Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-51/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-634/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 678 nömrəli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrinin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 2N nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı həqiqətən N nömrəli hərbi hissənin Qubadlı rayonu, Xınalıq kəndində açılmış səhra hospitalına ləvazimatların daşınmasında iştirak etmiş, lakin ezamiyyət vəsiqəsi təqdim etmədiyinə görə hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə düşməmişdir.
3. xx.xx.2020-ci il tarixli 195 nömrəli, xx.xx.2020-ci il tarixli 29N nömrəli, xx.xx.2020-ci il tarixli 3058 nömrəli və xx.xx.2020-ci il tarixli 3166 nömrəli yol vərəqələrindən görünür ki, İddiaçı Qubadlı rayonu istiqamətində hərbi əmlak daşımışdır.
4. AD ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 12 nömrəli əmri ilə əsgər hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin sürücüsü, sonra isə baş sürücü-radiotelefonçu vəzifəsinə təyin edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi tərəfindən N saylı hərbi hissəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4/3-122N nömrəli məktubun surətindən görünür ki, təqdim olunmuş sənədlərdə ÇAHHXHQ əsgər İddiaçı N.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
6. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayışməlumatdan görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2014-cü il tarixdə, 379 nömrəli əmrlə daxil olmuş, MAHHXHQ əsgər rütbəsində, baş sürücü-radiotelefonçu vəzifəsində olmuş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 172, 191, N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin N nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 013 nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması yol vərəqəsi əsasında getdiyi üçün 172, 1N və N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmişdir. Həmin hərbi hissələrə ezamiyyət vəsiqəsi ilə getməyib, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə yol vərəqəsinə əsasən getmişdir. Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Göygöl, Daşkəsən, Qubadlı və Füzuli rayonlarına ezam olunmuşdur. Xəsarət almamışdır.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 257 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, N nömrəlı hərbi hissədən MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir.
8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 261 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, N nömrəlı hərbi hissədən MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir.
10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
11. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 268 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, N nömrəlı hərbi hissədən MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir.
12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N4 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
13. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N8 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, N nömrəlı hərbi hissədən MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir.
14. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 282 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
15. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 453 nömrəli məktubdan görünür ki, İddiaçı adlı hərbi qulluqçunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissədə rəsmi məlumat yoxdur.
16. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 1N nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmamışdır. Yol vərəqələrinə əsasən getmişdir.
17. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 242 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə olması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir qeyd yoxdur.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25- 4/28113/2024 saylı məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən 172, 191, N və N nömrəli hərbi hissələr tam şəkildə döyüş əməliyyatlarında iştirak etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdən N saylı hərbi hissənin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq əsgər kimi xidmət edir. Onun vəzifəsi sürücüdür. O, 44 günlük Vətən müharibəsində ön cəbhədə xidmətdə olmuş, maşına aid ləvazimatlarla bağlı N günlük həmin hərbi hissədə olmuşdur. Bundan sonra isə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla yanaşı, o, döyüş bölgələrinə silah-sursat aparmışdır. O, ona müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etsə də, bununla bağlı cavabdeh orqan tərəfindən imtina olunaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin qulluqçusu olaraq N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmadığını bildirmişdir.
21. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə iddiaçının nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1912/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bununla yanaşı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 1N nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmamış və yol vərəqələrinə əsasən getmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 678 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2024-cü il tarixli, 4/3-122N nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci 30 dekabr tarixli, 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci İl tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
24. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü tarixli, 2-1(114)- 634/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
25. Məhkəmə hesab etmişdir ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-634/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. N. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 678 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Həmçinin 7N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 829 nömrəli məktubuna əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 7N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı ilə bağlı məlumat aşkar olunmamışdır. Bundan başqa da qeyd etmək lazımdır ki, N5 nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 298 nömrəli məktubuna əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatlarında iştirakı və yaxud ezam olunması ilə bağlı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2024-cü il tarixli, 4/3-122N nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərinə qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
32. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
33. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
35. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
36. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
37. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
39. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
40. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
41. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
42. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
43. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
44. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
45. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
46. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
47. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
48. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
49. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
50. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
54. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasının əsası kimi, iddiaçının ezamiyyət vəsiqəsi təqdim etmədiyinə görə hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə düşməməsi, 172, 191, N və N nömrəli hərbi hissələrdə yol vərəqələri əsasında ezamiyyətdə olması göstərilmişdir.
55. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı” statusu hərbi hissə (bölmə) və ya orqanların tərkibində aktiv döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yanaşı, həmçinin həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş şəxslərə də verilir.
56. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” xx.xx.1995-ci il tarixli, 216 saylı Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il sentyabrın Ndən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
57. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinasının əsası olan iddiaçının ezamiyyət vəsiqəsi təqdim etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə N nömrəli hərbi hissə tərəfindən verilmiş Arayış-məlumatdan görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2014-cü il tarixdə, 379 nömrəli əmrlə daxil olmuş, MAHHXHQ əsgər rütbəsində, baş sürücü-radiotelefonçu vəzifəsində olmuş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 172, 191, N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin N nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 013 nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması yol vərəqəsi əsasında getdiyi üçün 172, 1N və N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmişdir. Həmin hərbi hissələrə ezamiyyət vəsiqəsi ilə getməyib, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə yol vərəqəsinə əsasən getmişdir. Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Göygöl, Daşkəsən, Qubadlı və Füzuli rayonlarına ezam olunmuşdur.
58. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 172, 191, N və N nömrəli hərbi hissələrə döyüş əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə ezam olunması, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-məlumat ilə öz təsdiqini tapır.
59. Digər tərəfdən, iddiaçı döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün digər hərbi hissələrə ezam olunduğu halda, ona ezamiyyət vərəqəsinin verilməməsi, onun ezamiyyət vərəqəsi ilə deyil, yol vərəqəsi ilə hərəkət etməsi ona tapşırıqları verən hərbi hissənin cavabdehlik daşıdığı bir haldır. Yol vərəqələri hərbi hissə komandiri tərəfindən imzalanmaqla, möhürlənməklə verilmiş, iddiaçı hərbi hissə tərəfindən ona verilmiş yol vərəqlərində göstərilmiş maşurutlar üzrə hərəkət etmiş, döyüş tapşırıqlarını yerinə yetirmiş və tapşırıqdan kənara çıxma hallarına yol verməmişdir. Döyüş təminatı üzrə tapşırıqların ezamiyyət vərəqəsi ilə deyil, yol vərəqəsi əsasında həyata keçirilməsi isə iddiaçının məsuliyyət sferasına aid məsələ deyildir. “Hərbi xidmətkeçmə haqqında” Qanunun 140-cı maddəsinə əsasən, ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilməsi göstərilsə də, bu tələbə hərbi hissə komandanlığı tərəfindən əməl edilməmişdir. Odur ki, cavabdeh orqanın bu əsasa görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi əsassız olmuşdur.
60. Məhkəmə kollegiyası tərəfindən iddiaçının ezam olunduğu 172, 191, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi ilə bağlı cavabdeh orqana sorğu edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/28113/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən 172, 191, N və N nömrəli hərbi hissələr tam şəkildə döyüş əməliyyatlarında iştirak etmişdir.
61. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, ezam olunduğu hərbi hissələrin döyüş əməliyyatlarında iştiraka cəlb edilməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır.
62. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-634/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.