Məhkəmə qərarları › İş №2-1(104)-532/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-532/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-532/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsinin sığorta ödənişli əmək stajına hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-554/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 217 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

3. İddiaçıya məxsus əmək kitabçasında 01 fevral 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və 17 noyabr 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Qeydlər Bərdə rayon Komsomol təşkilatının katibi Z.Əhmədov tərəfindən imzalanaraq, möhürlənmişdir.

4. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 194 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq H.Aslanov, M.Hüseynzadə kolxozunda (AİM) 1975-1995-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən onun 1975-1977, 1982-1995-ci illərdə kolxozda işləyərək əmək haqqı aldığı müəyyən edilir.

5. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 283 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Bərdə Rayon Komsomol Komitəsinə aid hər hansı sənəd Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı 1977-1979-cu illərdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək haqqı almasına dair hər hansı məlumatı vermək mümkün olmamışdır.

6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) ümumi sığorta stajı 22 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 21 gün sığorta stajına uyğun olaraq 17651,07 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3882,08 manat olmaqla ümumilikdə 21533,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Qarabağ regional DOST Mərkəzinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, əmək müqaviləsi (Bərdə Rayonu Böyük Göyüşlü Bələdiyyəsi) qüvvədə olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqaviləsinə xitam verildikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququuz vardır.

7. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 153 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 1977-1979-cu il tarixlərdə Azərbaycan Lenin Kommunist X13 Rayon Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə komsomol təşkilatının sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir.

8. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-38/2/394 nömrəli cavab məktubunda sözügedən məsələ ilə heç bir məlumat olmadığı bildirilmişdir.

9. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasında İddiaçı 1975-1976-cı illərdə Həzi Aslanov adına kolxozda kolxozçu işlədiyi, xx.xx.1977-ci il tarixdən rayon komsomol təşkilatında işə girdiyi üçün kolxozla əlaqəsinin kəsildiyi qeyd edilmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli, 1-2-28/2-127/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu Həzi Aslanov adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əmək haqqı almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsinin sığorta ödənişli əmək stajına hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmaqla Bərdə rayonunun Böyük Göyüşlü kəndində daimi yaşayır. Ali təhsillidir, 1983-cü ildə D.Bünyadzadə adına X8 qiyabi olaraq bitirmişdir. 1975-1995-ci illərdə Bərdə rayonu Həzi Aslanov adına kolxozunda müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləmişdir. xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuşdur və bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunmuş yaş həddinə çatmışdır. Odur ki, müvafiq sənədləri, o cümlədən də 25 il 7 ay 18 gün sığorta stajlı əmək stajının olması barədə sənədləri hazılarayaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Mail Məmmədovun imzası ilə ona verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-281996/2023 saylı cavabda bildirilir ki: “Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən (xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) ümumi birgə sığorta stajınız 22 il 8 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Qarabağ Regional DOST Mərkəzinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Cavabdehin yuxarıda göstərilən əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsini qanunsuz hesab edir. Belə ki, onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilat sahibi vəzifəsində işləməsi bu barədə əmək kitabçasında yazılmış qeydlərlə təsdiq olunur. Həmin qeydlər Bərdə Rayon Komsomol Komitəsinin möhürü və komitənin katibi Z.Əhmədovun imzası ilə təsdiq edilmişdir. Həmin qeydlərin qarşısında əmr nömrəsi və tarixi yazılmaması isə onunla əlaqədardır ki, o, Həzi Aslanov adına Kolxozun komsomolçularının ümumi yığıncağının qərarı ilə bu kolxozun komsomol təşkilat katibi seçilmişdir, yəni həmin vəzifəyə əmrlə təyin edilməmişdir. Odur ki, cavabdehin əmək kitabçasında əmr nömrəsi və tarixi yazılmaması səbəbi ilə onun əmək kitabçasıın qeydlərini nəzərə almamasını qanunsuz və əsassız hesab edir. Mərkəzi Filialın cavabında göstərilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) mən Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləmişdir və həmin vəzifə üzrə aylıq əmək haqqı 110 (bir yüz on) manat olmuşdur. Bu vəzifədəki əmək stajı da nəzərə alınarsa onun ümumi sığorta ödənişli əmək stajı 25 il 7 ay 18 gün təşkil edir (22 il 8 ay 21 gün + 2 il 8 ay 17 gün). Bərdə rayonu Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi işlədiyim dövrdə əmək haqqı Bərdə Rayon Komsomol Komitəsi tərəfindən ödənilmişdir. 1991-ci ildən etibarən komsomol və kommunist partiyası təşkilatları ləğv olunmuşdur. Odur ki, o, əmək kitabçasında Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini əmr nömrələri və həmin əmrlərin tarixləri qeyd edilməklə işlənilməsini (yazılmasını) təmin edə bilməz. Onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) Bərdə rayon Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi faktdır və bu faktın yüzlərlə şahidi vardır. Vəkil sorğusuna cavab olaraq Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 283 nömrəli arayışda bildirilir ki: “Bərdə rayon Göyüşlü kənd sakini İddiaçı Bərdə rayon Komsomol Komitəsinə aid olan hər hansı bir sənəd Bərdə rayon Dövlət arxivinə təhvil verillmədiyi üçün, vətəndaşın 1977- 1979-cu illərdə Bərdə rayon H.Aslanov adına kolxozun ilk /azad/ komsomol təşkilatının vəzifəsində işləməsi və bununla əlaqədar olaraq Bərdə rayon Komsomol Komitəsindən hansı məbləğdə əmək haqqı almasına dair heç bir məlumat əldə olunmadı.” Beləliklə də onun tərəfindən qanunla müəyyən edilmiş qaydada təşəbbüs göstərilmişdir ki, həqiqətən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini təsdiq edən müvafiq rəsmi sənədlər əldə etsin, lakin buna nail ola bilməmişdir. Onun həqiqətən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini sübut üçün məhkəmə iclasına dəvət edəcəyi şahidlər barədə məlumatları məhkəmənin diqqətinə çatdırır: 1.X5 (Şəxsiyyət vəsiqəsi AZE 14256306, FİN 13830630, tel: 050-595-26- 78 , Bərdə rayonu Böyük Göyüşlü kənd sakinidir) 2.X9 (Şəxsiyyət vəsiqəsi AZE 15129619, FİN 1 WJESXT, Bərdə rayonu Gülgəzli kənd sakinidir) 3.X10 (Şəxsiyyət vəsiqəsi AZE 16042113, FİN 2U12S2V, tel: ***-***-**-** , Bərdə rayonu Kolayır kənd sakinidir) 4.X4 (Şəxsiyyət vəsiqəsi AZE 14257436, FİN 0XLYCC7, tel: ***-***-**-** , Bərdə rayonu Mollaəhmədli kənd sakinidir).

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

14. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı İ.X15 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-281996/2023 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri geyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2023-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: - Mübahisələndirilməyən dövrlər: 22 il 8 ay 21 gün - Mübahisələndirilən dövrlər: 2 il 9 ay 16 gün - Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrü. Qeyd etmək lazımdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğundan (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin mötəbərliyi şübhə doğurur. Həmçinin Bərdə rayon Dövlət Arxivi tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlərişçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 21 gün sığorta stajı uyğun olaraq 17651,07 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3882,08 manat olmaqla ümumilikdə 21533,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-554/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

18. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli, 1-2-28/2-127/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu Həzi Aslanov adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əmək haqqı almışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-554/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün iddiaçı təqsirli sayıla bilməz. İddiaçıya məxsus əmək kitabçasında 01 fevral 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və 17 noyabr 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli, 1-2-28/2- 127/2025 nömrəli cavab məktubuna əsasən Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərində İddiaçı Bərdə rayonu “Həzi Aslanov adına kolxoz” komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əməkhaqqı aldığı aşkar edilmişdir. Məhkəmə göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Hesab edilir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı mübahisələndirilən dövrləri 2 il 9 ay nəzərə alınsa da, iddiaçının xx.xx.2023-cü il tarixinə olan sosial sığorta stajı 24 il 4 ay təşkil edəcəyindən onun həmin tarixə pensiya hüququ yaranmır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2023-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğundan (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin mötəbərliyi şübhə doğurur. Həmçinin Bərdə rayon Dövlət Arxivi tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon Həzi Aslanov adma kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlərişçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

26. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə ləğv edilmişdir) Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən aparılır.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

34. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) ümumi sığorta stajının 22 il 8 ay 21 gün təşkil etdiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixinədək 19 il 21 gün sığorta stajına uyğun olaraq 17651,07 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3882,08 manat olmaqla ümumilikdə 21533,15 manat təşkil etdiyini və bu məbləğin qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından az olmasını və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermədiyini, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

49. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

50. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 22 il 8 ay 21 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrləridir (2 il 9 ay 16 gün).

51. Cavabdeh inzibati orqanın imtinasının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) və Bərdə rayon Dövlət Arxivi tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək olan dövrlərin Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumatın aşkar edilməməsi olmuşdur.

52. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının birinci dəlilinə, yəni əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrlərin iddiaçının stajına hesablanmaması onun sosial təminat hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.

53. Belə ki, iddiaçının əmək pensiyası yaşına çatdığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

54. Göründüyü kimi, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır.

55. İş materillarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında onun 01 fevral 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və 17 noyabr 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Qeydlər Bərdə rayon Komsomol təşkilatının katibi Z.Əhmədov tərəfindən imzalanaraq, möhürlənmişdir.

56. Eyni zamanda, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında da İddiaçı 1975-1976-cı illərdə Həzi Aslanov adına kolxozda kolxozçu işlədiyi, xx.xx.1977-ci il tarixdən rayon komsomol təşkilatında işə girdiyi üçün kolxozla əlaqəsinin kəsildiyi qeyd edilmişdir.

57. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli, 1-2-28/2-127/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu Həzi Aslanov adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əmək haqqı almışdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

59. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilmiş İddiaçı mübahisələndirilən dövrləri-2 il 9 ay nəzərə alınsa da, iddiaçının xx.xx.2023-cü il tarixinə olan sosial sığorta stajının 24 il 4 ay təşkil edəcəyi ilı bağlı dəlilini tamamilə əsassız hesab edir. Belə ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının 22 il 8 ay 21 gün mübahisələndirilməyən sığorta stajının olmasını özü qəbul edir. Mübahisələndirilən dövr nəzərə alındıqda isə tələb olunan 25 il sığorta stajı yaranır.

61. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (22 il 8 ay 21 gün) və mübahisələndirilən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrləri-2 il 9 ay 16 gün) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

62. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

63. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

64. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-554/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar