Məhkəmə qərarları › İş №2-1(104)-492/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-492/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-492/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1984/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2016-ci il tarixli, **********182200 nömrəli, xx.xx.2016-ci il tarixli **********997100 nömrəli, xx.xx.2018-ci il tarixli **********3151881 nömrəli və xx.xx.2019-cu il tarixli **********718500 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1987/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov), İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsin, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı vəkili X1 məhkəməyə apellyasiya şikayətinin geri götürülməsinə dair ərizə təqdim edərək iddiaçının şikayətindən imtina etdiyini bildirmiş və şikayət üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı ərizəyə əsasən icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gələməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1984/2023 saylı qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar