Məhkəmə qərarları › İş №2-1(104)-499/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-499/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-499/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, üçüncü şəxslər X4 və X7 nümayəndəsi (bacısı) X5 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxslər X13, X8 və X10) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4064/2023 saylı qərarından üçüncü şəxslər X8 və X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4064/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, X13, X11, X8 və X7 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxslər X8 və X10 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X13, X11, X8 və X7 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X23 küçəsi, ev 91 mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçılara məxsus mənzildə pasport qeydiyyatında olmaları onların hüquqlarının pozulması ilə nəticələnir. İddiaçılar həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlardan X21 şəhəri ünvan 2 ünvanda 4 uşağı anadan olmuşdur. O, ərə gələn zaman ev qaynanasının adına olmuşdur. Həyat yoldaşı Məmmədov Ələddin 2010-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra övladları ilə birlikdə onun varisi kimi qeyd edilən ünvanda yaşamaqla vərəsəliyi qəbul etmişlər. 2014-cü ildə övladları ilə razılığa gəldik ki, ev mərhum qaynanasının adından onların adına rəsmiləşdirilsin. Evdə onlarla bərabər qaynı İddiaçı1 Fərhad oğlu da yaşayırdı. Evin yarısı onun adına keçdi. Digər yarısı isə onların mülkiyyətinə keçməli idi. Bir çıxarışda bir neçə şəxsin adının qeyd edilməməsi üçün formal olaraq evin İddiaçı2 adına keçməsinə razılıq vermişlər. İddiaçı2 da həmin mülkdə onların payının olduğunu qəbul edir və gələcəkdə əgər ev özgəninkiləşdirilərsə, hər birinin razılığı ilə mümkün ola biləcəyini və hər kəsin payının olduğunu qəbul etdi. Hazırda da o, həmin evdə yaşayır. X24 işi ilə əlaqədar Rusiyada olsa da, lakin bütün əşyaları həmin evdədir. Onun Azərbaycanda başqa yaşamağa evi yoxdur. 2025-ci il iyul 18-də oğlu tərəfindən ona bank vasitəsilə pul göndərildi, həmin vaxt şəxsiyyət vəsiqəsində yaşayış yerinin ləğv edilməsi səbəbindən etibarsız olduğunu bilmişdir. Araşdıranda ona məlum olmuşdur ki, oğlu İddiaçı2 2014-cü ildə aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq, həmin evdə yaşadığı halda onu və oğlu Teymuru ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxartmışdır. Onların evlə bağlı istifadə hüquqları məhkəmə tərəfindən əhəmiyyətli hal kimi qəbul edilməyərək, onun olması araşdırılmadan qərar çıxarılmışdır. Məhkəmə barədə ona xəbər verilməmişdir. Orada yaşayıb-yaşamadıqları araşdırlmamışdır. Bununla da, onun məhkəməyə çatım hüququ, ədalət mühakiməsinin çəkişmə prinsipini müəyyən edən normalar pozulmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi, üçüncü şəxslər X13 və X10 nümayəndə vasitəsilə təmsul olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, yaşadığı ev iki mərtəbəli olmaqla mərhum qaynatası tərəfindən hələ sağlığında həmin evdən istifadə qaydasını müəyyən etmişdir. belə ki, evin birinci mərtəbəsi, iş üzrə iddiaçı olan qayını İddiaçı1, ikinci mərtəbəsi isə onlara ayrılmış. Evdən həmin qaydada da istifadə olunmuşdur. Mərhum həyat yoldaşı isə onun üçün evin həyətində ayrıca bir otaq da inşa etmişdi. Son iki ildə səhhətində ciddi problemlər yarandığına görə köməksiz yaşaya bilmədiyinə görə müvəqqəti olaraq qızının yanında qalsa da, evinə də gedib gəlir. Oğlu isə ailə üzvləri ilə əşyaları qeyd olunan evdə onlara ayrılmış otaqda olmasına baxmayaraq 2017-ci ildən sonra həmin evə gəlib-getməmişlər. Hesab edir ki, iddiaçılar onu əsassız olaraq qeydiyyatdan çıxartdırmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi (bacısı) X9 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - X4 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X23 küçəsi, ev 91 mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X13, X11, X8 və X2 şəhəri, X23 küçəsi, ev 91 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-57/2-M193xx/xx/2023 nömrəli məktubundan görünür ki, X13, X11, X8 və X7 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəkləri bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X8 1971-ci ildə Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvana gəlin kimi köçmüş, həmin vaxtadan da orada yaşamışdır. Həmin ev əvvəllər mərhum qaynatasına məxsus olmuş olsa da, qaynatasının və ərinin ölümündən sonra digər vərəsələrində razılığı ilə ev iddiaçıların mülkiyyətinə keçmişdir. Cavabdehlər X10, X13 və onların yetkinlik yaşına çatmamış oğlu X11 uzun illərdir Rusiya federasiyasında yaşasalar da, cavabdeh X8 həmin evdə yaşamaqda davam edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2008-ci il təvəllüdlü X11 azyaşlı olduğundan o, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək hüququ olmadığından, həmçinin hazırki halda onun valideynlərinin həmin evdə qeydiyyatda qalmağa hüququ olmadığından onun da qeydiyyatdan çıxması məqsədə müvafiq hesab olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “İnzibati icraat haqqında” AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, X13, X10 və onların yetkinlik yaşına çatmamış oğlu X3 şəhəri, X23 küçəsi, ev 91 ünvanda yaşamadıqları işin halları ilə müəyyən olunduğundan birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı iş üzrə üçüncü şəxs X1 şəhəri, X23 küçəsi, ev 91 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır və onun həmin ünvandan qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulan əsaslarlardan hər hansı biri, o cümlədən onların həmin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların üçüncü şəxs X6 münasibətdə iddiası əsassızdır və həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qismən - X4 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X8 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4064/2023 saylı qərarı qismən - X4 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddia tələbi X4 Gəncə şəhəri, X23 küçəsi, ev 91 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar