Məhkəmə qərarları › İş №2-1(104)-521/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-521/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-521/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-762/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: НЗ № ******* saylı hərbi biletin surətindən gprünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ seriyalı 053293 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X13 Mərkəzində, xx.xx.1996-cı il tarixdən köçürmə yolu ilə Gəncə X2 xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də işləyir. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, 37 nömrəli arayışına əsasən iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1993-cü il tarixlərində, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərində, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərində, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərində, xx.xx.2003-xx.xx.2007-ci il tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 2 saylı pensiya siyahısı üzrə, xx.xx.2007xx.xx.2013-cü il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13-2022-0125 nömrəli arayışına əsasən iddiaçıya xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər o dövrün pul vahidi olan RUBL ilə, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək o dövrün pul vahidi olan RUBL ilə, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər isə o dövrün pul vahidi olan AZM ilə əmək haqqı hesablanmışdır. DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 146 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2022-ci il tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubla bildirmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2013- cü il tarixli arayışına əsasən "xxxx" ASC-nin “Gəncə Gil- Torpaq” İstehsalat sahəsində xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999-xx.xx.2002ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Gəncə Giltorpaq İstehsalat sahəsində xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999-xx.xx.2002ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina əsaslarını yenidən göstərməklə yanaşı qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 32 il 9 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 20 gün əmək stajı (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1996-cı il. 09.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixindən sonra 7 il 11 ay sığorta stajı təşkil edir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X18 qərarlarını, X18 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların səsələrin, vəzifələrin və göstəricilərin siyahısı"nin elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr (a) bəndində qazanxana avadanlığının böyük maşinisti vəzifəsi və həmin bölmənin rəhbərlər və mütəxəssislər (b) bəndində qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisi vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarından da aşkardır ki, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Aydındır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2022 tarixli **********7 nömrəli imtina məktubu əsaslıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-762/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün mövcud olmalıdır: 1) xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının təqdim etdiyi sənədlərdən, habelə cavabdehin etirazından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 08 ay 20 gün ümumi əmək stajı vardır. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun olmamasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin arayışın qeyd hissəsində, habelə iddiaçıya məxsus əmək kitabçasının 4-5 səhifələrindəki məlumata əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı sərəncamına əsasən X16 Gəncə X5 AR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə keçirilmiş, X11 arxiv sənədləri Gəncə X5 verilmişdir. İddiaçının xx.xx.1981-xx.xx.1993-cü il tarixdə işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi, xx.xx.1993-xx.xx.1999-cu il tarixlər işlədiyi qazanxana avadanlığının böyük maşinisti vəzifəsi, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə işlədiyi qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə işlədiyi qazanxana sexinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölmə 13a və 13 b yarımbölmələrində (2140000a-13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri; 2140000a-18826 qazanxana avadanlığının böyük maşnisitləri; 2140000b-24043 qazanxana sexinin növbə rəisləri) nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından da aşkardır ki, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən İddiaçı müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, İddiaçı ümumi iş stajı 32 il 9 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 20 gün əmək stajı (xx.xx.1978xx.xx.1980-ci il, xx.xx.1981- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixindən sonra 7 il 1 ay sığorta stajı təşkil edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-762/2023 nömrəli qərarına əsasən iddiaçıya məxsus əmək kitabçasının 4-5 səhifələrindəki məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli,122C saylı sərəncamına əsasən X16 Gəncə X5 verilmişdir. Beləliklə, Məhkəmə qərarına görə iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox "əmək şəraiti zərərli və ağır olan" iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırıldığından və iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etdiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hesab edirik ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 762/2023 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki,məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu pesə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2021-ci tarixli **********57 nömrəli məktub və xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, "xxxx" ASC-nin 17 may 2013-cü il tarixli arayışında "xxxx" ASC-nin Gəncə "Gil-torpaq" İstehsalat sahəsində xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi vəzifərində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi Gəncə "Gil-torpaq" İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 17 may 2013-cü il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı sərəncamına əsasən X16 Gəncə X5 verilmişdir. Lakin müvafiq müəssisəsi tərəfindən həmin köçürülmənin əsasını təşkil edən digər hüquqi sənədlər güzəştli arayışa qoşma kimi qoşulmamışdır. Həmçinin, həmin müəssisə Gəncə X5 köçürüldükdən sonra fəaliyyət göstərib-göstərməməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq, müvafiq arayışda vətəndaşın əmək şərati, hansı vəzifə funksiyalarını yerinə yetirməsi qeyd edilməmiş, vəzifə təlimatları arayışda əks olunmamışdır. Hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-762/2023 nömrəli qərarında yuxarıda göstərilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə əlavədə qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000a a) fəhlələr ... 2140000a—13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər ... 2140000a—18826 qazanxana avadanlığının böyük maşinistləri; ... 2140100b b) rəhbərlər və mütəxəssislər ... 2140100b—24043 qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2022 tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyanın təyin edilməsi ilə bağlı müddəaları həm də iş stajına sayılan dövrlərə və ya müddətlərə münasibətdə də şamil olunmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə həll olunarkən iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları və yuxarıda qeyd olunan normaların müddəlarına istinad edilməlidir. Cavabdehin imtinasının əsası kimi iddiaçının işlədiyi "xxxx" ASC-nin “Gəncə Gil- Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun olmaması olmuşdur. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olarsa, onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə pensiya çıxmaq hüququ yaranır. Ona görə də, hazırkı iş üzrə iddiaçının ümumi və xüsusi iş stajının məhz xx.xx.2006-cı il tarixə qədər yaranıb-yaranmamasının əsasları yoxlanılmalıdır. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1981-xx.xx.1993-cü il tarixdə işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi, xx.xx.1993-xx.xx.1999-cu il tarixdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti vəzifəsi, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə işlədiyi qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə işlədiyi qazanxana sexinin rəisi vəzifələrinin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinin alt bölmə 2140000a—13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri, alt bölmə 2140000a—18826 qazanxana avadanlığının böyük maşinistləri və alt bölmə 2140100b— 24043 qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olması müəyyən edilir. Cavabdehin apellyasiya şikayətinə əlavənin dəlillərindən biridə "xxxx" ASC-nin 17 may 2013-cü il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli, 122C saylı sərəncamına əsasən X16 Gəncə X5 verilmişdir. Lakin müvafiq müəssisəsi tərəfindən həmin köçürülmənin əsasını təşkil edən digər hüquqi sənədlərin güzəştli arayışa qoşma kimi qoşulmaması, həmçinin, həmin müəssisə Gəncə X5 köçürüldükdən sonra fəaliyyət göstərib-göstərməməsi ilə bağlı heç bir sübutun məhkəməyə təqdim edilməməsi və müvafiq arayışda vətəndaşın əmək şərati, hansı vəzifə funksiyalarını yerinə yetirməsinin qeyd edilməməsi, vəzifə təlimatlarının arayışda əks olunmaması olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Gəncə X3 116 saylı, xx.xx.1997-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı qərarı ilə Azərenerji Səhmdar Cəmiyyətinin Gəncə X16 İdarəetməyə verilmiş, Gəncə X3 tərkibinə qatılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmə təqdim X12 və X6 pensiya işinə əlavə edilmiş Azərenerji Səhmdar Cəmiyyətinin xx.xx.1997-ci il tarixli, 35 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı qərarına əsasən Azərenerji Səhmdar Cəmiyyətinin Gəncə X11 Gəncə X3 tərkibinə köçürülməsi ilə əlaqədar olaraq AR Əmək Məcəlləsinin 38 maddəsinin, 1 bəndinə əsasən əmrdə adları qeyd olunan işçilərin tutduqları vəzifələrdən azad olunmuşdurlar. X1 pensiya uçot vəqəqindən və pensiya işindən müəyyən olunur ki, o İddiaçı ilə birilikdə müvafiq illərdə Gəncə X16ndə və Gəncə X2 eyni vəzifələrdə işləmişlər və hazırda B.Məmmədova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir. Bunla bağlı kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” qanuna əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. (maddə 10.1, 10.2, 10.3 və 12.1) Odur ki, iddia tələbinin həmin hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.isə birinci instasniya məhkəməsinin gəldiyi mövqeyi əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-762/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar