Məhkəmə qərarları › İş №2-1(104)-532/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-532/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-532/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2141/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 10 ay 4 gün (xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil edir. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24904,66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci ildə doğulmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə vəzifəsində işləmiş, 84 nömrəli əmrə əsasən öz əmri ilə işdən azad edilmişdir. Lakin bu onun əmək kitabçasında qeyd olunmamışdır. O, pensiya təyin olunması barədə cavabdehə müraciət etsə də, orqan tərəfindən imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2141/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə işlədiyi dövrün, yəni 2 il 03 günün onun mübahisələndirilməyən sosial sığorta stajı olan 21 il 10 ay 04 günə əlavə olunduğu təqdirdə belə pensiya təyini üçün tələb olunan minimum staj şərtini (25 il) ödəmir. İşdəki sənədlərlə iddiaçının ümumi stajının 25 ildən az (21 il 10 ay 4 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil etdiyi müəyyən olunur. Belə olan halda iddiaçının tələb etdiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi zamanı da tələb olunan 25 il ümumi staj toplanmış olmur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan kapitaldan azdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasına baxış keçirilməsini tələb etmiş, bu zaman 10 iyun 2022-ci il tarixdən hal-hazıradək “X5” MMC-dı “Belaz” sürücüsü işlədiyi müəyyən olunurdu. Eləcə də o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 6 ay müddətində və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay, 21 saylı Ərazi Məşğulluq İdarəsində işsizlikdən sığorta ödənişi almışdır. Həmin 9 ay da onun sosial stajına daxil edilməlidir. Göründüyü kimi iddia mümkün sayılıb müsbət nəticə verilsəydi, 2 il sosial sığorta stajı yaranardı. Beləliklə,sosial sığorta stajı 21 il 10 ay 04 gün+2 il+1il+9ay ümumi sosial sığorta stajı, ümumilikdə 25 il 7 ay təşkil edir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv ediliməsini, iddianın mükün sayılaraq təmin edilməsini xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi dəqiq göstərilməli, həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin etməli, tələbdə olan formal xətalar iddiaçının diqqətinə çatdırılmaqla hüquqi yardım olunmalı, yalnız iddiaçının verdiyi ərizə ilə tələb dəqiqləşdirildikdən sonra hüquqi qiymət verilməlidir. Hazırki ərizədə iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım olunmamış, tələb iddiaçı tərəfindən dəqiqləşdirilməmişdir. Kollegiyası qeyd edir ki, işə təkrar baxılan zaman inzibati orqan tərəfindən hansı illərin mübahisələndirildiyi müəyyən edilməli, daha sonra iddiaçıya hüquqi yardım olunmaqla iddia tələbinin dəyişdirilməsi təklif edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az (21 il 10 ay 4 gün (xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil etdiyi, eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd olunmuş, birinci instansiya məhkəməsi də imtina dəlilləri ilə razılaşaraq iddia tələbini mümkün saymamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə İPM-in 12 və 58-ci maddələrinin tələbinə əməl etməyərək iddiaçının təqdim etdiyi sənədlər üzrə araşdırma aparmamış, rəsmi sorğu göndərməmiş, təqdim edilən sənədlər üzrə məlumat əldə etməmişdir. İmtina məktubundan göründüyü kimi iddiaçının yalnız ümumi stajı mübahisələndirilmişdir. İş matreillarında olan əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" Group MMC Belaz sürücüsü peşəsinə işə qəbul edilmişdir. Sığortaolunan haqqında məlumatdan görünür ki, X2 SSN**********976 nömrəsinə 08.20xx-xx.2022-ci il tarixədək sığorta haqqı ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ona sosial sığorta stajı yaradan əmək fəaliyyəti və bununla bağlı hər hansı mübahisələndirmə iddianın əsaslılığının müəyyən edilməsi zamanı müəyyən olunur. Qeyd edilən məsələ iddianın mümkünlüyünün müəyyən edilməsi deyil, əsaslılığın müəyyən edilməsi mərhələsində araşdırılmalı idi. Belə ki inzibati orqanın müvafiq səlahiyyəti çərçivəsində apardığı icraatının qanuniliyi və əsaslılığı iddianın əsaslılığı mərhələsində müəyyən edilir. Azərbaycan Respublikası İPM-in 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2141/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Teyyub Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar