Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-52/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-312/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 xx.xx.1959-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, xx.xx.1981-ci il tarixdə X10 ilə nikahlarını rəsmiləşdirmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.
2. İddiaçının övladları – X8 xx.xx.1984-cü il tarixdə, X11 isə xx.xx.1988-ci il tarixdə anadan olmuşdur.
3. İddiaçı 1978-ci ildən 1980-ci ilədək Bakı Kooperativ Texnikumda qiyabi olaraq təhsil almışdır.
4. xx.xx.1976-cı il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003cü il tarixdən xx.xx.2003-cü il tarixədək işsizlik müavinəti almışdır.
5. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-294/2023 nömrəli arayışında qeyd olunur ki, 124 nömrəli fondda mühafizə olunan X3 əmr kitablarına əsasən, İddiaçı xx.xx.1976-cı il tarixli, 308 saylı əmrlə Qazax rayon X2 operator vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixli, 41/1 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarix də daxil olmaqla doğuşdan sonrakı analıq məzuniyyətinə buraxılmış, xx.xx.1989-cu il tarixli, 36/2 nömrəli əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarix də daxil olmaqla öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1989-cu il tarixli, 100 saylı əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi öz hesabına məzuniyyətə çıxmış və xx.xx.1991-ci il tarixli, 56 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir.
6. Arayışa əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı 1983-cü ilin yanvar ayı, 1984-cü ilin aprel, iyun (dekret qeydi aparılmış), avqust-dekabr ayları, 1985-ci ilin yanvar-iyun ayları, 1988-ci ilin may, iyul-dekabr ayları, 1989-cu ilin yanvar-fevral, apreldekabr ayları (mart ayında 13-cü əmək haqqı ödənilmişdir), 1990-cı ilin yanvar-mart ayları, 1991-ci ilin yanvar-iyul ayları üzrə əmək haqqı məbləği qeyd olunmamışdır.
7. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********578800 nömrəli məktubuna əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2021-ci il tarixdə 126 manat, xx.xx.2021-ci il tarixdə 0,60 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
8. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-104133/2023 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı 24 il 07 ay 08 gün təşkil edir. Bildirilmişdir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək iddiaçının təhsil aldığı dövr əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sözügedən dövrlərin sosial sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda xx.xx.2006-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24 il 5 ay 8 gün sığorta stajına uyğun olaraq 20.073,41 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 136,72 manat olmaqla, ümumilikdə 20.210,13 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qazax rayon Dövlət Arxivinin arayışına əsasən, əmək kitabçanısının surətində qeyd olunmuş Qazax rayonu “Statistika” idarəsindəki iddiaçının əmək fəaliyyəti zamanı 1990-cı il tarixində 8 ay, 1991-ci il tarixində isə 12 ay adına əmək haqqı hesablanmamışdır. Bu səbəblə, iddiaçının adına əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
9. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-176334/2023 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş haddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976cı il tarixindən xx.xx.1980-ci il tarixinədak, xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1981-ci ildə 12 ay, 1982-ci ildə 12 ay,1983-cü ildə 11 ay, 1984-cü ildə 5 ay, 1986-cı ildə 12 ay, 1988-ci ildə 6 ay, 1990-cı ildə 12 ay, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 2 ay (2021-ci il yanvar-fevral) əmək fəaliyyəti dövrü nəzərə alınmaqla, ümumilikdə 21 il 10 gün mübahisələndirilməyən sığorta staji müəyyən edilmişdir. Eyni zamanda, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı Qazax rayonu Statistika İdarəsində əmək fəaliyyətilə bağlı 1987-ci il tarixinə aid əmək haqqı kitabında vərəqin olmaması, 1989-cu il tarixində əmək haqqı kitabında iddiaçının adına əmək haqqı yazılmaması, 1991-ci il tarixində isə əmək haqqı kitabında iddiaçının adının qeyd olunmaması məlum olmuşdur. Həmçinin adıçəkilən şəxs xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək öz hesabına analıq məzuniyyətində olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
10. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Uşaqlara qulluq etdiyi dövrdə daxil olmaqla yenidən hesablandı pensiya hüququ yaranmadı.
11. Qazax rayon İcra Hakimiyyətinin Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 5-58-15- 11/2-396/2024 nömrəli məktubundan görünür ki, Məmmədova (Orucova) X13 rayon Dovlət Arxivində 124 saylı fondda mühafizə olunan X3 əmr kıtablarına əsasən xx.xx.1976-cı il tarixli, 308 saylı əmrlə Qazax rayon X2 operator vəzifəsinə təyin edilmişdir. xx.xx.1988-ci il tarixli, 41/1 saylı əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixdə daxil olmaqla doğuşdan sonrakı analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.1989-cu il tarixli, 36/2 saylı əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən 31.10 1989-cu il tarixdə daxil olmaqla öz hesabına məzuniyyətinə buraxılmışdır. xx.xx.1989-cu il tarixdən işə başlamışdır. xx.xx.1989-cu il tarixli, 100 saylı əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-ci il tarixə kimi öz hesabına məzuniyyətə buraxılmışdır. xx.xx.1991-ci il tarixli, 56 saylı əmrlə xx.xx.1991-cı il tarixdən başqa işə keçməsı ilə əlaqədar işdən azad edilmişdır Əsas ərizəsi xx.xx.1991-cı il tarixdən istifadə etmədıyı aylar üçün 12 (on iki gün) axırıncı haq hesabı ödənilmışdır. Məmmədov (Orucova) Rana Zırəddin qızı 1983-1991-ci illərdə əmək haqqı almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin öhdəlik kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
13. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra əmək fəaliyyətinə başlamış, ilk əmək fəaliyyətinə 13 dekabr 1976-cı ildə Qazax rayon X2 operator vəzifəsinə təyin edilməklə başlamış, işlədiyi müddətdə qiyabi olaraq 1978-ci ildə Bakı Kooperativ Texnikumuna qəbul olunmuş və 1980-ci ildə mühasibat uçotu ixtisası üzrə kursu bitirərək mühasib ixtisasına yiyələnmişdir. Bildirir ki, 13 dekabr 1976-cı ildən 11 iyul 1991-ci ilə qədər Qazax rayon X1 (Statistika İdarəsi) Operator vəzifəsində çalışmışdır. 11 iyul 1991-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdən Ağstafa MKTİB-nə 1-ci dərəcəli mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə Ağstafa MKTİB-i ləğv edilmiş, yerində Mənzil Kommunal Təsərrüfatı Çoxsahəli istehsalat Müəssisəsi yaradılmış və o həmin vaxtdan müəssisəyə mühasib təyin edilmiş, xx.xx.2001-ci il tarixdə ƏQM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq, tutduğu vəzifədən azad edilmiş, xx.xx.2002-ci il tarixdən ƏƏSMN Baş Məşğulluq İdarəsi X9 tərəfindən ona işsizlik müavinəti təyin edilmişdir. 03 09 2002-ci ildə işsizlik müavinətinin verilməsi başa çatmışdır. xx.xx.2003-ci il tarixdən yenidən işsizlik müavinəti təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə işsizlik müavinətinin verilməsi başa çatmışdır. Bildirir ki, 2022-ci ilin aprel ayında qadınlar üçün pensiya yaş həddi olan 62 il 06 ay tamam olmuşdur və qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, müraciəti ilə bərabər əmək kitabçasını, şəxsiyyət vəsiqəsini, diplomunu təqdim etmişdir. Müraciətindən sonra aidiyyəti qurumdan məktub gəldi ki, 1976-1991-ci illərdə Qazax rayonu “Statistika” idarəsindəki əmək fəaliyyət dövrünün araşdırılması zərurəti yaranmışdır. Araşdırmadan sonra bir məktub gəldi ki, Qazax rayon X1 (Statistika idarəsi) operator vəzifəsində çalışdığı müddətdə guya 1983-cü ildə 1 ay, 1984-cü ildə 7 ay, 1985-ci ildə 6 ay, 1988-ci ildə 6 ay, 1989-cu ildə 12 ay və 1990-cı ildə 3 ay adına əmək haqqı hesablanmamış və 1991-ci ildə isə əmək haqqı kitabında adına rast gəlinməmişdir. Qeyd edilən səbəblərlə də adına əmək haqqı hesablanmayan dövrlərin və 1991-ci ilin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu araşdırmadan narazı olduğunu bildirmişdir. Bu narazılıqdan sonra yenidən araşdırma aparılmış və məktub gəlmişdir ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrlərin araşdırılması zərurəti yaranmışdır. Bundan sonra aidiyyəti qurum yenidən araşdırmaya başladı. Sonuncu aparılan araşdırmadan sonra isə yenə məktub gəldi ki, Qazax rayon “Statistika” idarəsindəki onun əmək fəaliyyəti zamanı 1990-cı il tarixində 8 ay, 1991-ci il tarixində isə 12 ay adına əmək haqqı hesablanmamışdır. Bu səbəblə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina düzgün deyil və bu qərar ləğv edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Belə ki, cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda qeyd edilir ki, həmin Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaiyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh qurum imtinanın əsl səbəbi kimi onun X4 (Statistika idarəsi) operator vəzifəsində çalışdığı müddətdə guya 1990-cı ildə 8 ay əmək haqqı hesablanmadığı və 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı bildirirlir. Qeyd edilən səbəblərlə də adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Qanunvericiliyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş yeri barədə qeydlər düzgün olmadıqda, əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hal-hazırda onun əmək kitabçasında işlədiyi bütün illər qeyd edilmişdir. Bu illər də kifayət edir ki, o yaşa görə əmək pensiyasından yararlanınsın. Bundan başqa onu qeyd etmişdir ki, o, Statistika idarəsində işlədiyi müddətdə 23 fevral 1981-ci ildə ailə qurmuşdur. 06 may 1984-cü ildə Elbrus adlı 1-ci uşağı, xx.xx.1988-ci ildə Elçin adlı 2-ci uşağı dünyaya gəlmişdir. Uşağı dünyaya gələrkən də qanunvericiliyin tələblərinə uyğun olaraq analıq məzuniyyətinə çıxmış, məzuniyyət pulu almış, 15 il ərzində Statistika İdarəsində işlədiyi müddət ərzində hər ay əmək haqqı almış, bu faktları onunla birgə işləyib və hal-hazırda pensiya alan iş yoldaşları da təsdiq edə bilərlər. Bundan başqa o, əmək pensiyasının təyin edilməsi barədə müraciət etdiyi zaman onun Qazax Statistika İdarəsində işlədiyi dövrlər üzrə araşdırma aparılmış, bundan ötrü də aidiyyəti qurum tərəfindən Qazax rayon Dövlət Arxivinə müraciət olunmuşdur. Qazax rayon Dövlət Arxivinin birinci dəfə verdiyi arayışda 1990-cı ildə 3 ay adına əmək haqqı hesablanmadığı və 1991-ci ildə ilin isə əmək haqqı kitabında adına rast gəlinmədiyi qeyd edilmişdir. İkinci dəfə verdiyi arayışda isə 1990-cı ildə 8 ay adına əmək haqqı hesablanmadığı və 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Bundan başqa araşdırmanın nəticələri barədə ona göndərilən məktubların birində onun 24 il 7 ay 08 gün sığorta stajının olduğu, ikinci araşdırmada 24 il 5 ay 8 gün sığorta stajının olduğu, başqa bir araşdırma məktubunda 24 il 9 ay 6 gün sığorta stajının olduğu onun nəzərinə çatdırılmışdır. Elə bu araşdırma nəticələrinin heç biri bir-birinə uyğun gəlmir. Bir arayışda 1990-cı ildə 3 ay əmək haqqı almadığı, 1991-ci ildə isə əmək haqqı kitabında adına rast gəlinmədiyi, digər arayışda isə 1990-cı ildə 8 ay əmək haqqı almadığı, 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı göstərilir. Bir araşdırmada 24 il 7 ay 8 gün, başqa araşdırmada 24 il 9 ay 6 gün. Digər bir araşdırmada 24 il 5 ay 8 gün onun sığorta stajının olduğu vurğulanır. Eyni zamanda onu qeyd etmişdir ki, 1991-ci ilin iyul ayının 11-dən Qazax Statistika İdarəsindən işdən azad edilmiş, 1991-ci ilin iyul ayının 11-dən də Ağstafa MKTİB-də işləmişdir. Necə ola bilər ki, o orada 6 ay işlədiyi halda onun 12 ay adına əmək haqqı hesablanmadığı bildirilir. Buradan görünür ki, araşdırma tam aparılmamış, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina düzgün sayılmamalıdır. Ümumiyyətlə, cavabdeh təşkilatın 1991-ci ilədək araşdırma aparması düzgün deyil. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2ci maddəsinə əsasən 1992-ci ilin yanvar ayının 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Yenə həmin Qanunun 21.2.5-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət sığorta stajına daxil edilən fəaliyyət müddəti hesab edilir. əgər hansısa zərurət olarsa, əmək kitabçasında aparılan qeydlərdə hansısa səhvlik olarsa, araşdırma aparılması məqsədəmüvafiq hesab olunmalıdır. Hər bir halda 1992-ci ilin yanvar ayının 11-dək yalnız əmək kitabçasında qeyd edilən illər nəzərə alınaraq müvafiq qərar qəbul olunmalıdır. Hesab edir ki, cavabdehin imtinası düzgün deyil. Cavabdeh qanunvericiliyin tələbləri əsasında ona yaşa görə əmək pensiyasını təyin etməlidir. Ona görə də bu işin məhkəmə qaydası olmadan həlli mümkün deyildir.
14. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən mübahisələndirilən 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
15. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-238085/2023 nömrəli etirazını təqdim etmiş və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-176334/2023 nömrəli məktubundan qeyd olunanları demək olar təkrarlamış, fərqli 1985-ci il üzrə 06 ay dövrü mübahisələndirmədiyini qeyd etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasının mötəbərliyinə, onun qeyd olunan müəssisədə işləməsinə şübhə yoxdur, lakin təcrübəyə əsasən əmək haqqı almadığı müddəti nəzərə almamışlar.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-312/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2- 1(114)-312/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Birincisi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; İkincisi azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edək ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək işlədiyi 4 il 18 gün, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi 9 il 5 ay 21 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işsizliyə görə sosial müavinət aldığı 06 ay 02 gün, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işsizliyə görə sosial müavinət aldığı 5 ay 29 gün, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1981-ci ildə 12 ay, 1982-ci ildə 12 ay, 1983-cü ildə 11 ay, 1984-cü ildə 5 ay, 1985-ci ildə 6 ay, 1986-cı ildə 12 ay, 1988-ci ildə 6 ay, 1990-cı ildə 12 ay əməkhaqqı aldığı dövrlər, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 2 ay (2021-ci il yanvar-fevral) əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 21 il 10 gün təşkil edir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)- 312/2024 nömrəli qərarı ilə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və aşağıda qeyd olunanlardan aydın olduğu kimi onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, 1983-cü ilin əməkhaqqı cədvəllərindən çıxarışlarından görünür ki, həmin ilin yanvar ayı üzrə iddiaçının adı olan 75ci sırada “П” (məzuniyyət) qeydi qoyulmuşdur. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, iddiaçının məzuniyyətdə olduğunu təsdiq edən əmr mövcud deyildir. Həmçinin qərarda qeyd edilmişdir ki, 1984-1985-ci illərə münasibətdə, iddiaçının övladı X8 xx.xx.1984-cü il tarixdə anadan olmuş, bununla bağlı iyun ayı üzrə dekret qeydi aparılmışdır. Həmin dövrə dair əmrlər tapılmasa belə, həmin zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən iddiaçının əməkhaqqı qeyd edilmədiyi 1984-cü ilin aprel, iyun, avqust-dekabr ayları, 1985ci ilin yanvar-iyun ayları - 01 il 01 ay müddət ümumi əmək stajına daxil edilməlidir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, əməkhaqqı cədvəlində yanlız bir ay, yəni iyun ayı üzrə dekret qeydi olduğunu, eləcə də iddiaçının analıq məziniyyətində olduğunu təsdiq edən əmrin mövcud olmadığını nəzələ alaraq 1984-cü ilin aprel, iyun, avqust-dekabr ayları, 1985-ci ilin yanvar-iyun ayları bütövlükdə əmək stajına daxil edilə bilməz. Qərarda qeyd edilmişdir ki, 1988-1991-ci illərə dair gəldikdə, iddiaçının digər övladı X11 xx.xx.1988-ci il tarixdə anadan olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinin tələbləri nəzərə alınaraq, iddiaçı həmin dövrdə öz hesabına məzuniyyətdə olsa belə, onun uşağa görə məzuniyyətdə olduğu 1988-ci il üzrə 06 ay, 1989-cu il üzrə 01 il, xx.xx.1991-ci il tarixədək olan dövr (04 ay 01 gün) ümumi əmək stajına daxil edilməlidir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının yalnız xx.xx.1988-ci il tarixli, 41/1 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək analıq məzuniyyətinə buraxıldığı qeyd olunmuşdur. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı tarixədək isə iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Zəruri olaraq hesab edir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-40/2022 nömrəli iş üzrə bildirdiyi, həmçinin hal-hazırki iş üzrə analoji rol oynayan qərara əsasən iddiaçının da işlədiyini iddia etdiyi sözügedən əmək fəaliyyəti zamanı qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci bəndində bildirilmişdir ki, uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah İşlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qeyd olunanlardan aydın olduğu kimi iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr analıq məzuniyyəti ilə qarışdırılmamalıdır. Qərarda qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək dövrlə bağlı ilə isə, iddiaçının həmin zaman haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasının iş materiallarında hər hansı əmrlə təsdiq edilməsi müəyyən olunmur və Qazax rayon Dövlət Arxivi tərəfindən təqdim edilən arxiv arayışında da həmin tarixlərə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçıya dair əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə son olaraq bildirir ki, əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.
22. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-279755/2024 nömrəli apellyasiya şikayətinə əlavə məhkəmə kollegiyasının icraatına daxil olmuşdur. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-312/2024 nömrəli qərarı ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, həmin qərarla 1983-cü il üzrə 1 ay (yanvar ayı) müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, iddiaçının məzuniyyətdə olduğunu təsdiq edən əmr mövcud deyildir, bu səbəbdən hamin dövr onun sosial sığorta stajına daxil edilməmişdir. 1984-cü il üzrə 7 ay (aprel, iyun, avqust-dekabr ayları) müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir. 1985-ci il üzrə 6 ay (yanvar-iyun ayları) müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir. 1987-ci ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının Qazax rayonu Statistika İdarəsində əmək fəaliyyəti ilə bağlı 1987-ci il tarixə aid əməkhaqqı kitabında vərəqin olmaması səbəbindən onun həmin dövr üzrə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamış, bu səbəbdən həmin dövr onun sosial sığorta stajına daxil edilməmişdir. 1988-ci il üzrə 6 ay (iyul-dekabr ayları) müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildiririk ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Həmin qərarla 1989-cu ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək uşağa qulluq etdiyi və ödənişsiz məzuniyyətdə olduğu dövr iddiaçının sosial sığorta stajına daxil edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr onun sığorta stajına daxil edildiyi üçün xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək öz hesabına ödənissiz məzuniyyətdə olduğu dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Həmin qərarla 1991-ci il üzrə 06 ay 10 gün (xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək) müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildiririk ki, 1991-ci il tarixdə isə əməkhaqqı kitabında iddiaçının adının qeyd olunmaması səbəbindən xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1983-cü il üzrə 01 ay, 1987-ci il, xx.xx.1989cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay və 1991-ci il üzrə 06 ay 10 gün müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-312/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Maddə 149. Vİİ hissə: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
28. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
29. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
32. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Qərarın 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
37. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
39. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
41. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
42. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
43. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
44. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
45. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
46. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
47. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
50. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun müraciətini təmin etməkdən imtina etmiş, pensiyanın təyin edilməsinin qanunvericiliklə mümkün hesab edilmədiyini bildirmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
51. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (62 il 06 ay) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
52. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1976xx.xx.1991, xx.xx.1991-xx.xx.2001-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə iddiaçıya işsizliyə görə müavinət ödənilmiş, iddiaçı tərəfindən 2021-ci ilin 2 ayı üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Cavabdehin məhkəmə kollegiyasına ünvanladığı apellyasiya şikayətinə əlavədən görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı 23 il 1 ay 16 gün təşkil edir. Mübahisələndirilən dövrləri, cavabdeh inzibati orqan iddiaçının 1983-cü il üzrə 01 ay (məzuniyyətdə olduğunu təsdiq edən əmrin mövcud olmamasına görə), 1987-ci il il (əmək haqqı kitabında vərəqin olmaması), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay (öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr) və 1991-ci il üzrə 6 ay 10 gün (əmək haqqı kitabında adının qeyd olunmaması) sosial sığorta stajı kimi nəzərə almamışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (62 il 06 ay yaş) çatmaqla, tələb olunan 25 il (mübahisəsiz 23 il 1 ay 16 gün + mübahisəli 02 il 10 gün = 25 il 01 ay 26 gün) sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir.
55. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normaları nəzərə alınmalı və əmək kitabçasında göstərilən hal-hazırda mübahisələndirilən illər sosial sığorta stajı kimi qəbul edilməlidir.
56. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələb etdiyi dövrləri yuxarıda qeyd edilən əsaslara görə sosial sığorta stajı kimi qəbul etməməsi, iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi əsaslı olmamışdır.
57. Məhkəmə kollegiyası mübahisələndirilən dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1983-cü ilin əmək haqqı cədvəllərindən çıxarışlarından görünür ki, həmin ilin yanvar ayı üzrə iddiaçının adı olan 75-ci sırada “П” (məzuniyyət) qeydi qoyulmuşdur (01 ay). Bu da onun həmin ayda əmək məzuniyyətdə olmasına dəlalət edir.
58. xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan dövrə (öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının ikinci övladı X11 xx.xx.1988-ci il tarixdə anadan olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinin tələbləri nəzərə alınaraq, iddiaçı həmin dövrdə öz hesabına məzuniyyətdə olsa belə, onun körpə uşağına qulluğa görə məzuniyyətdə olduğu xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan dövr ümumi əmək stajına daxil edilməlidir. Həmin dövlərdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsinə əsasən, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) işə əslində sərf olunmuş vaxt; 2) fəhlə və ya qulluqçunun əslində işləmədiyi, lakin iş yerinin (vəzifənin) və əmək haqqının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirildikdə və sonra işə bərpa edildikdə haqqı ödənilmiş məcburi proqul vaxtı); 3) işçilərin əslində işləmədiyi, lakin iş yerini (vəzifəni) saxladığı və dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt; uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) qanunvericilikdə nəzərdə tutulmuş başqa vaxtlar. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan dövrü onun fasiləsiz iş stajına daxil edilməlidir
59. Məhkəmə kollegiyası digər mübahisələndirilən dövrə-1987-ci ilə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan əməkhaqqı kitabında vərəqin olmamasını göstərsə də, əmək haqqı cədvəllərinin 123-cü sırasında iddiaçının adı və aldığı əmək haqları qeyd olunmuşdur.
60. Məhkəmə kollegiyası 1991-ci il üzrə 6 ay 10 gün (əmək haqqı kitabında adının qeyd olunmaması) dövrə münasibətdə bildirir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə aid əmək haqqı kitablarının olmaması, mühafizə olunmaq üçün arxivə təhvil verilməməsi və əmək haqqı kitabının və ya cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin dövrün iddiaçının stajı kimi hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən dövrdə müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin dövrdə öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən dövrdə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən əsas kimi qiymətləndirilə bilməz. Bu hal iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli, ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olmamalıdır. Yəni, başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.
61. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
62. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh orqan tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə, məhkəmə araşdırmaları zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapmışdır.
63. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
64. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
65. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-312/2024 saylı qərarı, 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı 1983-cü il üzrə 01 ay, 1987-ci il, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay və 1991-ci il üzrə 06 ay 10 gün işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.