Məhkəmə qərarları › İş №2-1(104)-533/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-533/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-533/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məcidov Rüfət Azadəli oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-1(114)-323/202N nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, əmək pensiyasından tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən “Əmək pensiyasının sığorta hissəsinin ödənilməsi və artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/2-M-269316/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş ona dair 28 oktyabr 2019-cu il tarixli MN- 12N09 nömrəli məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə uyğun qaydada 16 oktyabr 2019-cu il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş məktubda 27 oktyabr 2020-ci il tarixindən sözügedən quruma yenidən xidmətə cəlb olunduğu qeyd edilib. Bununla əlaqədar olaraq, 27 oktyabr 2020-ci il tarixindən əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq yalnız sığorta hissəsi (173,0N manat) ona ödənilir. Eyni zamanda bildirilir ki, əmək pensiyası 27 oktyabr 2020-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 41787,86 manat vəsait cari ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir.

İşdə olan sənədlər:

2. Məhkəmə sorğusu ilə cavabdeh orqandan təqdim olunmuş İddiaçı pensiya işindən müəyyən edilir ki: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 28 oktyabr 2019-cu il tarixli MN-12N09 nömrəli məlumat vərəqinə əsasən ona xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş məktubda 27 oktyabr 2020-ci il tarixdən sözügedən quruma yenidən xidmətə cəlb olunduğu qeyd edilmişdir. - Bununla əlaqədar olaraq, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-11430/2023 nömrəli qərara əsasən İddiaçı əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq, yalnız sığorta hissəsi (173,0N manat) ona ödənilməyə başlanılmışdır. - Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023- cü il tarixli 3-17-1/3-7-13124/2023 nömrəli qərara əsasən İddiaçı hərbi xidmətə qayıtması ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (173,0N manat) təyin edilmişdir. - İddiaçı əmək pensiyası 27 oktyabr 2020-ci il tarixdən yenidən hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 41787,86 manat vəsaitin 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır. 3.Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət olunaraq, 1 iyul 2017-ci il tarixindən sonra əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmuş N1 nəfər şəxsin əmək pensiyalarının qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanması üçün onların təkrar xidmətə qəbul edilmə tarixləri barədə məlumatın təqdim edilməsi tələb edilmiş və Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Ordusunda yenidən həqiqi hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların xidmətə qəbul edilmə tarixləri barədə siyahı Filiala göndərilmişdir. 4.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 4NN nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə şöbə tərəfindən qismən səfərbərliyə cəlb olunmuş və N saylı hərbi hissəyə təhvil verilmişdir. N. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-2N-14/2- 6612/24 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan "Şəxsi heyətin elektron məlumat sistemi"nə əsasən polkovnik İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmrinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və səfərbərlik bitdikdən sonra bu günədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 Filialının xx.xx.202N-ci il tarixli 3-17-1/2-24400/202N nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X4 Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının ləğvinə dair qərarın ləğv edilməsi və tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X4 Filialına müraciət etmişdir. Belə ki, İddiaçı “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada 16 oktyabr 2019-cu il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin ildən İddiaçı yaşa görə əmək pensiyası almaqdadır. Lakin daha sonra iddiaçıya da məlumat verilmədən ona təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmışdır. Bununla bağlı İddiaçı xx.xx.2023-cü il tarixli müraciət ilə müvafiq quruma dayandırılmanın səbəblərini öyrənmək məqsədilə müraciət etmişdir, lakin onun müraciəti cavabsız qalmışdır. Daha sonra təkrar, xx.xx.2023-cü il tarixində eyni məqsədlə və yaşa görə əmək pensiyasının ləğvi barədə qərarın surətinin onlara təqdim edilməsi barədə müraciət ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə XN Filialına müraciət etmişlər. Cavabdeh 17 noyabr 2023-cü il tarixli, 3- 17-1/2-N-269316/2023 saylı cavab məktubu ünvanlanmışdır, qoşma qismində tələb etdikləri müvafiq ləğv barədə qərarın surəti göndərilməmişdir. Məktubda bildirilmişdir ki, “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Cavabdehin cavab məktubundan aydın olur ki, iddiaçı məcburi hərbi xidmətə çağrıldığı müddətdən iddiaçının əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq yalnız sığorta hissəsi (173,0N manat) ona ödənilir. Həmçinin, iddiaçının əmək pensiyası 27 oktyabr 2020-ci il tarixindən təkrar hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə hissə tutularaq büdcəyə bərpa edilir. Lakin qeyd edilən məktubda cavabdeh inzibati orqanın pensiyanın dayandırılması və əvvəlki ödənişlərin geri tutulması barədə hər hansı bir qərarın qəbul edilməsi barədə məlumat verilməmişdir. Cavabdehin istinad etdiyi “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü bəndi vətən müharibəsi zamanı məcburi hərbi xidmətə çağrılanları deyil, könüllülük əsasında işə düzələn şəxslərə şamil edilməlidir. Bildirirlər ki, İddiaçı 22 oktyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən məcburi qaydada hərbi səfərbərliyə cəlb olunmuş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Göründüyü kimi İddiaçı öz iradəsindən asılı olmayaraq Azərbaycan Respublikasında elan edilmiş hərbi səfərbərliyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən məcburi qaydada hərbi səfərbərliyə cəlb olunmuşdur. İddiaçı pensiyada olduğu müddətdə X2 başlamışdır və 2020-ci ildən ehtiyatda olan zabit kimi hərbi xidmətə məcburi çağırılmışdır. Hesab edirlər ki, İddiaçı pensiyasının dayandırılması tamamilə əsassızdır. Nəzərə çatdırılır ki, İddiaçı evindən, ailəsinin yanından hər an şəhid olma ehtimalı altında hərbi xidmətə çağırılmışdır. Həm X2ndə, həm də sonuncu “1 günlük antiterror” əməliyyatlarında böyük şücaət nümayiş etdirməklə iştirak etmişdir və Ali Baş Komandan tərəfindən medallarla təltif olunmuşdur. İddiaçının əmək pensiyasının dayandırılmasının əsası kimi, “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin sadalanan vəzifələrdə çalışması göstərilmişdir. Lakin iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar çıxararkən şəxsin ehtiyyatda olan hərbi qulluqçu olduğu və hərbi xidmətə məcburi çağırıldığı, N saylı hərbi hissəyə təhvil verildiyi nüansını nəzərə almamışdır.

9. Məhkəmənin xx.xx.202N-ci il tarixli qərardadı hazırki iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11430/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13124/2023 saylı qərarların ləğv edilməsi, İddiaçı pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi və əsassız tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-1(114)-323/202N nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz qərar qəbul edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh orqanın inzibati icraat aparması, iddiaçının dinlənilmə hüququnun təmin edilməsi müəyən edilmir. Məhkəmənin həmin mövqeyinə münasibətdə bildirilir ki,yuxarıda qeyd edilən hallarla əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq mülahizələrin təqdim edilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş olunmuş, həmin məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Lakin iddiaçı qeyd olunan tarixdə Mərkəzi Filiala gəlməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları 1N. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına, iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.N. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. N8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.N. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra cavabdeh orqan tərəfindən əvvəlcə “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-11430/2023 nömrəli qərara əsasən İddiaçı əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq, yalnız sığorta hissəsi (173,0N manat) ona ödənilməyə başlanılmışdır. Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 13124/2023 nömrəli qərara əsasən İddiaçı hərbi xidmətə qayıtması ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (173,0N manat) təyin edilmişdir. İddiaçı əmək pensiyası 27 oktyabr 2020-ci il tarixdən yenidən hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 41787,86 manat vəsaitin 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır.

21. İddiaçı hazırda həmin qərarı mübahisələndirmiş, birinci instansiyası məhkəməsi tələbi təmin etmiş, gəldiyi hüquqi nəticəni “Əmək pensiyası haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə əsaslandırmışdır.

22. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. Göründüyü kimi hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə olan halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. 2N. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

26. Hazırki iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əlverişsiz inzibati aktlar qəbul edilərək yuxarıda qeyd olunan tələblərə zidd olaraq İddiaçı əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi xx.xx.2023-cü il tarixdən dayandırılaraq, yalnız sığorta hissəsi (173,0N manat) ona ödənilməyə başlanılmış, daha sonra İddiaçı əmək pensiyası yenidən hesablanaraq, qulluq stajına görə əlavə hissəsinin xx.xx.2020-ci il tarixdən dayandırılması və yalnız sığorta hissəsinin (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 130,98 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 14N,91 manat, xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə 1N0,88 manat, xx.xx.2023-cü il tarixdən 173,0N manat) ödənilməsi qərara alınmışdır. Nəticədə İddiaçı ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək, həmin vəsaitin 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsi).

28. Nəzərə almaq lazımdır ki, şəxsə əmək pensiyasının (mübahisələndirilən illər nəzərə alınmaqla) cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

29. Göründüyü kimi, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

30. Hazırki işin hallarından görünən odur ki, cavabdeh inzibati orqan pensiyanın yenidən hesablanmasına dair qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, apellyasiya şikayətində hansı hallara görə iddiaçıya ilkin pensiya təyinatını nəzərdə tutan qərarın qanunsuz olmasını və həmin halların məhz 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.

31. İddiaçının pensiya işində və cavabdehin dəlillərində mübahisələndirilən illərin nəzərə alınmamasına dair dəlillərin cavabdeh inzibati orqana pensiyanın yenidən hesablanması barədə qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olması haqqında hər hansı məlumat olması müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərindən göründüyü kimi cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddət axımının başlanması buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirilir.

33. Məhkəmə tərkibi onu da qeyd edir ki, “Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür”.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 17N nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. 3N. Göründüyü kimi, yoxlamalar aparmaq və bu əsasla əmək pensiyasının yenidən hesablanması səlahiyyəti qanunvericilik tərəfindən cavabdeh orqana tanınsa da, sonuncu bu yoxlamaları lazımi qaydada aparmamış və iddiaçının öz xeyrinə dəyişiklik edilməsi ilə əlaqədar etdiyi müraciətindən sonra onun barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.

36. Beləliklə, əmək pensiyası düzgün təyin olunmaqla sonradan vəziyyətin dəyişdiyinə istinad edilsə də, həmin vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən, səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqan tərəfindən araşdırılmalı olduğundan, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh hərəkəti qanuni sayıla bilməz.

37. Bununla yanaşı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə vəsait bərpa edilməyə başlanılmışdır ki, bu da qanuni hesab edilə bilməz. Odur ki apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-1(114)-323/202N nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rüfət Məcidov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar