Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-502/2025 05.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-327/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə- 230747/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 3 ay 9 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1997ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (eyni tarixdə eyni qələmlə yazılmışdır, həmçinin birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilmişdir) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023cü il tarixindən 220 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.
İşdə olan sənədlər:
2. AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur.
3. xx.xx.2001-ci il tarixli, AZE ******* nömrəli əmək kitabçasında aparılan qeydlərə əsasən, İddiaçı xx.xx.1980-ci il tarixli 37 nömrəli əmrlə həmin tarixdən Şamxor rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 54 nömrəli əmrlə həmin tarixdə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli 11 nömrəli əmrlə həmin tarixdə Şəmkir rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edilmiş, xx.xx.2001- ci il tarixli 4 nömrəli əmrlə həmin tarixdən işdən azad edilmişdir.
4. X15 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-Ə-1340/1/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Əliyev X8 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir. İddiaçı Calal oğlu 1980-ci ilin fevral-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin mart-dekabr ayları, 1984-cü ilin yanvardekabr ayları əmək haqqı almışdır. "xxxx" ASC-nin dislokasiyasında olan rayonların əmək haqqı cədvəlləri X15 filialına pərakəndə şəkildə təhvil verilmişdir. Həmçinin 1982-ci il üzrə, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı 1982-ci il və 1983-cü ilin yanvarfevral aylarında aldığı əmək haqqı və 1982-ci ildə adına verilmiş əmr arayışda göstərilməmişdir. İddiaçı atasının adı əmrlərdə Cəlal kimi qeyd olunmuşdur.
5. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********833500 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “Şəmkir rayon Buzxanalı Sallaqxana”nın xx.xx.1995-ci il tarixdə D-594 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.
6. X13 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13F/1-10/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şəmkir rayon Buzxanalı Sallaqxana”nın arxiv sənədləri X13 Filialına təhvil verilmədiyi üçün arxivdə saxlanılmır.
7. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-78/2-37/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Şəmkir (Şamxor) Buzxanalı sallaqxana 27 iyul 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər-hansı əlavə məlumat mövcud olmamışdır.
8. X15 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-517/2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Əliyev X8 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir. İddiaçı Calal oğlu 1980-ci ilin fevral-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin mart-dekabr ayları, 1984-cü ilin yanvardekabr ayları əmək haqqı almışdır. "xxxx" ASC-nin dislokasiyasında olan rayonların əmək haqqı cədvəlləri X15 filialına pərakəndə şəkildə təhvil verilmişdir. Həmçinin 1982-ci il üzrə, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı 1982-ci il və 1983-cü ilin yanvarfevral aylarında aldığı əmək haqqı və 1982-ci ildə adına verilmiş əmr arayışda göstərilməmişdir. Bildirilir ki, İddiaçı atasının adı əmrlərdə Cəlal kimi qeyd olunmuşdur. "xxxx" ASC-nin arxiv fondunun 1997-2001-ci il üzrə əmr kitabları yoxlanılmış, İddiaçı adı aşkar olunmamışdır.
9. xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilmişdir ki, DSMF PHŞnin X2 tərəfindən X15 filialında qarşılıqlı yoxlama aparılaraq, müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmrlə Kirovabad X7 kəsim məntəqəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 227 nömrəli əmrlə vətəndaşa xx.xx.1980-xx.xx.1981-ci illərin hesabına 01.12-xx.xx.1981-ci il tarixədək məzuniyyət verilmişdir. xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" ASC-nin arxivdə saxlanılan əmək haqqı cədvəllərinə əsasən vətəndaşa 1980-ci ildə 10 ay, 1981-ci ildə 12 ay, 1983-cü ildə 10 ay, 1984-cü ildə 12 ay əmək haqqı ödənilmişdir. 1982-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilmədiyindən vətəndaşa əmək haqqı verilib-verilməməsini yoxlamaq mümkün olmamışdır. Arxivə təhvil verilmiş 1982, 1997-2001-ci il üzrə əmr kitabları yoxlanılmış, İddiaçı adı aşkar olunmamışdır. Əmr kitablarında vətəndaşın ata adı Cəlal kimi göstərilmişdir.
10. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-20/2-89038/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasına əsasən "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" hüquqi şəxs kimi Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmamışdır.
11. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-18/2-96412/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasına əsasən "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" hüquqi şəxs kimi Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmamışdır. "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" vergi orqanında qeydiyyatda olmadığına görə hər hansı məlumatın verilməsi mümkün olmamışdır.
12. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-14342/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Gəncə X5 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1184 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2009-cu il tarixində tam özəlləşdirilmişdir.
13. X15 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-1536/1/2025 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, "xxxx" ASC-nin dislokasiyasında olan rayonların əmək haqqı cədvəlləri X15 filialına pərakəndə şəkildə təhvil verilmişdir. Həmçinin 1982-ci il üzrə, 1983cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı 1982-ci il və 1983-cü ilin yanvar-fevral aylarında aldığı əmək haqqı və 1982-ci ildə adına verilmiş əmr arayışda göstərilməmişdir. İddiaçı atasının adı əmrlərdə Cəlal kimi qeyd olunmuşdur.
14. X15 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-1811/1/2025 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X15 filialında mühafizə olunan Azərbaycan Respublikası Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (keçmiş Kirovabad Ət-Süd Kombinatı) arxiv fondunun mövcud sənədləri yoxlanılmış və aşağıdakılar aşkar olunmuşdur: - İddiaçı (işçi heyət üzrə əmr kitablarında ata adı Cəlal qeyd olunmuşdur) X10 xx.xx.1980-ci il tarixli 5OK saylı əmri ilə Şəmkir Sallaqxana məntəqəsinə işə qəbul olunmuş, həmin kombinatın xx.xx.1984-cü il tarixli 256 saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur. Kirovabad "xxxx" Kombinatı 1980-1984-cü illər üzrə hesablama-ödəniş cədvəllərində adına əmək haqqı hesablanmışdır. - xx.xx.1984-cü il tarixindən 12.2004-cü il tarixinədək Kirovabad "xxxx" Kombinatı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçi heyət üzrə əmr kitabları yoxlanılmış, İddiaçı (Cəlal) oğlunun adına əmr aşkar olunmamışdır. - Filialda mühafizə olunan Azərbaycan Respublikası Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ( keçmiş Kirovabad Ət-Süd Kombinatı) arxiv fondunda Şəmkir Sallaqxana məntəqəsinin işçi heyət üzrə sənədləri mövcud deyil. - Azərbaycan Respublikası Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (keçmiş Kirovabad Ət-Süd Kombinatı) arxiv fondunda mövcud olan 1991-2001-ci illərə aid işçi heyət üzrə əmək haqqı hesablama-ödəniş cədvəlləri yoxlanılmış, İddiaçı (Cəlal) oğlunun adı aşkar olunmamışdır. Fond üzrə əmək haqqının hesablama-ödəniş cədvəlləri 1978- 1991, 1993-1997-ci illər dövrünü əhatə edir.
15. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-18/2-113023/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanının ünvan 1də icraat:
16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək pensiya yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh ona imtina verərək onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək olan dövr nəzərə alınmır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının sürətindən və arxiv arayışından da görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək X4 işləmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
19. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-17911/2024 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə- 230747/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-203936/2024 nömrəli etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı Ş.X12 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, təhsil haqqında sənədlərin və arxiv arayışının surətinə əsasən sığorta stajı 18 il 3 ay 9 gün təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər əmək kitabçasının doldurulma qaydası pozulduğundan (birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilmiş, əmək kitabçası eyni tarixdə (xx.xx.2001), eyni xətlə və eyni qələmlə doldurulmuşdur) həmin dövrlərin mötəbərliyi mübahisələndirilərək, onun sığorta stajına daxil edilməmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali X1 xx.xx.2024-cü il tarixli, 2-1(102)-269/2024 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özözlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsir görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına daır qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-17911/2024 nömrəli etirazında qeyd olunmuş dəlillərə əlavə olaraq bildirilir ki, məhkəmə araşdırması zamanı əldə olunmuş X15 Filialının xx.xx.2023-cü il tarixli 3- 480DA-4F2-Ə1340/2023 nömrəli məktubu (Məktub qoşmaya əlavə edilmişdir) ilə İddiaçı 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cü il üzrə 10 ay, 1984-cü il üzrə 12 ay əməkhaqqı ödənildiyi, müəssisənin arxiv fondunun 1982, 1997-2001-ci il tarixlər üzrə əmr kitablarının yoxlanıldığı və iddiaçının adının aşkar olunmadığı müəyyən olunmuşdur. Beləliklə, məktubda qeyd edilən 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cü il üzrə 10 ay, 1984-cü il üzrə 12 ay, ümumlikdə isə 3 il 9 ay 9 gün iddiaçının 18 il 3 ay 9 gün olan sığorta stajına daxil edilərsə, onun sığorta stajı 22 il 9 gün olmaqla, 25 ildən az təşkil edəcəkdir. Həmçinin, X15 Filialının xx.xx.2023-cü il tarixli 3-480DA4F2-Ə-1340/2023 nömrəli məktubunda qeyd olunanlar barəsində Fondun X2 tərəfindən yerində monitorinq aparılmış, xx.xx.2024-cü il tarixli akt (Akt qoşmaya əlavə edilmişdir) tərtib edilmişdir. Həmin akt ilə arxiv arayışında qeyd olunan xüsusatlar öz təsdiqiri tapmışdır.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-327/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin düzgünlüyü və dəqiqliyi şübhə altına alındığı və iddiaçının 1997- 2001-ci illərdə işlədiyi dövrü təsdiq edən sənədlərin mövcud olmaması nəzərə alındıqda, məhkəmə cavabdeh orqanın iddiaçıya pensiya təyinatında imtinasını haqlı sayır. İddiaçının 1980-1984-cü illərdəki fəaliyyət dövrü arxiv sənədləri ilə öz təsdiqini tapdığından həmin dövr, yəni xx.xx.1980-xx.xx.1984-cü illər onun sosial sığorta stajına nəzərə alınmalıdır. Lakin bununla belə, yəni həmin dövr nəzərə alındıqda belə iddiaçıya pensiya təyinatı üçün tələb olunan 25 il tamamlanmış olmur. Belə ki, xx.xx.1980-xx.xx.1984-cü illərdəki 4 il 9 ay sosial sığorta stajı iddiaçının mövcud olan və mübahisələndirilməyən 18 il 3 ay 9 gün olan sığorta stajına əlavə edildikdə belə, onun sığorta stajı 22 il 11 ay 9 gün təşkil edir ki, bu da 25 ildən azdır. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il iş stajının olması öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddianın təmin edilməsi istisna edilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
22. İddiaçının vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara düzgün qiymət verilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə qarşı təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-190388/2025 nömrəli etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-17911/2024 nömrəli etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı əldə olunmuş X15 Filialının xx.xx.2023-cü il tarixli 3480DA-4F/2-Ə-1340/2023 nömrəli məktubu ilə İddiaçı 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cu il uzrə 10 ay, 1984-cü il üzrə 12 ay əməkhaqqı ödənildiyi, müəssisənin arxıv fondunun 1982, 19972001-ci il tarixləri üzrə əmr kitablarının yoxlanıldığı və iddiaçının adının aşkar olunmadığı müəyyən olunmuşdur. Beləliklə məktubda qeyd edilən 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cü il üzrə 10 ay, 1984-cü il üzrə 12 ay, ümumlikdə isə 3 il 9 ay 9 gün iddiaçının 18 3 ay 9 gün olan sığorta stajına daxil edlərsə, onun sığorta stajı 22 il 9 gün olmaqla, 25 ildən az təşkil edəcəyi müəyyən edilmişdir.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir.
29. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin əmək kitabçasında doldurulma qaydasının pozulması və həmin dövrlər üzrə əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı arayışları) və əmrlərdən çıxarışların təqdim edilməməsi ilə əsaslandırılmışdır.
33. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmış, iddia tələbini rədd etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, 18 il 3 ay 9 gün sığorta stajı cavabdeh tərəfindən qəbul edilmiş, yalnız xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işlədiyi dövr mübahisələndirilmiş və həmin dövrlərdə iddiaçının sözügedən müəssisədə işləməsinə dair mötəbər sənədlərin olmaması ilə əsaslandırılmışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.
36. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.
37. Hazırki iş üzrə iddiaçının mübahisələndirilən – xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işləməsi əmək kitabçasında aparılan qeydlərlə təsdiq olunsa da (səh. 9-11), cavabdeh tərəf həmin əmək kitabçasında qeyd olunan dövrlərin doldurulma qaydası pozulmasını, başqa sözlə, eyni tarixdə eyni qələmlə yazılmasını, həmçinin birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilməsini əsas gətirməklə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir ki, bu hal da iddiaçıya pensiya təyin olunması üçün qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının tamamlanmaması və bu səbəbdən də pensiya təyin edilməməsi ilə nəticələnmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
39. İş materiallarına əlavə edilmiş arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı Əliyev X8 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir. Əmək kitabçasında isə İddiaçı xx.xx.1980-ci il tarixli 37 nömrəli əmrlə həmin tarixdən Şamxor rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edildiyi, xx.xx.1984-cü il tarixli 54 nömrəli əmrlə həmin tarixdə işdən azad edildiyi qeyd olunmuşdur. Bu hal arxiv sənədləri ilə də öz təsdiqini tapmışdır.
40. Belə olan halda iddiaçının 1980-1984-cü illərdəki fəaliyyət dövrü arxiv sənədləri ilə öz təsdiqini tapdığından həmin – xx.xx.1980-xx.xx.1984-cü illər onun sosial sığorta stajına nəzərə alınmalıdır.
41. Qeyd olunan hüquqi mövqe birinci instansiya məhkəməsinin qərarında da öz əksini tapmış, cavabdeh tərəf iddiaçı tərəfin apellyasiya şikayətinə dair təqdim etdiyi etirazda birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla həmin mövqeyə dair hər hansı münasibət bildirməmiş, etiraz qeydi təqdim etməmişdir.
42. İş üzrə mübahisələndirilən digər hissə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işləməsini iddia etdiyi dövrlə bağlıdır.
43. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-14342/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Gəncə X5 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1184 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2009-cu il tarixində tam özəlləşdirilmişdir.
44. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-20/2-89038/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasına əsasən "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" hüquqi şəxs kimi Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmamışdır.
45. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-18/2-96412/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasına əsasən "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" hüquqi şəxs kimi Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmamışdır.
46. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-78/2-37/2024 nömrəli məktubu ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Şəmkir (Şamxor) Buzxanalı sallaqxana 27 iyul 1996-cı il tarixində qeydiyyata alınmışdır.
47. X15 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-1811/1/2025 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, Filialda mühafizə olunan Azərbaycan Respublikası Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ( keçmiş Kirovabad Ət-Süd Kombinatı) arxiv fondunda Şəmkir Sallaqxana məntəqəsinin işçi heyət üzrə sənədləri mövcud deyildir (Bax: hazırki qərarın 14-cü bəndi).
48. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən "xxxx" ASC-nin arxiv fondunun 1997-2001-ci il üzrə əmr kitablarında İddiaçı adının aşkar olunmamasına istinad edilməklə həmin illərin cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajına hesablanmaması nəticəsinə gəlsə də, nəzərə alınmamışdır ki, iddiaçının işlədiyi "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" 1997-ci ildə yaradılmış Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Kirovabad Ət-Süd Kombinatı) tərkibində olmasına dair heç bir sübut yoxdur və sənədləri X15 Filialına təhvil verilməmişdir.
49. Başqa sözlə, "Şəmkir (Şamxor) Buzxanalı Sallaqxanası" özəlləşdirilən Azərbaycan Respublikası Gəncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Kirovabad Ət-Süd Kombinatı) tərkibində olmamış, buna görə də, arxivə ona dair sənədlər təhvil verilməmişdir.
50. Digər tərəfdən iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X3 işləməsini iddia etdiyi dövrdə həmin müəssisə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.
52. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X3 işləməsinə əmək kitabçasında aparılan qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
53. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da 2006-cı il yanvarın 1-dək olan dövrlə əhatə edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci maddəsi). Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
54. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
55. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
56. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
57. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassız olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-327/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov