Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-478/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1341/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli, 001902 nömrəli protokolun məzmunundan görünür ki, həmin tarixdə vergi əməkdaşları tərəfindən İddiaçı fəaliyyət göstərdiyi obyektdə ona məxsus «Kijutsu» markalı notbukdan (serial№YLDN003544) elektron daşıyıcıda 1 ədəd qovluğun (kredit pro.tural) və xx.xx.2022 iyul Tural exselin (2.47 MB) götürülməsi həyata keçirilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı 2019-cu il vergi dövrü üzrə 9534.90 manat, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli qərarına əsasən 2021-ci il vergi dövrü üzrə 54674.33 manat gəlir vergisi hesablanmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı 2020-ci il vergi dövrü üzrə 22.961,05 manat, xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli qərarına əsasən 2021-ci il vergi dövrü üzrə 45.158,22 manat gəlir vergisi hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 fevral 2020-ci il tarixdə fərdi sahibkar olaraq lombard fəaliyyətinə başlamışdır. Fərdi sahibkar olaraq 2020-ci ilin fevral ayında yenicə sahibkarlıq fəaliyyətinə başladığı müddətdə 2020-ci ilin mart ayından COVİD-19 xəstəliyin düşməsindən sonra məlum qadağalar tətbiq olunmaqla faktiki fəaliyyəti 2020-ci ilin dekabr ayınadək dayandırılmışdır. İddiaçıdan əvvəl lombardın fəaliyyətini X5 idarə etmişdir. X5 isə 25 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 21 iyul 2022-ci ildə cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi lombardın inzibati binasına qanunsuz olaraq daxil olaraq AKT-tərtib edilmiş və Akt-da göstərilən məlumata əsasən guya iddiaçı xəstə olduğundan aktın tərtibində iştirak etməmişdir. Guya Aktın tərtibində iddiaçının işçi Gülçin Hüseynovanın iştirakı təmin edilmişdir. Qeyd olunan lombardın inzibati binasında iddiaçının özünün proqnozu ilə tərtib etdiyi cədvəli kompyuterdən qanunsuz müdaxilə edilməklə götürülmüşdür. Həmin müddətdə Gülçin Hüseynova tərəfindən sənədlərin təqdim edilməsi dediyinə görə təmin edilsə də cavabdeh tərəfindən sənədlər qəbul edilməmişdir. Əslində cavabdeh tərəfindən iddiaçının barəsində Vergi borcuna dair qərarın qəbul edilməsində qeyri-rəsmi məlumatlardan istfiadə edilməsi AR Vergi Məcəlləsinin 67-ci maddəsinə edilmiş dəyşiklikdən əvvəl olmuşdur. Bu baxımdan qeyri-rəsmi məlumatların götürülməsi ilə barəsində vergi borcunun hesablaması əsassızdır.
6. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd edilmişdir ki, Baş İdarənin "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9327 nömrəli qərarına, həmçinin xx.xx.2022-ci il tarixli 001902 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolun nəticələrinə əsasən iddiaçının fəaliyyətində vergidən yayınma halın olduğu məlum olmuşdur. Vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə kecirilmiş OVN tədbiri zamanı ünvan 1 ünvanında yerləşən **********-23004 saylı təsərrüfat obyektdə olan noutbukdan mənbəyi bəlli olan məlumatlar, o cümlədən lombard müştəriləri tərəfindən götürülmüş pul vəsaitləri müqabilində 2019-cu ildən etibarən ödənilmiş məbləğlər barədə elektron məlumatlar nümayəndələrinin (işçisi X3 və digərləri) iştirakı ilə portativ daşıyıcıya köçürülərək götürülmüşdür. X4 məlumatları könüllü surətdə təqdim etmişdir. Aparılmış təhlillər vergi ödəyicisinin 2020-ci və 2021-ci illər ərzində ayrı-ayrı şəxslərə verilmiş kreditlərin ödənişləri ilə əlaqədar 2020- ci il ərzində 215544,57 manat dəyərində faiz gəliri və 2021-ci il ərzində 389227,01 manat müəyyən edilmişdir. Sonradan iddiaçı xx.xx.2023 tarixli və xx.xx.2023cü il tarixli məktublarla müraciət edərək OVN tədbiri zamanı Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən əldə olunan kredit müqavilələlərinə əsasən kredit verilmiş müştərilərdən İsmayılov Mehmana 73074,17 manat kredit verilməsi qeyd olunmasına baxmayaraq müxtəlif şərtlərlə razı olmadığına görə müqaviləyə xitam verildiyini, kredit verilmədiyini, eləcə də Huseynov Kənana 6889,95 manat yox 441,12 manat kredit, Hüseynova Lamiyəyə 6559,26 manat yox 651,17 manat kredit, Bayramova Biyaləyə 17615,22 manat yox 256,78 manat kredit, Əliyeva Şərqiyyəyə 17379,76 manat yox 390,07 manat kredit və Məmmədova Şəfiqəyə 5409,37 manat yox 1181,3 manat 2020-ci il və 2021-ci il üzrə kredit verildiyini göstərmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisin 2020-ci il üzrə faiz gəlirləri 161995,71 manat, 2021-ci il üzrə 318769,08 manat olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ondan götürülmüş fayllardakı məlumatlarda yuxarıda qeyd edilən halların nəzərə alınmasını və həmin faylda olan faiz məbləğlərinin yenidən hesablanmasını göstərməklə 001902 nömrəli protokol əsasında götürülmüş məlumatların mötəbərliliyini qəbul etmişdir. Bu baxımdan iddiaçının məktublarındakı xüsusatlar nəzərə alınmış və 2020-ci il üzrə faiz gəliri 161995.71 manat, 2021-ci il üzrə isə 318769.08 manat kimi qəbul edilərək bu məbləğlərə uyğun olaraq 2020- ci il üzrə 22961.05 manat, 2021-ci il üzrə isə 45158.22 manat gəlir vergisi hesablanmışdır
7. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(104)2695/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.
9. İddiaçı qərardadın dəlilləri ilə razılaşmaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edlməsini xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)745/2023 nömrəli qərardadı ilə (sədrlik edən R.Mamedov, hakimlər A.Bayramov, L.Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)2695/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
11. İddiaçının təqdim etdiyi ərizəyə əsasən iddia “12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət vermə müddəti üzrlü hesab olunaraq bərpa edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1341/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən elektron qovluğa istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus kompüterdən götürülmüş məlumatların düzgünlüyünün təsdiq edilməsi barədə iddiaçının iradə ifadəsi hələ həmin məlumatların iddiaçının bütün dövriyyəsini əhatə etməsi anlamına gəlməməklə yanaşı, vergi orqanına yalnız həmin sənədlərə istinadən vergi borcu hesablamağa əsas vermir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1341/2024 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9327 nömrəli qərarına, həmçinin xx.xx.2022-ci il tarixli 001902 nömrəli İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun nəticələrinə əsasən iddiaçının fəaliyyətində vergidən yayınma halın olduğu məlum olmuşdur. Vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə kecirilmiş OVN tədbiri zamanı ünvan 1 ünvanında yerləşən **********-23004 saylı təsərrüfat obyektdə olan noutbukdan (Fujitsu LifebookA Series, Model:AH531, Product No: FPC03408BZ, Part No:CP518111, seriya №YLDN003544) mənbəyi bəlli olan məlumatlar, o cümlədən lombard müştəriləri tərəfindən götürülmüş pul vəsaitləri müqabilində 2019-cu ildən etibarən ödənilmiş məbləğlər (əsas məbləğ, faiz və s.) barədə elektron məlumatlar (“xx.xx.2022 iyul Haciyev Tural” adlı excel faylı) nümayəndələrinin (işçisi X3 və digərləri) iştirakı ilə portativ daşıyıcıya köçürülərək götürülmüşdür. Həmçinin bildirilir ki, Gülçin Hüseynova məlumatları könüllü surətdə təqdim etmişdir. Aparılmış təhlillər vergi ödəyicisinin 2020-ci və 2021-ci illər ərzində ayrı-ayrı şəxslərə verilmiş kreditlərin ödənişləri ilə əlaqədar 2020-ci il ərzində 215544,57 manat dəyərində faiz gəliri və 2021-ci il ərzində 389227,01 manat müəyyən edilmişdir. Sonradan iddiaçı (vergi ödəyicisi) İddiaçı xx.xx.2023 tarixli **********027100 nömrəli və xx.xx.2023-cü il tarixli **********663500 nömrəli məktublarla müraciət edərək OVN tədbiri zamanı sənədlərin və nümunə kimi əşyaların götürülməsindən əldə olunan kredit müqavilələrinə əsasən kredit verilmiş müştərilərdən İsmayılov Mehmana 73074,17 manat kredit verilməsi qeyd olunmasına baxmayaraq müxtəlif şərtlərlə razı olmadığına görə müqaviləyə xitam verildiyini, kredit verilmədiyini, eləcə də Huseynov Kənana 6889,95 manat yox 441,12 manat kredit, Hüseynova Lamiyəyə 6559,26 manat yox 651,17 manat kredit, Bayramova Biyaləyə 17615,22 manat yox 256,78 manat kredit, Əliyeva Şərqiyyəyə 17379,76 manat yox 390,07 manat kretid və Məmmədova Şəfiqəyə 5409,37 manat yox 1181,3 manat 2020-ci il və 2021-ci il üzrə kretid verildiyini göstərmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisin 2020-ci il üzrə faiz gəlirləri 161995,71 manat, 2021-ci il üzrə 318769,08 manat olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ondan götürülmüş fayllardakı məlumatlarda yuxarıda qeyd edilən halların nəzərə alınmasını və həmin faylda olan faiz məbləğlərinin yenidən hesablanmasını göstərməklə 001902 nömrəli protokol əsasında götürülmüş məlumatların mötəbərliliyini qəbul etmişdir. Bu baxımdan iddiaçının məktublarındakı xüsusatlar nəzərə alınmış və 2020-ci il üzrə faiz gəliri 161995.71 manat, 2021-ci il üzrə isə 318769.08 manat kimi qəbul edilərək bu məbləğlərə uyğun olaraq 2020ci il üzrə 22961.05 manat, 2021-ci il üzrə isə 45158.22 manat gəlir vergisi hesablanmışdır. Gəncə İnzibati Məhkəməsi sübutlara və işin xüsuatlarına birtərəfli qaydada qiymət vermişdir. Bununla bağlı olaraq xüsusilə vurğulanmalıdır ki, iddiaçının iddia tələbinin təkzib edilməsi üçün əsaslandırılmış etiraz qeydləri məhkəməyə təqdim olunmuşdur. İddiaçının inzibati aktların ləğv edilməsi məqsədi ilə irəli sürdüyü bütün dəlillərə vergi qanunvericiliyinə əsaslanaraq ətraflı etiraz qeydləri bildirilmişdir. Lakin işə baxmış məhkəmə təqdim edilmiş sübutlara və iddia tələbinin təkzibi ilə bağlı etiraz qeydlərinə qiymət verməmiş, ümumiyyətlə öz qərarında cavabdeh inzibati orqanın mövqeyini əks etdirməmişdir. Yəni belə nəticə hasil olunur ki, məhkəmə düzgün hüquqi nəticəyə gəlmək üçün vergi orqanın mövqeyinə qiymət verməmişdir. İddia tələbinin təkzibi, eləcədə mübahisələndirilən qərarın qanuniliyi ilə bağlı bütün sənədlər (sübut əhəmiyyətli məlumatlar) məhkəmənin ixtiyarına verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana məktublar ünvanlayaraq vergi orqanı əməkdaşları tərəfindən götürülmüş məlumatların həqiqiliyini bir daha təsdiq etmişdir. Belə ki, iddiaçı vergi orqanına göndərdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında yoxlama ilə ondan götürülmüş sənədlərdə bəzi məlumatların düzgün yazılmadığını, həmin səhvləri düzəldərək düzgün məlumatları təqdim etdiyini və vergilərin yenidən hesablanmasını bildirmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçının təqdim etdiyi bütün məlumatlar ətraflı qaydada araşdırılmış və məktubunda əks olunmuş xüsusatlar vergi öhdəliyinin müəyyən edilməsi zamanı nəzərə alınmışdır. İddiaçı bir sıra şəxslərin məlumatlarında yanlışlıq olmasını qeyd etməklə digər şəxslərə aid məlumatların mötəbərliyini təsdiq etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi işin bu hallarını məhkəmə araşdırmasından kənarda saxlamaqla obyektiv həqiqətə nail olmamışdır. Ümumiyyətlə məhkəmə iddiaçıdan mühasibat uçotunun hansı qaydada aparması, hansı rəsmi mühasibatlıq sənədlərindən malik olması, gəlirlərinin və xərclərinin necə müəyyən olunması ilə bağlı hər hansı əlavə araşdırma aparmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixli **********720000 nömrəli və **********718900 qərarlar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə onun tərəfindən oxunmuşdur. Beləliklə, qərarların mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə iddianın mümkünlük şərtlərini də ətraflı yoxlamamış, xüsusi mümkünlük şərtlərinə cavab verməyə iddiaya mahiyyəti üzrə baxmaqda hüquqi yanlışlığa yol vermişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinini rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etdi.
18. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məluat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Konstitusiyası:
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
20. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Mübahisələndirilən qərarların qanunsuz olması və ləğv edilməsi əsasları: -Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi iddiaçıya məxsus kompyuterin bazasından alınan məlumatlar hansı ilkin uçot sənədləri əsasında yığıldığı araşdırılmamış və qiymət verilməmişdir.
22. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1.6. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.
23. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”: 1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. 3.2. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
24. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi “Vergilərin sosial, sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********720000 və **********718900 nömrəli qərarları cavabdehin apardığı kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir.
29. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı 2019-cu il vergi dövrü üzrə 9534.90 manat, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli qərarına əsasən 2021-ci il vergi dövrü üzrə 54674.33 manat, bundan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarla İddiaçı 2020-ci il vergi dövrü üzrə 22.961,05 manat, xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli qərarla 2021-ci il vergi dövrü üzrə 45.158,22 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən hazırki tələb ilə xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli və xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli qərarlar mübahisələndirmişdir.
30. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin mümkünlük şərtləri mübahisələndirildiyindən məhkəmə kollegiyası ilkin olaraq qeyd olunan hala hüquqi qiymət verilməsini zəruri hesab edir.
31. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddia müddətinin bərpasına dair qərardaddan apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, mahiyyəti üzrə qərardan verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilən zaman qeyd olunan məsələnin mübahisələndirilməsi imkanı olduğundan adıçəkilən qərardad məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir.
32. İş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı 2019-cu il vergi dövrü üzrə 9534.90 manat, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli qərarına əsasən 2021-ci il vergi dövrü üzrə 54674.33 manat gəlir vergisi hesablanmışdır.
33. İddiaçı iddia və dəqiqləşdirilmə ərizəsi təqdim edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamışdır.
34. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)745/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş materialları mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
35. Məhkəmə kollegiyasının qərardadında qeyd edilmişdir ki, iddiaçı mübahisələndirdiyi 21 sentyabr 2022-ci il tarixli qərarın nömrəsini natamam yazdığından Gəncə İnzibati Məhkəməsi tərəfindən İPM-in 13. maddəsinin tələblərinə əsasən iddiaçıya və onun nümayəndəsinə xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim olunması üçün xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan formal xəta aradan qaldırılmadığı üçün Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı iddiaçı eləcə də onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli qərarlara münasibətdə qeyd edir ki, həmin qərarlara münasibətdə iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Belə ki, qərarlar iddiaçı tərəfindən xx.xx.2022-ci ildə məhkəməyə müraciət etməklə mübahisələndirilmişdir. Bu zaman iddiaçının 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli qərara münasibətdə 23 gün, 21 sentyabr 2022-ci il tarixli, **********348400 qərara münasibətdə isə 25 gün prosessual müddəti saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)335/2023 saylı qərardadı iddiaçı və onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə əldə edilmiş və 14 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsi ilə məhkəmə müraciət edilərək qeyd olunan qərarlar yenidən mübahisələndirilmişdir.
36. İş birinci instansiya məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçının təqdim etdiyi ərizəyə əsasən iddia “12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət vermə müddəti üzrlü hesab olunaraq bərpa edilmişdir.
37. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, mübahisələndirilən qərarların tarixi xx.xx.2023-cü il olsa da işdən görünür ki, iddiaçı həmin qərarla müəyyən edilmiş borc məbləğini (borc məbləği bu qərarla əvvəlki qərarlara nisbətən azaldılmışdır) xx.xx.2023-cü il tarixdə təqdim edilmiş iddia ilə mübahisələndirmişdir. Odur ki, iddiaçının xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarlarından şikayət vermə müddətini ötürməsi üzrlü hesab edilməli və bərpa edilməlidir.
38. İnzibati orqan apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2023-cü il tarixli **********720000 nömrəli və **********718900 qərarlar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə onun tərəfindən oxunmuşdur. Beləliklə, qərarların mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə müxtəlif tarixlərdə qərarlar qəbul edilmiş, iddiaçı tərəfindən ilkin qərar iddia müddəti ötürülmədən mübahisələndirilmişdir. Hazırki qərarlar qəbul edilən zaman inzibati orqan tərəfindən müvafiq sənədlər qərarların oxunması barədə məlumat və iddianın mümkün sayılmamasına dair vəsatət təqdim edilsə də, sonuncu qərarlar barədə heç bir məlumat verilməmiş, iddiaçı mübahisələndirilən qərarlara münasibətdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir (iş.v 62-73).
40. Bundan sonra iddia tələbi mümkün sayılmamış və iş materialları apellyasiya instansiya məhkəməsinin icraatında olmuş, birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra ilk məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsinə və iddia müddətinin bərpa edilməsinə dair ərizə təqdim etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilkin olaraq vahid vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş qərarlardan ilk ikisini mübahisələndirmiş, daha sonra inzibati orqan tərəfindən yeni qərarlar qəbul edildiyindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yeni aktları mübahisələndirmişdir. İddiaçı vahid vergi yoxlamasını mübahisələndirdiyinə görə aşağı instansiya məhkəməsi əsaslı olaraq iş üzrə buraxılmış prosessual müddət bərpa etmişdir. Belə olan halda iddia tələbi barədə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
42. İddia tələbinin əsaslılığına hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli, 001902 nömrəli protokolun məzmunundan görünür ki, həmin tarixdə vergi əməkdaşları tərəfindən İddiaçı fəaliyyət göstərdiyi obyektdə ona məxsus «Kijutsu» markalı notbukdan (serial№YLDN003544) elektron daşıyıcıda 1 ədəd qovluğun (kredit pro.tural) və xx.xx.2022 iyul Tural exselin (2.47 MB) götürülməsi həyata keçirilmişdir.
43. «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********028500 nömrəli məktubda qeyd olunur ki, avqust 2022 tarixində təqdim olunmuş bəyənnamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli **********9229 və **********9327 saylı qərarlarına əsasən ünvan 2 ünvanında yerləşən **********-23004 saylı təsərrüfat sübyektinizdə sənədlərin və nüunə kimi əşyaların götürülməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərildiyi kimi hüquqi qüvvəyə minmiş əmək müqaviləsi (kontraktı) əsasında hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş tədbir zamanı obyektdə olan noutbukdan (Fujitsu LifebookA Series, Model:AH531, Product No: FPC03408BZ, Part No:CP518111, seriya №YLDN003544) mənbəyi bəlli olan məlumatlar, o cümlədən lombard müştəriləri tərəfindən götürülmüş pul vəsaitləri müqabilində 2019-cu ildən etibarən ödənilmiş məbləğlər (əsas məbləğ, faiz və s.) barədə elektron məlumatlar (“xx.xx.2022 iyul Haciyev Tural” adlı excel faylı) nümayəndələrinin (işçisi X3 və digərləri) iştirakı ilə portativ daşıyıcıya köçürülərək götürülmüşdür. Aparılmış təhlillər vergi ödəyicisinin 2021-ci illər ərzində ayrı-ayrı şəxslərə verilmiş kreditlərin ödənişləri ilə əlaqədar 2020-ci il ərzində 215544,57 manat dəyərində faiz gəliri əldə edildiyi müəyyən edilmişdir.
44. 21 sentyabr 2022-ci il tarixli, **********345300 saylı qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” adlanan hissəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixli **********9229 və **********9327 saylı qərarlarına əsasən ünvan 2 ünvanında yerləşən **********-23004 saylı təsərrüfat subyektində sənədlərin və nümunə kimi əşyaların götürülməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərildiyi kimi hüquqi qüvvəyə minmiş əmək müqaviləsi (kontraktı) əsasında hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş tədbir zamanı obyektdə olan noutbukdan (Fujitsu LifebookA Series, Model:AH531, Product No: FPC03408BZ, Part No:CP518111, seriya №YLDN003544) mənbəyi bəlli olan məlumatlar, o cümlədən lombard müştəriləri tərəfindən götürülmüş pul vəsaitləri müqabilində 2019-cu ildən etibarən ödənilmiş məbləğlər (əsas məbləğ, faiz və s.) barədə elektron məlumatlar (“xx.xx.2022 iyul Haciyev Tural” adlı excel faylı) nümayəndələrinin (işçisi X3 və digərləri) iştirakı ilə portativ daşıyıcıya köçürülərək götürülmüşdür. Aparılmış təhlillər vergi ödəyicisinin 2021-ci illər ərzində ayrı-ayrı şəxslərə verilmiş kreditlərin ödənişləri ilə əlaqədar 2020-ci il ərzində 215544,57 manat dəyərində faiz gəliri əldə edildiyi müəyyən edilmişdir.
45. Hazırki məhkəmə araşdırılmasının predmeti olan qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” adlanan hissəsində göstərmişdir ki, vergi ödəyicisi İddiaçı xx.xx.2023-cü il tarixli **********027100 nömrəli və xx.xx.2023-cü il tarixli **********663500 nömrəli məktublarla müraciət edərək bildirmişdir ki, OVN tədbiri zamanı sənədlərin və nümunə kimi əşyaların götürülməsindən əldə olunan kredit müqavilələrinə əsasən kredit verilmiş müştərilərdən İsmayılov Mehmana 73074,17 manat kredit verilməsi qeyd olunmasına baxmayaraq müxtəlif şərtlərlə razı olmadığına görə müqaviləyə xitam verildiyini, kredit verilmədiyini, eləcə də Hüseynov Kənana 6889,95 manat yox 441,12 manat kredit, Hüseynova Lamiyəyə 6559,26 manat yox 651,17 manat kredit, Bayramova Biyaləyə 17615,22 manat yox 256,78 manat kredit, Əliyeva Şərqiyyəyə 17379,76 manat yox390,07 manat kretid və Məmmədova Şəfiqəyə 5409,37 manat yox 1181,3 manat 2020-ci il və 2021-ci il üzrə kredit verildiyini göstərmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisin 2020-ci il üzrə faiz gəlirləri 161995,71 manat, 2021-ci il üzrə 318769,08 manat olduğunun nəzərə alınmasını xahiş etmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yuxarıda göstərilmiş hərəkətləri Vergi Məcəlləsinin “Kameral vergi yoxlaması” adlanan 37-ci maddəsi ilə müəyyən edilmiş kameral vergi yoxlamasının aparılması qaydalarına ziddir.
47. Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
48. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının binasına gedərək girişində yerləşən kompüterdən (serverdən) götürülmüş məlumatlarına əsasən əlavə vergi məbləği hesablamışdır.
49. Belə olan halda cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq kameral vergi yoxlaması keçirilən zaman iddiaçının fəaliyyət göstərdiyi yerə gedərək əldə edilən və mənbəyi məlum olmayan məlumatlar əsasında gəlir vergisш hesablamışdır.
50. Bundan başqa, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
51. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir.
52. Beləliklə, cavabdeh hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.1.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla əlavə vergi öhdəliyinin hesablanması qanuni sayıla bilməz.
53. Belə ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir.
54. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.
55. Həmçinin məhkəməyə təqdim edilən elektron daşıyıcıda olan cədvəllərdə iddiaçıya və ya digər səlahiyyətli şəxsə aid imza yoxdur. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real dövriyyəni müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını müəyyən etmək qeyri-mümkündür.
56. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
57. Apellyasiya şikayətinin dəlillərində həmçinin İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana məktublar ünvanlayaraq vergi orqanı əməkdaşları tərəfindən götürülmüş məlumatların həqiqiliyini bir daha təsdiq etməsi qeyd olunmuşdur.
58. Məhkəmə tərkibi qeyd olunan dəlilə tənqidi yanaşaraq hesab edir ki, vergi ödəyicisinin inzibati icraat zamanı təqdim etdiyi sübutlar, izahatlar onun ziyanına şərh olunmamalı, icraatın aparılması zamanı toplanmış digər sübutlara əsasən hüquqi qiymət verilməlidir.
59. Məhkəmə kollegiyası hesab edir ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Vergi Məcəlləsinin 3.8 və 3.11-ci maddələri).
60. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri).
61. Beləliklə, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə görə 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarları əsaslı sayıla bilməz.
62. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1341/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov