Məhkəmə qərarları › İş №2-1(104)-479/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-479/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-479/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-579/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 933 nömrəli travma haqqında arayışında göstərilmişdir ki, əsgər İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Xocavənd istiqamətində düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində tankda xəsarət almışdır. Nəticədə partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və astenonevrotik təzahür edən nəticəsi. Partlayış travması. Başın təpə nahiyyəsinin, sol baldırın kor qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları. Barotravma” diaqnozlu travmasının səbəb əlaqəsi “Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 621 nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı "Üzvi mənşəli şəxsiyyət pozuntusu, teztez təkrarlanan dekompensasiyalar. Postkontuzion sindrom. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dissosiativ amneziya. Posttravmatik stress pozuntusu" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı diaqnozu "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxansı” publik hüquqi şəxsin İddiaçı dair xx.xx.2023-cü il tarixli elektroensefaloqrammasının nəticəsi “Beyinin biocərəyan fəallığı qalıq üzvü tipli dəyişiklik əlamətləri ilə səciyyələnir. Beyin qabığı ilə qapıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib. Ocaqlı dəyişiklik və epilepsiya əlamətləri aşkar edilmir” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞnin xx.xx.2023-cü il tarixli 970 nömrəli Tibbi rəyində İddiaçı diaqnozu “Üzvi şəxsiyyət pozuntusu F07.0. Posttravmatik stress pozuntusu F43.1” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Tibb Universitetinin X4 İddiaçı dair BERA testinin nəticəsi “Hər iki qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyə olunur” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6-ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0321003AAP3F nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin xxxxxxx0002 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00067638PHE nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; tez-tez baş verən dekompensasiyalarla; Yanaşı xəstəliklər - S06.0 – Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, İkitərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə; Yanaşı xəstəliklər – F43.1 – Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi; Yanaşı xəstəliklər – H52.2 – Astiqmatizm, Sağ gözün sadə miopik astiqmatizmi; Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul etmişdir. Vətəndaşın həmin qərardan verilmiş şikayətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16176/2023 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T880/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən "Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla; Yanaşı xəstəliklər: S06.0-baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travması, T70.0-qulağın barotravması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı niqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə, F43.1- posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F62.0- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi, H52.2- astiqmatizm, sağ gözündə sadə miopik astiqmatizm" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik dərəcəsinin düzgün qiymətləndirilməsi və ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tank taborunda baş mexanik sürücü işləmişdir. 2020-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə başlamış, xx.xx.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində tankda olarkən «partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və astenoneyrotik təzahür edən nəticəsi, başın təpə nahiyyəsinin, solbaldırın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, barotravma » xəsarətləri almışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Kürdəmir RMX-da, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-31,07.2021-ci il tarixədək Müdafiə Nazirliyinin BKH-da, xx.xx.2021- xx.xx.2021, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyinin Qazax rayon Psixatriya Xəstəxanasında xx.xx.2023-də Müdaflə Nazirliyinin MHP-da müayinə və müalicədə olmuşdur. Qeyd edir ki, səhhəti imkan vermədiyi üçün hazırda heç bir işlə məşğul ola bilmir, mütəmadi müalicə olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə « Hərbi Xidmətə görə », « Vətən müharibəsi iştirakçısi », « Cəbrayılın azad olunmasına görə » medalları ilə təltif olunmuşdur. Ona görə də o, müvafiq əlillik dərəcəsinin verilməsi üçün müraciət etmiş və Tibbi Sosial Ekspert Komissiyasından müainədən keçmişdir. Müayinə zamanı ona « Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, uzunmüddətli posttravmatik stress pozuntusu, fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi, qulağın barotravması, ikitərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqin sol qulaqda 3 metr, sağ qulaqda 4 metr məsafədən eşitməsi ilə, astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi » diaqnozu qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab gəlmiş və diaqnozun əlillik dərəcəsi təyin etməməsi göstərilərək ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Hesba edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik vəziyyətinin düzgün qiymətləndirilməli və ona əlillik dərəcəsi verilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-579/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul etmişdir. Vətəndaşın həmin qərardan verilmiş şikayətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16176/2023 nömrəli qərar qəbul edilmişdir. Həmçinin həmin göndərişlə müəyyən olunur ki, İddiaçı “U07.1” diaqnozu ilə Maqnit rezonans klinikasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Postkontuzion sindrom F07.2” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, “Postkontuzion sindrom F07.2” diaqnozu ilə X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu F07.0” diaqnozu ilə Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pzoğunluğu F07.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr Y36.2” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Baş beyinin silkələnməsi S06.0” diaqnozu ilə Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicələrdə olmuşdur. Həmin diaqnozlardan Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və Yanaşı xəstəliklər - F43.1 – Posttravmatik stress pozuntusu və S06.0 - Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. İddiaçıya qoyulmuş digər diaqnozlar üzrə xəstəliklər isə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlməmiş, yəni həmin meyarlarda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olması müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edib ki, İddiaçı əlillik təyinatına əsas verən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz və 50-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş (Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və Yanaşı xəstəliklər - F43.1 – Posttravmatik stress pozuntusu və S06.0 - Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması) diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 və 50-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nə istinad etməklə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinin ziddinə olaraq və şəxsin əyani müayinəsi nəticəsində qəbul edilmiş qərarlara məhəl qoymayaraq qanunvericilikdəki normaları sadalamaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Vətəndaş ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu. Şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin qabarması, nümayişkar davranışlarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 7.6.2. bəndinə əsasən, üzvi mənşəli şəxsiyyət pozuntusu – XTB-10 (F07.0) zamanı orqanizmin funksiyasının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6-ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ-nin xx.xx.2023-cü il tarixli 970 nömrəli Tibbi rəyində İddiaçı diaqnozu “Üzvi şəxsiyyət pozuntusu F07.0. Posttravmatik stress pozuntusu F43.1” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 621 nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı "Üzvi mənşəli şəxsiyyət pozuntusu, teztez təkrarlanan dekompensasiyalar. Postkontuzion sindrom. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dissosiativ amneziya. Posttravmatik stress pozuntusu" diaqnozu qoyulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı diaqnozu "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 933 nömrəli travma haqqında arayışında göstərilmişdir ki, əsgər İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Xocavənd istiqamətində düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində tankda xəsarət almışdır. Nəticədə partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və astenonevrotik təzahür edən nəticəsi. Partlayış travması. Başın təpə nahiyyəsinin, sol baldırın kor qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları. Barotravma” diaqnozlu travmasının səbəb əlaqəsi “Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı ona müvafiq əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qiymətləndirmələrin nəticəsində “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayətdən sonra xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi keçirilməklə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16176//2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasını əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı məxsus xx.xx.2023-cü il tarixli göndərişdə “Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2-ci bəndində öz əksini tapmışdır. Qeyd olunan Əlavənin həmin bəndinə əsasən iddiaçıya qoyulmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz müəyyən edilmiş və bu diaqnoza görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq müəyyən edilməli olması ilə bağlı mövqeyini də əsaslı hesab edir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-579/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar