassız olaraq qeyd edilmişdir ki, mühasibat uçotu aparılmamışdır. Aktın 2.1 bəndində ƏDV bəyannamələrinin vaxtında təqdim edildiyi, vergi tutulan əməliyyatların dəyərinin (VM 161 maddəsi) və vaxtının (VM 166 maddəsi) müəyyənləşdirilməsinin qanuna müvafiqliyinin təmin edildiyi qeyd edilmiş, lakin sonrakı cümlədə guya 175.4-cü maddənin tələblərinin pozulduğu, e- VHF üzrə təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldığı qeyd edilməklə, ümumilikdə 195848.17 manat əlavə ƏDV hesablanmışdır. Vergilər Nazirliyinin AVİS proqramı təkrar və artıq əvəzləşməyə yol vermir. Hər ay üzrə belə hallar olduqda kameral hesablamalar aparılmışdır. Ona görə ƏDV üzrə əlavə hesablanmış vergiləri əsassız hesab edir. Aktın gəlir vergisinə aid olan hissəsində bəyannamələrin vaxtında vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Sonra isə əsassız olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan (sənədlər yoxlamaya təqdim edilmədikdə, mühasibat uçotu aparmadıqda, bəyannamələr vergi orqanına təqdim edilmədikdə, yoxlayıcı əraziyə buraxılmadıqda və s.) tələblər yerinə yetirilmədikdə, 67.14-cü və 83.9-cu maddələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilə bilər. Lakin Aktda qeyd edildiyi kimi bəyannamələr vaxtında vergi orqanına təqdim edilmiş, əldə edilmiş gəlirlərə müvafiq olaraq gəlir vergisi hesablanıb büdcəyə ödənilmişdir. Yoxlama zamanı isə əsassız olaraq Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı qərarına əsaslanmaqla gəlirlər və xərclər təhrif olunmuş, 20% rentabellik səviyyəsi götürülməklə əsassız olaraq 351 660.64 manat əlavə gəlir vergisi hesablanmışdır. Topdansatış qiymətinə pərakəndə satışla məşğul olmaqla, malların üzərinə cüzi faiz əlavə etməklə satış edilmişdir. Gəlir vergisinin hesablamasında yuxarıda qeyd edilmiş qərarın müddəalarının tətbiq edilməsi qeyri-qanunidir və əlavə hesablanmış 351 660.64 manat gəlir vergisi əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin 2019cu il üzrə ümumilikdə 18 722,15 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində isə ƏDV-nin mart ayında 24 347,44 manat, aprel ayında 1 018,41 manat olmaqla ümumilikdə 25 365,85 manat azaldılması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 2019-cu il üzrə 44 088 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəzərə alınmaqla il ərzində 44 087,83 manat azaldılması müəyyən olunmuşdur. 2020-ci il üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin ümumilikdə 55 984,92 manat azaldılması müəyyən edilmişdir. Bunlardan e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsinə görə ƏDV-nin ümumilikdə 15 112,36 manat azaldılması, beləliklə də, 2020-ci il üzrə ƏDV-nin 71 097,28 manat azaldılması, 144,43 manat isə artıq hesablanması nəzərə alınmaqla ümumilikdə il ərzində büdcəyə ödənilməli olan ƏDV-nin 70 952,85 manat azaldılması müəyyən edilmişdir. 2021ci il üzrə isə büdcəyə ödənilməli olan ƏDV-nin ümumilikdə 80 807,49 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisinə 2019 və 2020-ci illər üzrə ümumilikdə 351.660,64 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan əlavə 42,00 manat məbləğində büdcədən yayındırılmış ÖMV, 2 491,88 manat məbləğində azaldılmış sadələşdirilmiş vergi məbləği, MDSS haqlarının 195 manat azaldılması müəyyən edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyi cavabdeh tərəfindən araşdırılarkən rəydə həqiqətə uyğun olmayan məlumatlar, həmçinin ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməz olması barədə kifayət qədər sübutlar aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində həmin sübutlar ətraflı şərh edilməklə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə cavabdeh tərəfindən yazılı vəsatət verilmişdir. Məkəmə tərəfindən isə ümumiyyətlə cavabdehin vəsatətini nəinki araşdırmaq, heç nəzər belə yetirmək ehtiyacı duyulmadan vəsatət təmin edilməmişdir. Məhkəmə tərəfindən həmin gün işlə bağlı yekun qərar qəbul edilsə də, cavabdeh orqanın vəsatətinə nə ayrıca olaraq nə də ki, qərarında hər hansı münasibət bildiriləmiş, sanki belə bir vəsatət verilməmişdir. Məhkəmənin mövqeyindəki diqqətəlayiq məqamlardan biri də budur ki, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, vergi orqanı tərəfindən ekspertiza yalnız ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda təyin edilir. Mütəxəssis isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən dəvət oluna bilər. Hazırkı iş üzrə isə səyyar vergi yoxlaması zamanı dövlət büdcəsinə ödənilməli olan vergilərin hesablanması vergi orqanının biliklərindən kənara çıxmayan, fəaliyyət dairəsinə aid olan sahə olduğundan, mütəxəssisin və ekspertin cəlb edilməsinə zərurət olmamışdır. Məhkəmə isə bu halı tamamilə əsassız olaraq özünün təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizası üzrə alınmış ekspert rəyində gəlinən nəticənin vergi orqanının gəldiyi nəticədən daha mötəbər olmasını əsaslandırmaq üçün istifadə etmişdir. Halbuki, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyinin mötəbər olmaması, tamamilə yanlış və natamam məlumatlar əsasında verildiyi cavabdeh tərəfindən məhkəməyə təqdim edilən vəsatətdə ətraflı şərh edilmiş, məhkəmə isə ümumiyyətlə həmin vəsatətlə tanış olmağa belə lüzum görməmişdir. Vəsatətdə göstərilən bəzi məsələləri qərarında cavabdeh orqanını izahatı bölməsində göstərən məhkəmə həmin xüsusatlarla bağlı hər hansı mövqe nümayiş etdirməmişdir. Sözügedən vəsatətdə də göstərilən kimi, ekspert rəyində göstərilmiş, ekspertin vəsatətinə əsasən vergi ödəyicisi tərəfindən ekspertizaya təqdim edilmiş “usb flaşkart”da olan elektron daşıyıcıda məlumatlara istinad etməklə verilmiş rəydə göstərilən vergi ödəyicisi tərəfindən aylar üzrə ödənilmiş və tam əvəzləşdirmə hüququ alınmış ƏDV məbləğlərinin haradan alındığı məlum deyil və bu məbləğlərin heç biri real məbləğlərə uyğun gəlmir. Göründüyü kimi, ilk növbədə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli ƏDV məbləği hesablanarkən mallar alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmək hüququnun yaranması üçün 2 şərt mövcuddur: 1. malların (işlərin, xidmətlərin) alışı zamanı əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməlidir. 2. ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir. Göründüyü kimi, ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmə hüququnun yaranması şərtlərindən biri həmin ƏDV məbləğinin mütləq qaydada ƏDV-nin depozit hesabına ödənilməsidir. Lakin, ƏDV depozit hesabında çıxarışa əsasən ƏDV-nin aylar üzrə ƏDV depozit hesabına ödənilmiş məbləğləri ilə ekspert rəyində göstərilən məbləğlərdə kəskin fərqlər mövcuddur. Ekspertin göstərdiyi ödənilmiş və tam əvəzləşdirmə hüququ yaranmış ƏDV məbləğləri həqiqətə uyğun deyil və bu hal təkcə ƏDV depozit hesabından çıxarışla tam sübuta yetirilir. Cədvəldən göründüyü kimi ümumilikdə yoxlanılan dövr üzrə ekspert tərəfindən əvəzləşdirilən ƏDV məbləğinin 66189,22 manat artıq göstərilməsi həmin məbləğdə ƏDVnin az müəyyən edilməsi ilə nəticələnmişdir. Ümumiyyətlə ekspert tərəfindən ƏDV depozit hesabından çıxarışla ziddiyyət təşkil edən, ödənilmiş ƏDV-nin dəyərinin hansı mənbədən alınması məlum deyil. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması ilə əhatə olunmuş 2021-ci ilin may ayı üzrə hesablanmış ƏDV məbləğinin düzgünlüyü barədə təqdiqat aparılmamış və həmin ay üzrə ƏDV hesablanmamışdır. Halbuki səyyar vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün 20644,05 manat əlavə ƏDV hesablanmışdır. Eskpert tərəfindən isə yayındırılmış ƏDV məbləği ilə bağlı rəy verilərkən 2021-ci ilin may ayı üçün hesablanmalı olan ƏDV məbləği ümumiyyətlə tədqiq edilməmiş və həmin ay üçün hesablama aparılmamışdır. ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotu Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətində açılmış uçot vərəqələrində aparılır. Hazırkı iş üzrə isə ekspert tərəfindən ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisi İddiaçı (VÖEN:**********) adına açılmış ƏDV sub-uçot hesabındakı məbləğlərə uyğun gəlməməklə həqiqəti əks etdirmir və ekspertin həmin məbləğləri haradan götürdüyü məlum deyil. Bu hal isə İddiaçı tərəfindən mübahisələndirilən qərar üzrə hesablanmış ƏDV məbləğlərinə aid hissədə ekspert rəyinin yanlış olmasını birbaşa sübut edir. Ekspert tərəfindən rəyində göstərilmiş, yuxarıda qeyd edilən həqiqətə uyğun olmayan məlumatların əsasında İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 58.184.80 manat məbləğində ƏDV-nin artıq hesablanması nəticəsinə gəlinmişdir. Daha sonra ekspert Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə istinad edərək qeyd etmişdir ki, vergi ödəyicisinin elektron uçot məlumatlarında mal qalığı kimi gəstərilmiş, 586.713,15 manat məbləğində ƏDV-yə cəlb olunan malları satış kimi nəzərə aldıqda, həmin mal qalığına görə 105.608,37 manat məbləğində ƏDV hesablanır. Hazırkı ekspertiza tədqiqatı zamanı təqdim olunmuş vergi ödəyicisinin elektron daşıyıcıda olan uçot məlumatlarına əsasən fərdi sahibkar İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə (105.608,37-58.184,80)=47.423,57 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Əlavə olaraq ekspert rəyində qeyd etmişdir ki, əlavə materilların zəruriliyi ilə əlaqədar vəsatət verilmiş, mərkəzə bir ədəd usb daşıyıcı-flaşkart təqdim olunmuşdur. Bununla bağlı bildirilir ki, ekspertizaya təqdim olunmuş həmin flaşkartdakı məlumatlar cavabdeh orqana təqdim olunmamış, həmçinin məhkəmə araşdırmasının predmeti olmamış və sübut kimi qiymətləndirilməmişdir. Bir halda ki, ekspertizaya təqdim olunmuş həmin məlumatlar əsasında hesablanmış vergilərin məbləği azaldılaraq 52.817,05 manat müəyyən edilir və bu vergi ödəyicisinin xeyrinə olan haldır, onda həmin məlumatların səyyar vergi yoxlaması zamanı yoxlamaya təqdim olunmaması həmin elektron daşıyıcıda uçot məlumatları əsasında həqiqətən vergilərin ekspert rəyində göstərilən məbləğdə müəyyən olummasının düzgünlüyünü şübhə altına alır. Ekspert rəyində 2019 və 2020-ci illərin gəlir vergisinin müəyyən edilməsi ilə əlaqədar göstərmişdir ki, fərdi sahibkar İddiaçı səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən elektron daşıyıcıda təqdim edilmiş elektron vergi hesab-fakturaları (EVHF), elektron qaimə-fakturaları (EQF) və uçot məlumatlarının tədqiqi zamanı müəyyən edildi ki, həmin məlumatlar fərdi sahibkar tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2019-cu ildə ümumi gəlir və gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Ekspertin istinad etdiyi bir ədəd usb daşıyıcı-flaşkart cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək xx.xx.2022-ci il tarixdə əldə edilmiş, həmin flaşkartda olan məlumatların əslində vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qoşma edilmiş məlumatların bir hissəsini təşkil etdiyi müəyyən edilmişdir. Yəni, həmin elektron daşıyıcıda olan məlumatlarda yalnız vergi ödəyicisinin aldığı və təqdim etdiyi elektron qaimələr barədə məlumatlar mövcuddur. Vergi ödəyicisinin elektron qaimə təqdim etmədən və pərakəndə qaydada təqdim etdiyi malların dövriyyəsi barədə məlumat həmin elektron məlumatlar içərisində mövcud deyildir. Elektron daşıyıcıda olan fayllara nəzər saldıqda görünür ki, onlar yalnız elektron qaimə əsasında təqdim edilmiş və alınmış malların siyahısıdır, cavabdeh tərəfindən etiraza əlavə edilmiş elektron qaimələr barədə məlumatların bir hissəsinin təkrarıdır və vergi ödəyicisinin elektron qaimə təqdim etmədən satdığı mallar barədə məlumatlar mövcud deyil. Belə ki, məsələn, ekspertin istinad etdiyi bir ədəd usb daşıyıcı-flaşkartda olan məlumatlara əsasən 2020-ci ildə vergi ödəyicisinin ümumi gəliri təqdim etdiyi elektron qaimələrə əsasən 71271.45 manat olduğu müəyyən olunur. Halbuki, ekspert 2020-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirlərinin 5502123,68 manat olduğunu qeyd etmişdir. Göründüyü kimi ekspert tərəfindən 2020-ci il üzrə vergi ödəyicisinin gəlirlərinin təqdim olunmuş usb daşıyıcı-flaşkartda daşıyıcıda olan 71271.45 manat məbləğindən artıq olan (712xx.xx-5502123.68)=-5430852,23 manat məbləğinin haradan alındığı məlum deyil. Analoji vəziyyət 2019-cu ilin gəlir vergisi üzrə də ekspertin gəldiyi nəticədə mövcuddur. Göründüyü kimi, ekspert rəyində bir ədəd usb daşıyıcıflaşkartda olan məlumatlara əsasən dövriyyənin müəyyən edildiyini qeyd etməklə, maraqlar daxilində guya iş üçün hansısa əhəmiyyətli sənədə istinad edərək rəy verdiyi görüntüsü yaradaraq məhkəməni inandırmağa çalışmış və ekspertin həmin cəhdi məhkəmənin araşdırma aparmadan və iş üzrə sübutları qarşılıqlı surətdə qiymətləndirməməsi nəticəsində uğurlu alınmışdır. Göstərilən faktlardan belə nəticəyə gəlmək olur ki, ekspert usb daşıyıcı-flaşkartda olan sənədin adını rəyində göstərməklə həqiqəti əks etdirən sənədləri kənara qoyaraq usb daşıyıcı-flaşkartın arxasında gizlənmiş, məhkəmə isə ümumiyyətlə flaşkartda olan sənədin nədən ibarət olmasını belə araşdırmağa maraqlı olmamışdır. Halbuki ekspertin usb daşıyıcı-flaşkartda olan sənədlər dediyi sənədləri cavabdeh vergi orqanı etirazın 12-ci qoşmasında məhkəməyə təqdim etmişdir. Həmin sənədlə yoxlanılan dövrdə vergi ödəyicisinin ümumilikdə təqdim etdiyi eqaimələr üzrə malın dəyərinin ƏDV-siz məbləği 213990,72 manat olduğu, ƏDV məbləğinin isə 36848,39 manat olduğunu müəyyən olunur. Ancaq ekspertin xəyali olaraq müəyyən etdiyi məbləğlərin hansı mənbədən əldə olunduğunun naməlum olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən vəsatətlərində göstərilənlərə əhəmiyyət verilməmiş, qeyd edilən ziddiyətli məqamların aydınlaşdırılması üçün təkrar ekspertizanın keçirilməsinə zərurətin olmadığı qənaətinə gəlinsə də qəbul edilmiş qərardan da göründüyü kimi həmin hallara qərarda aydınlıq gətirilməmiş və heç bir halda əsaslandırılmamışdır. Bildirilir ki, İddiaçı 2019 və 2020-ci illər üzrə gəlir vergisinin hesablanması zamanı ekspert rəyində, vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisi bəyannamələrində və səyyar vergi yoxlaması ilə müəyyən edilmiş məlumatların heç biri bir-birinə uyğun gəlmir. Göründüyü kimi ekspert vergi ödəyicisi tərəfindən ekspertizaya elektron daşıyıcıda təqdim olunmuş məlumatlara əsaslanaraq verdiyi rəydə 2019-cu ilin gəlir vergisi üzrə xərclərinin məbləğini hətta vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğdən (3.525.170,75-3.720.981,90)=195.811,15 manat çox göstərərək vergi ödəyicisinin ili 175.696,35 manat zərərlə başa vurduğunu qeyd etmişdir. Ekspert rəyi bütövlükdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş, mənbəyi bəlli olmayan elektron daşıyıcıda məlumatlara əsaslanmışdır ki, həmin məlumatlar əsasında verilmiş rəy mötəbər hesab oluna bilməz. Beləliklə də ekspert tərəfindən mənbəyi bəlli olmayan, vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron daşıyıcıda olan məlumatlara əsaslanaraq ekspert tədqiqatı aparmadan rəy verilmiş və rəyin tədqiqat hissəsində hər hansı tədqiqat məlumatları göstərilməmişdir. Yuxarıda göstərilənlər 25 iyul 2022-ci il tarixli 9/2182 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna etdiyindən tərəflərindən iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatətlə tanış olmağa hər hansı lüzum görməmişdir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə lazımi araşdırma aparılması barədə üzərinə düşən vəzifələri qəti icra etməmiş, mənbəyi bəlli olmayan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verilmiş ziddiyyətli ekspert rəyini mötəbər sübut hesab etməklə qərarını əsaslandırmışdır. Beləliklə, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə qərarını onunla əsaslandırmısdır ki, iş üzrə ekspert rəyinə əsasən İddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ödəmə mənbəyindən vergilər üzrə 42,00 manat müəyyən edilmişdir və məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab etmişdir. Lakin hesab edilir ki, məhkəmə tərəfindən iddianın təmin olunmayan hissəsində sübutlar tam və hərtərəfli araşdırılmamış, məhkəmə qərarı məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlara əsaslanmamışdır. Vergi orqanı iddiaçının əvvəlki dövr üzrə zərərlə işləməsini nəzərə almadan əlavə vergi hesablamış, birinci instansiya məhkəməsi də ekspert rəyində göstərilən məbləğlə kifayətlənmişdir. Halbuki, gəlir vergisi sahibkarın bütün xərcləri çıxıldıqdan sonra əldə etdiyi təmiz qazanc hesab edilir. Vergi orqanının kameral və digər qaydada iddiaçının təqdim etdiyi bəyannamələri vaxtı-vaxtında yoxlamaq və nəzarət etmək səlahiyyəti olmuş, bu zaman ərzində heç bir nöqsan aşkar olunmadığı hada, vergi orqanı sonrandan iddiaçıya əlavə vergi hesablanmış, bununla da iddiaçının sahibkar kimi fəaliyyətinə müdaxilə etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, iddiaçının təqdim etdiyi sənədlərin qanuniliyini və təqdim olunan qaimə fakturalar üzrə vaxtında ƏDV hesablayıb dövlət büdcəsinə ödəməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, xx.xx.2022-ci il tarixli 9/2182 saylı ekspert rəyinin nəticələrini mübahisələndirilən qərarla və iş materialları ilə birgə tədqiq etməmişdir. Belə ki, vergi orqanı 2020-ci il üzrə əlavə sadələşdirilmiş vergi hesablamadığı və bu hal tərəflər arasında mübahisə predmeti olmadığı halda, birinci instansiya məhkəməsi əlavə olaraq ekspert rəyinin nəticə hissəsində qeyd olunan 2020-ci il üzrə azaldılmış 2491,88 manat vergini və ona hesablanmış 50 faiz maliyyə sanksiyasını iddiaçıya hesablamışdır. Eləcə də, 2020-ci il üzrə vergi orqanı əlavə vergi hesablamamış və bu hal tərəflər arasında mübahis predmeti olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən 2020ci ildə hesablanmayan, lakin ekspert rəyi ilə müəyyən olunan 42 manat ödəmə mənbəyində vergini və ona hesablanmış 21 manat maliyyə sanksiyasını iddiaçıya hesablamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 verdikləri apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, qərarın iddia tələbinin təmin edilmiş hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğuna görə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçı tərəfin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(104)-94/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf həmin qərar ilə razılaşmış və kassasiya şikayəti verməmişdir. Bu isə onu göstərir ki, iddianın təmin olunmayan hissəsində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(104)- 94/2023 nömrəli qərarı qanuni qüvvəsini almış və həmin hissəsində birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-492/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli 2-1(104)-94/2023 nömrəli qərarı ilə iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində yoxlanıldı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Həmçinin qeyd edilmişdir ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxmış birinci instansiya məhkəməsi lazımı araşdırma aparmadan işə baxaraq iddia tələbinin təsdiqini tapmamasına baxmayaraq əsassız qərar qəbul etmişdir. Belə ki, işdə olan cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148321 saylı qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla iddiaçı barəsində yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixli KY211590521 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2021 – xx.xx.2021, yoxlanılan dövr - xx.xx.2018 - xx.xx.2021 müəyyən edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin aktdan görünür ki, Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********148344 nömrəli Tələbnamə təqdim edilmiş, lakin vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilmiş sənədlər yoxlamaya təqdim edilmədiyindən 10.08,2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina” Aktı tərtib edilmişdir. Tələbnamədə göstərilən müvafiq sənədlərin bir qismi xx.xx.2021-ci il tarixli **********148921 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar əsasında götürülmüş və xx.xx.2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mal-material cədvəli, malların anbara mədaxilini, anbardan məxaricini təsdiq edən sənədlər, kassa mədaxil və məxaric qəbzləri, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq kassa Z-ləri və s. yoxlamaya təqdim edilmədiyi üçün xx.xx.2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina” Aktı tərtib edilmişdir. Vergi ödəyicisinin aktda qeyd olunan bank hesablarından başqa digər bank və kredit təşkilatlarında hesablaşma hesabları olmamışdır. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat (səkkiz yüz otuz bir min doqquz yüz on səkkiz manat iyirmi bir qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2118 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən: gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat; ƏDV üzrə 47.423,57 manat; sadələşdirilmiş vergi üzrə 2.491,88 manat; ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Daha sonra iş apellyasiya məhkəməsinin icraatında olan zaman cavabdehin nümayəndəsinin vəsatəti nəzərə alınaraq, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş təkrar ekspertiza əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/1339 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859.57 manat, əlavə dəyər vergisi üzrə 47.423.57 manat, sədələşdirilmiş vergi üzrə 2.491.88 manat, ödəmə mənbəyindən tutulan vergilər üzrə 42.00 manat müəyyən edilir. Göründüyü kimi hər iki ekspert rəyi eynilik təşkil edir, yəni həm birinci instansiya məhkəməsində, həm də kollegiya tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyləri arasında fərq müəyyən edilmir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52817,02 manat müəyyən edilmişdir. Hazırda vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərqlər mövcud olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindəın iddiaçıya vergilərin düzgün hesablanıb-hesablanmasının yoxlanılması yenidən məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Yenidən təyin edilmiş ekspertiza əsasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 9/941 nömrəli ekspert rəyindən görünür ki, birinci, ikinci, üçüncü və dördüncü suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı zamanı təqdim edilmiş iş materiallarına əsasən ümumilikdə 52.775,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: Gəlir vergisi 2020-ci il üzrə-------------------------------- 2.859,57 manat; ƏDV üzrə------------------------------------------------------ 47.423,57 manat; Sadələşdirilmiş vergi üzrə----------------------------------- 2.491,88 manat; Eyni zamanda qeyd edilir ki, yuxarıda göstərildiyi kimi, hazırkı ekspertiza qarşısında 3-cü və 4-cü suallarda vergi ödəyicisi tərəfindən elektron daşıyıcıda təqdim edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixli 9/1339 saylı ekspert rəyində vergi ödəyicisinin 2019-cu ili 175696,35 manat zərərlə başa vurduğu göstərildiyi halda, vergi ödəyicinin təqdim etdiyi bəyannamələrdə gəlir göstərilməsinə baxmayaraq ekspertin gəldiyi nəticə hansı sənədlərə əsaslanmışdır və ekspert rəyində gəlinmiş nəticənin emal olunmuş hansı məlumatlar əsasında və hansı qaydada alındığına dair əsaslandırma təmin edilsin göstərilmişdir. Göstərilənlərlə bağlı yəni 3-cu və 4-cü suallarla bağlı qeyd edilir ki, 9/1339 saylı ekspert rəyində gəlinən nəticə təqdim edilmiş iş materiallarında olan sənədlərə və məlumatlara və s. əsasən müəyyən edilmişdir. Həmin sənədlərin adları isə əvvəlki rəydə (9/1339 saylı) və hazrıkı rəydə göstərilmişdir. Bundan əlavə qeyd edilir ki, 28 oktyabr 2021-ci il tarixli **********148345 nömrəli Səyyar vergi yoxlaması Aktının gəlir vergisi hissəsində gəlirin əldə edilməsi ilə bağlı sənədlərin təqdim edilmədiyi və bu səbəbdən də vergi ödəyicisinin gəlirini xərclər əsasında NK-nın 55 saylı qərarı tətbiq edilməklə hesablandığı göstərilmişdir. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında isə vergi orqanı tərəfindən təsdiq edilmiş ƏDV-nin müqayisəli cədvəlində öz əksini tapmışdır ki, həmin cədvəldə də müəssisənin yoxlanılan dövr üzrə gəlirləri və xərcləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəylərdə qeyd olunan göstəricilərə əsaslanmışdır. Lakin kassasiya instansiyası bununla razılaşmayaraq, qeyd etmişdir ki, ekspertin araşdırması mənbəyi bəlli olmayan məlumatlara əsaslanmış, eləcə də ekspert tərəfindən həmin araşdırmanın hansı qaydada aparıldığı rəydən və iş üzrə materiallardan görünmür. Bu səbəbdən də kollegiya tərəfindən yenidən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və yenidən təyin edilmiş ekspertiza əsasında xx.xx.2025-ci il tarixli, 9/941 nömrəli ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 24.1.1-ci maddəsinə görə, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 38-ci maddəsinə görə, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçıda olan məlumatların səyyar vergi yoxlaması zamanı yoxlamaya təqdim olunmaması həmin elektron daşıyıcıda uçot məlumatları əsasında həqiqətən vergilərin ekspert rəyində göstərilən məbləğdə müəyyən olunmasının düzgünlüyünü şübhə altına alır. Ekspert rəylərində 2019 və 2020-ci illərin gəlir vergisinin müəyyən edilməsi ilə əlaqədar göstərilmişdir ki, fərdi sahibkar İddiaçı səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən elektron daşıyıcıda təqdim edilmiş elektron vergi hesab-fakturaları (EVHF), elektron qaimə-fakturaları (EQF) və uçot məlumatlarının tədqiqi zamanı müəyyən edildi ki, həmin məlumatlar fərdi sahibkar tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2019-cu ildə ümumi gəlir və gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Elektron daşıyıcıda olan məlumatlarda yalnız vergi ödəyicisinin aldığı və təqdim etdiyi elektron qaimələr barədə məlumatlar mövcuddur. Vergi ödəyicisinin elektron qaimə təqdim etmədən və pərakəndə qaydada təqdim etdiyi malların dövriyyəsi barədə məlumat həmin elektron məlumatlar içərisində mövcud deyildir. Vergi Məlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin borcudur. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasında) vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması aparılan zaman sənədlər təqdim edilmədikdə, ərazi və binalara (yaşayış binaları istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparılmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəbdən mümkün olmadıqda, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. İşdə olan xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, Vergi ödəyicisinin gördüyü işlər barədə məlumatlardan istifadə edilərkən Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlardan istifadə edilmişdir. Lakin yoxlama zamanı vergi ödəyicisinin əldə etdiyi məhsullarla bağlı əlaqəli məlumatlar əldə etmək mümkün olmadığından, vergilərin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanması məqsədilə Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinə yazılımış xx.xx.2021-ci il tarixli **********646600 saylı məktub, xx.xx.2021-ci il tarixli **********668400 nömrəli məktubla cavablandırılaraq İddiaçı fəailiyyət sahəsinə uyğun olaraq ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olan, Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi və fəaliyyət göstərilən ərazi eyni olan analoji vergi ödəyicisi müəyyən edilmədiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”nın tərtib edildiyi vaxtda qüvvədə olmuş Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən (67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar) hallarda vergi ödəyicisinin gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır. Sözügedən yoxlama aktında göstərilir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyindən gəlirin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, gəliri təsdiq edən sənədlər, həmçinin 2019-cu il üzrə nəzarət kassa aparatlarının aylar üzrə “Z” hesabatları, malların hərəkət cədvəlləri yoxlamaya tam təqdim edilmədiyindən, eyni zamanda mühasibat uçotu aparılmadığından pərakəndə satışa tətbiq edilən ticarət əlavəsinin müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əşasən vergi ödəyicisinin 2019-cu il üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı ( əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 saylı 12 iyun 2013-cü il tarixli 137 nömrəli) Qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 83.9-cu maddəsinə əsasən cəmiyyətin əldə etdiyi gəlirinin (mənfəətini) (ƏDV nəzərə almadan) səyyar vergi yoxlaması ilə müəyyən edilmiş xərclər əsasında hesablanması təklif edilir. Beləliklə də, göründüyü kimi, cavabdehin gəlirini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 saylı 12 iyun 2013-cü il tarixli 137 nömrəli) Qərarının 6.1.2-ci bəndinə əsasən hesablaması qərarına gəlməsinin səbəbi gəlirin əldə edilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməməsi olmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının yoxlanılan dövr üzrə gəlirini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq müəyyən etməsini qanuni, iddia tələbini isə əsassız sayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tamamilə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 82, 83, 86, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarı iddianın təmin edilmiş 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat pul İddiaçı alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-47/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-47/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver