Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-53/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X7, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı) “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-129/2022 saylı qərarından iddiaçı "xxxx" İstehsal Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 17 avqust 2021-ci il tarixli, **********9 saylı məktubunda "xxxx" İstehsal Kommersiya Şirkətinin 2018-ci ilin 01 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) fəaliyyət növünə görə dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmişdir.
2. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********3 nömrəli bildirişdən görünür ki, "xxxx" İstehsal Kommersiya Şirkətinin 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmişdir.
3. "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixdən məcburi dövlət sosial sığorta haqqı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcu barədə məlumat cədvəlindən görünür ki, "xxxx" İstehsal Kommersiya Şirkətinin məcburi dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcunun olduğu qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 9/2355 nömrəli rəydən görünür ki, iş materiallarında olan mövcud sənədlər əsasında, yəni “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar, işə götürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə cədvəllər, "xxxx" İKŞ xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər cədvəli və s.” məlumatlar nəzərə alınmaqla "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləği 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, faiz borcu 2322.10 manat) məbləğində müəyyən edilir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3218/2024 nömrəli rəydən görünür ki, iş materiallarında olan mövcud sənədlər əsasında, yəni “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar, işə götürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə cədvəllər, "xxxx" İKŞ xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər cədvəli və s.” məlumatlar nəzərə alınmaqla "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləği 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, faiz borcu 2322.10 manat) məbləğində müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 9911,35 manat (7589,25 manat əsas borc, maliyyə sanksiyası 0 manat, faiz borcu 2322,10 manat) əsassız hesablanmış borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" İstehsal Kommersiya Şirkətinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ötürülmüş 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, maliyyə sanksiyası 0 manat və faiz borcu 2322,10 manat) borcun yarandığını bildirmişdir. 2019-cu ilin 1 yanvarından etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinin səlahiyyətinə verilməsindən sonra Dövlət Vergi Xidmətinin e-taxes.gov.az elektron portalı vasitəsilə xx.xx.2021-ci il tarixli məktubla 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, yanlış hesablanmış borc məbləğinin silinməsini tələb etmiş, lakin cavabdeh tərəfindən borcun silinməsidən imtina edilmişdir. "xxxx" İKŞ-nin dövlət sosial müdafiə fonduna yaranmış borcu cədvəlin birində 2009-2015-ci illəri, digərində isə 2006-2018-ci illəri əhatə edir. "xxxx" İKŞ-də saxlanılan 2010-cu ilin birinci və dördüncü, 2011-ci ilin 4-cü rübünə dair hesabat sənədlərindən göründüyü kimi ödənilmiş 425 manat əsas borcdan silinmək əvəzinə peniya məbləğindən silinmiş, iki halda isə peniya məbləği rüblük 154,15 manat əvəzinə 275 manatadək şişirdildilmiş, 2014 və 2015-ci ilin yekun hesabatlarında isə hər dəfə 1170 manat, cəmi 2340 manat artıq borc hesablanmışdır. Səhv və şişirdilərək aparılmış hər bir hesablama nəticədə bütünlükdə əsassız borc və peniya məbləği yaranmış, bu halda Vergi Məcəlləsinin 94.0.1.maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşsə də, cavabdeh qanunla müəyyən edilmiş sübut etmə vəzifəsini də icra etməmişdir. İddiaçı qeyd olunan əsaslardan əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsini əsas gətirərək cavabdehin iddia müddətini buraxdığını da bildirərək əsassız hesablanmış borcun silinməli olduğunu qeyd etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X8 və vəkili X6 iddianı müdafiə etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, "xxxx" İstehsal Kommersiya Şirkəti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, "xxxx" İstehsal Kommersiya Şirkətinə hesablanmış 9723,84 manat borcun silinməsini xahiş etmişdir. Müraciətin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 17 avqust 2021 -ci il tarixli, **********9 saylı cavab məktubunda "xxxx" İstehsal Kommersiya Şirkətinin 2018-ci ilin 01 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) fəaliyyət növünə görə dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmiş və "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcları və ödənişləri barədə məlumat təfsilatı ilə həmin məktuba əlavə edilmişdir. Həmin cədvəldən "xxxx" İKŞ-nin xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun 7589,25 manat və borc məbləğinə hesablanmış peniyanın 2322,10 manat, cəmi 9911,35 manat borcu olması görünür. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2019-cu il tarixli qərarına əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər tətbiq edilə bilməz.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2022-ci il tarixli, 2- 1(114)-129/2022 saylı qərarı ilə iddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 (bir yüz) manat məhkəmə xərcinin "xxxx" İstehsal Kommersiya Şirkətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İddiaçının tələbində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli qanunun 2-ci maddəsini əsas gətirərək dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcun silinməli olduğunu bildirmişdir. Lakin məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərdən, həmçinin iddia ərizəsindən də görünür ki, iddiaçının borcu 2006-cı ildən sonrakı dövrləri əhatə edir. Bu səbəbdən də həmin norma iddiaçıya münasibətdə tətbiq edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-129/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə onlar tərəfindən təqdim edilmiş vəsatətdə göstərilən sübutları qiymətləndirməmişdir. DSMF Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən təqdim edilmiş borcun yaranma cədvəlindəki 2.08-ci bənddə göstərildiyi kimi "xxxx" İKŞ tərəfindən 2010-cu ilin dördüncü rübündə sosial sığorta haqqı kimi ödənilmiş 425 manatın 255 manatı 2010-cu ilin dördüncü rübünün penya məbləğindən silinmiş, 2011-ci ilin 4-cü rübündə isə ödənilmiş 200 manatın 47.4 manatı əsas borcdan, 152.6 manatı isə əsas borcdan silinmək əvəzinə penya məbləğindən silinmişdir. 2014 və 2015-ci ilin yekun hesabatlarında isə hər dəfə 1170 manat, cəmi 2340 manat artıq borc hesablanmışdır. Belə ki, 2014-cü ilin 4-cü və 2015-ci ilin 1-ci rüblərində 3 nəfər işçiyə hesablanmış əmək haqqı bu rüblər üzrə ayrı-ayrılıqda 780 manat təşkil etmiş və bu məbləğin dövlət sosial sığorta ödənişi 25 faizlə 585 manat olduğu halda cədvəldə bu ödəniş məbləğləri hər iki rüb üzrə kobud səhv olaraq hər dəfə 1755 manat hesablanmışdır. Bu isə iki rüb üzrə birlikdə 2340 manat artıq hesablama deməkdir. Yanlış hesablama isə borcun ildən-ilə artmasına səbəb olur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin nümayəndəsi X8 ekspertiza rəyi ilə razı olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-129/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-129/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq normaları
17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
19. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə 4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
20. “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Qanunu ilə “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda həmin Qanunla “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əlavə edilmiş son abzasa əsasən məcburi dövlət bosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun bibiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzərdə tutulur.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
22. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
32. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur..
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" İstehsal Kommersiya Şirkəti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ötürülmüş 9723,84 manat əsassız hesablanmış borcun silinməsini tələb etmiş, cavabdeh orqan isə bunda imtina etmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
37. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2021-ci il tarixli, **********9 saylı cavab məktubuna əsasən "xxxx" İstehsal Kommersiya Şirkətinin 2018-ci ilin 01 oktyabr tarixinə 0111 (işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) fəaliyyət növünə görə dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmişdir.
38. İş materiallarına əlavə edilmiş "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixdən məcburi dövlət sosial sığorta haqqı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcu barədə məlumat cədvəlindən görünür ki, "xxxx" İstehsal Kommersiya Şirkətinin məcburi dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmişdir.
39. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən borcun düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 9/2355 nömrəli rəydən görünür ki, iş materiallarında olan mövcud sənədlər əsasında, yəni “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar, işə götürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə cədvəllər, "xxxx" İKŞ xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər cədvəli və s.» məlumatlar nəzərə alınmaqla "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləği 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, faiz borcu 2322.10 manat) məbləğində müəyyən edilmişdir.
40. İddiaçı apellyasiya şikayətinin dəlillərində rüblər üzrə ödənişin ekspert tərəfindən səhv hesablandığını iddia etdiyindən məhkəmə kollegiyasına tərəfindən təqdim edilmiş əlavə sübutlar əsasında təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024 il tarixli, 3-16-16/2-9/3218/2024 nömrəli rəydən görünür ki, iş materiallarında olan mövcud sənədlər əsasında, yəni “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar, işə götürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə cədvəllər, "xxxx" İKŞ xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər cədvəli və s.” məlumatlar nəzərə alınmaqla "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləği 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, faiz borcu 2322.10 manat) məbləğində müəyyən edilmişdir.
41. Məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır.
42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi qeyd edilsə də, məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərdən, həmçinin iddia ərizəsindən də görünür ki, iddiaçının borcu 2006-cı ildən sonrakı dövrləri əhatə edir
43. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-129/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul "xxxx" İstehsal Kommersiya Şirkətindən alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.