Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-526/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2390/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla İddiaçı barəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ilə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-4760/2023 saylı qərarından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta qanunvericiliyinin pozulması pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176888 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-283/2024 saylı qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-4760/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2120/2024 saylı qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024cü il tarixli, 2-1(104)-283/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-36689/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr üzrə üçün zəruri sənədlərin təqdim olunması İddiaçı tələb olunmuşdur.
7. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərarı ilə İddiaçı 279646.62 manat əlavə vergi məbləği hesablanmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “ƏDV sub-uçot hesabından çıxarış”a əsasən, İddiaçı (VÖEN **********) ƏDV hesabatı xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər mədaxil (manatla) 297125.16 AZN, məxaric (manatla) 297537.58 AZN təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 dekabr 2024-cü il tarixli, 3-21-2-18/2- 44869/2024 nömrəli qərarı ilə ona 2024-cü ilin sentyabr ayı üzrə 279646,62 manat əlavə vəsait hesablanmışdır. Qərarda verginin hesablanma əsası kimi, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16845836,02 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16566189,4 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 279646,62 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi göstərilmişdir. Yəni, vergi orqanı tərəfindən, ƏDV tutulan dövriyyə 1553592,3 manat məbləğdə artırılmaqla əlavə vergi hesablanmışdır. İddiaçı qeyd edir ki, 2024-cü ilin sentyabr ayı üzrə onun tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə, 25500,84 manat məbləğdə ƏDV hesablanmışdır. Cavabdeh vergi orqanının 03 dekabr 2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli həmin qərarını o, tamamilə qanunsuz və əsassız hesab edir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablamanın əsası kimi qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşma göstərilmişdir. Lakin, bu zaman, məhz hansı maliyyə əməliyyatının vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilməməsi, həmin əməliyyatın hansı qaimə faktura (qaimənin nömrəsi, tarixi göstərilməklə) və ya digər mühasibat sənədi ilə təsdiq edilməsi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin vergi ödəyicisinin hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi qərarda qeyd olunmamışdır. Eləcə də, ödəyici tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilmir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə də əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilmədən onun vergi məsuliyyətinə cəlb edilməsinə dair inzibati akt qəbul edilmişdir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablama zamanı xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır. Qeyd edilir ki, xx.xx.2020-ci ildən ötən 3 il 8 ay üzrə ƏDV bəyannamələri təqvim ayları üzrə əvvəlki hesabat dövrlərində vergi orqanına təqdim edilmiş və həmin bəyannamələr vergi orqanı tərəfindən kameral vergi yoxlamasından keçirilmişdir. Vergi Məcəlləsinin 37.2ci maddəsinə əsasən, “kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.” Lakin hazırkı halda, 2020, 2021, 2022, 2023 və 2024-cü ilin 9 ayı üzrə hesabat dövrünə görə 03 dekabr 2024-cü il tarixdə kameral vergi yoxlaması keçirilməklə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Bundan başqa, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan VMnin 166-cı maddəsində ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt dəqiq təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə kameral vergi yoxlaması zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlaması həyata keçirilməsinin vergi bəyannaməsinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz) aparılacaq islahatların istiqaməti kimi müəyyən edilmişdir. Qeyd edək ki, kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən 30 günlük müddətin gözlənilməməsi və bu səbəbdən də hesablamanın ləğv edilməsi barədə formalaşmış məhkəmə təcrübəsi mövcuddur və analoji iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı məhkəmə baxışı zamanı təqdim olunacaqdır. Yuxarıda qeyd olunduğu kimi, kameral vergi yoxlaması zamanı xx.xx.2020-ci ildən sentyabr 2024-cü ilədək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləği təhlil edilməkə, müəyyən edilmiş dövriyyə fərqi sentyabr 2024-cü ilə aid edilmişdir. Halbuki, Vergi Məcəlləsində belə hesablama qaydası nəzərdə tutulmamışdır. Yalnız Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Hazırkı halda isə, hesablama malların faktiki olaraq onun sahibliyində olmaması əsası və səyyar vergi yoxlaması ilə hesablanmadığından, bu maddənin indiki kameral vergi yoxlamasına tətbiq edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Hazırkı halda, mübahisələndirilən qərarda xx.xx.2020ci ildən sentyabr 2024-cü ilədək olan dövr üzrə əməliyyatların təhlili nəticəsində verginin hesablandığı göstərilmişdir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayıldığından, 03 dekabr 2024-cü ildə kameral vergi yoxlaması aparılarkən xx.xx.2020 - xx.xx.2021-ci il üzrə dövriyyəyə görə verginin hesablanması üçün müəyyən edilmiş 3 illik müddət ötürülmüşdür. Kameral vergi yoxlaması ilə təhlil edilən qarşılıqlı əlaqələrin aid olduğu hesabat dövrü (xx.xx.2020-ci ildən - sentyabr 2024-cü ilədək olan dövr) bundan əvvəl cavabdeh tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri ilə əhatə olunmuşdur. Belə ki, 12 saylı ƏVBİ tərəfindən 24 may - 07 iyun 2024-cü il tarixlərdə ona məxsus ticarət obyektlərində xronometraj metodu ilə müşahidə keçirilmiş və müşahidənin nəticələri xx.xx.2024-cü il tarixli 029366, 026532 və 026524 nömrəli yekun aktlarla rəsmiləşdirilmişdir. Sonrakı dövrlərdə verilmiş hesabatlardakı dövriyyələr xronometraj metodu ilə müşahidənin nəticəsinə uyğun bəyan edilmişdir. Qeyd edilir ki, iddiaçının əsas fəaliyyəti içki və tütün məmulatları daxil olmaqla ərzaq mallarının pərakəndə və topdan satışından ibarət olmuşdur. Satışın əsas hissəsi isə nəzarət-kassa aparatı vasitəsilə aparılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıda fevral 2019 - yanvar 2022-ci il üzrə ƏDV-nin düzgünlüyü yoxlanılmış və nəticəsi xx.xx.2023-cü il tarixli, **********155913 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı əlavə vəsait yalnız “qara mühasibatlıq” sənədlərinə görə hesablanmış, qarşılıqlı əməliyyatların araşdırılmasına görə əlavə vəsait hesablanmamışdır. Qeyd edilir ki, vergi orqanının “qara mühasibatlıq” sənədlərinə görə vergi hesablaması əsassız olduğundan, vergi orqanının eyni tarixli - yəni, xx.xx.2023- cü il tarixli, **********176888 nömrəli həmin qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv edilmişdir. Göründüyü kimi, vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş və hesablamaları vergi orqanı tərəfindən təsdiq edilmiş dövr, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması ilə əhatə olunmaqla, yenidən əlavə vergi hesablanmışdır. Nəticədə isə dövriyyə ilə bağlı vergi orqanının bir-birinə zidd 3 vergi nəzarəti aktı (xronometraj aktı, səyyar vergi yoxlaması aktı və kameral vergi yoxlaması qərarı) mövcud olmuşdur. Əlavə olaraq bildirilir ki, vergi orqanı tərəfindən fərdi sahibkar olan iddiaçıya qarşı bu cür qanunsuz qərarların qəbul edilməsi məqsədli xarakter daşıyır və cavabdehin ona olan qərəzli münasibətinin nəticəsidir. Yuxarıda qeyd edilən kimi, bundan əvvəl cavabdehin 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarı ilə fərdi sahibkar olan iddiaçının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qanunsuz qərarla ona ümumilikdə 1700997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat məbləğdə borc hesablanmışdır.
11. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərara əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin: (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2. + 301.1. 2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.4 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə - 279646.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, 279646.42 kənarlaşma aşkar edildiyi üçün uyğunsuzluqda qeyd edilmiş müvafiq dövr (2024-cü ilin sentyabr ayı) üzrə kameral hesablama aparılmışdır. Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi dəlillərə münasibət olaraq bildirilmişdir ki, ilk olaraq vergi orqanının qərarı yazılı şəkildə əsaslandırılmaqla qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hazırkı iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, kənarlaşama aşkar olunduğdan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablanmışdır. İddiaçının digər bir dəlili kameral vergi yoxlamasının keçirilməsi üçün müddətin ötürülməsi ilə bağlıdır. Hazırkı iş üzrə vergi ödəyicisi sonuncu olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2020 - xx.xx.2024-cü il dövrü üzrə ümumi olaraq 9.519.813,69 manat hesablanılmışdır. xx.xx.2024-cü il tarixli, **********187728 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğv edilməsi haqqında” qərara əsasən, İddiaçı üzrə keçirilmiş vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli, **********187754 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərara əsasən, İddiaçın vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin (hakim N.Hüseynov) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-2390/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, 3-21-2-18/2-44869/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, cavabdeh inzibati orqan məhkəmə qərarı ilə artıq həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə (fevral 2019-cu il tarixdən yanvar 2022-ci il tarixədək) yenidən kameral vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış 279646,02 manat məbləğində fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2390/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə tətbiq olunmalı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən də hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2390/2025 nömrəli qərarı ləğv edilməlidir. Əvvəla mübahisələndirilən qərar 2024-cü ilin sentyabr ayını əhatə edir. 2024-cü ilin sentyabr ayı üzrə isə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlavə dəyər vergisi ilə bağlı nə səyyar vergi yoxlaması, nə də ki, kameral vergi yoxlaması keçirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2- 18/2- 44869/2024 nömrəli qərara əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.4 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -279646.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmişdir, 279646.42 kənarlaşma aşkar edildiyi üçün uyğunsuzluqda qeyd edilmiş müvafiq dövr (2024-cü ilin sentyabr ayı) üzrə kameral hesablama aparılmışdır. VMnin 166-cı maddəsinin tələblərinin cavabdeh inzibati orqan tərəfindən pozulması ilə bağlı məhkəmənin gətirdiyi dəlilləri qəbul etməyərək bildirilir ki, vergi orqanının qərarı yazılı şəkildə əsaslandırılmaqla qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hazırki iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, kənarlaşama aşkar olunduğdan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablanmışdır. Hazırki iş üzrə vergi ödəyicisi sonuncu olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Hazırda mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixli qərardır. Göründüyü kimi ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması keçirilməsi üçün qanunvericilikdə 30 iş günü müddəti müəyyən edilmiş, vergi orqanı xx.xx.2024-cü il tarixində qərar qəbul etməklə qeyd edilən müddətə riayət etmişdir. Həmçinin nəzərə alınmalı məqam ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərar 2024-cü ilin sentyabr ayını əhatə edir. xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş xx.xx.2020-ci illə bağlı qeydlər iddiaçı barəsində vergi öhdəliyinin müəyyən edilməsi məqsədi ilə nəzərdə tutulmuş müddət olmamış, elə həmin məktubda vergi dövrü kimi 2024-cü ilin sentyabr ayı qeyd edilmişdir. Yəni xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, kameral vergi yoxlaması 2024-cü ilin sentyabr ayı ilə bağlı olan dövrü əhatə etmişdir. xx.xx.2024-cü il tarixində qəbul edilmiş qərar vergi ödəyicisinin 2024-cü il sentyabr ayı üzrə təqdim edilmiş dəqiqləşmiş bəyannaməsinə münasibətdə qəbul edilmiş və Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri gözlənilməklə qəbul edilmişdir. Məhkəmənin hazırkı mübahisələndirilən qərarın əhatə etdiyi dövrlə 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla yoxlamanın aparıldığı dövrün qismən üst-üstə düşməsi ilə əlaqədar ifadə etdiyi mövqeyi əsaslı deyil. 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında vergi orqanı tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə 2019-2021-ci illər üzrə səyyar vergi yoxlaması aparılmışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869 /2024 nömrəli qərarın əhatə etdiyi dövr 2024-cü ilin sentyabr ayı olmaqla 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarın əhatə etdiyi vergi dövrləri ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi mübahisə edilən qərarı qəbul edən zaman İPM-in 12-ci maddəsinin ruhuna uyğun davranmamış və inkvizisiya prinsipini pozmuşdur. Məhkəmə qərarında göstərmişdir ki, iddiaçı 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı mübahisələndirmiş, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2120/2024 nömrəli qərarı ilə səyyar vergi yoxlamasının nəticəsi ləğv edilmiş, məhkəmə qərarı ilə artıq həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə (fevral 2019-cu il tarixdən yanvar 2022-ci il tarixədək) yenidən kameral vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2024cü il tarixli qərarda vergi dövrü 2024-cü ilin sentyabr ayı göstərilmişdir. Bu baxımdan Ali Məhkəmənin müvafiq qərarı ilə yekunlaşmış iş heç bir halda hazırkı iş üzrə sübut əhəmiyyətinə malik sənəd kimi xarakterzə edilə bilməz. Görünən odur ki, məhkəmə iş materiallarında olan sübutları bir-biri ilə müqayisəli qaydada təhlil etməmiş, işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Bununla məhkəmə İPM-nin 68.2 və 69.4-cu maddələrində əks olunmuş müddəaları pozmuş, qərarını işdə olan sübutlarla əlaqələndirməmiş və həmin sübutlar əsasında hüquqi qiymətləndirmə aparmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının, eləcə də Ali və Konstitusiya Məhkəmələrinin Plenumlarının ifadə etdiyi hüquqi mövqelərə zidd qəbul edilmişdir. Bu mənada sözügedən qərar ləğv edilməlidir.
b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanının apellyasiya şikayətində ümumi şəkildə qeyd etdiyi mövqe ondan ibarətdir ki - vergi orqanının qərarı yazılı şəkildə əsaslandırılmaqla qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən vergi ödəyicisi ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hazırki iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, kənarlaşma aşkar olunduğundan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablanmışdır. Vergi orqanının bu mövqeyi ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 163.2ci maddəsinə əsasən, vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Göründüyü kimi, qanunvericilik dəqiqləşdirmənin aparılmasını vergi ödəyicisinin hüququ kimi təsbit etmişdir. Hazırkı halda isə İddiaçı tərəfindən belə dəqiqləşdirmə aparılmamışdır. Vergi orqanı düzgün olmayaraq əvvəlki hesabat dövrlərinə görə sonuncu təqvim ayı üçün vergi hesablamışdır. Buna görə də cavabdeh təşkilatın apellyasiya şikayətində qeyd etdiyi həmin mövqe əsaslı sayıla bilməz. Bundan başqa, vergi orqanı apellyasiya şikayətində həmçinin - hazırki iş üzrə sonuncu olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edildiyini və Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirildiyini və kameral vergi yoxlamasının da həmin müddətlərə əməl edilməklə aparıldığını qeyd etmişdir. Vergi orqanının bu arqumenti ilə bağlı bildirilir ki, mübahisələndirilən 03 dekabr 2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərarla əlavə hesablama zamanı vergi orqanı xx.xx.2020-ci ildən cari hesabat (sentyabr 2024) ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır. xx.xx.2020-ci ildən ötən 4 il 9 ay üzrə ƏDV bəyannamələri İddiaçı tərəfindən təqvim ayları üzrə əvvəlki hesabat dövrlərində vergi orqanına təqdim edilmiş və həmin bəyannamələr vergi orqanı tərəfindən kameral vergi yoxlamasından keçirilmişdir. Vergi orqanı isə ötən 4 il 9 ay üzrə kameral vergi yoxlamasının keçirilməsi üçün buraxılmış müddətin pərdələnməsi məqsədilə, həmin dövriyyələri əsassız olaraq sentyabr ayına aid etməklə, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsaslanaraq sentyabr ayı üzrə kameral vergi yoxlamasının keçirilməsi üçün müddətin ötürülmədiyini iddia edir. Buna görə də apellyasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz. Əlavə olaraq bildirilir ki, vergi orqanı tərəfindən fərdi sahibkar - İddiaçı qarşı bu cür qanunsuz qərarların qəbul edilməsi məqsədli xarakter daşıyır və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı olan qərəzli münasibətinin nəticəsidir. Yuxarıda qeyd edildiyi kimi, bundan əvvəl cavabdeh - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarı ilə fərdi sahibkar, İddiaçı fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qanunsuz qərarla İddiaçı ümumilikdə 1700997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat məbləğdə borc hesablanmışdır. Vergi orqanının həmin qərarı tamamilə qanunsuz, əsassız və qərəzli olduğuna görə həmin qərar qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv edilmişdir. Buna baxmayaraq, 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi nəzarəti tədbirləri ilə əhatə olunan dövrlər üzrə, həmçinin, həmin dövrlər üzrə iddiaçıya əlavə vergilərin hesablaması barədə vergi orqanı tərəfindən qəbul edilən qərarların məhkəmə tərəfindən ləğv edilməsinə baxmayaraq, həmin dövrlər üzrə yenidən qanunsuz yoxlamalar aparır və artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə əhatə olunan əməliyyatlar üzrə iddiaçının təkrarən əlavə vergilərə cəlb edilməsi barədə qanunsuz və əsassız qərarlar qəbul etməkdə davam edir. Cavabdeh təşkilat bu məqsədlə, hətta yoxlama müddəti ötmüş dövrlər üzrə də iddiaçıya əsassız əlavə vergilər hesablamaqdan çəkinmir. İddiaçıya təkrarən 279646,62 manat məbləğdə əlavə verginin hesablanması barədə cavabdeh təşkilatın hazırki qanunsuz qərarı da məhz həmin qərəzli münasibətin davamıdır. Vergi orqanının bu cür qərəzli və qanunsuz hərəkətləri dövlətin və dövlət başçısının yürütdüyü siyasətə və xalqın maraqlarına da tamamilə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-2390/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2390/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları bildirməyi zəruri hesab edir.
40. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir.
41. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla İddiaçı sahibkarlıq fəaliyyətinin fevral 2019-yanvar 2022-ci il hesabat dövrü üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ilə İddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı yuxarıda qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-4760/2023 nömrəli qərarı ilə vergi orqanının 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(104)-283/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından cavadeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2120/2024 nömrəli qərarı ilə təmin edilməmişdir.
42. 01 noyabr 2024-cü il tarixində İddiaçı tərəfindən təqdim edilmiş bəyənnamə üzrə kameral vergi yoxlamasının aparılması mümkün olmadığına görə vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Həmin məktubun məzmununda təqdim edilən bəyənnamə üzrə kameral vergi yoxlamasının aparılmasının mümkün olmamasının səbəb kimi “qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.72 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.02 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 292253.7 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edilməsi” göstərilmişdir.
43. Bundan sonra, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı 279.646,62 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Həmin qərarda isə “qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.02 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.4 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 279646.62 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi” qeyd edilmişdir.
44. Beləliklə iş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla iddiaçı barəsində fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlaması təyin etmiş və həmin yoxlama nəticəsində 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ilə İddiaçı müvafiq məbləğdə vergi borcu hesablamışdır.
45. Bununla belə, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli qərarında bəyənnamə və hesabat dövrünü “sentyabr 2024” qeyd etsə də, əlavə hesablama zamanı xx.xx.2020-ci ildən cari hesabat ayınadək (sentyabr 2024-cü il) olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır.
46. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
47. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə, həmçinin iddiaya etirazda iddiaçının 2024-cü ilin sentyabr ayı üzrə xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək olan dövrləri əhatə etməklə kameral vergi yoxlaması həyata keçirildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kolleiyası qeyd edir ki, vergi orqanı 2024-cü ilin sentybar ayı üzrə də müvafiq yoxlama tədbirini apardığından, xx.xx.2021-xx.xx.2024-cü illər ərzində olan dövr üzrə yoxlama aparmalı olduğu halda, qanunvericiliyin tələbini pozmaqla yuxarıda qeyd edilən dövr üzrə yoxlamanı həyata keçirmişdir.
48. Göründüyü kimi, kameral vergi yoxlaması tədbirinin keçirildiyi hesabat dövrü (xx.xx.2020-sentyabr 2024) bundan əvvəl cavabdeh tərəfindən həyata keçirilmiş növbəti səyyar vergi yoxlaması dövrü (fevral 2019-yanvar 2022-ci il) ilə qismən (xx.xx.2020-yanvar 2022) əhatə olunmuşdur.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
50. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla İddiaçı üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, xx.xx.2023-cü il tarixli, **********1559136 nömrəli “Səyyar vergi yoxlaması” aktına əsasən 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı üzrə fevral 2019-yanvar 2022-ci il üzrə əlavə dəyər vergisi, 1-ci rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-Sumqayıt və Gəncə (0701), 1-cü rüb 2019-cu ilə üzrə sadələşdirilmiş vergi, 2019- 2021-ci il üzrə gəlir vergisi, 1-ci rüb 2019-2-ci rüb 2019-cu ilə üzrə MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan (0100), 3cü rüb 2019-cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 4-cü rüb 2019-cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 3-cü rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə muzdla işləyənləri işə götürən sığortaedənlər, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 3-cü rüb 2019-4-cü rüb 2019-cü il üzrə MDSS Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), işsizlik sığortası üzrə rüblük hesabat (fiziki şəxslər) 1-ci rüb 2019-2-cü rüb 2019-cü il üzrə, ödəmə mənbəyindən tutulan vergi 2ci rüb 2019-ci il üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla isə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4760/2023 nömrəli qərarı ilə vergi orqanının 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayət Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2- 1(104)-283/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(104)-283/2024 nömrəli qərarından cavadeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2120/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Hazırki iddia predmeti olan vergi orqanının xx.xx.2024-cü il tarixli, 3-21-2- 18/2-44869 nömrəli qərarı üzrə yoxlamanına aparıldığı dövrlə 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla yoxlamanın aparıldığı dövr qismən üst-üstə düşür. Belə ki, 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla yoxlama 2019- 2021-ci illəri əhatə etdiyi halda, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869 nömrəli qərarla yoxlama xx.xx.2020-xx.xx.2024-cü illəri əhatə edir.
51. Göründüyü kimi, məhkəmə qərarı ilə artıq həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu hesabat dövrü üzrə (fevral 2019-cu il tarixdən yanvar 2022-ci il tarixədək) yenidən kameral vergi yoxlaması keçirilmişdir. Halbuki, Vergi Məcəlləsində səyyar vergi yoxlaması ilə əhatə olunan dövrün yenidən kameral vergi yoxlaması çərçivəsində yoxlanılması nəzərdə tutulmamışdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan hazırki iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturaların təhlil edildiyini, kənarlaşma aşkar olunduğundan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablandığını iddia etsə də, məhz hansı maliyyə əməliyyatının vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilməməsi, həmin əməliyyatın hansı qaimə faktura (qaimənin nömrəsi, tarixi göstərilməklə) və ya digər mühasibat sənədi ilə təsdiq edilməsi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin vergi ödəyicisinin hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi qərarda qeyd olunmamışdır. Eləcə də, ödəyici tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı göstərilməmişdir.
53. Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd edilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış 279646,02 manat məbləğində fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmamışdır.
54. Halbuki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilmiş kameral vergi yoxlaması tədbiri ilə əhatə olunan hesabat dövrünün səyyar vergi yoxlaması ilə əhatə olunmuş hesabat dövrü ilə qismən üst-üstə düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda vergi orqanının apardığı yoxlama tədirinin qanununvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması yoxlanılır. Məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan tərəfindən aparılmış icraatın qanuni əsaslara söykənmədiyi və “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparıldığı müəyyən edilmişdir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
58. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2390/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.