Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-492/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-556/2024 saylı qərarından iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı ailə başçısı kimi A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X19 ailə üzvləri ilə birlikdə Göygöl rayonu, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzildə yaşamasına dar xx.xx.2011-ci il tarixli 24 nömrəli order verilmişdir. X3 ailə tərkibinin anası İddiaçı ibarət olduğu qeyd edilmişdir. Göygöl Mənzil-Kommunal X4 xx.xx.2007-ci il tarixli 377 nömrəli və xx.xx.2023-cü il tarixli 1668 nömrəli Forma-2 arayışlarında göstərilmişdir ki, İddiaçı Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderinə əsasən Göygöl rayonu, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır. Ev dövlət evidir, ev sahibi İddiaçıdır. Evdə oğlu X23, nəvəsi X29 və nəvəsi X24 daimi qeydiyyatdadırlar, gəlini X20 isə müvəqqəti yaşayandır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X23, X29 və X5 şəhəri, A.Zeynallı küçəsi, ev 1, mənzil 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin onun adına qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil Kommunal X4 xx.xx.2023-cü il tarixli 156 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı dövlət mənzilidir. Göygöl Mənzil-Kommunal X4 arxivində ünvan 2 ünvanına aid ilkin sənədlər olmadığından tələb edilən sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. Qeyd: Mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 74,5 kv.m olmaqla 2 otağından ibarət olan yaşayış sahəsi 39,4 kv.m, açıq eyvan 20,1 kv.m, qaraj 15 kv.m-dir. Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11133/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - X37 kombinatının aprel 1972-ci il tarixli 3 nömrəli protokolu ilə kombinatın işçisi X12 Xanlar rayonu, Dadaş Bayramov küçəsi, 2/4 ünvanında yerləşən 2 otaqlı mənzil ayrılmış, həmin mənzilə dair Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1996-cı il tarixli qərar əsasında order verilməklə, mülkiyyət hüququ Xanlar rayon Texniki İnventar Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə qeydə alınaraq, 8-89 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin sənədlər əsasında X8 xx.xx.2021-ci il tarixdə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış və sonuncunun ölümündən sonra xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil onun vərəsələri X6 və X2, onların paylı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli sərəncamına əsasən X13 Xanlar şəhəri, D.Bayramov küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 nömrəli order verilmişdir. Həmin order və Göygöl Mənzil- Kommunal X4 xx.xx.2006-cı il tarixli Forma-2 arayışı əsasında X1 evə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Xanlar şəhəri, Akopyan (indiki Dadaş Bayramov) küçəsi, ev 01, mənzil 02 ünvanında yerləşən mənzilə dair 1985-ci ilə dair şəxsi hesab vərəqəsində ev sahibi qismində Məmmədova Badnus (ölüb) göstərilməklə, ailə tərkibinin Əliyev Murul, Əliyeva (Qasımova) Fatma Alı qızı, Əliyev Eyvazdan ibarət olması qeyd edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Göygöl MənzilKommunal X4 xx.xx.2024-cü il tarixli 34 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı dövlət mənzilidir. Göygöl Mənzil-Kommunal X4 arxivində ünvan 2 ünvanına aid ilkin sənədlər olmadığından tələb edilən sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-67-8/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Xanlar şəhəri, A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzildə yaşayan İddiaçı Əli qızı həyat yoldaşı X21 vəfatı ilə əlaqədar olaraq hal-hazırda yaşadığı yaşayış mənzilinin ailə başçısı kimi onun adına rəsmiləşdirilməsini xahiş etmiş və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamına əsasən həmin mənzilin İddiaçı ailə başçısı kimi adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin mənzilə dair Xanlar rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat çoxsahəli müəssisənin verdiyi Forma-2 arayışında Xanlar şəhəri, A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzilin ev sahibi kimi Məmmədova Badnus qeyd edilmiş, həmçinin evdə yaşamaq hüququ olanlar arasında Məmmədova Badnus (ölüb), Əliyev Morul (ölüb), İddiaçı və Əliyev Eyvaz (ölüb) olduğu göstərilmişdir. “X38” ASC tərəfindən məhkəməyə göndərilmiş 000202 saylı, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X16 Akopyan küçəsi 1 saylı binanın 4 saylı mənzilində 2 otaqdan ibarət yaşayış sahəsi verilməsinə dair order Səhmdar Cəmiyyətinin arxivində aşkar edilməmişdir. “X38” ASC tərəfindən məhkəməyə göndərilmiş 000262 saylı, xx.xx.2024-cü il tarixli məktubda X18 tərəfindən 1972-ci ilin aprel ayında 3 saylı protokola əsasən X16 Akopyan küçəsi 1 saylı binanın 4 saylı mənzilində 2 otaqdan ibarət yaşayış evi verilməsinə dair order və buna aid tərtib edilmiş müvafiq sənədlər “X38” ASC-nin arxiv sənədlərində yoxdur. Arxiv sənədlərində aşkar edilmiş xx.xx.2011-ci il tarixli 02 nömrəli “Orderin surəti”ndə qeyd olunan məlumatlar təkrar arxiv sənədləri arasında araşdırılmış və vətəndaş B.O.Məmmədovaya Kombinat tərəfindən protokola əsasən yaşayış mənzilinin verilməsinə dair təqdim olunan sənədin kserosurətindən və həmkarlar komitəsinin siyahısının kserosurətindən başqa digər sənədlər aşkar edilməmişdir. Həmçinin bildirilir ki, aşkar edilmiş sənədlər əsli deyil yalnız kserosurətidir. Bundan başqa aşkar edilmiş həmin sənədlərin kserosurətləri araşdırılarkən müəyyən edilmişdir ki, vətəndaş B.O.Məmmədova Xanlar şəhər İcrayə Komitəsinin balansında olan əvvəl yaşadığı mənzildən X18 tərəfindən işçilərinə inşa edilmiş çoxmənzilli yaşayış binasına iclas siyahısına əsasən mənzil verilməklə köçürülmüşdür. Lakin arxiv sənədlərində bu sənədin (orderin) hər hansı əsli yaxud surəti aşkar edilməmişdir. Odur ki, ASC tərəfindən vətəndaş B.O.Məmmədovaya mənzil verilməsinə aid hər hansı arxiv sənədlərinin əsli mövcud olmadığına görə sorğuya müsbət cavab verilməmişdir. X30 Filialının xx.xx.2024-cü il tarixli, 3-48DA-4F/2-1963//8/2024 saylı Arxiv çıxarışın əsasən müəyyən edilir ki, Xanlar şəhər X7 Mənzil Komissiyasının xx.xx.1973-cü il tarixli, 1 nömrəli çıxarışdan görünür ki, mənzillərin paylanmasına dair Kombinat tərəfindən təqdim edilmiş siyahıya əsasən Badnus Məmmədovaya 2 otaqlı mənzilin verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1-nin üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-nin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Orada onun ərizəsindən imtina edib bildirmişlər ki, guya mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Halbuki, o, ərizəsinə mənzilin adına rəsmiləşdirilməsi ilə bağlı sərəncamdan arxiv arayışını, keçmiş Xanlar İHBnin şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 38 saylı sərəncamı və 24 saylı adına olan orderi əlavə edib cavabdeh 3 saylı Ərazi İdarəsinə təqdim etsə də, əsassız olaraq ərizəsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-556/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsinə əsas kimi Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamını və Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderini təqdim etmişdir. Məhkəmə hər iki sənədi sözügedən mənzilin özəlləşdirilməsi üçün mötəbər və qanuni əsas hesab etməmişdir. Birincisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı verdiyi tarixdə dövlət mənzil fonduna məxsus mənzillər yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarında olmuş və mənzil fondunun idarə edilməsini də məhz həmin orqanlar həyata keçirmişlər. Həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə, dövlət mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşlara order vermişdir. Nəzərə alınsa ki, sözügedən mənzil şəxsən iddiaçıya deyil, onun qaynanası olmuş Badnus Məmmədovaya verilmiş və ev sahibi (icarədar) sonuncu olmuş, daha sonra onun və oğlu Morul Əliyevin (iddiaçının əri) ölümündən sonra icarədarın gəlini olaraq İddiaçı evin onun adına rəsmiləşdirilməsini (icarə müqaviləsinin onunla bağlanmasını) xahiş etmiş və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı ilə həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin bu halda da qanunvericiliyə görə icarədarın ölməsi ilə ailənin digər üzvünün icarədar hesab edilməsi zamanı yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsi və yeni müqavilə bağlanması tələb olunurdu və bütün bunlar Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin səlahiyyətlərinə aid olmamışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderinə gəlincə isə əvvəla, həmin order İddiaçı deyil, onun oğlu X15 adına verilmişdir. Hətta iddiaçının adına verilmiş olsaydı belə, o da həmin dövrdə səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir. Göründüyü kimi, mənzilin özəlləşməsi üçün təqdim edilmiş Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı dövlət mənzil fonduna məxsus mənzilə dair sərəncam vermə səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı həmin binada yaşayan digər şəxslərin - X14 və X10 mənzillərini özəlləşdirdiklərini qeyd edərək, cavabdeh orqanın ona fərqli davranış nümayiş etdirdiyini iddia etmişdir. X8 adına qeydə alınmış mənzil iddiaçı ilə eyni binada yerləşmir. İkincisi isə, X12 Xanlar rayonu, Dadaş Bayramov küçəsi, 2/4 ünvanında yerləşən 2 otaqlı mənzil Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1996-cı il tarixli qərarı əsasında orderlə verilmiş, mülkiyyət hüququ Xanlar rayon Texniki İnventar Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə qeydə alınaraq, 8-89 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında da 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X8 xx.xx.2021-ci il tarixdə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Digər şəxsə münasibətdə isə məhkəmə qeyd edir ki, doğrudur, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin xx.xx.2004cü il tarixli 01 nömrəli sərəncamına əsasən X13 Xanlar şəhəri, D.Bayramov küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 nömrəli order verilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi həmin order əsasında X1 evə dair mülkiyyət hüququnu xx.xx.2009-cu il tarixdə qeydə almışdır. Lakin bu hərəkətlər qanuni olmadığından və uzun müddət əvvəl aparıldığından (təxminən 25 il) iddiaçının həmin qeydiyyata görə etimadın qorunması prinsipinə istinad etməsi və məhkəmənin həmin prinsip əsasında iddia təmin etməsi mümkün hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinə əsas kimi Xanlar rayin İHB-nın şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 38 nömrəli və xx.xx.2011-ci il tarixli, 24 nömrəli Sərəncamlarının mənzilin özəlləşdirilməsi üçün əsas olmadığını qeyd etmişdir. Qeyd olunan mənzil X11 1972-ci il tarixli, 3 saylı qərarı ilə iddiaçının qaynanası X16 verilmişdir. X22 ailə üzvü olaraq həmin mənzildə yaşamışlar. Məhkəmə digər sübutlara qiymət versə də X11 1972-ci il tarixli qərarını nəzərə almamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləvğ edilərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər, bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 5 ünvanda yerləşən mənzilin öz adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6423/2023 məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasının əsası ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmaması olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilində bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara qiymət verilərkən X11 1972-ci il tarixli qərarı nəzərə almamışdır. Məhkəmə kollegiyası tərəfindən həmin dəlilə münasibətdə araşdırmalar aparılması məqsədilə müvafiq sorğular verilmişdir. Məhkəmənin sorğusuna “X38” ASC tərəfindən məhkəməyə göndərilmiş 000202 saylı, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X16 Akopyan küçəsi 1 saylı binanın 4 saylı mənzilində 2 otaqdan ibarət yaşayış sahəsi verilməsinə dair order Səhmdar Cəmiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa “X38” ASC tərəfindən məhkəməyə göndərilmiş 000262 saylı, xx.xx.2024-cü il tarixli məktubda X18 tərəfindən 1972-ci ilin aprel ayında 3 saylı protokola əsasən X16 Akopyan küçəsi 1 saylı binanın 4 saylı mənzilində 2 otaqdan ibarət yaşayış evi verilməsinə dair order və buna aid tərtib edilmiş müvafiq sənədlər “X38” ASC-nin arxiv sənədlərində yoxdur. Arxiv sənədlərində aşkar edilmiş xx.xx.2011-ci il tarixli 02 nömrəli “Orderin surəti”-ndə qeyd olunan məlumatlar təkrar arxiv sənədləri arasında araşdırılmış və vətəndaş B.O.Məmmədovaya Kombinat tərəfindən protokola əsasən yaşayış mənzilinin verilməsinə dair təqdim olunan sənədin kserosurətindən və həmkarlar komitəsinin siyahısının kserosurətindən başqa digər sənədlər aşkar edilməmişdir. Həmçinin bildirilir ki, aşkar edilmiş sənədlər əsli deyil yalnız kserosurətidir. Bundan başqa aşkar edilmiş həmin sənədlərin kserosurətləri araşdırılarkən müəyyən edilmişdir ki, vətəndaş B.O.Məmmədova Xanlar şəhər İcrayə Komitəsinin balansında olan əvvəl yaşadığı mənzildən X18 tərəfindən işçilərinə inşa edilmiş çoxmənzilli yaşayış binasına iclas siyahısına əsasən mənzil verilməklə köçürülmüşdür. Lakin arxiv sənədlərində bu sənədin (orderin) hər hansı əsli yaxud surəti aşkar edilməmişdir. Odur ki, ASC tərəfindən vətəndaş B.O.Məmmədovaya mənzil verilməsinə aid hər hansı arxiv sənədlərinin əsli mövcud olmadığına görə sorğuya müsbət cavab verilməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilində qeyd edilən X11 1972-ci il tarixli qərarı və həmin qərara aid olan sənədlər aşkar edilməmişdir. Qeyd edilənlərdən əlavə iş materiallarında olan X30 Filialının xx.xx.2024-cü il tarixli, 3-48DA-4F/2-1963//8/2024 saylı Arxiv çıxarışın əsasən müəyyən edilir ki, Xanlar şəhər X7 Mənzil Komissiyasının xx.xx.1973-cü il tarixli, 1 nömrəli çıxarışdan görünür ki, mənzillərin paylanmasına dair Kombinat tərəfindən təqdim edilmiş siyahıya əsasən Badnus Məmmədovaya 2 otaqlı mənzilin verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Xanlar şəhər X7 Mənzil Komissiyasının xx.xx.1973-cü il tarixli, 1 nömrəli çıxarışı ilə Məmmədova Badnusa 2 otaqdan ibarət mənzil verilməsi müəyyən edilsə də, lakin həmin mənzilə münasibətdə iddiaçının hər hansı hüquqlarının mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının Dövlət qeydiyyatının əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Hazırkı işdə isə iddiaçıya münasibətdə həmin əsasların mövcud olması müəyyən edilmir. Başqa sözlərlə, mübahisəli mənzilin hər bir halda iddiaçı aid olması barədə hüquqmüəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı mənzilə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişlər. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı sayılmalıdır və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-556/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-492/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-492/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver