Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-499/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «adının yaşayış sahəsinə ehtiyacı olan subyektlərin siyahısına salınması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1005/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək onu mənzil növbəliyinə dayanmış imtiyazlı şəxslərin siyahısına aid edib, bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını xahiş etmişdir.
2. 118670 nömrəli vəsiqəyə əsasən İddiaçı 1-ci qrup əlildir. Səbəb kimi “hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar” qeyd edilmişdir.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 360 nömrəli sərəncamına əsasən Gəncə şəhəri Kəpəz rayonu Dövlət Sosial Müdafiə Fondunun təqaüdçüsü 1-ci qrup əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Həmkarlar Təşkilatının 18 saylı 30 iyun 2004-cü il tarixli birgə qərarı təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 22 yanvar 2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhər İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 03/224 nömrəli məktubda İddiaçı adı qeyd olunmamışdır.
5. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim olunmuş; 21 noyabr 2023-cü il tarixli, 5-1/2-03/2512/2023 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 360 nömrəli sərəncamı ilə birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Halhazırda uçot siyahısında 51-ci sıradadır.
6. xx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcə əlil İddiaçı Gəncə şəhər İcra Şakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır.
7. 05 avqust 2024-cü il tarixli, 5-1/2-1189/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Odur ki, yuxarıda qeyd olunan imtiyazlı şəxslər barəsində məlumatlar (müvafiq sənədlər əlavə olunmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Gələcəkdə hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar əlil olan şəxslərlə bağlı mənzil təminatına dair hər hansı göstəriş olduğu təqdirdə həmin siyahının göndərilməsi təmin ediləcəkdir.
8. 06 avqust 2024-cü il tarixli, 5-1/2-1191/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar İ dərəcə əlil olan İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 12 mart 2024-cü il tarixli, 80 nömrəli sərəncamı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Odur ki, yuxarıda qeyd olunan imtiyazlı şəxslər barəsində məlumatlar (müvafiq sənədlər əlavə olunmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Gələcəkdə hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar əlil olan şəxslərlə bağlı mənzil təminatına dair hər hansı göstəriş olduğu təqdirdə həmin siyahının göndərilməsi təmin ediləcəkdir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 19 oktyabr 2004-cü il tarixdən imtiyazlı (birinci növbədə) mənzil almaq hüququ olan şəxslərin uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 03 yanvar 2002-ci ildə Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərmişdir. N noyabr 2002-ci ildə hərbi xidmət zamanı postda olarkən, xidməti vəzifəsini yerinə yetirərkən minaya düşmüş və nəticədə hər iki ayağından ciddi xəsarət almışam. Ayağının biri amputasiya olunub. Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının 18 dekabr 2002-ci il tarixli qərarı 1-ci qrup müharibə əlili statusu almış və şəhadətləndirilmə zamanı əliliyinin səbəbi kimi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilib. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2004cü il tarixli 360 saylı sərəncamı ilə o vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 32-ci maddəsinə əsasən 1-ci qrup əlil olaraq mənzil növbəsinə götürülmüşdür. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 22 yanvar 2020-ci il tarixli **********8 saylı məktubu ilə ona bildirilib ki, Gəncə İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 08 aprel 2014-cü il tarixli 03/224 saylı məktubda onun adı qeyd edilməyib. 23 iyun 2023-cü ildə o, cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib, onu mənzil növbəliyinə dayanmış imtiyazlı şəxslərin siyahısına aid edib və bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim etməklərini xahiş etmişdir. Ərizəsini mənzil növbəsinə götürüldüyüm dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 33 və 38-ci maddələri ilə əsaslandırmışdır. Həmin maddələrin tələbinə görə yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan İ qrup əlillərə birinci növbədə verilir. Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca uçota götürülürlər. Onu isə yalnışlıqla ümumi uçota götürdüklərini göstərmişdir. Bu müraciətinə cavabdeh tərəfindən bu günə kimi cavab verilməyib.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1005/2024 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iş üzrə icraata xitam verilişdir.
12. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, surəti işə əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısınınxx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamına əsasən iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
13. Məhkəmə iş üzrə gəldiyi hüquqi nəticəni Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 67.1 və 67.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, o, mənzil növbəsinə 2004-cü ildən alınmış, lakin yalnış olaraq onu ümumi əsasla mənzil şəraitini yaxşılaşdırmaya ehtiyacı olan şəxslərin növbəsinə almışlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısı 80 nömrəli sərəncamında isə onu sərəncam verildiyi andan, yəni 12 mart 2024-cü ildən yenidən növbəyə alınması görülmüşdür. Bu isə onun məhkəmədə qaldırdığı iddia tələbinin ödənilməsi deyil. Yəni cavabdeh tərəfindən görülmüş yeni tədbir onun tələbini təmin etməyib.
16. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı şikayəti müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, onun tələbi məhz 2004-cü ildən imtiyazlı şəxs kimi uçota alınması və buna dair məlumatın Dövlət Sosial Müdafiə Fonduna göndərilməsidir. İllərdir barəsində sərəncam olsa da mənzillə təmin edilmir, dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də müraciəti cavablandırılmır.
17. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
27. Layiqli həyat səviyyəsi və sosial müdafiə. 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. İşin hallarından məlum olur ki, iddiaçı 2002-ci il tarixdən əlildir, əlilliyə səbəb kimi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən” aldığı zədə olmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamına əsasən o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
23. Bundan sonra iddiaçı ərizə ilə müraciət edərək mənzil növbəliyinə dayanmış imtiyazlı şəxslərin siyahısına aid edib, bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını xahiş etmiş, inzibati orqan tərəfindən tələbin təmin və ya rədd edilməsinə dair məlumat verilmədiyindən iddiaçı məhkəməyə müraciət edərək 19 oktyabr 2004-cü il tarixdən imtiyazlı (birinci növbədə) mənzil almaq hüququ olan şəxslərin uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə araşdırılması zamanı təqdim olunan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1ci dərəcə əlil İddiaçı Gəncə şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır.
25. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sərəncama münasibətdə mübahisənin artıq mövcud olmaması əsası ilə İMP-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir.
26. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, İPM-in 67.3-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir.
27. Belə ki, qeyd olunan norma məhz işin məhkəmədən kənar və iddiaçının tələbinin təmin edilməsi ilə nəticələnən inzibati aktın qəbulu zamanı tətbiq oluna bilər.
28. Hazırki halda qəbul edilən inzibati aktla-sərəncamla iddianın təmin edilməsi müəyyən edilmir. Belə ki, iddiaçı tələbində məhz xx.xx.2004-cü il tarixdən imtiyazılı şəxs kimi uçota alınmasını xahiş etsə də, xx.xx.2024-cü il tarixli sərəncamı ilə qeyd olunan tələb tam təmin edilməmişdir.
29. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcə əlil İddiaçı Gəncə şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır.
30. Göründüyü kimi iddiaçının hüquqi marağı 2004-cü il tarixdən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin uçotuna alınması olsa da uçota alınma 2024-cü ildən həyata keçirilmiş, qeyd olunan sərəncam icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməmişdir (Gəncə şəhər İcra Hakimiyyəti başçısının 06 avqust 2024-cü il tarixli, 5- 1/2-1191/2024 nömrəli məktubu).
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxslərin siyahısı mənzil uçotunun aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməklə gözlənilən hüquqi nəticənin əldə edilməsi mümkündür. Hazırki halda iddiaçıya İPM-nin 13-cü maddəsinin tələbindən irəli gələrək yardım göstərilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən edilməmişdir.
32. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli, 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli və 25 avqust 2021-ci il tarixli 2871 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulub.
33. Odur ki, işə təkrar baxılan zaman iddiaçıya hüquqi marağına və ilkin müraciəti ilə eynilik təşkil edən iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmalı, bundan sonra məhkəmə tərəfindən tələbin əsaslılığına hüquqi qiymət verilməlidir.
34. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
35. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1005/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov