Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-510/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-286/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Alt sistemdən TSEK müayinələri ilə bağlı xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı « Bronxial astma İAF tez- tez boğulma tutmaları ilə Xr bronxit Xr TÇ İİ dər. » səbəbi ilə xx.xx.2006-cı il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSEK-02 264782 saylı arayışından görünür ki, 03 aprel 2012-ci tarixdə İddiaçı ikinci qrup əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSEK-01 177697 saylı müayinə aktından görünür ki, 29 aprel 2013-cü il tarixli müayinə nəticəsində İddiaçı ikinci qrup əlillik yenidən təyin edilmiş, növbəti müayinə tarixi 29 aprel 2014-cü il müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSEK-383916 saylı arayışdan görünür ki, 29 aprel 2014-cü il tarixli müayinə nəticəsində İddiaçı ikinci qrup əlillik yenidən təyin edilmiş, növbəti müayinə tarixi 29 aprel 2015-ci il müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSEK-01 613172 saylı müayinə aktından görünür ki, xx.xx.2015-ci il tarixli müayinə nəticəsində İddiaçı növbəti müayinə tarixi 16 iyun 2016-cı il olmaqla ikinci qrup əlillik təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSEK müayinə aktından görünür ki, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində İddiaçı növbəti müayinə tarixi xx.xx.2021-ci il olmaqla 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir.
7. Xəstənin, ambulator, stasionar, tibbi kartasından ******* saylı, 027 Forma çıxarışdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə stasionar müalicəyə cəlb edilən İddiaçı UİX stabil gərginlik statiyası, 3-cü dərəcə tez-tez təkrarlanan gərginlik və sakitlik tutmaları ilə keçirilmiş miokard infaktdan sonrakı kardioskaleroz, aorta koronar şuntlama, əməliyyat sonrakı vəziyyət diaqnozu qeyd edilmişdir.
8. 31 yanvar 2022-ci il tarixli, 733 nömrəli Tibbi-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunun məlumatından görünür ki, İddiaçı UİX stabil gərginlik hemokardiyası, infaktdan sonra kardioinferoz, aorta koronar şuntlama, əməliyyat sonrakı vəziyyət, arterial hipertoniya 3-cü dərəcə diqnozu qeyd edilmişdir.
9. TSEK müayinələri ilə bağlı çıxarışlardan görünür ki, İddiaçı əlilliyi ilə bağlı xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlərdən «Göndərişin natamam doldurulması», «Əlavə müalicəyə ehtiyacın olması» və «Diaqnoz əlillik əlaməti təyin etmir» səbəbləri ilə imtina edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 01 avqust 2022-ci il qiymətləndirmə tarixində İddiaçı stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik stenokardiyası, 3-cü FS. Tez-tez tutmalarla, mövcud şikayətlə koronar angioqrafiya olunan xəstəyə CABG qərarı verildi. xx.xx.2021-ci il tarixdə AORTA Koronar şuntlama orta risk) əməliyyatı aparıldı. Ümumi anesteziya altında median sternotomiya olundu. Ayaqdan safen ver və LİMA grefləri çıxarılaraq hazırlandı. Heparinizasya sonrası aort vəsağ atrial kanülasya olundu. Aortik root vent ka. dioqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyac olması, 2022-ci ildə stasionar müalicəsi yoxdur, halhazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşdırılmış xəstəxanada ətraflı müayinə və müalicə imtina edilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert komissiyasının 0217003AAMVM nömrəli, Forma 088-dən görünür ki, İddiaçı əsas diaqnoz 125.2. əvvəllər keçirilən miokard infaktı ÜİX-yi Gərginlik stenokardiyası. 2-ci FS tez-tez tutmalar dianozu, mütəmadi olaraq SYNERGY MEDİCAL xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə Ak.C.M.Abdullayev ad ET Kardiologiya İnstitutu xx.xx.2021-ci ildə, Ağdam RMX xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci ildə tibbi yardımlar qəbul etməsi qeyd edilmişdir.
12. T140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı qeyd olunan xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ciddi “ürək çatışmazlığı” diaqnozu üzrə əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan "ürək çatışmazlığı diaqnozuna"əsasən Tibbi Sosial Ekspert Komissiyasının 2006-cı il tarixli qərarı ilə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir.Dəfələrlə növbəti tibbi komisiya zamanı TSEK-in rəyləri ilə əlilliyi müvafiq müddətlərə uzadılmışdır. Sonuncu dəfə X2 Komissiyasının xx.xx.2021-ci il tarixli göndərişi ilə "ÜİX.Gərginlik stenokardiyası İİ Fs tez-tez tutmalarla Postinfarkt kardioskleroz AŞK-dan sonrakı vəziyyət arterial hiparteniya İİ mərhələ QDÇ.İl dərəcə ürək çatışmaszlığı İİ fs" diaqnozu ilə sənədləri ona əlillik dərəcəsi verilməsi üçün Tibbi-sosial ekspert komissiyasına göndərilmiş və lakin cavabdeh ona əlillik təyin edilməsindən imtina etmişdir.
15. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək “xx.xx.2016-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 02 may 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
16. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006cı il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bronxial astma İAF tez- tez boğulma tutmaları ilə Xr bronxit Xr TÇ İİ dər; səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinə yenidən baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109 - Ürəyin xroniki revmatik xəstəlikləri => 105 – Mitral qapağın revmatik xəstəliyi => 105.8 - Mitral qapağın digər xəstəlikləri; Diaqnozun mətni: Rematizim q/f faza revamakardit xr xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı." səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinə yenidən baxılmış və eyni diaqnoza əsasən bir il müddətinə əlillik verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında əlillik vəziyyətinə yenidən baxılmış və eyni diaqnozla beş il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında əlillik vəziyyətinə yenidən baxılmış və «Göndərişin natamam doldurulması - Səbəb: ETKi-da ətraflı müayinə olunub,tibbi arayış alması məsləhət görülür», « Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 5(beş) ildə stasionar müalicə yetərli deyil. E.T.Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və son müalicə məsləhət görülür », « Diaqnoz əlillik əlaməti təyin etmir » və « Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2022-ci ildə stasionar müalicəsi yoxdur. hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olunması məsləhət görülür » səbəbləri ilə imtina verilmişdir. Göründüyü kimi, qeyd olunan səbəblərdən əlillyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-286/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixədək artıq 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona xx.xx.2016-cı il tarixdən müddətsiz (ömürlük) təyin edilməli idi.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bronxial astma İAF tez- tez boğulma tutmaları ilə Xr bronxit Xr TÇ İİ dər; səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinə yenidən baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109 - Ürəyin xroniki revmatik xəstəlikləri => 105 – Mitral qapağın revmatik xəstəliyi => 105.8 - Mitral qapağın digər xəstəlikləri; Diaqnozun mətni: Rematizim q/f faza revamakardit xr xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı." səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinə yenidən baxılmış və eyni diaqnoza əsasən bir il müddətinə əlillik verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında əlillik vəziyyətinə yenidən baxılmış və eyni diaqnozla beş il müddətinə əlillik verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında əlillik vəziyyətinə yenidən baxılmış və « Göndərişin natamam doldurulması - Səbəb: ETKi-da ətraflı müayinə olunub,tibbi arayış alması məsləhət görülür. », « Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 5(beş) ildə stasionar müalicə yetərli deyil. E.T.Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və son müalicə məsləhət görülür », « Diaqnoz əlillik əlaməti təyin etmir » və « Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2022-ci ildə stasionar müalicəsi yoxdur. hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olunması məsləhət görülür » səbəbləri ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci ii tarixli, 2-1 (102)-912/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) tərəflərin izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33) 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
26. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
29. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, əlliyin təyin edilməsi müddətində səhvə yol verilmişdir.
31. İşin hallarından görünür ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş «Bronxial astma İAF tez- tez boğulma tutmaları ilə Xr bronxit Xr TÇ İİ dər.» səbəbi ilə xx.xx.2006-cı il tarixdə 1 il müddətinə 2-ci dərəcə, «Rematizim q/f faza revamakardit xr xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər.» səbəbi ilə xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, eyni diaqnozla xx.xx.2015-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, lakin cavabdehə göndərilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci tarixli göndərişlərdən «Göndərişin natamam doldurulması», «Əlavə müalicəyə ehtiyacın olması» və «Diaqnoz əlillik əlaməti təyin etmir» səbəbləri ilə imtina edilmişdir.
32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 01 avqust 2022-ci il qiymətləndirmə tarixində İddiaçı stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik stenokardiyası, 3-cü FS. Tez-tez tutmalarla, mövcud şikayətlə koronar angioqrafiya olunan xəstəyə CABG qərarı verildi. xx.xx.2021-ci il tarixdə AORTA Koronar şuntlama 9orta risk) əməliyyatı aparıldı. Ümumi anesteziya altında median sternotomiya olundu. Ayaqdan safen ver və LİMA grefləri çıxarılaraq hazırlandı. Heparinizasya sonrası aort vəsağ atrial kanülasya olundu. Aortik root vent ka. dioqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyac olması, 2022-ci ildə stasionar müalicəsi yoxdur, halhazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşdırılmış xəstəxanada ətraflı müayinə və müali imtina edilmişdir.
33. İddiaçı 2012-ci il tarixdən onun əlilliyinin qiymətləndirildiyini və fasiləsiz olaraq 11 il müddətinə ikinci dərəcəli əlil olmasını əsas gətirərək ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin müvafiq qanunvericlik normalarına uyğun olması, eyni zamanda əlillik yenidən qiymətləndirilib, əlilliyin dərəcəsinin təyin edilməsindən sonra 10 illik müddətsiz axımın hesablanmasının mümkün olması qeyd edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
36. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
37. Sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.
38. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını xahiş etmişdir.
39. İş materiallarında olan Xəstənin,ambulator, stasionar, tibbi kartasından ******* saylı, 027 Forma çıxarışdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə stasionar müalicəyə cəlb edilən İddiaçı UİX stabil gərginlik statiyası, 3-cü dərəcə tez-tez təkrarlanan gərginlik və sakitlik tutmaları ilə keçirilmiş miokard infaktdan sonrakı kardioskaleroz, aorta koronar şuntlama, əməliyyat sonrakı vəziyyət diaqnozu qeyd edilmişdir.
40. 31 yanvar 2022-ci il tarixli, 733 nömrəli Tibbi-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunun məlumatından görünür ki, İddiaçı UİX stabil gərginlik hemokardiyası, infaktdan sonra kardioinferoz, aorta koronar şuntlama, əməliyyat sonrakı vəziyyət, arterial hipertoniya 3-cü dərəcə diqnozu qeyd edilmişdir.
41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert komissiyasının 0217003AAMVM nömrəli, Forma 088-dən görünür ki, İddiaçı əsas diaqnoz 125.2. əvvəllər keçirilən miokard infaktı ÜİX-yi Gərginlik stenokardiyası. 2-ci FS tez-tez tutmalar dianozu, mütəmadi olaraq SYNERGY MEDİCAL xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə Ak.C.M.Abdullayev ad ET Kardiologiya İnstitutu xx.xx.2021-ci ildə, Ağdam RMX xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci ildə tibbi yardımlar qəbul etməsi qeyd edilmişdir.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert komissiyasının 0217003AAMVM nömrəli, Forma 088-dən iddiaçının ayrı-ayrı vaxtlarda müvafiq müayinə və müalicələrə cəlb edildiyi görünür.
43. T140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı qeyd olunan xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.
44. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra tibbi göndəriş rəsmiləşdirilmiş, lakin inzibati orqan xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci tarixli göndərişlərdən «Göndərişin natamam doldurulması», «Əlavə müalicəyə ehtiyacın olması» və «Diaqnoz əlillik əlaməti təyin etmir» səbəbləri ilə əlilliyin təyin olunmasından imtina etmişdir.
45. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmamasının qiymətləndirilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
46. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
47. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
48. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
49. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 03 aprel 2012-ci tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlillik təyin edildiyindən yuxarıda qeyd olunan normanın tələbi ödənilmir və iddiaçıya fasiləsiz olaraq ikinci dərəcə əlilliyin 10 (on) il ərzində təyin olması müəyyən edilmir.
51. Həmçinin, sonuncu qiymətləndirmə tarixi xx.xx.2022-ci il olduğunundan əlillik də məhz həmin tarixdən təyin olunmalıdır.
52. Beləliklə, halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən-İddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-286/2023 nömrəli qərarı qismən -İddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov