Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-535/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1678/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Вф № 077926 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli, 396 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Kəlbəcər rayon X3 İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsində xx.xx.1979-cu il tarixdən hal-hazıra kimi tikinti üzrə mexanik vəzifəsində çalışır.
3. Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 28 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazıradək Memarlıq və Tikinti şöbəsində ixtisası üzrə işləyir.
4. 06.04.1982-ci il tarixli ДТ 779162 nömrəli diploma əsasən İddiaçı 1976-cı ildə C.Ə.Dadaşov adına X12 Texnikumuna daxil olmuş və 1982-ci ildə sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona inşaatçı-texnik ixtisası verilmişdir.
5. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, VM-1/430 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1979-cu ilin oktyabr ayından 1984-cü ilin dekabrın 1-dək Kəlbəcər rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində texnik, 1984-cü il dekabrın 1-dən 1991-ci il oktyabrın 18-dək Kəlbəcər rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində mühəndis, 1991- ci il oktyabrın 21-dən 1993-cü ilin iyun ayınadək Kəlbəcər RİH başçısı aparatı tikinti və memarlıq şöbəsində mühəndis vəzifələrində işləmişdir. Onun 15.6 il dövlət qulluğu stajı vardır.
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kəlbəcər rayon şöbəsinin İddiaçı xx.xx.2013-cü il tarixli, 48/89 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən də onun Kəlbəcər rayonunda qazandığı 1979-cu ilin oktyabr ayından 1993-cü ilin avqust ayına kimi illər XDS İcrayyə Komitəsində tikinti və memarlıq şöbəsində və RİH başçısı aparatı tikinti memarlıq şöbəsində mühəndis vəsifəsində işlədiyi əmək stajı məhkəmə qaydasında təsdiq edildikdən sonra qalan iş stajını pensiyasının üzərinə əlavə edə bilərlər.
7. Kəlbəcər rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı xx.xx.2013-cü il tarixli, 22 nömrəli məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun İdarə-müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə daxil olmuş xx.xx.2013-cü il tarixli ərizəsinə baxılmışdır. Onun Kəlbəcər rayonunun İdarə, müəssisə və təşkilatlarında işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənəd olmadığı üçün tələbinə uyğun hüquqi sənədvermək imkan xaricindədir.
8. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(040)-76/2013 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı təsdiq edilmişdir.
9. Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 08 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq şöbəsində xx.xx.1994-cü il tarixədək mühəndis vəzifəsində işləmişdir. Ancaq xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vəzifəsi dondurularaq kompensasiya almışdır.
10. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, AM-1/1753 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin məsləhətçisinin (mühəndis) orta aylıq əmək haqqı aşağıdakı üzrədir: aylıq vəzifə maaşı 295.0, yüksəkliyə görə rayon əmsalı 20% 59,0, dövlət qulluğunda staja görə əlavə əmək haqqı 65,0, dövlət qulluğu dərəcəsinə görə əlavə əmək haqqı 88,50, mükafat 73,75, cəmi 581,25. Nəzərə almaq lazımdır ki, məsləhətçinin 15 (on beş) ildən artıq dövlət qulluğu stajı vardır.
11. Kəlbəcər rayon X7 rayon Təsərrüfat hesablı Avtonəqliyyat və mexanikləşdirmə Birliyi üzrə əmrlərdən xx.xx.2023-cü il tarixli, 184 nömrəli çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixli 02. ½ nömrəli əmrlə Avtonəqliyyat və mexanikləşdirmə Birliyində direktor müavini təyin edilmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 52p saylı Sərəncamına əsasən Nəqliyyat və Mexanikləşdirmə Birliyi rəisinin müavini vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 68p saylı Sərəncamına əsasən Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin direktoru vəzifəsinə təyin edilmiş, Kəlbəcər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli SƏ-1/İK-28 saylı Protokoluna əsasən Kəlbəcər rayon X1 Aqrar İslahatı komissiyalarında maşınların özəlləşdirilməsi və islahatın başa çatması ilə əlaqədar onun fəaliyyətinə xitam verilmişdir.
12. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-308642/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay (xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-46874/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq 24 noyabr 2016-cı il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və əlillik dərəcəsinin müddətinin 24 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 dekabr 2021-ci il tarixindən dayandırılıb (sonuncu pensiya məbləği 605,60 manat).
14. Məhkəmənin sorğusuna Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-55/2-121/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən ona əmək haqqı barədə arayış təqdim edilmişdir. İddiaçı rayonun işğalından əvvəl Kəlbəcər rayon İcraiyyə komitəsində mühəndis işləmiş, lakin əmək haqqı cədvəlləri və əmrlər işğal zonasında qaldığı üçün qeyd olunanlarla bağlı heç bir məlumat olmamışdır. İddiaçı əmək haqqı barədə verilən arayışda, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı fərmanına istinad olunaraq vəzifə uyğunluğu nəzərə alınmışdır. Belə ki, İddiaçı Kəlbəcər rayon icraiyyə komitəsində tutduğu mühəndislik vəzifəsi, Kəlbəcər rayon İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin məsləhətçi vəzifəsinə uygun olduğunu nəzərə alıb və 2014-cü ildə Kəlbəcər rayon lcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin məsləhətçisi vəzifəsinin əmək haqqısı arayışda göstərilmişdir. Əmək haqqı stajı isə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-76/2013 saylı qətnaməsinə və Kəlbəcər rayon Dövlət Arxiv idarəsinin 26 sentyabr 2013-cü il tarixli, 08 saylı məktubuna əsasən hesablanmışdır.
15. Məhkəmənin sorğusuna Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 10 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı işi ilə əlaqədar Kəlbəcər rayon Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin 1 saylı əmr kitabında aşağıdakı əmr qeyd edilmişdir Əmr № 1/2. xx.xx.1994-cü il - 1.İddiaçı-Direktor müavini vəzifəsinə. Birliyin maşın və mexanizmlərin yığılması və icarəyə verilməsi ona tapşırılsın. Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqrar İslahat Komissiyasının № SƏ-1/İK-28 saylı 28 dekabr 2005-ci il tarixli Protokolundaİslahat Komissiyasını Qərarına əsasən -1.Kəlbəcər rayon X1 X16 Komissiyasında İslahat başa çatdığına görə onun fəaliyyətinə xitam verilsin.
16. Məhkəmə kollegiyasının sorğusuna Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-55/2-276/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər Rayon XDS İcraiyyə Komitəsində işləməsinə dair arayış Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinə (İş № 2(040)-76/2013) və Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli 08 saylı məktubuna əsasən verilmişdir.
17. Kəlbəcər rayon X7 Rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 34 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun İdarə və müəssisələrində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənəd mövsud deyildir.Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün həmin sənədlər işğal zonasında qalmışdır. Nəzərinizə çatdırmaq istərdik ki, o Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Memarlıq Şöbəsində xx.xx.1994-cü il tarixədək Mühəndis vəzifəsində işləməklə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vəzifəsi dondurularaq kompensasiya almışdır. Eyni zamanda vətəndaş İddiaçı Kəlbəcər rayon THAMB-nin 01.Xİ.1994-cü il tarixli 02.1/2 saylı əmrinə əsasən həmin idarədə Direktor müavini təyin edilmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 52p saylı Sərəncamına əsasən müvəqqəti direktor təyin edilərək ,16 iyun 1997-ci il tarixi 68p saylı Sərəncama əsasən Birliyin direktoru təyin edilmişdir. Kəlbəcər rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2005-ci tarixli SƏ-1/K-28 saylı Protokoluna əsasən Birlikdə İslahat başa çatdığı üçün idarənin fəaliyyətinə xitam verilərək tuitduğu direktor vəzifədən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1979-cü il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 may 1979-cu ildən 02 aprel 1993cü il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləmişdir. Məlum hadisələr zamanı, yəni 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası və digər sənədlər orada qalmışdır. O, 2013-cü ildə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək onun 1979-cu ildən 1993-cü ilədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 mart 2013- cü il tarixli, 2(040)-76/2013 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, onun 1979-cu ildən 1993cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktı təsdiq edilmişdir. Qeyd olunan qətnamədə onun 1979-cu ilin hansı ayından işləməyi qeyd edilməmişdir. Hazırda isə cavabdeh orqan onun 1979-cu ilin oktyabr ayından işlədiyini əsas gətirərək ona təyin olunmuş pensiyanı dayandırmışdır. Əsas kimi də Kəlbəcər Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(040)-76/2013 saylı qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində onun 1979-cu ilin oktyabr ayından işlədiyinin qeyd olunması göstərilmişdir. Halbuki, qətnamədə onun 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktı təsdiq edilmişdir. Qeyd edir ki, o, 1976-cı ildə S.Ə.Dadaşov adına X13 Texnikumuna daxil olaraq 1982-ci ildə həmin texnikumu inşaatçı-texnik ixtisası üzrə bitirmişdir. İşlədiyi müddətdə iş yerindən, yəni Kəlbəcər rayon X10 İcraiyyə Komitəsindən arayışlar alaraq texnikuma təqdim etmişdir (arayışlar iddiaya əlavə olunur). Cavabdeh orqan isə bunu bəhanə edərək onun 14 il 8 ay iş stajının olduğunu əsas gətirərək ona təyin olunmuş pensiyanı dayandırmışdır. Onun 03 may 1979-cu ildən 15 oktyabr 1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illəri nəzərə almır. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsi ilə təminat verilən sosial təminat (pensiya) hüququnu pozur.
20. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, D.X5 tərəfindən 24 noyabr 2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İl dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməklə 30 noyabr 2021-ci il tarixədək ödənilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İl dərəcə əlillik müddətinin 24 noyabr 2021-ci il tarixdə bitməsi ilə əlaqədar adıçəkilən şəxsə pensiya ödənişi 1 dekabr 2021-ci il tarixdən dayandırılmışdır. Daha sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X14 filialına müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu stajı 15 ildən az (13 il 5 ay 17 gün (xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) olduğu üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: Həmin qanunun 20.1.7 -ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda oian şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu "bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır". "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının təqdim etdiyi Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-76/2013 nömrəli qətnaməsində iddiaçının Kəlbəcər rayon X6 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı 1979-cu ildən xx.xx.1993-cü ilədək təsdiq edilmişdir. Qətnamənin əsaslandırma hissəsində isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuşdur. Belə olduğu halda, iddiaçının dövlət qulluğu stajının 13 il 5 ay 17 gün (xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) olduğu müəyyən olunur. Bununla yanaşı, iddiaçının təqdim etdiyi sənədlərin surətlərindən (hərbi bilet, diplom, qətnamə) onun ümumi iş stajının 25 ildən az olduğu müəyyən olunur.
21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
24. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1678/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunması üçün 15 il dövlət qulluğu stajının mövcudluğu ilə bağlı tələb ödənilmir. Sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də, cavabdeh orqanın iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin etməkdən imtinası əsaslı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1678/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə S.Ə.Dadaşov adına X13 Texnikumuna daxil olaraq 1982-ci ildə həmin texnikumu inşaatçı-texnik ixtisası üzrə bitirmişdir. İşlədiyi müddətdə iş yerindən, yəni Kəlbəcər rayon X10 İcraiyyə Komitəsindən arayışlar alaraq texnikuma təqdim etmişdir. Həmin arayışları da məhkəməyə təqdim etmişdir, lakin məhkəmə qeyd olunan arayışların inandırıcı olmamasını əsas gətirərək iddianı təmin etməmişdir. Cavabdeh orqan isə bunu bəhanə edərək onun 14 il 8 ay iş stajının olduğunu əsas gətirərək ona təyin olunmuş pensiyanı dayandırmışdır. O, 2000-ci ildən ümumi xəstəliklə pensiyaya çıxmış və 2012-ci ilin axırından 2016-cı ilin axırına qədər də dövlət qulluqçusu kimi pensiya almış və həmin pensiyanı da cavabdeh orqan özü təyin edib, sonradan da bəhanə edərək dayandırmışdır. Onun 03 may 1979-cu ildən 15 oktyabr 1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illəri nəzərə almır. Halbuki, qeyd etdiyi kimi onun həmin vaxtda işlədiyini təqdim etdiyi arayışlar və məhkəmə qərarı sübut edir. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1 hissəsi ilə təminat verilən sosial təminat (pensiya) hüququnu pozur. O, 15 ildən artıq dövlət qulluğunda olmaqla dövlətə xidmət etmişdir. Məhkəmə iddianı rədd edərkən qərarın əsaslandırma hissəsində göstərir ki, təqdim edilmiş arayışların hər ikisi eyni xətlə yazılmışdır. Halbuki, qeyd olunan məktub və arayış eyni idarə olmaqla həmin idarənin kargüzarı tərəfindən yazılmışdır, ona görə də xətt eynidir (həmin şəxs Kəlbəcər rayonunun ərazisi işğal olunandək həmin vəzifədə işləmişdir). Bundan başqa, məhkəmə qərarın əsaslandırıma hissəsində qeyd edir ki, əgər həmin arayışlar əvvəlcə mövcud idisə onda nədən əvvəlki məhkəmə iclaslarında təqdim etməmişdir. Bununla bağlı qeyd edir ki, Kəlbəcər rayonunun ərazisi işğaldan azad olunandan sonra o öz evinə getmiş, bir çox şəxsi əşyalarla bərabər həmin sənədləri və digər sənədləri və şəkilləri və digər sənədləri evində gizlətdiyi yerdən tapıb gətirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, apellyasiya şikayətinə etirazın məzmunu iddia ərizəsinə dair etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək işləməsini təsdiq edən sənəd qismində iki sənədi - Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli 396 nömrəli arayışını və Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 28 nömrəli məktubunu təqdim etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin sənədləri mötəbər sənəd qismində qəbul etmir. Belə ki əvvəla, sənədlər iki fərqli orqan tərəfindən müxtəlif tarixlərdə verilmiş olsalar belə, onların eyni xətlə icra edilməsini (yazılmasını) adi vizual baxışla belə müəyyən etmək olur. ikincisi, iddiaçının belə bir sənədlərinin mövcudluğu halında (hansı ki, həmin sənədlərdə iddiaçının Kəlbəcər rayon X3 İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsində xx.xx.1979-cu il tarixdən işləməsi qeyd edilmişdir) iddiaçının 2013-cü ildə pensiya təyin orqana müraciət edən zaman 1979-cu ilin oktyabr ayından işlədiyi əmək stajının nəzərə alınmasını xahiş etməsi, işləmə faktının müəyyən edilməsi barədə ərizəyə Kəlbəcər Rayon Məhkəməsində baxılan zaman həmin sənədləri təqdim etməməsi, habelə iddiaçının ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı pensiya təyin edən orqana müraciətinə də əlavə etməməsi, həmin sənədlərin həqiqliyinə və mötəbərliyinə şübhə doğurur. Həmin sənədlərin mövcudluğu halında iddiaçının işləmə faktının müəyyən edilməsi ərizəsinə xüsusi icraat qaydasında baxılmasına lüzum da qalmazdı. Beləliklə, iddiaçının apellyasiya şikayəti tam əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-1678/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1678/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialın nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-1678/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
32. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
33. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
34. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir... Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.19-cu əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
37. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
39. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
41. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
42. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
43. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
44. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
45. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
46. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
47. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
51. İş materialları ilə müəyyən olunur ki, İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-Ş-308642/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay (xx.xx.1979xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
52. Hazırki tələblə iddiaçı cavabdehin qeyd olunan imtina məktubunu mübahisələndirmişdir.
53. Birinci instansiya məhkəməsindəki icraat zamanı isə cavabdeh iddiaçının dövlət qulluğu stajının 13 il 5 ay 17 gün (xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının dövlət qulluğu stajının 15 ildən az olması qənaətinə gələrək iddianı bu əsasla rədd etmişdir.
54. Məhkəmə kollegiyası cavabdehin imtinası və birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
55. Belə ki, iş materilları ilə müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(040)-76/2013 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı təsdiq edilmişdir.
56. Həmçinin, Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli 396 nömrəli arayışında və Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 28 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazıradək Memarlıq və Tikinti şöbəsində ixtisası üzrə (tikinti üzrə mexanik) işləyir.
57. Sözügedən qətnamənin nəticə hissəsində iddiaçının Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində işə başlaması müddəti təqvim ayı və günü qeyd edilmədən yalnız 1979-cu il kimi göstərilmiş, qətnamənin təsviri hissəsində göstərilmiş Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuş, cavabdeh orqan isə bu əsasdan çıxış edərək, iddiaçının Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində işlədiyi dövrü xx.xx.1979-cu il tarixdən etibarən nəzərə almışdır
58. İddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilən stajına münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən iddiaçının Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində işlədiyi dövrün xx.xx.1979-cu il tarixdən hesablanması ilə bağlı hərəkətləri əsaslı hesab edilə bilməz.
59. Ona görə ki, əvvəla həmin qətnamədə iddiaçının sözügedən orqanda 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı qeyd qətnamənin əsaslandırıcı hissəsində deyil, təsviri hissəsində qeyd edilmişdir, həmçinin yekunda məhkəmə iddiaçının 1979-cu ildən işləməsi faktını təsdiq edərək, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etməmişdir.
60. Nəzərə alınmalıdır ki, qətnamənin məzmunu ilə bağlı müddəalar Mülki Prosessual Məcəllənin 220-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin tələblərinə görə: 220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 220.3...Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir... 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir...
61. İstinad olunan normaların işığında məhkəmə kollegiyası birdaha vurğulayır ki, məhkəmənin hansı nəticəyə gəlməsi yekun məhkəmə aktının əsaslandırıcı və nəticə hissəsində qeyd edilir və hazırki halda məhkəmənin yekunda gəldiyi nəticədə, yəni qətnamənin nəticə hissəsində iddiaçının 1979-cu ildən işləməsi faktı təsdiq edildiyinə görə iddiaçının sözügedən orqanda 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı cavabdehin arqumentləri əsaslı sayılmır.
62. Belə ki, sözügedən qətnamənin nəticə hissəsində təqvim ilinin ayı və günü qeyd edilmədiyinə görə əslində həmin il üzrə hesablama aparılarkən müddət təqvim ilinin başlanğıc günündən, yəni yanvar ayının 1-dən hesablanmalıdır.
63. Lakin hazırki halda, iddiaçı özünün həmin vəzifədə xx.xx.1979-cu il tarixdən işlədiyini iddia edir və bu dəlili qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmununa uyğundur. Habelə, bu dəlil iddiaçı tərəfindən təqdim edilmiş SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli, 396 nömrəli arayışı və Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 28 nömrəli məktubu ilə təsdiq edilir.
64. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kollegiya tərəfindən Kəlbəcər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, xx.xx.2013-cü il tarixli arayışda qeyd edilmiş “İddiaçı 1979-cu ilin oktyabr ayından 1984-cü ilin dekabrın 1-dək Kəlbəcər rayonu XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində işləməsi haqqında” məlumatın hansı arxiv sənədlərinə və məlumatlara istinadən qeyd edilməsi barədə məlumat verilməsi tələb edilmiş, lakin müvafiq icra hakimiyyəti bu məsələyə aydınlıq gətirə bilməmiş, həmçinin təqdim edilmiş cavab məktubunun özündə də İddiaçı 1979-cu ildən 1993-cü il ilin aprel ayınadək işləməsi göstərilmişdir. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsində qeyd olunan “iddiaçının 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı” Kəlbəcər Rayon İcra Hakimiyyətinin müvafiq arayışının hər-hansı əsası olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət həmin tarixdən (xx.xx.1979-cu il tarixdən) hesablanmalıdır.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli, 396 nömrəli arayışı və Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 28 nömrəli məktubunu mötəbər sənəd qismində qəbul etməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sənədin saxta olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edir və sənədin saxta olması bu sahədə ixtisaslı mütəxəssis və ya ekspert rəyi ilə müəyyən edilə bilərdi ki, hazırki halda birinci instansiya məhkəməsi tərəfindən arayış və məktubun vizual baxışla saxta olması və ya sonradan tərtib edilməsi qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz.
66. Digər tərəfdən, həmin sənədlərin 2013-cü ildə Kəlbəcər Rayon Məhkəməsinə və pensiya təyin edən orqana təqdim edilməməsi də onların mötəbər olmaması deməyə əsas vermir. Belə ki, apellyasiya şikayətinin dəlillərində də iddiaçı qeyd etmişdir ki, o Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra özünə məxsus evə gedərək qeyd olunan sənədləri və digər əşyalarını gizlətdiyi yerdən tapıb götürmüşdür. Şəxsin hər-hansı sübutu sonradan təqdim etməsi onun ziyanına şərh edilməməli və onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbərliyi qəbul olunmalıdır.
67. Bundan əlavə, Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 08 nömrəli və xx.xx.2025-ci il tarixli, 34 nömrəli məktublarında İddiaçı Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Memarlıq şöbəsində xx.xx.1994-cü il tarixədək “mühəndis” vəzifəsində işləməklə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vəzifəsi dondurularaq kompensasiya alması qeyd edilmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan müddət də iddiaçıya dövlət qulluğunda sığorta stajı kimi nəzərə alınmalıdır.
69. Belə ki, işin faktiki hallarına görə iddiaçı Kəlbəcər rayonunun işğalınadək Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı olmuşdur və yaranmış fors-major vəziyyətlə əlaqədar həmin orqanın fəaliyyətinin qısa müddətdə bərpasından söhbət gedə bilməzdi. Lakin görünən odur ki, iddiaçı işğaldan sonra həmin qurumun əməkdaşı olaraq xx.xx.1994-cü il tarixədək həmin vəzifəyə uyğun kompensasiya almışdır və bu hal özlüyündə onun həmin tarixədək dövlət qulluğunda işlədiyini deməyə əsas verir.
70. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Kəlbəcər Rayon İcra Hakimiyyətində (keçmiş SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsində) dövlət qulluğu vəzifəsində işləmişdir.
71. “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt eyni anda mövcud olmalıdır: -şəxsin 65 yaşının olması -şəxsin 25 il ümumi staja malik olması; -ən azı 15 ilini dövlət qulluğu vəzifəsində işləməsi.
72. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, o, xx.xx.1958-ci il təvəllüdlü olmaqla tələb olunan pensiya yaşını tamamlamışdır.
73. Cavabdeh orqan imtina məktubunda iddiaçının ümumi iş stajına münasibət bildirməsə də, iddiaya dair yazılı etirazında 25 il ümumi iş stajının mövcud olmamasını da qeyd etmişdir.
74. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənəndlərə, eləcə də məhkəmə kollegiyası tərəfindən işin yuxarıda qeyd olunan hallarına görə iddiaçının təhsil, hərbi xidmət və iş dövrləri nəzərə alındıqda onun ümumi iş stajının 25 ildən çox olması öz təsdiqi tapır.
75. İddiaçının dövlət qulluğu stajına gəlincə isə, məhkəmə kollegiyasının araşdırması zamanı onun xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək dövlət qulluğu vəzifəsində işləməsi müəyyən edildiyinə görə ümumilikdə 15 ildən çox dövlət qulluğu stajının olması öz təsdiqini tapır.
76. Bu əsasla, məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
77. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
78. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1678/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.