Məhkəmə qərarları › İş №2-1(104)-522/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-522/2025

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-522/2025 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1964-cü il tarixdə doğulmuşdur.

2. B ****** nömrəli, ##.##.1982-ci il tarixli diplomdan görünür ki, İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1982-ci il tarixədək təhsil almışdır.

3. НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək hərbi qulluq keçmişdir.

4. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1985-ci il tarixdən hal-hazıradək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur.

5. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı şirkətdə ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixə, ##.##.2009-cu il tarixdən ##.##.2009-cu il tarixədək fəhlə işləmiş, ##.##.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işləyir.

6. ##.##.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir.

7. ##.##.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və cavabın ünvan 1 ünvanına göndəriləcəyi bildirilmişdir.

8. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin ##.##.2024-cü il tarixli, AIMC-X/O-***/**** nömrəli arayışından görünür ki, “Azərbaycan Interneyşni Mayninq Kompani Limited Şirkəti tərəfindən vətəndaş İddiaçı verilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ##.##.2024-cü il tarixli, ** nömrəli arayışda onun ##.##.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd edilmişdir.

9. ##.##.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir.

12. Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən ##.##.2009cu il tarixdən etibarən icra olunan suvarma işləri üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bölməsinə uyğun gəlir: 2-ci bölmə: Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması; 2.3-cü bənd, (a) yarımbəndi: Qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar. Vətəndaş İddiaçı “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti”nə işə qəbul olarkən onun tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmadığından həmin vəzifənin adı ingilis dilindən (irrigation operator) tərcümə olunaraq vətəndaşın əmək kitabçasına “suvarma üzrə operator” kimi qeyd edilmişdir. “Qırma, daşıma, topaqələviləşdirmə sahələrində operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 2022-ci ildə əlavə edilmişdir. Halbuki İddiaçı Israfil oğlu suvarma işləri üzrə operator vəzifəsində ##.##.2009-cu il tarixdən işləmişdir. “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti” ilə vətəndaş İddiaçı arasında bağlanmış əmək müqaviləsinə * nömrəli Əlavə kimi əlavə edilmiş “Topaqələviləşdirmə sahəsi suvarma işləri üzrə operatorun vəzifə təlimatı”na əsasən suvarma üzrə operator vəzifəsi ilə topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinin əmək funksiyasının eynilik təşkil etdiyini müəyyən etmək olar. Belə ki, həmin vəzifə təlimatlarına əsasən suvarma üzrə operator vəzifəsinin topaqələviləşdirmə sahəsinə aid olduğunu, kimyəvi maddə olan sianid məhlulu ilə birbaşa işlədiyini, o cümlədən kimyəvi məhlulları birbaşa rəhbərinin tapşırdığı qaydada hazırlanmalı, süni hovuzlarda olan kimyəvi məhlulun (sianidli məhlulun), nasoslar vasitəsi ilə xırdalanmış, topa aşındırma meydançalarında qalaqlanmış, aşındırmaya hazırlanmış filiz kütləsinin üzərinə çilənməsi işlərini həyata keçirmək üçün, vəzifəsinə uyğun olaraq bütün tapşırıqları icra etməli olduğu qeyd edilmişdir.

13. Məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, AIMC-X/O-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il ## ###### tarixli, *** nömrəli Qərarına əsasən, süd və ona bərabər tutulan məhsullar ilə iş vaxtı (növbəsi) ərzində təmin edilir, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # #### 2004-cü il tarixli, ** nömrəli Qərarına əsasən, 6 əlavə məzuniyyət günü ilə təmin edilir və “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli Qərarına uyğun olaraq, müvafiq ödənişlər icra olunur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1964-cü il tarixdə ünvan 1ndə doğulmuş, əmək fəaliyyətinə ##.##.1985-ci il tarixdə başlamışdır. Ümumilikdə əmək stajı 25 ildən artıqdır, həmin müddətin də, ##.##.2008-ci il tarixdən bu günkü tarixədək olan dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*-******/**** saylı imtina məktubu verilmişdir. Imtina məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az (10 ay 4 gün) təşkil edir. (##.##.2008-##.##.2009) Imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən Azərbaycan Interneyşn Mayninq Kompani Limited Şirkətinin iddiaçıya dair ##.##.2024-cü il tarixli, ** nömrəli və ## ### 2024-cü il tarixli AIMC-X/0- 218/2024 arayışlarına əsasən, onun ##.##.2009-cü il tarixindən bu günədək sözügedən müəssisədə suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi suvarma işləri üzrə operator vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinə uyğun deyil. Iddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası tam qanunsuzdur və həmin imtina ilə qətiyyən razı deyil. Cavabdeh orqana güzəştli şərtlərlə bağlı pensiya hüququ verən 2 arayış təqdim edilmişdir. Həmin arayışlar müxtəlif vaxtlarda təqdim edilmişdir. Bununda səbəbi vardır. Səbəb ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli ** saylı arayış natamamdır. ##.##.2024-cü il tarixli, AIMC-X/0- ***/**** saylı arayış isə güzəştli şərtlərlə pensiya hüququ verilməsini tam təfsilatı ilə əks etdirmişdir. Işin mübahisəli olan halı suvarma işləri üzrə operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”-da hərfən olduğu kimi qeyd edilməməsidir. Işçi barəsində güzəştli şərtlərlə pensiya hüququnun olması barədə arayış təqdim edən işəgötürən arayışını tam əsaslandırmışdır. ##.##.2024-cü il tarixli arayış onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə 1.2.2.2-ci bəndinə əsasən növbətçi və avadanlığın təmiri üzrə çilingərləri sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar və sair əlavə edilmişdir. Işə götürən xarici hüquqi şəxs olduğundan onun gördürməli olduğu işlərin siyahısında Azərbaycan Qanunvericiliyində göstərilməyən işlər və peşələrin olması başa düşüləndir. Işə götürənin vakansiya olaraq qeyd etdiyi peşə siyahısında irrigation operator vəzifəsi qeyd edilmişdir ki, onun da, Azərbaycan dilinə hərfi tərcüməsi suvarma üzrə operator mənasını verir. Qeyd olunan peşədə işləyən işçinin gördüyü işlər əmək müqaviləsi və əmək müqaviləsinə * nömrəli əlavədə qeyd edilmişdir. Əmək müqaviləsi və ona * saylı əlavədə göstərilən işlər torpaqələviləşdirmə sahəslərində operatorun vəzifəsi ilə eynidir. Belə ki, həmin vəzifə təlimatlarına əsasən suvarma üzrə operator vəzifəsinin torpaqələviləşdirmə sahəsinə aid olduğunu, kimyəvi maddə olan sianid məhlulu ilə birbaşa işlədiyini, o cümlədən kimyəvi məhlulları birbaşa rəhbərinin tapşırdığı qaydada hazırlanmalı, süni hovuzlarda olan kimyəvi məhlulun (sianidli məhlulun), nasoslar vasitəsi ilə xırdalanmış, topa aşındırma meydançalarında qalaqlanmış, aşındırmaya hazırlanmış filiz kütləsinin üzərinə çilənməsi işlərini həyata keçirmək üçün, vəzifəsinə uyğun olan bütün tapşırıqları icra etməli olduğu qeyd edilmişdir.

16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Iddiaçının müraciətinə Mərkəzi Filialda baxılmış və Mərkəzi Filial tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Iddiaçı D. Imanyevin ümumi iş stajı 30 il 9 ay 7 gün (##.##.2006-cı il tarixədək 15 il 4 ay 7 gün (##.##.1979-##.##.1982-ci il (əyani təhsil dövrü), ##.##.1982-##.##.1984-cü il (hərbi xidmət dövrü), ##.##.1985- ##.##.1986-cı il, ##.##.1988-##.##.1991-ci il, ##.##.1991- ##.##.1994-cü il, ##.##.1994- ##.##.1993-cı il və ##.##.1993-##.##.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 5 ay), ##.##.2025-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə cəmi 72446,54 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bəndinin (2.3) fəhlələr yarımbəndində (a) qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifələri nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Interneyşıl Mayninq Kompani Limited Şirkətinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında ##.##.2009-cu il tarixdən bugünədək sözügedən müəssisədə suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi suvarma işləri üzrə operator vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 ay 4 gün (##.##.2008-##.##.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı hüququnun yarandığı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2009-cu il tarixdən başlayaraq “suvarma üzrə operator” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının ##.##.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işlədiyi, suvarma üzrə operator vəzifəsi ilə topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinin əmək funksiyasının eynilik təşkil etdiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixədək 12 il 6 ay aydan çox güzəştli iş stajı mövcuddur. Bu səbəbdən də iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Bildirilir ki, müəssisənin fəaliyyət istiqaməti nəzərə alınmaqla iddiaçının işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nda filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bəndinin (2.2) fəhlələr yarımbəndində (a) qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifələri ilə iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Həmçinin, müvafiq siyahıdakı vəzifələrin əmək funksiyası ilə iddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakteri arasında uyğunluq müəyyən edilmir. Odur ki, Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışı iddiaçının zərərli sahədə iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Buna görə də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının ##.##.2024 tarixli nömrəli imtina məktubu əsaslıdır. Azərbaycsn Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, idaiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

28. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

2. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması 2.3. Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları. Okatış istehsalı. Zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular. Briketləşdirmə. Ağırlaşdırıcılar istehsalı. Şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə. Filizlərin və filiz olmayan qazıntıların yandırılması. Filizin emalı. Zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular. Əlvan və qiymətli metalların, almazların qumdan ayrılması. Kömürün susuzlaşdırılması. Dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri a) fəhlələr: qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar.

31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (10 ay 4 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).

47. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

48. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1964-cü il tarixdə doğulmuş, ##.##.2024-cü il tarixdə 60 yaşı olmuşdur. # #### 2023 – ## #### 2024 dövrü üzrə kişilər üçün pensiya yaşı 65 yaş olduğuna və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edildiyinə görə iddiaçının pensiya almaq hüququ ##.##.2024-cü il tarixdə yaranmışdır.

49. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.

50. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.

51. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətində işlədiyi ##.##.2009-cu il tarixindən bugünədək işlədiyi “suvarma işləri üzrə operator” vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə güzəştli hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan azdır (10 ay 4 gün).

52. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi mübahisələndirilən dövr və peşələr aşağıdakıları əhatə edir: ##.##.2009-cu il tarixindən bugünədək “suvarma işləri üzrə operator” vəzifələrində işlədiyi dövr.

53. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi vəzifələrin istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

54. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

55. Iddiaçıya Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, AIMC-X/O-***/**** nömrəli arayışda (məktubda) qeyd edilmişdir ki, İddiaçı tərəfindən ##.##.2009-cu il tarixdən etibarən icra olunan suvarma işləri üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bölməsinə uyğun gəlir: 2-ci bölmə: Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması; 2.3-cü bənd, (a) yarımbəndi: Qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar. Vətəndaş İddiaçı “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti”nə işə qəbul olarkən onun tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmadığından həmin vəzifənin adı ingilis dilindən (irrigation operator) tərcümə olunaraq vətəndaşın əmək kitabçasına “suvarma üzrə operator” kimi qeyd edilmişdir. “Qırma, daşıma, topaqələviləşdirmə sahələrində operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 2022-ci ildə əlavə edilmişdir. Halbuki İddiaçı Israfil oğlu suvarma işləri üzrə operator vəzifəsində ##.##.2009-cu il tarixdən işləmişdir. “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti” ilə vətəndaş İddiaçı arasında bağlanmış əmək müqaviləsinə * nömrəli Əlavə kimi əlavə edilmiş “Topaqələviləşdirmə sahəsi suvarma işləri üzrə operatorun vəzifə təlimatı”na əsasən suvarma üzrə operator vəzifəsi ilə topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinin əmək funksiyasının eynilik təşkil etdiyini müəyyən etmək olar. Belə ki, həmin vəzifə təlimatlarına əsasən suvarma üzrə operator vəzifəsinin topaqələviləşdirmə sahəsinə aid olduğunu, kimyəvi maddə olan sianid məhlulu ilə birbaşa işlədiyini, o cümlədən kimyəvi məhlulları birbaşa rəhbərinin tapşırdığı qaydada hazırlanmalı, süni hovuzlarda olan kimyəvi məhlulun (sianidli məhlulun), nasoslar vasitəsi ilə xırdalanmış, topa aşındırma meydançalarında qalaqlanmış, aşındırmaya hazırlanmış filiz kütləsinin üzərinə çilənməsi işlərini həyata keçirmək üçün, vəzifəsinə uyğun olaraq bütün tapşırıqları icra etməli olduğu qeyd edilmişdir.

56. Həmçinin qeyd olunan müəssisənin məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il ## ###### tarixli, *** nömrəli Qərarına əsasən, süd və ona bərabər tutulan məhsullar ilə iş vaxtı (növbəsi) ərzində təmin edilir, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # #### 2004-cü il tarixli, ** nömrəli Qərarına əsasən, 6 əlavə məzuniyyət günü ilə təmin edilir və “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli Qərarına uyğun olaraq, müvafiq ödənişlər icra olunur.

57. Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının ##.##.2009-cu il tarixdən hal-hazırki tarixədək işlədiyi “suvarma işləri üzrə operator” vəzifəsinin müvafiq siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığını bildirmişdir.

58. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

59. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisənin, yəni Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkətinin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun tərəfindən verilən arayış mötəbər sənəd kimi qəbul edilməlidir.

60. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

61. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “suvarma işləri üzrə operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan həmin bəndlərdəki vəzifələrlə uyğundur.

62. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.

63. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

64. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar