Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-496/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)- 504/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum anası X3 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib olunaraq onlara təqdim edilmişdir. Obyekt uzun müddət fəaliyyət gostərərək vergi və digər sosial odənişləri etmişdir. Lakin 2011-2018-ci il dövrdəki Gəncə şəhər icra hakimiyyətinə rəhbərlik etmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində obyekt sökülərək əmlakı məhv edilmiş, torpaq sahəsi isə istifadəsiz vəziyyətdə qalmışdır. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd olunan hüquq müəyyənedici və onlara əlavə edilmiş sənədlərlə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətinə müccərəd şəkildə absurd cavab verərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsini naturada müəyyən edilməsinin mümkün olmaması, həmçinin həmin sahənin bir hissəsində çoxmənzilli binaya verilmiş qanunsuz çıxarış ilə ilə üst-üstə düşdüyü səbəbindən qeydiyyatdan imtina etmişdir. Bu isə oz novbəsində onun mülkiyyət və inzibati qaydada müdafiə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnmişdir. Bu əsasla yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(114)-3816/2023 nömrəli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda məhkəmə qərardadında zəruri hərəkətlərin edilməsini izah edərək məhkəməyə təkrar müraciət etməyini tövsiyə etmişdir. Tövsiyəyə uyğun olaraq ünvan 2ndə yerləşən 42.9 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayış verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0120/2024 nömrəli cavab məktubu ilə əvvəlki kimi mücərrəd şəkildə imtina verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-504/2025 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-504/2025 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 10/446 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 001804 qeydiyyat nömrəli, xx.xx.2009 cu il tarixli nəliridşəlləzö“ müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnamədə qeyd olunan 42,9 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Yuxarıda qeyd olunan hallar səbəbindən, mülki işin qərardad sualları üzrə araşdırma aparılması mümkün olmamışdır. Hakim qeyd olunan rəyi natamam olmasına baxmayaraq mötəbər sübut hesab etmiş və onunla razılaşmışdır. Şəhadətnamədə qeyd olunan 42,9 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamasını iddiaçının həmin sahəyə mülkiyyət hüququnun olmaması kimi qiymətləndirmək qəti şəkildə düzgün deyil. Hesab edir ki, həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya vaxt verilməli və ya hakim tərəfindən müvafiq orqanlara sorğu verilməli idi. Hesab edir ki, iş hakim tərəfindən hərtərəfli və obyektiv araşdırılmamışdır. Hakim tərəfindən tam araşdırma aparılmamışdır. Hakim tərəfindən cavabdehə məxsus çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Eyni zamanda, 001804 qeydiyyat nömrəli, xx.xx.2009 cu il tarixli nəliridşəlləzö“ müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnamədə qeyd olunan 42,9 kv.m torpaq sahəsinin harada olması araşdırılmamışdır. Ola bilər ki, cavabdehə verilən çıxarışın aid olduğu ərazi iddiaçıya məxsus olsa da, ona qanunsuz olaraq verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının hüququn mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsini tələb etdiyi torpaq sahəsinin naturada vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis təyin etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-14758/2024 saylı məktubu ilə bildirilmişdir ki, inzibati iş əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Elmar Aslanov tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Ərazidə olarkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədə qeyd olunan 42.9 kv.m torpaq sahəsinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Sadalanan hallar səbəbindən inzibati işin qərardad sualları üzrə araşdırmanın aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mərhum anasının mülkiyyətində olmuş obyekt sökülmüşdür və faktiki olaraq mövcud deyildir. Onun yerləşdiyi torpaq sahəsinin harada yerləşməsi isə məlum deyildir. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası sözügedən obyekti sökmüş subyektdən dəymiş ziyanın natura və pul formasında ödənilməsini tələb etməklə mümkündür. Belə ki, iddiaçının iddiasına əsasən sözügedən obyekt Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. İlk növbədə qeyd edilməlidir ki, hazırda iddia tələbinin mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə dair şərtləri tam yoxlamadan iddianı mümkünsüz hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum anası X3 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 59 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum X6 qanun üzrə vərəsəsidir. İş materiallarında olan məktubdan görünür ki, İddiaçı cavabdeh orqana müraciət edərək, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 42.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-0120/2024 nömrəli məktubla bundan imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, sənədlərdə göstərilən qeyri-yaşayış binasının söküldüyü və binanın yerləşdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan araşdırma zamanı iddia olunan faktiki torpaq sahəsinin elektron baza məlumatlarına əsaəsn çoxmərtəbəli yaşayış binasının yerləşdiyi və çoxmərtəbəli yaşayış binasına məxsus çıxarışın bir hissəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7977/2024 saylı cavab məktubundan görünür ki, 3 sayl Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Gəncə şəhəri, Tağı Arani küçəsində inşa edilmiş “MİDA” çoxmərtəbəli yaşayış binaları üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********58 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 ünvanda yerləşən 6.23 ha torpaq sahəsi üzərində “Azərbaycan Respublikasının Mənzil X8 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-14758/2024 saylı məktubunda bildirilir ki, inzibati iş əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Elmar Aslanov tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Ərazidə olarkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədə qeyd olunan 42.9 kv.m torpaq sahəsinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Sadalanan hallar səbəbindən inzibati işin qərardad sualları üzrə araşdırmanın aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum anası X2 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi qərardadında obyektin harada yerləşməsinin müəyyən edilməməsi səbəbindən iddianı mümkün saymasa da, işin hallarından görünür ki, həmin obyektlər Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən mərhum X1 və həmin obyektlərə dair texniki pasportda mövcuddur. Belə olan halda dövlət təşkilatı tərəfindən satılmış əmlakın yerləşməsinin müəyyən edilməməsi mümkünsüz deyildir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən müvafiq sənədləri tələb edib araşdırmadan yuxarıda göstərilən nəticəyə gəlmişdir, yəni iş üzrə hərtərəfli araşdırmadan yuxarıda göstərilən nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-504/2025 saylı qərardadı ləğv edilsin. İş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-496/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-496/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver