Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-527/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sanatoriya-kurort putyovkası ilə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-95/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun sanatoriya kurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2011-ci illərdə Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181-saylı hərbi hissəsində zabit kimi xidmət etmiş və döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətdən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. Hal-hazırda da 2-ci qrup əlildir. İddiaçı qanunvericiliyin tələblərinə əsasən sanatoriya-kurort müalicəsinə göndərilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Goranboy rayon Mərkəzi Xəstəxanası və Yevlax şəhərində yerləşən 20 Saylı Tibbi Sosial Ekspert Komissiyası onun sanatoriya-kurort müalicəsinə göstərişi təsdiqləmişdir. Bundan sonra iddiaçı verilən bütün sənədlərlə birlikdə DSMF-nin Gəncə- Daşkəsən filialının qəbul şöbəsində olmuş, həmin şöbədən ona sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlərin siyahısı təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin siyahıda olan sənədlər heç birinin onun toplamağına ehtiyacı yoxdur. Belə ki, göstərilən sənədlər siyahısını ona xəstəxana tərəfindən verilən sənədlər əvəz edir və sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlər elektron hökumət alt sistemində mövcuddur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-254/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 Goranboy rayon qəbul şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-254/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunma tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-306/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-254/2023 saylı qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-331/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə xüsusi qərardad qəbul edilərək prokurorluq orqanlarına göndərilməsinə dair iddiaçının vəsatəti rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin etirazı məhkəməyə təqdim olunmuş, etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara əsasən İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlili və ya sağlamlıq imkanları məhdud olan uşaqlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla) sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. Həmin Qərarla təsdiqlənmiş Qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Vətəndaş (İddiaçı (halhazırda pensiya almaq hüququ olan hərbi qulluqçu olduğundan) sanatoriya-kurort putyovkaları ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış edə bilməz. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-95/2025 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-95/2025 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın predmeti hərbi xidmət dövründə döyüş tapşırıqlarının icrası zamanı alınmış travma, yəni bel, oma və boyun fəqərələrinin protruziya və yırtığının müalicəsi üçün asa nəzərdə tutulmuş sanator kurort müalicəsi təyinatına görə sanator kurort puyovkasının verilməsi öhdəliyinin Nazirlər Kabinetinin 12 avqust 2002 ci il tarixli, 128 saylı qərarı ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin tabeliyindəki Goranboy rayonu müalicə sektorunun üzərinə qoyulması olub. Lakin cavabdehin əsassız şəkildə və xüsusi savadsız və səriştəsiz cümlələri ilə onu işləyən hərbi qulluqçu kimi göstərməklə hakimi çaşbaş salıb. “Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərilir ki, “Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır”. Yazılışdan da göründüyü kimi istefaya buraxılmış, amma o tərxis edilmiş, yəni birdəfəlik bütün növ təminatlardan çıxarılmışdır və tərxis edilmə istefadan kəskin şəkildə fərqlidir. Həm də 20 təqvim ili deyil 8 təqvim ili xidmət etmiş və 4 il də üzərinə gəldikdə cəmi 12 il edir. O artıq hərbi qulluqçu deyil və hüquqları məhdudlaşdırıla bilməz. Sadəcə diqqətə çatdırılır ki, işləyən əlillərin içində hərbi qulluqçular da var məhz əlilliyi olan və pensiya alan hərbi qulluqçu dedikdə işləyən və əlillik pensiyası da alan hərbi quluqçular nəzərdə tutulur. Belə ki, o, pensiya almaq hüququ olan hərbi qulluqçu deyil, pensiya almır, əlillik müavinəti alır. Pensiya yaşa görə verilir, amma o, xidmətini 25 il başa çatdıra bilmədiyi üçün müavinət alır. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Onun iddiası da qanunlar, Nazirlər Kabinetinin qərarları və əlillliyi olan şəxslərə münasibətdə digər qanunvericilik aktlarından irəli gəlir. Buna baxmayaraq, məhkəmə qərar çıxararkən bu hüquq normalarına, eləcə də prosessual hüquq normalarına əsalanmamış, bu normaları düzgün tövsif etməmiş və ya tövsif etməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 723 nömrəli qərarı ilə (Xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı “Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. -İddiaçı “Şizofreniya paranoid forma” diaqnozu üzrə xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə isə müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Sanatoriya-kurort müalicəsinə xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, İddiaçı “Başın çoxsaylı travmaları qapalı fəqərə sütununun onurğa beyin travması. C6- C7 fəqərəsinin diskin travmatik yırtığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2019). C6-C7 diskektomiya, C6 repozisya Peak Cage korporodez, titan lövhə ilə spondilodez. icra olundu. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), İşemik mielopatiya. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Spastik paraplegiya, aşağı ətrafların dərin paraparezi, yuxarı ətrafların paraparezi: Şizofreniya paranoid forma. Remissiya mərhələsi” və “C-3 C 4 diskdə 2mm protruziya. Daimi kökcük ağrıları ilə” diaqnozları üzrə sanatoriya-kurort müalicəsi məsləhət görülmüşdür. Həmin göstərişin verildiyi tarixdən 12 ay ərzində (əlillik statusu itirilmədikdə) etibarlı olduğu qeyd edilmişdir. -Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 81 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixdə Goranboy RMX-nın həkim müayinəsindən keçmiş və ona aşağıda göstərilən diaqnoz təyin edilmişdir. Diaqnoz: “M51.4, L3-L4, L4-L5 disklərdə qabarmalar. L5-S1 diskdə sol paromedikal subartikulyar foreal disk səviyyəli ekstruziyası – 6mm. C3-C4 diskdə 2mm protrusiya. C5-C6 diskdə 2,5mm protrusiya. Radikulopatiya”. -İddiaçı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və Agentliyin Gəncə-Daşkəsən regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina cavabı ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq o, hərbi qulluqçu kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir. Odur ki, onun Sosial Xidmətlər Agentliyi tərəfindən sanatoriya kurort yollayışı ilə təmin olunmağı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına uyğun deyildir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-17-4/2-X-11864/2023 nömrəli məktubunda bildirilmişdir ki, ona xx.xx.2015-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə müddəsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür. -Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli məktubunda bildirilmişdir ki, tərəflərindən ona qanunamüvafiq olaraq, növbəlilik əsasında, yollayışın qismən dəyəri ödənilməklə (15%-i) yalnız məcburi dövlət sosial sığorta vəsaitləri hesabına olan sanatorkurort yollayışlarının verilməsi mümkündür. Bunun üçün onun ilk öncə ərazisində yerləşən qeydiyyatda olduğu poliklinikaya müraciət edərək, hansı xəstəlikdən əziyyət çəkdiyi qeyd olunmaqla sanator-kurort arayışı (bu forma 88 və yaxud başqa adda ola bilər) almağı vacibdir. Daha sonra müvafiq sənədlər toplanılmaqla təyinatı üzrə müvafiq sanatoriyaya göndəriş (yollayış) üçün onlara müraciət edə bilər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-17-4/2-X-16266/2023 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür. Sanatoriya-kurort müalicəsi ilə təmin olunma məsələləri Agentliyin səlahiyyətləri xaricində olduğundan, müraciəti aidiyyəti quruma yönləndirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-17-3/2-X-19622/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı və 2021-ci il 23 dekabr tarixli 406 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar ilə müəyyən olunmuş imtiyazlı (əlillərin, 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxs, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların va ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çerobıl AES-də qəzanın nəlicələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş) şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün yuxarıda qeyd olunan imtiyazlı şəxslər Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort müalicəsinə göstərişinə və ya yerli tibb müəssisəsinin sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialına müraciət etməklə növbəlilik əsasında təmin olunurlar. Eyni zamanda bildirilir ki, qeyd olunan Qərarlarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Qeyd olunan hərbi qulluqçuların zəruri sənədləri aidiyyəti üzrə müvafiq orqana təqdim etmələri tövsiyə olunur. Qeyd olunan Qərarlarla təsdiqlənmiş müvafiq qaydalara əsasən imtiyazı olmayan şəxslərin sanatoriya-kurort putyovkası (yollayış) ilə təmin olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyəti xaricindədir. -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1/2-X-12101/2-31-17979/2023 nömrəli məktubunda bildirilmişdir ki, müraciətin araşdırılması üçün TƏBİB tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) sorğu göndərilmişdir. Goranboy RMX tərəfindən təqdim edilmiş məlumatda onun İİ qrup əlilliyə görə müavinət aldığı, Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olduğu, imtiyazlı qrup xəstə kimi davamlı olaraq göstəriş olan dərman preparatları ilə təmin edildiyi və Səhiyyə Nazirliyinin Alt Sistemində 2016-cı il tarixdən vətəndaşların 88 saylı formaları “Online” sistem vasitəsilə göndərildiyi üçün 88 saylı formanın Alt sistemdə mövcud olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-17-4/2-X-24757/2023 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 519 nömrəli Qərarına əsasən anamnezində ruhi xəstəliklər olan şəxslərin reabilitasiya müəssisələrində müalicə kursu keçməsinə tibbi göstəriş yoxdur. -Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-39/3-137/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən aşağıda göstərilən diaqnoz Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır. Vətəndaş İİ qrup əlildir. Diaqnoz: Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində. Qeyd: Vətəndaş qeyd olunan diaqnozla xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Gəncə şəhər Ruhi-əsəb Dispanserində stasionar müayinə və müalicədə olmuşdur. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-14263/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı dair göndərişin (Forma 088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən vətəndaş qeyd etdiyi dövrdə 20 nömrəli Tibbi-sosial ekspert komissiyasına yaxınlaşmış, Naftalan sanatoriyakurort mərkəzinə tibbi göstəriş almış, lakin həmin ərazi üzrə xidmət göstərən Sosial Xidmətlər Agentliyinin rayon fililalına təqdim etmədiyindən aktiv növbəliliyi mövcud deyildir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-245556/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, sərəncamda da istinad edilmiş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci hissəsində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizinin, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyasının hər il təsdiq edilən dövlət büdcəsində müvafiq istiqamətlərə (bir sıra qurumların adı çəkilməklə) nəzərdə tutulmuş vəsait hesabına ödənildiyi, 3-cü hissəsinə əsasən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsinin dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirildiyi qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin məcburi dövlət sosial sığortası üzrə sanatoriya-kurort müalicəsi üçün xərclərin ödənilməsi qaydasını əks etdirən 9-cu bölməsində isə sığortaolunanların sanatoriya-kurort müəssisələrində müalicə olunmaq üçün aldıqları yollayışların dəyərinin məcburi dövlət sosial sığortası vəsaitləri hesabına ödənildiyini, məcburi dövlət sosial sığorta vəsaitləri hesabına “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan bütün sığortaolunanlar və məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılar olan vətəndaşlara sanatoriya-kurort yollayışlarının dəyərinin tam və ya qismən ödənildiyini, eyni zamanda sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılması yolu ilə həyata keçirildiyini, ayrılan vəsaitlərin məqsədyönlü xərclənməsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsuliyyət daşıdığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriya-kurort müalicəsi üzrə daxil olan vəsaitin və xərclərin uçotunu aparmalı olduğunu, bu barədə Fonda hər rüb artan yekunla müəyyən olunmuş formada hesabat təqdim etməli olduğunu, həmkarlar ittifaqlarının orqanlarının sanatoriya-kurort müalicəsi vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinə nəzarət etmələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sığortaolunanların sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitlərin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanıldığı, sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitin başqa məqsədlərə yönəldilməsinə yol verilmədiyini, sanatoriya-kurort müalicəsi üçün ayrılmış vəsaitin başqa məqsədlərə xərclənməsində günahkar olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını təsbit edən və digər əsasən maliyyə əhəmiyyətli tənzimləyici müddəalar əksini tapmışdır. Məlumat üçün əlavə olaraq qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən müvafiq qanunvericiliyə də uyğun olmaqla, əvvəlki illərdə olduğu kimi, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriyakurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər” adlı xərc istiqaməti ilə (3.2-ci maddə ilə) vəsait nəzərdə tutulmuş, həmin məbləğ üzrə ilin əvvəlindən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müvafiq qaydada razılaşdırılmış aylıq və rüblük bölgüyə uyğun olaraq Fonddan Konfederasiyaya aylıq vəsait məbləğlərinin köçürülməsi davam etdirilməkdədir. Bununla belə, qeyd edilənlərə də nəzərən məsələ ilə bağlı həll yolunun müəyyənləşdirilməsinin, o cümlədən tələb edilən məlumat və informasiyaların əldə olunmasının bilavasitə Fondun funksional imkanları dairəsində olmaması nəzərə alınaraq məsələyə Fond səviyyəsində daha geniş rakursdan baxılaraq konkret həll istiqamətlərinin müəyyənləşdirilməsi mümkün olmamaqdadır. -Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, ******* nömrəli cavab məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinə əsasən “yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş boyük və yüksək rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbitibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Qanunvericiliyin qeyd olunan imperativ normaları göründüyü kimi, iddiaçı yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı hallarda yalnız onun hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kururot müalicəsi almaq hüququ yaranmış olur. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-22212/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı dair göndərişin (Forma 088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən vətəndaş qeyd etdiyi dövrdə 20 nömrəli Tibbi-sosial ekspert komissiyasına yaxınlaşmış, Naftalan sanatoriyakurort mərkəzinə tibbi göstəriş almış, lakin həmin ərazi üzrə xidmət göstərən Sosial Xidmətlər Agentliyinin rayon fililalına təqdim etmədiyindən aktiv növbəliliyi mövcud deyildir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-23/2-1373/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətinin təmin olunması üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulur və onun tərkibində əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması xərcləri mövcuddur. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-3/2- 9759/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara uyğun olaraq İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. Sözügedən Qərarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Sosial Xidmətlər Agentliyinin səlahiyyəti xaricindədir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtləri yoxlanılarkən, həmçinin iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Göründüyü kimi, İddiaçı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və Agentliyin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə ona imtina cavabı verilmişdir. İddiaçı qeyd edilən imtinanı məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia ilə bağlı tələbetmə hüququna (subyektiv hüquqa) malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbin mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 723 nömrəli qərarı ilə (Xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı “Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır“ kimi müəyyənləşdirilmişdir. İddiaçı sonuncu dəfə Gəncə Ruhi- Nevroloji Dispanserin göndərişi üzrə “Şizofreniya paranoid forma” diaqnozu üzrə xx.xx.2015-ci il tarixdən müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Sanatoriya-kurort müalicəsinə xx.xx.2022-ci il tarixli göstərişə əsasən, İddiaçı “Başın çoxsaylı travmaları qapalı fəqərə sütununun onurğa beyin travması. C6-C7 fəqərəsnin diskin travmatik yırtığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2019). C6-C7 diskektomiya, C6 repozisya Peak Cage korporodez, titan lövhə ilə spondilodez. icra olundu. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), İşemik mielopatiya. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Spastik paraplegiya, aşağı ətrafların dərin paraparezi, yuxarı ətrafların paraparezi:” diaqnozları üzrə sanatoriya-kurort müalicəsi məsləhət görülmüşdür. İddiaçı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmiş, imtinasının əsasını iddiaçının pensiya almaq hüququ olan hərbi qulluqçu olması və həmin növ kateqoriya şəxslərə münasibətdə sanatoriya-putyovka göndərişi verilməsinin Agentliyin səlahiyyətində olmaması, bu məqsədlər üçün Agentliyə maliyyə vəsaitinin ayrılmamasıdır. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə aşağıdakı qanunvericilik aktlarının müvafiq bəndlərinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları“na görə: Bənd 1. Bu Qaydalar “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsini tənzimləyir. Bənd 2. Sanatoriya-kurort müalicəsini almaq üçün sanatoriya-kurort putyovkaları (yollayışları) işləməyənlərə - dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə dövlət sosial müdafiə fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına bu Qaydalarda göstərilmiş şəxslərə növbəlilik əsasında pulsuz verilir. Bənd 3. Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və “Əmək pensiyaları haqqında“ Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində). Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası“na görə: Bənd 1. Bu Qayda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa), “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların (bundan sonra - hərbi qulluqçular) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmasını tənzimləyir. Bənd 2. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X4 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Bənd 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyə görə pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bənd 4. Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsini almaq üçün hərbi qulluqçular tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini müvafiq orqana təqdim etməklə növbəyə götürülərək putyovkalarla təmin olunurlar. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 405 saylı Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli, 128 nömrəli Qərarına aşağıdakı dəyişikliklər edilmişdir:
1. Adında və 1-ci hissədən “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların“, sözləri çıxarılsın.
2. Həmin Qərarla təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayə-sindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları” üzrə: 2.1. adından və 1-ci hissədən “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların,” sözləri çıxarılsın; 2.2. 3-cü hissə üzrə: 2.2.1. birinci abzasdan “Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla),” sözləri çıxarılsın; ... Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021- ci il tarixli, 406 saylı Qərarı ilə “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaya görə : Bənd 4.1. Əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş X5 nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar. Bənd 4.2. İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (bundan sonra – təşkilat) işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Bənd 4.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir. Bənd 4.4. Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir. Bənd 4.5. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə X5 göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 (bir) iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir. “Hərbi qulluqçuların statusu haqqında“ Azərbaycan Respublikası Qanununa görə: Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ
5. Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.
6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Beləliklə, qeyd olunan normaların təhlili ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir. Cavabdeh orqan iddiaçının əlilliyə görə pensiya alan hərbi qulluqçu olmasına istinad edərək, iddiaçıya sanatoriya-putyovkası verilməsinin “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimləndiyini və belə olan halda, həmin tənzimləmənin Sosial Xidmətlər Agentliyinin səlahiyyətində olmadığını iddia etmişdir. İddiaçı isə xəstəliyinə görə ehtiyata buraxılmasına və əliliyə görə pensiya almasına baxmayaraq, onun “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçu olmadığını, sözügedən Qaydaların yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçulara şamil edildiyini, ona sanatoriya putyovkasını məhz Sosial Xidmətlər Agentliyinin verməli olduğunu iddia edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda adıçəkilən “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın 4.3-cü bəndinin məzmununa əsasən qanunverici pensiya almaq hüququ olan şəxs dedikdə, bunun əlilliyə yaxud yaşa görə pensiya almaq hüququ olan şəxs mənasında ayırmamış, hər hansı fərq qoymamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya sanatoriya-putyovka verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin səlahiyyətinə aid olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi digər cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə münasibətdə isə qeyd etmişdir ki, həmin orqan da hazırki işdə sanatoriya-kurort putyovkası (yollayış) verilməsi üçün səlahiyyətli orqan deyildir. Məhkəmə kollegiyası həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Ona görə ki, “Hərbi qulluqçuların statusu haqqında“ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 148-ci maddəsinə əsasən “yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş boyük və yüksək rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Yəni, şəxs yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı və 20 il və daha çox xidmət etdiyi halda sanatoriya-kurort müalicəsi almaq hüququ yaranmış olur ki, iddiaçıya münasibətdə həmin şərtin ödənilmədiyi müəyyən edilir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunma bu barədə X5 göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxsə növbəlilik qaydasında verilir. Sanatoriya-kurort müalicəsi reabilitasiya tədbiridir və psixi pozuntu xəstəliyinə görə əlilliyi təyin edilmiş şəxsə onurğa sütununun xəstəliklərinə görə kurort müalicəsinə göstərişin verilməsi, dolayısıyla putyovkanın verilməsi mümkün deyildir. Buna baxmayaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdə belə göstəriş verilmiş olsa da, onun qüvvədə olma müddəti 12 ay müəyyən edilmişdir və iddiaçı sözügedən göstərişlə həmin müddətdə putyovka ilə təmin olunmaq üçün növbəliliyə alınma üçün müraciət etməmiş və növbəyə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı halda müvafiq iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı hüquqi marağına çatmaq üçün sanatoriya-kurort müalicəsinə ehtiyac duyduğu xəstəlikləri üzrə əlilliyinin müəyyən edilməsi üçün göndəriş rəsmiləşdirilməsi üçün müraciət etməli, müraciəti müsbət təmin olunduqdan sonra barəsində X9 tərtib olunmaqla, bu zaman onun sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdiriləcəyi və belə göstəriş veriləcəyi təqdirdə sanatoriya-kurort müalicəsinə putyovkanın verilməsi üçün aidiyyəti müvafiq quruma müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-95/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.