Məhkəmə qərarları › İş №2-1(104)-515/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-515/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-515/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-485/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı barəsində Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş tərtib edilmiş və ona aşağıdakı diaqnoz qoyulmuşdur: - Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993cü il) hissiyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindormu ilə Axsama; - Ağırlaşma – E89.0 – Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin; - Ağırlaşma – G83.1 – Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflici; - Ağırlaşma – İ70 – Ateroskleroz, Ateroskleroz; - Ağırlaşma – İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası; - Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Daraq falanqa oynağının kontrakturası; - Ağırlaşma – M79.5 – Yumşaq toxumalarda qalmış yad cism, Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə; - Yanaşı xəstəliklər – E05.0 – Diffuz urla müşaiyət olunan tireotoksikoz, Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müayinəsindən sonrakı vəziyyət; - Yanaşı xəstəliklər – E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma, insulindən asılı olmayan; - Yanaşı xəstəliklər – İ15.2 – Endokrin pozğunluqlara görə ikincili hipertenziya, Hipertenziya xəstəliyi İİA mərhələ; - Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası. Hipertenziya xəstəliyi İİ A mərhələ.

2. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993)” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

3. İddiaçı şikayəti əsasında əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

5. İddiaçı ilkin olaraq xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2007-ci il tarixində 1 il müddətinə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

6. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993-cü il). Hissiyat pozğunluğu. Daraq-falanqa oynağının kontrakturası. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu. Pəncə arteriyalarının okluziyası. Aşağı ətrafların İİ dərəcəli xoniki işemiyası” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

7. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Sol bud-çanaq oynaqları rentgenoqrafiyasının nəticəsində qeyd edilmişdir ki, sol bud-çanaq oyanğı səviyyəsində, sol pelvik yumşaq toxumalar daxilində 11x17mm ölçülü metal yad cisim (qəlpə) aşkar edilir.

8. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Pəncə rentgenoqrafiyasının nəticəsində qeyd edilmişdir ki, sağ ayaq pəncəsinin müayinə sahəsinə daxil olan sümük toxumalarda mülayim osteoparoz izlənilir. Sol ayaq pəncəsində İİ barmağın dırnaq falanqası başı səviyyəsindən amputasiyasından sonrakı vəziyyət: müayinə sahəsinə daxil olan sümük toxumalarda mülayim osteoparoz izlənilir.

9. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Bel fəqərələri rentgenoqrafiyasının nəticəsində qeyd edilmişdir ki, fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: yayılmış spondilyoz. L5-S1 səviyyələrində fəqərələrarası məsafələr daralıb: osteoxondroz. Faset oynaqlarında artroz əıamətləri mövcuddur.

10. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı sağrı, sol bud-çanaq oynağının tış səthlərində dartıcı çapıq toxumaları, sol bud-çanaq oynağının və sol çanağın tış nahiyyəsində yumşaq toxumalarda 11x17 mm ölçüdə metal yad cism (qəlpə), bel fəqərələrinin yayılmış spondilyozu, L5-S1 fəqərələrinin osteoxandrozu, sol ayağın İİ barmağının dırnaq falanqasının əsası səviyyəsində amputasiya güdülü, hər iki pəncənin sümüyünün osteoparozu, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd edilmişdir.

11. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim komissiyasına xx.xx.2024-cü il tarixli, 3-43-51/2-45/2024 nömrəli göndərişində diaqnoz “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın 2-ci dərəcəli donması” kimi qeyd olunmuşdur.

12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının +dopplerografiyası müayinəsinin nəticəsi “Bifazik axımlar. Damarların divarları diffuz kalfisikdir (Diffuz ateroskleroz xəstəliyi)” kimi müəyyənləşdirilmişdir.

13. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışında İddiaçı barəsində diaqnoz “Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm” kimi müəyyənləşdirilmişdir.

14. İddiaçı barəsində X2 xx.xx.2022-ci il tarixli ENMG müayinəsinin nəticəsi “Bu EMG Solda peroneal sinir neyropatiyası ilə uyğundur” kimi qeyd edilmişdir.

15. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T355/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli donvurmadan sonrakı vəziyyət. (xx.xx.1993) hissiyyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindromu ilə. Ağırlaşma.; Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin. Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic. Ateroskleroz, Ateroskleroz. Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu, pəncə arteriyalarının akuluziyası. Oynaqların kontrakturası. Daraq falanqa oynağının kontrakturası. M79.5- Yumşaq toxumalarda qalmış yad cisim. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə" diaqnoz xəstənin anamnestik kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Xəstənin əyani müayinəsi zamanı aşağı ətraflarında dəri adi, yerli hərarət normal, trofiki pozğunluqlar, izlənməmiş, nevroloji müayinədə əlillik təyinatına əsas verən ocaqlı simptomatika, koordinasiya, hərəki pozuntular aşkar edilməmiş, Elmi- Tədqiqat Travmotologiya və Ortopediya" PHŞ-nin xx.xx.2022-ci il tarixli **********7 nömrəli 2019/83098 saylı arayışında olan diaqnoz müayinə zamanı öz təsdiqini qismən tapdığından qərardadda qoyulmuş 2-ci və 3-cü bənddə göstərilən sualların həlli mümkün olmadı. Belə ki, diaqnoz nəzərə alınmaqla anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.

16. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən əlillik təyinatına əsas verən xəstəlik (XBT-İ70-74) qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9559/2024 nömrəli qərar qəbul edilmişdir.

17. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 114 nömrəli qərarında İddiaçı təyin edilmiş “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

18. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli, 3-17-1/2-221248/2025 nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, İddiaçı: - xx.xx.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası ödənilmişdir. - xx.xx.2007-xx.xx.2007, xx.xx.2008-xx.xx.2008, xx.xx.2008-xx.xx.2010, xx.xx.2010xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2013, xx.xx.2013-xx.xx.2016, xx.xx.2016-xx.xx.2021-ci illərdə pensiya təyin olaraq ödənilmişdir.

19. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-26340/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (xx.xx.2006-cı il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə (xx.xx.2012-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2015-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAGZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya dəyişikliklər aşkar olunmadığından, xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən D00006504NSU nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli Qərarı, tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2005-ci il tarixli Qərarda göstərilən xəstəliklər əlillik səviyyəsində olmadığından və əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyi əlillik təyinatının aparılmasına əsas verdiyindən yeni göndərişin rəsmiləşdirilməsi tövsiyə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi hərbi vəzifəsi yerinə yetirərkən travmalar almağıyla bağlı təyin edilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2016cı il tarixə kimi N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüş əməliyyatlarında sıravi əsgər kimi də iştirak etmişdir. 26 yanvar 1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır kor qəlpə xəsrətləri alaraq yaralanmışdır. Həmin vaxtı Ağdərə şəhərində məktəbi Hospital etmişdilər, orada ilkin yardım almışdır. İki qəlpəni həmin hospitalda həkimlər çıxarmışdır. Lakin vəziyyətinin ağır olması ilə bağlı 27 yanvar 1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılmışdır. O, həmin xəstəxanada 02 aprel 1993-cü il tarixə kimi stasionar müalicə olunmuşdur. 02 aprel 1993-cü il tarixdən, 21 aprel 1993-cü il tarixə kimi isə Gəncə şəhərində 230 saylı hərbi hospitalda müalicəsini davam etdirmişdir. 21 aprel 1993-cü il tarixdə 230 saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimləri ona " Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-İİ barmağının İİ dərəcə, İİİ barmağın İİİ dərəcə donvurması. Sol aşağı ətrafın, bud sinirinin postravmatik parezi, yeriş funksiyasının pozulması ilə. Ensefalopatiya İİ mərhələ. ÜİX. stenokardiya fs İİİ.Kardioskleroz.Hipertoniya xəstəliyi İİB mərhələ. QDÇ İİ dərəcə" diaqnozu qoymuşlar. O, 1992-ci ilin avqust ayının 21- dən 1993cü ilin yanvar ayının 26-na kimi Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 21 aprel 2005-ci il tarixdə onu yenidən müayinə edərək yuxarıda qeyd etdiyi xəstəliklərini, N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüşlərdə sıravi əsgər kimi iştirak etdiyini, 26 yanvar 1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır yaralandığını, 27 yanvar 1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılaraq, 02 aprel 1993-cü il tarixə kimi stasionar müalicə olunduğunu, 02 aprel 1993-cü il tarixdən, 21 aprel 1993-cü il tarixə kimi Gəncə şəhərində yerləşən 230 saylı hərbi hospitalda müalicəsini davam etdirdiyini, 21 aprel 1993-cü il tarixdə 230 saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimlərinin ona "Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-İİ barmağının İİ dərəcə, İİİ barmağın İİİ dərəcə donvurması" xəstəliklərindən əziyyət çəkdiyini 11 nömrəli qərarı ilə təsdiqləmişdir. Eləcə həmin qərarda göstərilmişdir ki, aldığı xəsarətlər hərbi travma olmaqla, erməni vandallarına qarşı döyüşlər zamanı alınmışdır. Bundan sonra o, müharibədə aldığı travmalalarla bağlı ibbi sənədlərini Tibbi-Sosial Ekspert komissiyasına təqdim etdikdən sonra 07 iyul 2005-ci il tarixdə TSEK-in həkimləri ona hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı İİİ qrup əlillik təyin etmişlər. 27 sentyabr 2011-ci il tarixdə isə 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının həkimləri onu yenidən komissiyadan keçirib onun İİİ qrup əlilliyini dəyişdirərək, ona həmin tarixdən İl qrup əlillik təyin etmişlər. O, hər il Tibbi Sosial Ekspert Komissiyasının müayinələrindən keçmişdir. 2016-cı ilin iyul ayının 7-də 24 saylı TSEK ona növbəti 5 il müddətinə İİ qrup əlillik təyin etmişdir. xx.xx.2021-ci il tarixə kimi mütəmadi olaraq həkim nəzarətində olmuş, müalicəsini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı xəstəlikləri təsdiq olunmasına baxmayaraq ona imtina verilmişdir. Cavabdeh orqan öz imtinasında "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi.Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993). Hissiyyat pozğunluğu falanqa oynağının konturakturası.Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu.Pəncə arteriyalarının okkluziyası.Aşağı ətrafların İİ dərəcəli xroniki işemiyası." xəstəliyindən əziyyət çəkməklə xəstəliklərini təsdiq etsə də imtinada həmin "diaqnoz əlillik əlaməti təyin etmir" yazmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə olunmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Travmatologiya və Ortopediya İnstitunda müayinə olunmuşdur. Müayinə zamanı həkim ona demişdir ki, sinir sümüklərində yeyilmə gedir. Eləcə də zəhərli zobdan əziyyət çəkdiyinə görə xx.xx.2022-ci ildə yod terapiya almışdır. Şəkər xəstəsidir. Samux rayon poliklinikasından xəstəlikləri ilə bağlı Forma-88 cavabdeh orqanın sisteminə vurulsa da, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. İmtinada həkimlər ona "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi.Metal qəlpə,Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993) diaqnozu qoymasına baxmayaraq ona imtina verilmişdir. Hansı ki, Birinci Qarabağ müharibəsində o, döyüşmüş, yaralanmışdır. A.Səhhət adına xəstəxanada və 230 saylı hərbi Hospitalda stasionar müalicə olunmuşdur. 15 il əlil kimi pensiya aldığına baxmayaraq qanunsuz olaraq imtina vermişlər. Hesab edir ki, 10 ildən artıq əlil kimi pensiya aldığına görə qanunvericiliyin tələbinə görə əlilliyi müddətsiz olmalıdır. Cavabdeh orqanın imtinasını o qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyada nəzərdə tutulmuş xəstəliyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

23. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri xx.xx.2022-ci ildə ona sms göndərilməsindən sonra olmuşdur. Bundan 1 il 2 aydan sonra məhkəməyə müracət etdiyindən iddia tələbi mümkünsüz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- sosial ekspert komissiyasının 05 noyabr 2022-ci il tarixli, **********7 nömrəli qərarına əsasən Samux rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0315003AAGZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 114 nömrəli qərar verilmişdir. Həmin qərarda "Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İl (ikinci) dərəcəli donması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində, sol ayağında ağrılardan şikayətlənmişdir. Baxış zamanı aşağı ətraflarında dəri rəngi adi, yerli hərarət normal, trofiki pozğunluqlar izlənməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı simptomatika, koordinasiya, hərəki pozuntular aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Bifazik axımlar. Damarların divarları diffuz kalfisikdir (Diffuz ateroskleroz xəstəliyi)" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2022-ci il tarixli 2019/83098 nömrəli arayışda diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Milli Onkologiya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli Arayışda Diaqnoz "Diffuz urla müşayiət olunan tireotoksikoz. Radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm" kimi müəyyənləşdirilmişdir. X2 xx.xx.2022-ci il tarixli ENMG müayinəsinin nəticəsi "BU EMG Solda peroneal sinir neyropatiyası ilə uyğundur" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-485/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 35-60 faiz pozulması ilə bağlı 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

25. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnozun ağırlaşmaları olan “İ70 – Ateroskleroz, Ateroskleroz” və “İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 1 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçı iddia tələbində ona İİ dərəcə əlilliyin təyin olunmasını tələb etsə də, iddiaçıda olan diaqnozlar ona iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verdiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmiş, şikayətin məzmunu imtina qərarı və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

27. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək ona xx.xx.2022-ci il tarixdən xəstəliyin səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, həmçinin qeyd edilmişdir ki, 15 il fasiləsiz hərbi əlilliyi olduğu halda birinci instansiya məhkəməsi ona 1 iilik əlillik təyin etməklə yanlış nəticəyə gəlmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazları daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdi və cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

30. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 2.6.1. ateroskleroz - İ70 periferik damarların digər xəstəlikləri - İ73 Qeyd. Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterasiya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda. Qiymətləndirmə 2.6.1.1. İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75- 0,50 aralığında olduqda - 35-60% - 1 il

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir.

37. İşin hallarından görünür ki, iddiaçıya hər il olmaqla xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixinidək 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2011-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993-cü il). Hissiyat pozğunluğu. Daraq-falanqa oynağının kontrakturası. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu. Pəncə arteriyalarının okluziyası. Aşağı ətrafların İİ dərəcəli xoniki işemiyası” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

38. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993-cü il) hissiyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindormu ilə Axsama; Ağırlaşma – E89.0 – Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin; Ağırlaşma – G83.1 – Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic; Ağırlaşma – İ70 – Ateroskleroz, Ateroskleroz; Ağırlaşma – İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Daraq falanqa oynağının kontrakturası; Ağırlaşma – M79.5 – Yumşaq toxumalarda qalmış yad cism, Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə; Yanaşı xəstəliklər – E05.0 – Diffuz urla müşaiyət olunan tireotoksikoz, Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müayinəsindən sonrakı vəziyyət; Yanaşı xəstəliklər – E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma, insulindən asılı olmayan; Yanaşı xəstəliklər – İ15.2 – Endokrin pozğunluqlara görə ikincili hipertenziya, Hipertenziya xəstəliyi İİ A mərhələ; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası. Hipertenziya xəstəliyi İİ A mərhələ” kimi qeyd edilmişdir.

39. İddiaçının əlillik vəziyyəti Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993)” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmiş, qərardan verilmiş şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir.

40. Birinci instansiya məhkəməsinin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən əlillik təyinatına əsas verən xəstəlik (XBT-İ70-74) qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9559/2024 nömrəli qərar qəbul edilmişdir.

41. Məhkəmə kollegiyası iddiaçı barəsində müəyyən olunacaq əlilliyin orqanizm funksiyalarının 35-60 faiz aralığında pozulmasına uyğun təyin edilməsi hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, hazırki qərarın 33-cü bəndində qeyd olunanlardan göründüyü kimi Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçı barəsində qeyd olunan diaqnozların ağırlaşmaları olan “İ70 – Ateroskleroz, Ateroskleroz” və “İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır.

42. Təyin olunmuş əlilliyin müddəti ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əvvəlki dövr üzrə fasiləsiz əlilliyinin olması kifayət qədər araşdırılmamış, həmin hissədə düzgün nəticəyə gəlinməmişdir.

43. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 221248/2025 nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, sonuncuya xx.xx.2005-ci ildə ilkin əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən xx.xx.2021-ci il tarixədək pensiya ödənilmişdir.

44. Göründüyü kimi iddiaçıya xx.xx.2005-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək fasiləsiz üçüncü dərəcə, xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə fasiləsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarında iddiaçıya əvvəllər təyin edilmiş əlillik barədə materiallar arasında 2007-ci ilə dair sənədlər aşkarlanmasa da, məhkəmə kollegiyasının araşdırması nəticəsində iddiaçıya xx.xx.2007xx.xx.2007-ci illərdə əlilliyə görə pensiya ödənişlərinin edilməsi müəyyən olunmuşdur (Bax: hazırki qərarın 18-ci bəndi).

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”nın 4.3-cü maddəsinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

46. Beləliklə iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin dərəcələri fərqli (ikinci və üçüncü dərəcə) olduğundan onun barəsində müddətsiz əlilliyin müəyyən edilməsi üçün ardıcıl olaraq 15 il əlillik müddətinin olması şərti ödənilməlidir ki, həmin şərt də iddiaçıya münasibətdə ödənilir.

47. Bundan başqa məhkəmə kollegiyası iddiaçı barəsində müəyyən edilmiş əlilliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

48. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir, iddiaçının apellyasiya şikayəti isə qismən əsaslıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-485/2025 nömrəli qərarı qismən – İddiaçı 1 il müddətinə əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlaqədar müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-485/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar