Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-537/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-939/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. NZ № ******* hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982ci illərdə hərbi xidmətdə olmuşdur.
2. xx.xx.1984-cü il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X2 çini və saxsı məmulatların bişiricisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kirovabad Təmir-Tikinti idarəsində, Dəmir Beton zavodunda xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək armaturçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək armaturçu, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Gəncə şəhər Mühafizə şöbəsində mühafizəçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Fatoğlu istehsal Azərbaycan LTD Birgə Müəssisəsində fəhlə, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Fatoğlu istehsal Azərbaycan LTDdə yükləyici, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Fatoğlu istehsal Azərbaycan LTD-də yükləyici, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də yükləyici işləmişdir.
3. “X6” Açıq Səhmdar Cəmiyyətinin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1988-ci illərdə (5 il 3 ay) “X6” ASC-də 4-cü dərəcəli bişirici vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çini və saxsı məmulatların bişiricisindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) və ya 15.3.2 vəzifə koduna uyğundur.
4. “X6” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1988-ci illərdə “X6” ASC-də 4-cü dərəcəli bişirici (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 15.3.2 bəndində nəzərdə tutulmuş (4-cü dərəcə bişirici) vəzifəsində işləmişdir.
5. “X7” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1996-cı illərdə (7 il 5 ay) “X7” ASC armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici (qapalı iş yeri) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri armaturçu-qəlibləyicidən (qapalı iş yeri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) və ya 15.3.2 vəzifə koduna uyğundur.
6. İddiaçı işlədiyi dövrdə həqiqətən "xxxx" zavodunda (indiki Gəncə Dəmir-Beton ASC-də) işləmişdir. Bu vəzifəni tutan işçinin yerinə yetirdiyi funksiyalara (gördüyü işlər) gəldikdə isə beton məhlulu qəliblərə tökülənə qədər yerinə yetiriləcək bütün işlər aiddir. Qəliblərin açılaraq təmizlənməsi və yağlanması, armaturdan müvafiq ölçüyə uyğun karkasın hazırlanaraq qəliblərə yerləşdirilməsi ("xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli və xx.xx.2023-cü il tarixli 20 nömrəli məktubları).
7. İddiaçı “X2” (hal-hazırda “X6” ASC-də) xx.xx.1982-ci il tarixində (238-LS saylı xx.xx.2023-cü il tarixli əmrlə) işə qəbul olunmuşdur. “X6 Zavodu” ASC-dən xx.xx.1988-ci il tarixdən (21-LS saylı xx.xx.1988-ci il tarixli əmrlə) etibarən 4-cü dərəcəli bişirici vəzifəsindən azad olunmuşdur (“X6” ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli məktubu).
8. “X6” ASC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubunda bildirilmişdir ki, “X2” (hal-hazırda “X6” ASC-də) xx.xx.1982-ci il tarixində (238-LS saylı xx.xx.2023-cü il tarixli əmrlə) işə qəbul olunmuşdur. “X6 Zavodu” ASC-dən xx.xx.1988-ci il tarixdən (21-LS saylı xx.xx.1988-ci il tarixli əmrlə) etibarən 4-cü dərəcəli bişirici vəzifəsindən azad olunmuşdur.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 06 nömrəli arayışından görünür ki, X3 xx.xx.1988-xx.xx.1989-cu illərdə 3 nömrəli Dəmir Beton məmulatları zavodunun armatur sexində 3-cü dərəcəli armaturçu vəzifəsində, xx.xx.1989xx.xx.1996-cı illərdə isə qəlibləmə sexində 4-cü dərəcəli qəlibləyici vəzifəsində işləmişdir.
10. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-238712/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı bəndinin (15.3) çini və saxsı məmulatlar istehsalı yarımbəndində (15.3.2) gips bişiriciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “X6” ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çini və saxsı məmulatların bişiricisi vəzifəsində, "xxxx" ASC-nin arayışında isə xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çini və saxsı məmulatların bişiricisi vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan gips bişiriciləri vəzifəsinə uyğun deyil. Eyni zamanda armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onların üzərinə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilə kimi “X6” ASC-də 2-ci dərəcə ilə çini və saxsı məmulatların bişiricisi vəzifəsində işləmişdir. Arada, yəni xx.xx.1984-cü ildə onun dərəcəsi artırılaraq həmin sexdə yenə də bişirici işləməkdə davam etmişdir. xx.xx.1988-ci ildən xx.xx.1996-ci ilə kimi Dəmir-Beton zavodunda 3-cü dərəcə ilə armaturçu işləmişdir. xx.xx.1989-cu ildə həmin zavodda 2 №-li qəlibləmə sexinə 4-cü dərəcə ilə qəlibləyici keçirilmişdir. Beləliklə, o, 12 il 7 ay 10 gün güzəştli şərtlərlə pensiya təyin edilə bilən sahələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Belə ki, həmin Qanuna görə azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahələrdə işlədiyindən yaşa görə ona əmək pensiyası təyin edilməlidir. Ümumi iş stajı isə nəzərdə tutulduğundan xeyli artıqdır. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib əmək şəraiti xüsusilə zərərli və ağır olan iş sahələrində işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İşlədiyi xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilədək olan müddətdə X6 zavodundan verilmiş arayışda onun 4-cü dərəcə ilə bişirici işləməyi göstərilmişdir. Cavabdeh təşkilat onun müraciətinə verdiyi imtina cavabında göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahıda gips bişiricisi vəzifəsi zərərli və ağır sahələr kimi nəzərdə tutulmuşdır. O isə həmin sahədə işləməmişdir. Bildirir ki, o, işlədiyi sahədə bişirici deyəndə həm də gips bişiricisi işi nəzərdə tutulur. Eləcə də xx.xx.1988-ci ildən xx.xx.1996-ci ilədək olan müddətdə "xxxx" ASC-də işlədiyinə dair verlmiş arayışdan 4-cü dərəcə ilə armaturçubişirici işləməyi yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh təşkilatın müraciətinə verilən cavabında isə qeyd olunur ki, armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatlarının istehsalı bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi cavabdeh təşkilat “X6” ASC ilə "xxxx" ASC-nin iş sahələrini qarışdırmışdır. Ona görə də iş üzrə mütəxəssis rəyi alınmalıdır. O, faktiki olaraq 12 il 7 ay 10 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. O, yüksək temperaturlu sobaların qarşısında bişirici işləmişdir. Həmin sobada saxsı da, gips də, çini də bişir. Odur ki, ona imtina verilməsinin heç bir əsası yoxdur. Həmçinin onu da bildirir ki, ağır istehsalat sahələrində işləməyinin nəticəsi olaraq sağlamlığını itirmişdir. Hazırda ağır şəkər xəstəsidir, ayağı kəsilmişdir. Bu yandan da güzəştli şərtlərlə pensiya hüququ olduğu halda ona pensiya təyin edilməsindən əsassız olaraq imtina edilmişdir.
13. Cavabdehin iddia ərizəsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/2-298417/2023 nömrəli etirazının dəlilləri iddiaçıya təqdim edilmiş imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
14. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-939/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının bütün müəssisələrdə işlədiyi bişirici və armaturçuqəlibləyici peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (Qərara 2 №-li əlavə), həmçinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində nəzərdə tutulmuşdur. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə dair tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını xahiş etdi.
22. İddiaçı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı: 21808000 - 8. Dəmir-beton və beton məmulatları istehsalı 2180800a - a) fəhlələr 2180800a—13977- sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistlər 2180800a—17531- yeraltı qalereya fəhlələri 21900000 - XVİİİ. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı 21902020 - 2) Çini və saxsı məmulatlar istehsalı 2190202a—15195 - çini və saxsı məmulatların kürəçilər
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 14.10. Dəmir-beton və beton məmulatlarının istehsalı fəhlələr: sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri, yeraltı qalereya fəhlələri
15. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı 15.3. Keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı 15.3.2. Çini və saxsı məmulatlar istehsalı fəhlələr: -gips bişiriciləri
27. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
29. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1961-ci ildə doğulmuş iddiaçı X3 ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən güzəştli iş stajının olmaması əsası ilə xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-238712/2023 nömrəli məktubla müraciətin müsbət həllindən imtina edilmişdir.
30. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı bəndinin (15.3) çini və saxsı məmulatlar istehsalı yarımbəndində (15.3.2) gips bişiriciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “X6” ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çini və saxsı məmulatların bişiricisi vəzifəsində, "xxxx" ASC-nin arayışında isə xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çini və saxsı məmulatların bişiricisi vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan gips bişiriciləri vəzifəsinə uyğun deyil. Eyni zamanda armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmamışdır.
31. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edirək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının bütün müəssisələrdə işlədiyi bişirici və armaturçu qəlibləyici peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (8. Dəmirbeton və beton məmulatları istehsalı- a) fəhlələr, 10. Daştökmə – daştökmə istehsalının qəlibləyiciləri, 18. Şüşə istehsalı, keramik, çini və saxsı məmulatlar istehsalı- 2) Çini və saxsı məmulatlar istehsalı -çini və saxsı məmulatların kürəçiləri) həmçinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (15.3. Keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı. 15.3.2. Çini və saxsı məmulatlar istehsalı- gips bişiriciləri) müvafiq bəndində nəzərdə tutulmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamamlanması, azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması şərtləri ödənilməlidir. Bununla bağlı qeyd olunur ki, iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur və onun 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur.
33. Hazırda məhkəmə araşdırmasının predmetini iddiaçının xüsusi iş stajının mövcud olub-olmaması təşkil edir. Belə ki, iddiaçı tələbində xx.xx.1984-cü il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə “X6” ASC-də çini və saxsı məmulatların bişiricisi vəzifəsində və xx.xx.1988-xx.xx.1996-cı il tarixlərdə "xxxx" ASC-də armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajı hesab olunmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş edir.
34. Göründüyü kimi iddiaçının xx.xx.1982-xx.xx.1988-ci il (5 il 2 ay 8 gün) tarixlərdə “X6” ASC-də çini və saxsı məmulatların bişiricisi vəzifəsində və xx.xx.1988xx.xx.1996-cı il (7 il 5 ay 2 gün) tarixlərdə "xxxx" ASC-də armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilibedilməməsini aydınlaşdırılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-Siyahısının 21808000 -
8. Dəmir-beton və beton məmulatları istehsalı 2180800a - a) fəhlələr, 21811000 - 10. Daştökmə istehsalat 2181100a - 19406 - daştökmə istehsalatının qəlibləyiciləri, sahələrini əhatə etməklə iddiaçının əmək kitabçasına və arayışlara əsasən, armaturçu-qəlibləyicisi sahələrinə uyğun gəlmir.
36. Belə ki, qeyd olunan Siyahıda zərərli maddələrin təsiri meyarına görə sahələr müvafiq olaraq konkret şəkildə təsnifləşdirilmişdir və aşkar görünür ki, iddiaçının işlədiyi sahə qeyd olunan Siyahıdakı sahələrlə uyğun deyildir. Başqa sözlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 21808000 - 8. Dəmir-beton və beton məmulatları istehsalı 2180800a - a) fəhlələr və 21811000 10. Daştökmə istehsalatı- 2181100a—19406- daştökmə istehsalatının qəlibləyiciləri istinad etsə də 21808000 - 8. Dəmir-beton və beton məmulatları istehsalı 2180800a - a) fəhlələr konkretləşdirilmiş və yalnız 2180800a—13977- sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistlər və 2180800a—17531- yeraltı qalereya fəhlələri aid edilmişdir. İddiaçının işlədiyi sahə adıçəkilən kodla üst-üstə düşmür.
37. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
38. İş materiallarında olan “X7” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1988xx.xx.1996-cı illərdə (7 il 5 ay) “X7” ASC armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici (qapalı iş yeri) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri armaturçu-qəlibləyicidən (qapalı iş yeri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) və ya 15.3.2 (15.3.2. Çini və saxsı məmulatlar istehsalı) vəzifə koduna uyğundur.
39. “X7” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1996-cı illərdə (7 il 5 ay) “X7” ASC armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici (qapalı iş yeri) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri armaturçu-qəlibləyicidən (qapalı iş yeri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 14.10 (14.10. Dəmirbeton və beton məmulatlarının istehsalı) vəzifə koduna uyğundur.
40. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 noyabr 2024-cü il 3-17-1/2-244152/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı bəndinin (14.10) fəhlələr yarımbəndində sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşınistləri və yeraltı qalereya fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASCnin ona dair arayışında xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin armatur sexində armaturçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi armaturçu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qey olunan sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşınistləri və yeraltı qalereya fəhlələri vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur.
41. Beləliklə birinci instansiya məhkəməsi yalnız iddiaçının xx.xx.1982-xx.xx.1988ci il tarixlərdə “X6” ASC-də çini və saxsı məmulatların bişiricisi vəzifəsində işlədiyi dövrlərə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Siyahıda “çini və saxsı məmulatların bişiricisi” qeyd edilməsə də, “gips bişiriciləri” və “çini və saxsı məmulatların kürəçiləri” qeyd olunmuşdur. “Kürəçi” sözü “ocaqçı, yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam” mənasını özündə ehtiva etdiyindən iddiaçının bu hissədə olan 5 il 2 ay 8 gün stajı güzəştli iş stajı hesab olunmalıdır, lakin, eyni qayda iddiaçının xx.xx.1988xx.xx.1996-cı il tarixlərdə "xxxx" ASC-də armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi dövrlərə tətbiq edilə bilinmədiyindən bu hissədə olan 7 il 5 ay 2 gün stajı güzəştli iş stajı hesab olunmamalıdır.
42. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli staj müddəti tamam olmadığından apellyasiya şikayəti təmin edilməlidir.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-939/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov