Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-482/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN44/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinin müsbət həllindən sonuncu tərəfindən 3-25-2/2-Ə-74xx-xx/2024 nömrəli məktub ilə imtina edilmiş və onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N5683 nömrəli arayışına əsasən avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan sənədlər:
2. İddiaçı qeydiyyat kartasında onun xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü ilədək Goranboy ərazisində özünümüdafiə batalyonunda hərbi xidmət keçdiyi qeyd edilmişdir.
3. НЗ ******* nömrəli hərbi biletdə aparılmış qeydlərdən görünür ki, İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Goranboy ərazisində özünümüdafiə batalyonunda xidmət etmiş, Goranboy və Ağdərə bölgələrində döyüşlərdə iştirak etmişdir.
4. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N92-ci il tarixli, N659 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı “Qapalı kəllə-beyin travması astenik simptomokomplekslə” diaqnozu “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
5. Tərtər Hərbi Prokrorluğunun xx.xx.2005-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.3 maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir.
6. Tərtər Hərbi Prokrorluğunun xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, Əhmədov X3 rayon hərbi komissarlığı tərəfindən xx.xx.N92-ci il tarixdə səfərbərliklə əlaqədar olaraq müddətli həqiqi hərbi xidmətə çağrılmış və Goranboy rayon özünü müdafiə batalyonunda xidmətdə olarkən hərbi hissəni özbaşına tərk edib getməyi faktına əsasən toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir.
7. İddiaçı xx.xx.2006, xx.xx.20N0, xx.xx.20NN, xx.xx.20N2, xx.xx.20N4-cü il tarixlərdə N il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlaməti, hipertenzion sindromla və tez-tez olan krizləri ilə. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.
8. İddiaçı xx.xx.20N5-ci il tarixdən N il, xx.xx.20N6-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlaməti. Hipertenzion sindromla və beyin krizləri ilə. Mərkəzi sinir sistemində kiçik üzvi zədələnmə. Nevrosteniya” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli arxiv arayışına əsasən, İddiaçı N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmri ilə (əsas § N, səh. N0) kiçik serjant rütbəsində sanitar təlimatçı vəzifəsində batalyona qəbul edilmişdir. N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin 3N avqust N92-ci il tarixli 8 №-li əmrində (əsas səh. 42) atıcı sıravi İddiaçı adı avqust ayı üçün əmək haqqı almış şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. N0. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli arxiv arayışına əsasən, N57 №-li hərbi hissə komandirinin avqust N96-cı il tarixli əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. NN. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh- N0, əmrdə hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) kiçik çavuş İddiaçı tibb məntəqəsində sanitar-təlimatçı vəzifəsinə təyin olunmuşdur. N2. Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 7 №-li əmrində (əsas: §-N, səh-36, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N-ci tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin iyul ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuşdur. N3. Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 8 №-li əmrində (əsas: §-N, səh-42, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) 3-cü tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin avqust ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N4. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-92/2- 342/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N92-ci il tarixdə “Yüngül dərəcəli kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” (Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N92xx.xx.N92-ci ilə məxsus “iclas protokol qeydiyyatı” kitabının 57-ci səhifəsində olan 993-cü sayındakı qeyd).
Birinci instansiya məhkəməsində icraat: N5. İddiaçı cavabdeh Müdafiə Nazirliyi N3 saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını əsassız hesab edərək, üzərinə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, səfərbərliklə əlaqədar xx.xx.N92-ci il tarixdə Goranboy rayon hərbi komisarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordusu sıralarına çağrılmış və xidmətini davam etdirmək üçün N57 saylı hərbi hissənin 2-ci taboruna təhvil verilmiş, həmin hərbi hissənin tərkibində Ağdərə və Goranboy rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, həmin batalyonda xx.xx.N92-ci il tarixdə xidmət edərkən başından yaralanmış və uzun müddət hospitalda müalicə almışdır. Uzun müddət ona bununla bağlı təqaüd verilsə də, sonradan dayandırılmışdır. Bundan sonra cavabdeh təşkilata müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etsə də, bundan imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən, o cümlədən hərbi biletindən, arxiv arayışından və sair sənədlərdən sübuta yetirilir ki, o, xx.xx.N92-ci il tarixdə Goranboy rayon hərbi komisarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordusu sıralarına çağrılmış və xidmətini davam etdirmək üçün N57 saylı hərbi hissənin 2-ci taboruna təhvil verilmişdir. N7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. N8. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində N57 nömrəli hərbi hissənin tərkibində 2-ci taborda xidmət edərkən hərbi hissəni özbaşına tərk etmiş və 3 aydan artıq müddətə xidmət yerinə qayıtmamışdır. Qeyd edilən faktla bağlı Goranboy rayon hərbi komissarlığı tərəfindən toplanmış materiallar qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Tərtər hərbi prokurorluğuna göndərilmişdir. İddiaçı izahatında xidmət edərkən başından travma aldığı və müalicəyə göndərildiyi, müalicədən sonra xidmət yerinə qayıtmadığı və bu cinayət əməlindən peşiman olduğunu göstərmişdir. Tərtər hərbi prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3- cü bəndinə əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2005-ci i tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N-ci maddəsinin tərkibi vardır, lakin İddiaçı himayəsində iki azyaşlı uşaq olmasını əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində əməlin və ya şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi əsası ilə barəsində toplanmış materiallar üzrə Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü bənd (bəraətverici əsas olmadan) üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 sayı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Qeyd hissəsində göstərilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı qaydalar (meyarlar) Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, istinad olunan normativ aktda birbaşa qeyd olunmuşdur ki, veteran adının və vəsiqəsinin verilməsinə əsas olan müddəalar (meyarlar) hərbi hissəni özbaşına tərk edən və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərə şamil olunmur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, fakt təsdiq olunmuş və barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. Ona görə də, hazırki iş üzrə iddiaçının müharibə veteranı adın və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin olunması qanunvericiliyin tələblərinə ziddir. Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxılarkən, şəxsin hərbi xidmət müddətinin sona çatması nəticəsində hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması və bunun zəruri sənədlərdə əks edilməsi (zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışı da daxil edilmişdir) meyarına da baxılır. İşlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N5683 nömrəli arayışında göstərilmişdir ki, N92-ci ilin avqust ayından etibarən İddiaçı hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə, fakt barəsində hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılaraq bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verildiyinə görə “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə əsasən, iddiaçının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə müraciətinin (hazırki halda iddia tələbinin) təmin edilməsi mümkün deyildir. N. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN44/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri 2N. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətinin məzmunu imtina və etiraz qeydlərinin məzmunu ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, əvvəllər əlilliklə bağlı pensiya alsa da, hazırda əlilliyi ləğv edilmişdir. Bundan başqa, hərbi xidmət zamanı yaralanmışdır.
25. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N5683 nömrəli arayışına əsasən onun avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumatın olmaması ilə əsaslandırılmışdır. 3N. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası iddiaçının avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumatın olmaması olmuş, iddiaçı məhkəməyə müraciət edərək ona “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin Qeyd hissəsi ilə əsaslandırmışdır.
33. Belə ki, adıçəkilən Əsasnamənin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94- cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
34. Əsasnamənin həmin bəndinin Qeyd hissəsinə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
35. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N92-ci il tarixli, N659 nömrəli arayışından görünür ki, İddiaçı qoyulmuş “Qapalı kəllə-beyin travması astenik simptomokomplekslə” diaqnozu “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
36. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-92/2- 342/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N92-ci il tarixdə “Yüngül dərəcəli kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” (Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N92xx.xx.N92-ci ilə məxsus “iclas protokol qeydiyyatı” kitabının 57-ci səhifəsində olan 993-cü sayındakı qeyd).
37. Bundan başqa iş materialları ilə təsdiq olunur ki, iddiaçıya xx.xx.2006, xx.xx.20N0, xx.xx.20NN, xx.xx.20N2, xx.xx.20N4-cü il tarixlərdə N il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlaməti, hipertenzion sindromla və tez-tez olan krizləri ilə. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə, xx.xx.20N5-ci il tarixdən N il, xx.xx.20N6-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlaməti. Hipertenzion sindromla və beyin krizləri ilə. Mərkəzi sinir sistemində kiçik üzvi zədələnmə. Nevrosteniya” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumatın olmaması (qanunla müəyyən olunmuş qaydada tərxis olunmaması) ilə əsaslandırsa da nəzərə almamışdır ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir və bu təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin Qeyd hissəsinə əsasən şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı barəsində əlillik təyinatının aparılmasına dair qərarın hazırda qüvvədə olmaması (xx.xx.202N-ci il tarixində müddəti bitmişdir) ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şəxsə əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.
40. Belə ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. 4N. Beləliklə, iddiaçı Goranboy Ərazi Özünü Müdafiə Batalyonunun tərkibində Goranboy və Ağdərə bölgələrində döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmasa (qanunla müəyyən olunmuş qaydada tərxis olunmasa) belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
42. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN44/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov