Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-513/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 997/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 nömrəli sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1996-cı il tarixli 04 saylı qərarından çıxarışa əsasən İddiaçı1 4500 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli A 469060 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
2. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 333 saylı, 27 iyun 2012ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 2-ci dalan, ev 30-da yaşayan İddiaçı1 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahəsində İddiaçı1 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır.
3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1686 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” yaşayış ərazisi, sahə 65-də yerləşən İddiaçı1 məxsus mülkdə razılaşdırılmış lahiyə sənədləri əsasında inşa edilmiş tikililərin qeydiyyata alınması qərara alınmışdır. Belə ki, ümumi sahə - 274,3 kv.m, yaşayış sahəsi – 169,2 kv.m; həyət tikililəri – 2,7 kv.m.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2-1(83)- 03/2017 nömrəli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.m olan 65 nömrəli sahəsində İddiaçı1 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli sərəncamının və digər müvafiq sərəncamların ləğv edilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 07 may 2018-ci il tarixli, 2-1(104)12/2018 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2-1(83)-03/2017 nömrəli qərarının “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200 kv.m olan 63 nömrəli sahəsində X6 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli 335 nömrəli sərəncamının ləğv edilməsi”nə aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-03/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 2-1(102)-1753/2018 nömrəli qərardadı ilə cavabdeh Gəncə şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsi, verilmiş şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır.
6. Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2020-ci il tarixli, 10/1209 nömrəli rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 aprel 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, 02 may 2012-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 1,0 ha torpaq sahəsinin 0,7099 ha (70 sot 99 kv.metr) hissəsinin digər şəxslərin naturada faktiki istifadəsində olduğu, 0,2901 ha (29,1 kv.metr) hissəsi isə ərazidə yol kimi istifadə olunduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, 02 may 2012-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunan 0,7099 ha (70,99 kv.metr) hissəsi üzərində müxtəlif təyinatlı tikililərin mövcud olduğu müəyyən edilir.
7. Məhkəmə tikinti-texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021 il tarixli **********54 saylı mütəxəssis rəyinə əsasən İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 226.83 kv.metr torpaq sahəsi və həmin sahə də daxil olmaqla, ümumilikdə İddiaçı1 faktiki istifadəsində olan 400.76 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 400.76 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 105.67 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə İddiaçı1 faktiki istifadəsində olan 332.19 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 332.19 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir.
8. İddiaçı X2 cavabdehlər X3 və qey. qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 may 2012-ci il tarixli çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikintilərin onların hesabına sökülməsi, cavabdehlərin və onun mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair tələbi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(044)-93/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-593/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə cavabdehlər İddiaçı1 və İddiaçı2 münasibətdə mübahisələndirilən hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-147/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2- 1955/8/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 saylı sərəncamına heç bir sənəd əlavə edilməmişdir. Həmkarlar təşkilatının arxiv sənədləri X9 Filialına təhvil verilməmişdir.
10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-2832/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, arxivdə aparılmış araşdırma zamanı İddiaçı1 adına verilmiş AN-469060 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir.
11. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2- 25255/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən 3 nömrəli Tikinti-Quraşdırma icarə trestinin qeydiyyata alınması və qeydiyyat qovluğunun mövcudluğu barədə məlumat aşkar edilməmişdir.
12. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2- 323//8/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 3 nömrəli Tikinti Quraşdırma İcarə trestinin arxiv sənədləri filiala təhvil verilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 65 nömrəli sahəsində ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın İddiaçı1, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 64 nömrəli sahəsində ümumi sahəsi 239,6 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın İddiaçı2, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 60 nömrəli sahəsində ümumi sahəsi 205,0 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 121.000 manat miqdarında kompensasiyanın İddiaçı3 və Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kv.m olan 58 nömrəli sahəsində ümumi sahəsi 132,0 kv.m və 114,5 kv.m iki fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 192.000 manat miqdarında kompensasiyanın İddiaçı4 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 333 saylı 27 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahəsində onun tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1686 saylı 24 noyabr 2013-cü il tarixli sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahədə yerləşən və mənə məxsus mülkdə razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş ümumi sahə 274,3 kv.m ibarət tikililərin qeydiyyata alınması; Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahəsində yerləşən mülkdə tikintisi başa çatmış tikilini qeydiyyata alındıqdan sonra mülk sahibi müvafiq qaydada mülkiyyət huququnu təsdiq edən sənədlərlə təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsinə tapşırılması qərara alınmışdır. Bundan sonra komissiya üzvləri: Gəncə şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısının müavininin, Gəncə şəhərinin Baş memarının, Gəncə şəhəri GEM-in direktorunun və X11 Yanğın Nəzarəti İdarəsinin rəsinin iştirakı fərdi yaşayış evinin qəbulu haqqında 14 oktyabr 2013-cü il tarixli Aktı ilə ona məxsus Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahədə yerləşən fərdi yaşayış evinin tikinti işlərinin keyfiyyəti kafi hesab edilərək evin istismarına icazə verilmişdir. Evin dəyəri "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən 225.000 manat dəyərində qiymətləndirilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400 kv.metr olan 65 nömrəli sahəsində İddiaçı1 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(104)12/2018 saylı 07 may 2018-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının onlara aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1753/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasınn 07 may 2018-ci il tarixli 2-1(104)-12/2018 saylı qərarından verilmiş şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı X7 ona və digərlərinə, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 may 2012-ci il tarixli Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikintilərin onların hesabına sökülməsi, cavabdehlərin və onun mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(044)-93/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-593/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(104)-593/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktı məcburi icra edilməsi üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmişdir və İddiaçı1 məxsus Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahədə yerləşən ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evi sökülərək boş torpaq sahəsi Venera Rüstəmovaya təhvil verilməlidir. Hesab edir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti onlara Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə sərəncamı verməmişdən öncə həmin sahənin başqa şəxsə məxsus olmasının əvvəlcədən müəyyən etməli idi. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti bunu etmədiyi üçün onların tərəfindən inşa edilən fərdi yaşayış evləri sökülməlidir. Bu səbəbdən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin səhlənkarlığı səbəbindən onlara zərər vurmuşdur və zərərin əvəzi onlara ödənilməlidir. Əlavə olaraq bildirir ki, Gəncə Şəhər İcra hakimiyyəti başqa 04 mart 2022-ci il tarixdə ölkə prezidenti tərəfindən imzalanmış Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Bununla da sözügedən rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 64 nömrəli sahəsində ümumi sahəsi 239,6 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi, İddiaçı3 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 60 nömrəli sahəsində ümumi sahəsi 205,0 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 121.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi, İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kv.m olan 58 nömrəli sahəsində ümumi sahəsi 132,0 kv.m və 114,5 kv.m iki fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 192.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işlər İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ödənilməsi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 65 nömrəli sahəsində ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işdən ayrıca icraata ayrılmışdır.
16. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarı ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli Sərəncamı ləğv edilmişdir. İddiaçı1 torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüquqlarını rəsmiləşdirmədən evin lahiyəsini hazırlatmış və tikinti işləri aparmışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilən 27 iyun 2012-ci il tarixli 333 nömrəli Sərəncamda Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" yaşayış ərazisində fərdi yaşayış evinin yerləşdirilməsinə, layihələndirilməsinə icazə verilsə də (ərazi dəqiq göstərilməmişdir), vətəndaş evini X4 mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində inşa etmişdir. Eyni zamanda Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-93/2021 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən inşa edilmiş özbaşına tikintinin onun hesabına sökülməsi qət edilmişdir. Vətəndaş tərəfindən təqdim olmuş sənədlərdən görünür ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilən sənəd yalnız evin layihələndirilməsi üçün nəzərdə tutulsa da tikinti işləri aparılan torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Beləliklə, vətəndaş tərəfindən qanunların tələblərinə zidd olaraq tikinti işləri aparıldığı üçün həmin tikintinin söküldüyü zaman Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər-hansı kompensasiyanın verilməsi qanuna müvafiq deyildir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı1 kompensasiyanın ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-997/2025 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.
18. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, mübahisələndirilən sərəncam iddiaçıya fərdi yaşayış evinin tikintisinə görə torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilməmişdir. Heç cavabdeh orqanın belə bir səlahiyyəti də yoxdur, sərəncam verilən dövrdə də olmamışdır. Sözügedən sərəncam fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsi ilə bağlıdır və qanunsuz verildiyi üçün məhkəmə qərarı ilə ləğv edilmişdir. İkinci tərəfdən isə, həmin sərəncamda layihələndirilməsinə icazə verilmiş evin torpaq sahəsinin koordinatları əks olunmamışdır. Yəni, həmin sərəncamda iddiaçıya məhz Venera Rüstəmovaya məxsus 1.0 ha torpaq sahəsində inşa edilməsinə icazə verildiyi müəyyən edilmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-997/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, uzun müddətdir onkoloji və digər xəstəliklərdən əziyyət çəkir, birinci instansiya məhkəməsinin qərardadı elektron sistemə yerləşdiriləndə müalicədə olmuşdur. Bundan başqa qərardad sistemə yerləşdirilən zaman ona hər hansı bildiriş gəlmədiyindən qərardaddan vaxtında şikayət verə bilməmişdir. Odur ki, xəstəliyinin və müalicə olmasının nəzərə alınaraq ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş edir.
23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsinə dair prosessual müddətin bərpası barədə ərizə ilə bağlı qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-997/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus elektron kabinet vasitəsilə təqdim edilmiş, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir.
28. Məhkəməyə təqdim olunan tibbi sənədlərdən və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı qərardadın ona təqdim edildiyi dövrdə tibb müəssisəsində ambulator-stasionar müayinədə olmuşdur.
29. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ambulator stasionar xəstənin xəstəlik vərəqəsindən çıxarışdan görünür ki, İddiaçı1 ambulatoriya üzrə xəstələnmə vaxtı xx.xx.2025-ci il, stasionara yönəldilmə vaxtı isə xx.xx.2025-ci il tarixidir.
30. Bundan başqa iddiaçının qeyd olunan dövrdə həqiqətən xəstə olması iş materiallarında olan digər - “İstanbul Genetics” Klinikası, “TƏBİB” publik hüquqi şəxsi, Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası, X13 laborotoriya, “Acibadem” Klinikasına məxsus və “X1” endoskopi (qastroenteroloji) tibbi sənədlərlə də təsdiq olunur.
31. Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməli, apellyasiya şikayəti mümkün hesab olunmaqla icraata qəbul edilməlidir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan sənədlərə əsasən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 333 saylı, 27 iyun 2012-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 2-ci dalan, ev 30-da yaşayan İddiaçı1 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahəsində İddiaçı1 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq vətikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavininə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.metr olan 65 nömrəli sahəsində İddiaçı1 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli sərəncamı ləğv edilmişdir.
33. Eyni zamanda, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-93/2021 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən inşa edilmiş özbaşına tikintinin onun hesabına sökülməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır və icra mərhələsindədir.
34. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 65 nömrəli sahəsində ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın cavabdeh orqandan tutularaq onun xeyrinə ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış, mövqeyini cavabdeh orqanın iddiaçıya fərdi yaşayış evinin tikintisinə görə torpaq sahəsinin ayrılmasına dair səlahiyyətinin olmaması və həmin sərəncamda iddiaçıya məhz Venera Rüstəmovaya məxsus 1.0 ha torpaq sahəsində tikili inşa edilməsinə icazə verilməsinin müəyyən edilməməsi ilə əsaslandırmışdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddianın mümkün sayılmaması əsasları kimi qeyd edilənlər iddiaçının məhkəməyə müraciət hüququnu istisna etmir.
36. Başqa sözlə, sözügedən sərəncam üzrə inzibati orqanın səlahiyyətli olmaması və layihələndirilməsinə icazə verilmiş evin torpaq sahəsinin koordinatları əks olunmaması, yəni, həmin sərəncamda iddiaçıya məhz Venera Rüstəmovaya məxsus 1.0 ha torpaq sahəsində tikili inşa edilməsinə icazə verilməsinin müəyyən edilməməsi iddianın mümkün sayılmamasına əsas deyildir.
37. Digər tərəfdən qeyd edilənlərlə bağlı birinci instansiya məhkəməsi iş materiallarında olan məhkəmə aktlarını da nəzərə almamışdır. Belə ki, məhz məhkəmə aktları ilə sərancamda fərdi yaşayış evinin lahiyələndirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə V.Rüstəmovanın mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşdüyündən inzibati akt ləğv edilmişdir və bu artıq işin mübahisə olunmayan halıdır.
38. Belə ki, yuxarıda qeyd olunan iş üzrə icraat zamanı əldə edilən ekspert rəyləri ilə müəyyən edilir ki, 02 may 2012-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 1,0 ha torpaq sahəsinin 0,7099 ha (70 sot 99 kv.metr) hissəsinin digər şəxslərin naturada faktiki istifadəsində olduğu, 0,2901 ha (29,1 kv.metr) hissəsi isə ərazidə yol kimi istifadə olunduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, 02 may 2012-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunan 0,7099 ha (70,99 kv.metr) hissəsi üzərində müxtəlif təyinatlı tikililər mövcud olmuşdur. Bundan başqa, İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 226.83 kv.metr torpaq sahəsi və həmin sahə də daxil olmaqla, ümumilikdə İddiaçı1 faktiki istifadəsində olan 400.76 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 400.76 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir (Bax: hazırki qərarın 6 və 7-ci bəndləri). 39.Bundan başqa qeyd olunmalıdır ki, sözügedən sərəncamla iddiaçıya layihələndirilməsinə icazə verilən tikilinin yeri birinci instansiya məhkəməsi tərəfindən müvafiq mütəxəssis rəyi alınması vasitəsilə müəyyən edilə bilərdi.
40. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya fərdi yaşayış evinin tikintisinə görə torpaq sahəsinin ayrılmasına dair sərəncam qəbul etmək səlahiyyətinin olmaması hazırki vəziyyətdə sonuncunun subyektiv hüququnu istisna etmədiyindən və həmin sərəncamda layihələndirilməsinə icazə verilmiş evin torpaq sahəsinin koordinatları əks olunmasa da, yuxarıda qeyd olunan məhkəmə aktları ilə sərəncamda iddiaçıya məhz Venera Rüstəmovaya məxsus 1.0 ha torpaq sahəsinin bir hissəsində tikili inşa edilməsinə icazə verildiyi göründüyündən birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmamasına dair gəldiyi nəticə inzibati prosessual qanunvericiliyin müddəalarına uyğun deyildir.
42. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 4-cü bəndi).
43. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-997/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov