Məhkəmə qərarları › İş №2-1(104)-534/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-534/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-534/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1967/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən üçüncü şəxs X5 mülkiyyətinə verilmiş və mərhum analarına X6 evinin həyətyanı torpaq sahəsinə dair verilmiş JN-046B saylı və JN- 046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarının hissəvi ləğv edilməsi və JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X3nın oğludur, o, Göygöl rayonu, Tülallar kəndində doğulmuş və həmin kənddə də böyümüşdür. Hərbi xidmətdə olmuşdur. Anasından həmin kənddə qalan evi və həyətyanı torpaq sahəsini hal-hazırda o qəbul etmişdir. Ondan qalan mirası bütövlükdə o idarə etmiş, o qəbul etmiş və sahiblik etmişdir. X3 xx.xx.1997-ci il tarixdə, atası X4 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. Özü Əfqanıstan müharibəsi iştirakçısıdır və 42 il hərbiçi kimi iş stajı var. O, 1992-ci ildən 2000-ci il tarixədək günə gün hərbi xidmət keçirmişdir. Əfqanıstanda və birinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdə iştirak etmişdir. Hərbi rütbəsi baş gizir olmuşdur. Həmçinin bildirmişdir ki, o birinci Qarabağ müharibəsi iştirakçısı və ikinci qrup Qarabağ müharibə əlilidir. O, bu səbəbdən müharibə əlili kimi dövlət rüsumundan azaddır. O mirasın qəbul edilməsi və vərəsəlik işinin Gəncə Asan Xidmətin Notariat Ofisinə rəsmi qaydada müraciət etmiş və həmin müraciətini və əlavə edilmiş sənədini və hamısını notariat orqanına təqdim etmiş, notariat orqanından imtina cavabı almışdır. Digər bir tərəfdən isə yuxarıda göstərdiyi kimi məhkəmənin nəzərinə çatdırır ki, o, qanun üzrə vərəsədir və şəriksiz və şəksiz olaraq, həmin miras əmlaklara sahiblik etmişdir. Lakin məsələ bundan ibarətdir ki, o mirası tam şəkildə sənəd üzrə qəbul edə bilmir və bu barədə mübahisə qaldıra bilmir. Belə ki, anasının adına olan Göygöl rayonu, Tülallar kəndində yerləşən evin altındakı və həyətyanı torpaq sahəsi texniki cəhətdən səhv olaraq aidiyyəti olmayan adamın adına, yəni X5 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Bununla da o mirasın qəbulu ilə bağlı nə vərəsəlik hüququna dair şəhadətnamə ala bilmir və ya məhkəmədə əsaslı iddia qaldıra bilmir. Üçüncü şəxs X5 adına Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 08 saylı qərarı ilə JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Hansı ki, həmin şəhadətnamə həmin şəxsin adına deyil, mərhum X3nın adına işlənməli idi. Heç bir halda mərhum anasının adına olan torpaq sahəsi il bağlı işlənməli olan şəhadətnamə başqa şəxsin mülkiyyətinə hər hansı qərar və ya müqavilə olmadan verilə bilməz. Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1967/2023 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı1 qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı1 məhkəməyə ərizə verərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddia ərizəsinin geri götürülməsinə dair ərizəsi qəbul edilməli, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1967/2023 saylı qərardadı ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati-Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, iddia qaldırmış şəxs ərizə təqdim edərək, iddia ərizəsinin geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, iddianın geri götürülməsinə dair ərizənin qəbul edilməməsi üçün əsaslar yoxdur Həmçinin, inzibati prosessual qanunvercilik iddiaçının iddiasını geri götürdüyü halda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir, məhkəmənin iş üzrə icraata xitam verməklə qərardad qəbul etməsi və həmin qərardaddan şikayət verilə bilməməsini təsbit edir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı1 iddia ərizəsinin geri götürülməsinə dair ərizəsi qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1967/2023 saylı qərardadı ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı1 iddianın geri götürülməsinə dair ərizəsi qəbul edilsin. Gəncə İnzibat Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1967/2023 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu hal eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılması imkanını istisna etmir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar