Məhkəmə qərarları › İş №2-1(104)-487/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-487/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-487/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" QSC və Göygöl rayonu Zurnabad bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-190/2024 saylı qərardadından iddiaçının nümayəndəsi (qardaşı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin sənədləşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1932-ci ilin fevral ayında X1 rayonunun Tülallar kəndində anadan olubdur. Atası İddiaçı Tanırverdi oğlu 1941-ci ildə müharibəyə gedib. 1943-cü ildə yaralı vəziyyətdə Tülallar kəndinə gətiriblər. Həmin ildə rəhmətə gedib. xx.xx.1954-cü ildə atası X26 anası X30 ilə rəsmi nikah bağlamışdır. Evləri qəzalı vəziyyətdə olduğu üçün Gəncə şəhərinə köçüb yay aylarında kənddə gedib dəyə qurub yaşamışlar, torpağı heç kimə satmamışlar. 1974-cü ilə qədər Tülallar və Çıraqlı kəndləri Daşkəsən rayonunun nəzdində olub, arxivləri Dəstəfur kəndində yanıb. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39 nomrəli arxiv çıxarışına əsasən Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X9 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X9 özüdür və təsərrüfatın şəxsi istifadəsində olan torpağın cəmi sahəsi 0.25 hektardır. Göygöl rayon torpaq şöbəsində peykə Tülallar kəndinə baxılıb, koordinatları tapılıb. X13 evinin, X14 evinin və X10 evinin arasındadır. Göygöl rayonu Tülallar kənd sakinləri X38, X31, X2, X6 və X11 onun iştirakı ilə akt tərtib edərək göstəriblər ki, həqiqətən atası X27 22 fevral 1932-ci ildə Tülallar kəndində doğulub, babası İddiaçı Tanrıverdi oğlu 1941-ci ildə müharibəyə gedib. 1943-cü ildə yaralı vəziyyətdə kəndə gəlib orada vəfat etmişdir. Atası ailə qurub və yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün 1960-cı ildə Gəncə şəhərinə qohumlarının evinə köçüblər. Hər yay aylarında dəyə qurub həmin 0.25 hektar torpaq sahəsində yaşayıblar və 0.25 hektar həyatyanı torpaq sahəsinin X15 məxsus olmasını təsdiq etmişlər. 0.25 hektar torpaq sahəsinin mərhum X16 məxsus olmasını və ondan miras qaldığı şahid ifadələri ilə və eləcə də Daşkəsən rayon Dovlət Arxivinin arayışı ilə sübuta yetirilir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2320/2022 nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-200/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-2320/2022 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd Fərrux Məmmədovun adına olduğundan ilkin qeydiyyat da məhz onun adına aparılmalı, bundan sonra vərəsəsi kimi hazırkı iş üzrə İddiaçı adına torpaq sahəsinin üzərində mövcud mülkiyyət hüququnun qeydə alınması həyata keçirilməli idi. Başqa sözlə, iddia tələbində məhz təsərrüfatbaşına kitabda adı qeyd olunmuş Fərrux Məmmədovun adına ilkin qeydiyyatın aparılması mümkündür. İddiaçıya lazımi hüquqi yardım edilməli, hüquqi marağı müəyyən edilməklə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmalıdır. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək onun əsl iddiaçı X20 ilə əvəz edilməsini xahiş etmiş, eyni zamanda X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini də təqdim etmişdir. Həmin ərizədə Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X16 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X20 ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X32, "xxxx" QSC və Göygöl rayonu Zurnabad bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-190/2024 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmiş X17 iştirakına xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-190/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (qardaşı) İddiaçı şikayət verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-190/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, babası müharibə iştirakçısı olduğuna və 1943cü ildə öldüyünə görə 0,25 ha torpaq sahəsini Çıraxlı-Tülallar təsərrüfat kitabına yazıblar. DƏDKR 3 saylı Gəncə ərazi idarəsi qanunsuz olaraq onların torpağını 2004-cü ildə qonşuları X21 evin yerini satıb və sənədləşdirib. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 63.2-ci maddəsinə əsasən prosesdə iştirak etməyən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün sayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə kollegiyası iddia ilə bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İş materiallarında olan Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950- 1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X9 adına təsərrüfat var və həmin təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi cəmi 0.25 hektardır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli AZ-İ 315955 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X27 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 13-cü günündə 666 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 206 nömrəli məktubundan məlum olur ki, X20 mərhum X7 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 91 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl RİHB Tülallar kənd inzibati ərazi üzrə nümayəndliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablara rayon arxivində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabda X9 adına mülk və torpaq sahəsi qeydə alınmamışdır. İş materiallarında olan Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 53 nömrəli arxiv arayışından görünür ki, Çıraqlı k/sovetinin 1954-1962-ci illəri əhatə edən təsərrüfatbaşına kitablar arxivin fondunda mühafizə olunmur. Çıraqlı kənd sovetinin 1963cü il və sonrakı illərin təsərrüfatbaşına kitablarında isə Tülallar kəndinə dair sənədlər yoxdur. Odur ki, mərhum X9 1953-cü ildən sonrakı illərdə təsərrüfatı barədə məlumat vermək imkan xaricindədir. İş materiallarından görünür ki, ddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 16RA/2-G-63-8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tülallar kənd X19 İcraiyyə Komitəsinin 1945-1957-ci illərə dair təsərrüfatbaşına kitabları Göygöl rayon Dövlət Arxivinin mühafizəsində saxlanılmır. Bu səbəbdən də təsərrüfatbaşına kitabdan çıxarışı məhkəməyə təqdim edə bilmirlər. Tülallar kəndi həmin illərdə Daşkəsən rayonunun ərazi vahidinə daxil idi. İş materiallarında olan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adına qeyd edilmiş Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, koordinatları və konfiqurasiyası) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Belə olan təqdirdə, tərəfimizdən aparılan araşdırma zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1578.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti, 922.0 kv.m hissəsi isə ayrı-ayrılıqda digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1585.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı sahə, 915.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan örüş sahəsidir. 2) Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. 3) Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin, 336.0 kv.m hissəsi **********36-10301 reyestr nömrəli çıxarışa əsasən X17 mülkiyyətində, 372.0 kv.m hissəsi **********40 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 214.0 kv.m hissəsi **********41 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 696 kv.m və 219 kv.m hissələri **********18 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş, 307.0 kv.m hissəsi **********23 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində, 356.0 kv.m hissəsi isə **********31 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olundu. 4) İstifadələrində olan elektron baza materiallarına istinadən, sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi halı aşkarlanmadı. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - Torpağın mülkiyyətə verilməsinə dair JN-040B kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.04 ha torpaq sahəsi X22, X18 və X12 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin hər birinin 1/3 hissədə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. Daha sonra həmin torpaq sahəsinin 4/9 hissəsi üzərində X3, 4/9 hissəsi üzərində X12, 1/9 hissəsi üzərində X4 mülkiyyyət hüquqları 2.12.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncular tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın 4Ə-45 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-yə satılmış və onun Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-040C kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.06 ha torpaq sahəsi X22, X18 və X12 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınaraq, sonuncular tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın 4Ə-44 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-yə satılmış və onun Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023- cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.959 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) üzərində Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Tülallar kəndində yerləşən 4.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göygöl rayon notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-41 saylı icarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2038-ci il tarixinədək "xxxx" QSC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.0703 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) üzərində Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-039F kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsi X32, X8, X33 və X23 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hər birinin 1/4 hissədə, həmin torpaq sahəsində yerləşən 49.5 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X17 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçilər (Satıcılar) ilə "xxxx" QSC (Alıcı) arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın AN-İ №1028371 nömrəli alğı-satqı müqaviləsi bağlanaraq, sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin alğı-satqısı baş tutmuş, "xxxx" QSC-nin Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsi və 49.5 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqlarının qeydiyyatı aparılmış və texniki pasport tərtib edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adına təsərrüfat və həmin təsərrüfatın şəxsi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd edilmiş olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X16 məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı X20 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X16 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X16 məxsus olmasını iddia edə bilməsi üçün ilk növbədə mərhum atasının adına təsərrüfabaşına kitabda qeyd olunan 0.25 ha torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, həmin torpaq sahəsinin mərhum X16 məxsus olması halı müəyyən edilə bilinsin. Lakin iddiaçının mərhum atasının adına qeyd olunan 0.25 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabında qeyd olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X16 məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adına qeyd edilmiş Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, koordinatları və konfiqurasiyası) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Belə olan təqdirdə, mütəxəssis tərəfindən aparılan araşdırma zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1578.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti, 922.0 kv.m hissəsi isə ayrı-ayrılıqda digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1585.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı sahə, 915.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan örüş sahəsidir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin, 336.0 kv.m hissəsi **********36-10301 reyestr nömrəli çıxarışa əsasən X17 mülkiyyətində, 372.0 kv.m hissəsi **********40 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 214.0 kv.m hissəsi **********41 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 696 kv.m və 219 kv.m hissələri **********18 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş, 307.0 kv.m hissəsi **********23 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində, 356.0 kv.m hissəsi isə **********31 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olundu. İstifadələrində olan elektron baza materiallarına istinadən, sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi halı aşkarlanmadı. Göründüyü kimi, iddiaçının atasına məxsusluğu barədə arayış verilməsini tələb etdiyi torpaq sahəsinin bir hissəsi üzərində bələdiyyənin, digər hissəsi üzərində isə üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi Məmmədov X24 rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabında X9 adına 0.25 ha torpaq sahəsinin olmasına istinad edir, hansı ki, Azərbaycan Respublikasında 18 fevral 1995-ci il tarixdə “Aqrar islahatın əsasları” haqqında Qanunun qəbulu ilə torpaq islahatının həyata keçirilməsi prosesinə başlanmış və 16 iyul 1996-cı il tarixdə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahat haqqında” Qanunu qəbul edilmişdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. Xanlar rayonu, Tülallar kəndində islahat gedən dövrdə X27 və ailə üzvləri yaşamadıqları və qeydiyyatda olmadıqları üçün onlara torpaq sahəsi ayrılmamışdır. İslahat zamanı həmin kənddə yaşayan vətəndaşlara torpaq sahələri ayrılmış və yerdə qalan sahələr də bələdiyyə mülkiyyətinə verilmişdir. Odur ki, hazırkı halda iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından iddia mümkün sayılmamlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum atası X9 adına Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında təsərrüfat və həmin təsərrüfatın şəxsi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd edilmiş olsa da, sonrakı illərdə bu kimi məlumatın olması müəyyən edilməmiş, iddiaçının bildirdiyinə görə atası ailə üzvləri ilə birlikdə 1960-cı ildə Gəncə şəhərinə köçmüş, torpaq sahəsindən istifadə etməkdən könüllü imtina etmiş, Azərbaycan Respublikasında 18 fevral 1995-ci il tarixdə “Aqrar islahatın əsasları” haqqında Qanunun qəbulu ilə torpaq islahatının həyata keçirilməsi prosesinə başlandığı dövrdə X27 və ailə üzvləri Xanlar rayonu, Tülallar kəndində yaşamadıqları və qeydiyyatda olmadıqları üçün onlara torpaq sahəsi ayrılmamışdır, X9 özü xx.xx.2008-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. İddiaçı isə hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir ki, bu da iddianın mümkün sayılmamasına səbəb olur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının qanuna əsaslanmayan formal mülahizələri kimi qiymətləndirir və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2- 1(114)-190/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi (qardaşı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-190/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad ondan kassasiya şikayəti verilməzsə, ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar