Məhkəmə qərarları › İş №2-1(104)-477/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-477/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-477/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, “ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-560/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə 2022-ci il üçün təyin edilmiş ünvanlı dövlət sosial yardımının xx.xx.2022-ci il tarixdən dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Filialının qərarının ləğv edilməsinə və ailəsinə ünvanlı dövlət sosial yardım ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı - 2 kəndində məskunlaşıb yaşayırlar. Həyat yoldaşı X6 da Laçın rayonundan məcburi köçkündür. Dörd azyaşlı uşaqları var. Aztəminatlı ailə olduqlarından ailələri 2020- 2021-ci illərdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq təyin edilmiş ünvanlı dövlət sosial yardımı almış, 2022-ci il üçün də həmin Qaydalara müvafiq olaraq ailələrinə xx.xx.2022-ci ildən etibarən aylıq 566,22 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ailələrini təmsil edən şəxs kimi bankomat vasitəsi ilə sosial yardımı almaq üçün olan 4169 7416 5934 8054 nömrəli DOST kart adına olmuşdur. Həmin kart vasitəsi ilə ailələri xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə cəmi 3963,54 manat məbləğində ünvanlı sosial yardımı almışdır. xx.xx.2022-ci il tarixdən etibarən ünvanlı dövlət sosial yardımın ödənişi əsassız və qanunsuz olaraq dayandırılmışdır. Belə ki, 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi- Məişət şəraitininin müayinəsi üzrə Mərkəzi Filialının əməkdaşları yenidən və əvvəlcədən xəbərdarlıq etmədən ailəsinin maddi-məişət şəraitinin müayinəsini keçirmiş, bu zaman həyətlərində minik maşını aşkar edilmişdir. Həmin minik maşının ailəsinin istifadəsində olmasını hesab etmişlər. Halbuki “VAZ 21 703” minik markalı **-BK-*** dövlət nömrə nişanlı həmin avtomobil baldızı Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı-2 kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayan X2r. Həyat yoldaşının dayısı, Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün, Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı-2 kəndində məskunlaşıb yaşayan X9 həmin maşını almışdır. Polad Xəlilov heyvandarlıqla məşğul olan şəxs kimi heyvanlarını 2022-ci ilin iyun ayında Goranboy rayonunun Ağcakənd adlanan ərazisində yerləşən yaylağa apararkən bütün ailə üzvləri də onunla getdiyinə, evdə heç kim qalmadığına və yaylaqda minik maşınına ehtiyac olmadığına görə gətirib etibarlı yer kimi onların həyətə qoymuş və bildirmişdir ki, sentyabr ayının ortalarında yaylaqdan arana qayıtdıqdan sonra maşını götürüb öz həyətinə aparacaqdır. Onun bu barədə bildirdiklərinə Mərkəzi filialın əməkdaşları heç bir əhəmiyyət verməmiş, əksinə həmin Mərkəzi Filial direktoru Nicat İsmayılovun imzası ilə adına göndərilmiş xx.xx.2022- ci il tarixli **********4 nömrəli bildirişlə ondan ailəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ödənilmiş cəmi 3963,54 manat məbləğində ünvanlı dövlət sosial yardımı 10 gün müddətinə qaytarıb Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi tələb edilmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 02 mart 2023-cü il tarixli, 3-17-1/2-43555/2023 nömrəli iddia tələbinə etiraz ərizəsində bildirilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********01202 nömrəli rəsmi müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək 566,22 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş monitorinq zamanı təmsilçinin həyat yoldaşı X3 **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etdiyi aşkarlanmışdır. Təmsilçi qeyd olunanları təsdiqləmiş və monitorinq zamanı tərtib olunmuş aktı imzalamışdır. Bu səbəblə “Ünvanlı gövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ÜDSY işi xx.xx.2022-ci il tarixdə dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-560/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın əsaslandığı Qaydalarda nəzərdə tutulan “nəqliyyat vasitəsindən istifadə” mülkiyyət hüququnun tərkibinə daxil olan və notarial qaydada təsdiq edilmiş etibarnamənin verilməsi yolu ilə nəqliyyat vasitəsindən faydalanmağı nəzərdə tutur. Qeyd olunan fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş vəsatətdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada mübahisə həll edilmiş, iddiaçı və ailəsinə ünvanlı sosial yardımın 01 avqust 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək bərpa edilməsi qərara alınmışdır. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Əlizamin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar