Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-484/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1, cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, “qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-83/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. xx.xx.2024-cü il tarixli, 41 nömrəli arxiv arayışından və Göygöl rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48-16-RA/2-A-75-8/2023 nömrəli məktubdan görünür ki, Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun arxiv fondunda olan 1959-cu ilə aid protokol kitabında kolxoz üzvlərinin 10 mart 1959-cu il tarixli 02 saylı ümumi yığıncağının qərarına əsasən vətəndaş X12 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il, 943 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən X12 məxsus torpaq sahəsində razılaşdırılmış layihə sənədi əsasında inşa edilmiş ümumi sahə - 305,0 kv.m, o cümlədən yaşayış sahəsi – 150,6 kv.m, zirzəmi – 39,0 kv.m, həyət tikilisi – 37,4 kv.m, talvar – 128.5 kv.m tikililəri qeydiyyata alınmışdır.
3. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 X12 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur.
4. Gəncə şəhər Məhkəməsinin 2(125)-262/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ilk iddiaçı X10 cavabdehlər İddiaçı2, X21, X27 və İddiaçı1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 iddiaçı 9qarşılıqlı iddia üzrə cavabdeh) X12 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1148/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(102)-532/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1148/2023 nömrəli, 13 iyun 2023cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı1 və X19 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 fərdi yaşayış evinə dair X10 adına verilmiş Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X10 adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1714/2023 nömrəli qərardadla icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Məlahət Zeynalabdı qızına, əri X23 və uşaqlarına qarşı “evdən çıxarılma” tələbinə dair iddia qaldırmış, o isə qarşılıqlı iddia ərizəsi ilə çıxarışın ləğv edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. İddiaçı X13 iddiasını onula əsaslandırmışdır ki, ünvan 3 fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh Müşfiq Vəliyev onun qardaşı oğludur, sonuncu evə başqa şəxsləri gətirərək qanuna zidd hərəkətlər etdiyindən birgə yaşamağı qeyri mümkündür. Həmin evi adına rəsmiləşdirdikdən sonra evdən çıxmağımızı tələb etsə də, biz evdən çıxmamış və nəticədə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. ünvan 3 fərdi yaşayış evi 1960-cı ildə onun qaynatası X14 nənəsi Xanım tərəfindən tikilmişdir. Belə ki, qaynatası Vəli Vəliyevin nənəsinin həmin mübahisəli evin yaxınlığında evi olmuş, həmin ev satılmış və ünvan 3 ünvanda iki otaq tikilmiş, həmin ev iki hissəyə bölünərək qaynatası X16 və qaynatasının qardaşı olan X11 verilmişdir. Qaynatasının qardaşı olan X17 və qaynatası X22 özlərinin yaşadığı bir otaqlı evdə yaşayaraq evlənib ailə qurmuş və Məmməd Vəliyev öz ailəsi ilə 1974-cü il tarixədək orada yaşamışdır. Cavabdeh X18 həmin mübahisəli ev tikilən zaman Rusiya Federasiyasında hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasında Rusiya vətəndaşı ilə ailə qurmuş və ailə qurduğu xanımla 1974-cü ildə Gəncə şəhərinə qayıtmış, qaynatasının qardaşı X4 Vəliyev qayıtdıqdan sonra özünün yaşadığı bir otaqlı evi sonuncuya verərək 1974-cü ildə öz ata evinə yaşamaq üçün getmişdir. Cavabdeh X18 1974-cü ildən ünvan 3 fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evin digər bir otaqlı hissəsində isə qaynatası X22 ailə üzvləri ilə birlikdə yaşamışlar. O, 2005-ci ildə X24 ilə ailə qurduqdan sonra həmin mübahisəli mülkə gəlin gəlmiş və hal-hazırda həmin mübahisəli mülkdə uşaqları ilə birlikdə yaşayır. Lakin qaynatası sağlığında həmin mübahisəli mülkün onun yaşadığı hissəsində bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Eyni zamanda cavabdeh Polad Vəliyevin yaşadığı evdə qaynatasının qardaşı Məmməd Vəliyev də 1974cü ilədək yaşadığı dövrdə bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Onlarla cavabdeh Polad Vəliyevin yaşadığı ev iki hissəyə hələ 1960-cı ildən bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zaman onlarla cavabdehin işıq, qaz, su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən X8 fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 5iolmadan inşa edilmiş ümumi sahə 305.0 kvm, o cümlədən yaşayış sahəsi 150.6 kvm, zirzəmi 39.0 kvm, həyət tikilisi 37.4 kvm, talvar 128.5 kvm tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. X12 Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0.07 ha torpaq sahəsində yerləşən tikili “A”-da 113.6 kvm altı yaşayış otaqları, 88.5 kvm köməkçi sahə, 39.0 kvm y/zirzəmi, tikili “B”-də 33.4 kvm iki yaşayış otaqları, 60.8 kvm köməkçi sahə, tikili “C”-də 16.7 kvm hamam, tikili “Ç”-də 20.7 kvm hamam, tikili “T1”-də 128.5 kvm talvar) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və X6 adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, X13 onların və öz yaşadığı ünvan 3 fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Halbuki, X1 şəhəri Stalin adına kolxozda işləmədiyi bir vaxtda, hətta 1959-cu ildə 19 yaşı olmaqla hərbi xidmətdə olduğu bir dövrdə həmin mübahisəli evə mülkiyyət hüququnu saxta sənədlə əldə etməsi bir daha təsdiq olunur. O, X2 sənədlə ünvan 3 fərdi yaşayış evinə dair texniki pasport və çıxarış alaraq mülkiyyət hüququnu qanunsuz əldə etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi göndərmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X18 üçüncü şəxs qismində iş üzrə icraata zəruri qaydada cəlb edilmişdir.
10. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 3440/2023 nömrəli etirazında qeyd olunmuşdur ki, araşdırma zamanı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın qanunvericiliyin tələbləri nəzərə alınmaqla verildiyi müəyyən edilmişdir. Belə ki, Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun xx.xx.1959-cu il tarixli, 2 saylı ümumi iclas protokulundan çıxarış, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması haqqında xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamına əsasən, X10 adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********72- 10301 reyestr nömrəli hüquqların Dövlə: qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hesab olunmuşdur ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq vericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Bununla yanaşı, iddia tələbindən göründüyü kimi iddiaçılar X10 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız olduğunu etmişdilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsınin 2 2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında izah olunmuşdur kr, əmlak hüquqları ilə bağlımübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri pövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfincdlən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Ftespublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindər irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-83/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, iddiaçıların iddia tələbi xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğvinə yönəlmişdir. Lakin, qeyd olunanlardan görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə X12 məxsusdur. X18 isə iddiaçı X9 babasının qardaşı, digər İddiaçı1 isə ərinin babasının qardaşıdır. Odur ki, iddiaçılar iddia qaldırsalar da, həmin iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildirlər.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı1 qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-83/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli əmlak iddiaçının mərhum ərinə məxsus olmuş, onun və ərinin istifadəsində və sahibliyində olmuşdur. Bu səbəbdən də iddia tələbi üzrə onun subyektiv hüququ mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, qeyd əsaslı olmuş və təqdim olunan qanunamüvafiq sənədlər əsasında aparılmışdır.
Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əyişdirilmədən saxlanmalıdır.
21. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X10 adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli qeydi mübahisələndirmişdir.
22. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
24. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 41 nömrəli arxiv arayışından və Göygöl rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48-16-RA/2-A-75-8/2023 nömrəli məktubdan görünür ki, Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun arxiv fondunda olan 1959-cu ilə aid protokol kitabında kolxoz üzvlərinin 10 mart 1959-cu il tarixli 02 saylı ümumi yığıncağının qərarına əsasən vətəndaş X12 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir.
27. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il, 943 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən X12 məxsus torpaq sahəsində razılaşdırılmış layihə sənədi əsasında inşa edilmiş ümumi sahə - 305,0 kv.m, o cümlədən yaşayış sahəsi – 150,6 kv.m, zirzəmi – 39,0 kv.m, həyət tikilisi – 37,4 kv.m, talvar – 128.5 kv.m tikililəri qeydiyyata alınmışdır.
28. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 X12 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur.
29. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu təsdiq olunmur.
30. Belə ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə X12 məxsusdur və iddiaçının qeyd edilən qeydin mübahisələndirilməsi ilə bağlı hüquqi və faktiki əsas mövcud deyildir, bununla bağlı hər hansı subyektiv hüququ istisna edilmişdir.
31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
32. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-83/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov