Məhkəmə qərarları › İş №2-1(104)-523/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-523/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-523/2025 14.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir.

3. İddiaçının arvadı X5 xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir.

4. “E-sosial” üzrə sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 246.88 manat məbləğində, xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək 337.19 manat məbləğində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 440.75 manat məbləğində və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək 572.98 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.

5. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1078 nömrəli arayışına əsasən, vətəndaş İddiaçı Bərdə rayonu, Lək kəndində yaşayır və onun ailə üzvləri aşağıdakılardır: 1. arvadı – X7 2. qızı – X10 3. qızı – X11 4. qızı – X8 5. oğlu – X12.

6. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2- 1588/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, İddiaçı adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-115) xx.xx.2007-ci il tarixli, 4Ə/2-224 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu, Lək kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi (JN-114A) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “vətəndaş müraciətləri ilə bağlı detallı məlumat”a əsasən, təmsilçi İddiaçı hesablama məlumatlarına əsasən, Təsərrüfat kateqoriyalardan gəlirlər (Toyuq)- 366.00 manat, Sahibkarlıq fəaliyyətindən gəlirlər- 2400.00 manat, Rabilət və kommunal xərclər: Azəriqaz -182.48 manat, Azərişıq -103.73 manat, Ailə üzvlərinin rəsmi gəlirləri 2519.84 manat, Ailə üzvlərinin sayı 6, Ailənin adambaşına düşən orta aylıq kommunal və rabitə xərcləri 3.98 manat, Ailənin adambaşına düşən orta aylıq gəlirləri 87.3 manat olmuşdur.

8. İddiaçı (VÖEN **********) sığorta hesabı haqqında məlumata əsasən, 2014-cü ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər ümumi olaraq gəlir 11352,00 AZN, hesablanmış 1307,40 AZN və ödənilmiş 1365,01 AZN təşkil etmişdir.

9. X2 (VÖEN **********) sığorta hesabı haqqında məlumata əsasən, 2022-ci ilin iyul ayından 2024-cü ilin sentyabr ayına qədər ümumi olaraq gəlir 4140,00 AZN, hesablanmış 517,56 AZN və ödənilmiş 388,83 AZN təşkil etmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9995 nömrəli “vətəndaşların sosial ödənişlərə müraciətlərinə avtomatik imtina ərizəsi”nə əsasən, İddiaçı ailəsinə xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

11. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 19.00 AZN məbləğ ödənilmişdir.

12. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 157.00 AZN məbləğ ödənilmişdir.

13. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 50.00 AZN məbləğ ödənilmişdir.

14. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir.

15. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

16. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir.

17. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

18. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir.

19. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir.

20. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 172.00 AZN məbləğ ödənilmişdir.

21. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

22. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir.

23. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir.

24. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 55.00 AZN məbləğ ödənilmişdir.

25. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 60.00 AZN məbləğ ödənilmişdir.

26. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 150.00 AZN məbləğ ödənilmişdir.

27. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir.

28. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

29. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

30. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir.

31. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 28.00 AZN məbləğ ödənilmişdir.

32. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir.

33. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

34. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 30.00 AZN məbləğ ödənilmişdir.

35. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 30.00 AZN məbləğ ödənilmişdir.

36. Azərbaycan Respublikası Mərkəzi Bankı - X17, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir.

37. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-17/2-78356/2025 nömrəli “məlumatın təqdim edilməsi haqqında” məktuba əsasən; -İddiaçı (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə 252,00 manat sosial sığorta haqqı ödənilmişdir; -X7 (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamə məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə 230,00 manat sosial sığorta haqqı ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

38. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnziabti Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 6 nəfər ailə üzvü üzrə ünvanlı sosial yardımın təyin edilməsində olan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

39. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır. Ailəlidir və 2007-ci il təvəllüdlü Bahar, 2009-cu il təvəllüdlü Leyla, 2011ci il təvəllüdlü Gülşən və 2015-ci il təvəllüdlü Elmin adlı uşaqları vardır. İddiaçının övladları anadan olandan sonra o, hər bir valideyn kimi ailəsində yaranmış çətinliklər ilə əlaqədar aidiyyəti orqanlara müraciət etmək qərarına gəlmişdir. O, 5 ildən çoxdur ki, sosial yardım alıbdır. Sosial yardım iddiaçı işləmədiyi üçün onun və arvadının adlarına açılan VÖEN vasitəsi ilə verilirdi. Sonuncu səfər xx.xx.2024-cü il tarixdə sosial yardım almaq üçün elektron sistem vasitəsiylə bütün sənədlər tərəflərindən proqrama yüklənmişdir. Lakin daha sonradan iddiaçı “142” qaynar xətti ilə əlaqə saxlandıqdan sonra ona imtina cavabının verildiyini bilmişdir. Daha sonra iddiaçı “DOST” agentliyinə imtinanın səbəbinin öyrənilməsi ilə bağlı müraciət etmiş və ona ordan bildirmişlər ki, ailə üzvünün məşğullunu təmin edilən MDSS ödənişləri yoxdur. Ancaq iddiaçı qeyd edir ki, tərəfindən ərizəyə əlavə edilmiş qəbzlərlə onun hər ay vaxtı-vaxtında sosial sığorta ödənişlərini etdiyi görsənir. Halhazırda bir neçə aydır ki, iddiaçı sosial yardımı almır. Maddi imkanı olduqca aşağıdır və sosial yardımı almaq ehtiyacı vardır. İddiaçı iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

40. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4972/2025 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

41. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 nömrəli qərardadı ilə iddia tələbi “təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

42. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 nömrəli qərardadı ilə iddia tələbi “ailələrinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

43. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddia tələbinin əsasını və məhkəmə mübahisəsinin predmetini iddiaçıya ünvanlı dövlət sosial yardımının təmin edilməsindən X14 və X24 (VEMTAS) tərəfindən imtina edilməsi təşkil edir. Məlumat üçün bildirilir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli müraciətinə VEMTAS tərəfindən imtina verilmişdir. İddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: - “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvlərinin sahibkarlıq fəaliyyəti (VÖEN - ********** və **********) üzrə gəlirlərinə dair məlumatlar öz təsdiqini tapmaması. Belə ki, Sığorta AS-dan (birbaşa daxil olan ödənişlərin uçotu) əldə edilən məlumata əsasən, ailə üzvlərinin sahibkarlıq fəaliyyəti üzrə MDSS ödənişləri aşağıdakı kimidir: - İddiaçı (VÖEN ********** - status-dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğdən 389,13 manat; - İddiaçı arvadı X7 (VÖEN ********** – status dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğindən 384,60 manat ödəniş etmişdir. İddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

44. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

45. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

46. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 saylı qərarı ilə (hakim N.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı ailəsinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

47. Məhkəmə hesab etmişdir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ünvanlı sosial aldığı dövrlə müqayisədə iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Eyni zamanda, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

48. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3233/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişlər yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri tam olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdəı də dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir”. Məhkəmənin həmin mövqeyinə münasibətdə bildirilir ki, təqdim etdikləri xx.xx.2025-ci il tarixli etirazda şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması ilə bağlı hər hansı müddəa qeyd olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci tarixli məktubu ilə təqdim edilmiş şəxsi hesab vərəqələrində iddiaçı və arvadı N.Mahmudovanın fəaliyyət növü “digər qruplara daxi edilməyən sair təmizlik işləri üzrə fəaliyyət” göstərilmişdir. Bildirilir ki, cavabdeh tərəfindən verilmiş imtina və etirazın əsasını həmin sahibkarlıq fəaliyyəti (VÖEN- ********** və **********) üzrə gəlirlərinə dair məlumatların öz təsdiqini tapmaması təşkil etmişdir. Göründüyü kimi məhkəmə əsassız olaraq başqa bir arqument gətirərək iddia tələbini təmin etmişdir. Həmçinin məhkəmə qərarında qeyd etmişdir ki, iş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt - qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. Məhkəmənin həmin mövqeyinə münasibətdə bildirilir ki, VEMTAS tərəfindən İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, hər hansı səbəbdən inzibati orqan qanunvericiliyin tələb etdiyi qaydada davranmayaraq, inzibati aktın rekvizitlərini özündə əks etdirən formal baxımdan ayrıca yazılı inzibati akt qəbul etməmiş olsa belə, maraqlı şəxsə ünvanladığı rəsmi bildiriş və ya məktubda hakimiyyət tədbiri ilə bağlı iradə ifadəsi əks olunmuşdursa, həmin sənədlərin məzmunu nəzərə alınmaqla onlar inzibati akt kimi qəbul olunmalıdır. Çünki inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən rəsmi məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

52. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

53. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

54. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

55. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.10. Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X6 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM[42] Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Bənd 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Bənd 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

57. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

58. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

59. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

60. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

61. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

62. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

63. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

64. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

65. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

66. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

67. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

68. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı X14 və X20 (VEMTAS) daxil edilmiş xx.xx.2024-cü il tarixli müraciətinə VEMTAS tərəfindən imtina verilmişdir.

71. VEMTAS tərəfindən verilmiş imtinaya səbəb- “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvlərinin sahibkarlıq fəaliyyəti (VÖEN - ********** və **********) üzrə gəlirlərinə dair məlumatların öz təsdiqini tapmaması olmuşdur. Belə ki, Sığorta AS-dan (birbaşa daxil olan ödənişlərin uçotu) əldə edilən məlumata əsasən, ailə üzvlərinin sahibkarlıq fəaliyyəti üzrə MDSS ödənişləri aşağıdakı kimidir: - İddiaçı (VÖEN ********** status-dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğdən 389,13 manat; - İddiaçı arvadı X7 (VÖEN ********** – status dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğindən 384,60 manat ödəniş etmişdir.

72. Beləliklə, cavabdehin imtina və etirazının əsasının təhlili onu deməyə əsas verir ki, iddiaçının və ailə üzvünün gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması onlara ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtinaya səbəb olmuşdur.

73. Yuxarıda istinad olunan maddi hüquq normalarının məzmunundan görünür ki, qanunverici sosial yardımın təyin olunması üçün əsas şərt kimi ailənin gəlirinin düzgün hesablanmasını müəyyən etmiş, məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunduqa imtina edilməsini təsbit etmişdir.

74. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə, arvadı X7 isə xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmişdir.

75. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2- 17/2-78356/2025 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə 252,00 manat sosial sığorta haqqı ödənilmiş, X7 (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamə məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan dövrlər üzrə 230,00 manat sosial sığorta haqqı ödənilmişdir.

76. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş VEMTAS-dan çıxarışların surətindən görünür ki, sığorta olunan İddiaçı tərəfindən oktyabr 2023-mart 2024 dövrü üzrə, X7 tərəfindən isə oktyabr 2023-sentyabr 2024 dövrü üzrə MDSS ödənişləri edilmişdir.

77. Bundan əlavə, iş materiallarında olan müvafiq ödəniş qəbzləri ilə təsdiq edilir ki, sentyabr 2023-fevral 2024 dövrü üzrə İddiaçı və X7 tərəfindən MDSS ödənişləri müvafiq bank hesablarına ödənilmişdir.

78. Göründüyü kimi, cavabdeh iddiaçının və ailə üzvünün gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması əsası ilə müraciətini təmin etməkdən imtina etsə də, iddiaçı və arvadı tərəfindən həmin ödənişlər həyata keçirilmişdir.

79. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

80. Hazırkı halda cavabdeh iddiaçının tələbini istisna edən faktiki şərtləri sübut etməli olduğu halda bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

81. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Bu zaman sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir.

82. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

83. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

84. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.

85. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.

86. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.

87. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvlərinin sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair məlumatların öz təsdiqini tapmaması, başqa sözlə “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz.

88. Həmçinin, bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır.

89. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.

90. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. Eyni zamanda, həmin imtinadan narazı qalan iddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.

91. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

92. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar