Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-54/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-N(NN4)-79N/N0N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0NNci il tarixli, 509 nömrəli Travma haqqında arayışında qeyd edilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.N0N0-ci il tarixdə Suqovuşan istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu pleksopatiyasının qalıq əlamətləri. Hər iki gözün posttravmatik şüşəvarı cisminin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması korreksiya N,0 olmaqla. Döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən, sol baldırın orta N/3-nin kor qəlpə yaralanmaları. Barotravma. İki tərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. N. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli, 549 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.N0N0-ci il tarixdə Suqovuşan istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu pleksopatiyasının qalıq əlamətləri. Hər iki gözün posttravmatik şüşəvarı cisminin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması korreksiya N,0 olmaqla. Döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən,sol baldırın orta N33-nin kor qəlpə yaralanmaları. Barotravma. İki tərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır.
3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli müayinə vərəqəsində qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən, İddiaçı “Xəstəliklər cədvəli”nin NNa, N3b, N7b, N4b, N8b, 30b, 35b maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
4. Səhiyyə Nazirliyi Sanator XN 0775 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0), Keçirilmiş kəlləbeyin travmasından sonrakı vegetativ distoniya sindromu. Sol bazu kələfin posttravmatik İİ-li pleksopatiyasının davamlı qalıq əlamətləri. Hipesteziya vegetativ pozulmalar ilə” kimi qeyd edilmişdir.
5. Səhiyyə Nazirliyi Sanator XN N0N9 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0), Keçirilmiş kəlləbeyin travmasından sonrakı vegetativ distoniya sindromu. Asteno nevrotik təzahürlər, ikitərəfli neyrosensor ağıreşitmə, Sol bazu kələfin posttravmatik pleksopatiyasının qalıq əlamətləri. Yüngül X8 iflici. Hipesteziya vegetativ pozulmalar ilə” kimi qeyd edilmişdir.
6. Səhiyyə Nazirliyi Sanator XN 030N nömrəli stasionar reabilitasiya kartasından çıxarışda İddiaçı təyin edilmiş diaqnoz “Sol bazu kələfin posttravmatik (qəlpə) pleksopatiyasının davamlı qalıq əlamətləri. X8 iflici. Hipesteziya və trofik pozulmalar ilə, Asteno nevrotik vəziyyət” kimi qeyd edilmişdir.
7. Silahlı Qüvvələrin Baş X3 bölməsinin 3559 nömrəli çıxarış epikrizində İddiaçı təyin edilmiş diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.N0N0) baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki gözün miopiyası. Refraksiya hər iki gözdə M0,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə N,0 olmaqla” kimi qeyd edilmişdir.
8. Silahlı Qüvvələrin Baş X3 bölməsinin 5880 nömrəli çıxarış epikrizində İddiaçı təyin edilmiş diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.N0N0) baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu pleksopatiyasının qalıq əlamətləri. Partlayış travması (xx.xx.N0N0), hər iki gözün posttravmatik şüşəvari cismin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə N,0 olmaqla. Allergik dermatit. Partlayış travması (xx.xx.N0N0), döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən, sol baldırın orta N/3-nin kor qəlpə yaralarının birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Barotravma (xx.xx.N0N0) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3,5 m məsafədən eşitməsi ilə” kimi qeyd edilmişdir.
9. Silahlı Qüvvələrin Baş X4 bölməsinin NN7N nömrəli çıxarış epikrizində İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsinin vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Keçirilmiş posttravmatik sol tərəfli bazu pleksopatiyasının qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Barotravma (xx.xx.N0N0) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3,5 m məsafədən eşitməsi ilə. Simptomatik arterial hipertenziya. Allergik dermatitin ləkə formalı qalıq əlaməti. Hər iki gözün miopiyası M0,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya olunmur” kimi qeyd edilmişdir. N0. Səhiyyə Nazirliyi Sanator XN (Buzovna) N03 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0), Keçirilmiş kəllə-beyin travmasından sonrakı distoniya sindromu. Sol bazu kələfin posttravmatik pleksopatiyasının qalığı. Düşen Erb iflici vegetativ pozulmalar ilə”, 0N98 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0), Sol bazu kələfin posttravmatik pleksopatiyasının qalıq əlamətləri. Sol yuxarı ətrafın mülayim parezi. Hissi, vegetativ trofik pozulmalar ilə. Barotravma ikitərəfli neyrosensor ağıreşitmə”, 0570 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.N0N0), Postkontuzion sindrom, vegetativ damar davamsızlığı, ikitərəfli neyrosensor ağıreşitmə, Sol bazu kələfin posttravmatik pleksopatiyasının qalıq əlamətləri. Sol yuxarı ətrafın mülayim parezi. Hissi, vegetativ trofik pozulmalar ilə” kimi qeyd edilmişdir. NN. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli 4N04 nömrəli qərarına əsasən, İddiaçı barəsində Diaqnoz => “Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, davamlı vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol bazu kələfinin posttravmatik pleksopatiyası, sol yuxarı mülayim parezi ilə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.N0N0). Döş qəfəsinin ön divarına nüfuz etməyən, sol baldırın orta N/3-nin kor qəlpə yaralanmasının birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.N0N0) nəticəsində ikitərəf xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda N,5 (iki tam onda beş) metr sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Hər iki gözün görmə sinirinin atrofiyası nəticəsində görmə itiliyinin 0,N-yə qədər azalması, korreksiya etmir” => “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz – “Allergik dermatit, qalıq əlamətləri”, Səbəb əlaqəsi => “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təsdiq olunması qərara alınmışdır. NN. xx.xx.N0NN-ci il tarixli müayinə vərəqəsinə əlavədə (psixiatr) qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən, İddiaçı “Xəstəliklər cədvəli”nin N4b maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” N3. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.N0NN-ci il tarixli, N0N59 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0NN-ci il tarixdə müayinə olunub və diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizod – F06.3” kimi müəyyən olunub. N4. xx.xx.N0NN, xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixli, N45N6 nömrəli Xəstəlik haqqında şəhadətnamələrində aparılan qeydlərə əsasən, İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. N5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarına əsasən, İddiaçı barəsində Diaqnoz => “Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahürü posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol bazu kələfinin posttravmatik pleksopatiyası, sol yuxarı mülayim parezi ilə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi (depressiv) pozuntu, postkommosion sindrom, intihar cəhdləri ilə. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət fəlakətdən (müharibə) sonrakı davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.N0N0). Hər iki gözün görmə sinirinin atrofiyası nəticəsində görmə itiliyinin 0,N-yə qədər azalması, korreksiya etmir. Partlayış travması (xx.xx.N0N0). Döş qəfəsinin ön divarına nüfuz etməyən, sol baldırın orta N/3-nin kor qəlpə yaralanmasının birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.N0N0) nəticəsində ikitərəf xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda N,5 (iki tam onda beş) metr sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” => “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz – “Dağınıq skleroz”, Səbəb əlaqəsi => “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təsdiq olunması qərara alınmışdır. N6. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N3-cü il tarixli, N707 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstələrin mərkəzi sinir sistemində zədələnmələr əmələ gəlir' və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroz çoxsaylı faktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarışıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. N7. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.N0N4-cü il tarixli, T N48/N0N4 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Dağınıq skleroz” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin "Hərbi Travmadır, Azərbaycan Respublikasi Müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.3. bəndinin və 7.N. bəndinin həkim ekspertizası haqqında Əsasnamənin" 7.3. bəndinin və 7.N. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. - “Dağınıq skleroz” xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən mərkəzi sinir sistemində zədələnmələrlə müşayiət olunan xəstəlikdir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda, olan iltihabi prosesin nəticəsində yaranan çapıqlardır. “Dağınıq skleroz” çoxsaylı fakorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloyi və coğrafi amillər) və iri meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma yəni, xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış travması ilə ilə əlaqələndirilməsi mümkün deyildir. Bu səbəbdən də “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. N8. Azərbaycan Tibb Universitetinin X5 arayışında qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.N0NN-ci il tarixində ümumi sedasiya altında BERA testi aparıldı. 33.N rate N000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 40dBnHLintensivlikdə V dalğa əldə edildi, sol qulaqda 55 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə => Sağ qulaqda N-N-ci dərəcə, sol qulaqda N-3-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 0NN4 nömrəli məktubuna əlavə edilmiş İddiaçı şəxsi işinin təsdiqlənmiş surətinə daxil edilmiş: N9. - “Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirilmə” kartında qeyd edilmişdir ki, İddiaçı “Xəstəliklər cədvəli”nə və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə yararlıdır. Hərbi xidmətə daxil olmağa yararlıdır. N0. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli, N85 nömrəli əmrindən çıxarışdan görünür ki, “Kəşfiyyat” ixtisası üzrə əsgər İddiaçı hərbi hissədə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna qəbul olunmuş və bütün növ təminatlara qoyulmuşdur. NN. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli, 34N nömrəli əmrindən çıxarışdan görünür ki, “Kəşfiyyat” ixtisası üzrə əsgər İddiaçı hərbi hissədə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursun bitirdiyinə görə bütün növ təminatlardan çıxarılmışdır. NN. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli, 376 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N0N8-ci il tarixli 0NN5əç nömrəli əmrinə əsasən 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə hərbi hissədə hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçı pulemiyotçu vəzifəsinə təyin olunmuş İddiaçı N3 dekabr N0N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifələrinin icrasına başlamışdır. N3. - xx.xx.N0NN-ci il tarixli, 5N7 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N433 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anamnezi => xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində xəsarət almışdır (əsas: 70N hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N5NN nömrəli travma haqqında arayış). İlk tibbi yardım göstərildikdən sonra Kürdəmir RMX-na göndərilmiş, xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə “Barotravma. Sol çiyinin və sağ aşıq baldır oynağının əziyi. Sol bazu kələfinin posttravmatik pleksopatiyası” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Xəsətə sol çiyində və qolunda hərəkət məhdudluğu şikayətləri ilə əlaqədar xx.xx.N0NN-xx.xx.N0NN-ci il, xx.xx.N0NN-xx.xx.N0NN, xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixlərdə X7 Mərkəzində “Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş kəllə-beyin travmasından sonrakı vegetativ damar distoniya sindromu, astenonevrotik təzahürlər, ikitərəfli neyrosensor ağıreşitmə ilə. Sol bazu kələfin posttravmatik pleksipatiyanın qalıq əlamətləri. Yüngül yuxarı “Düşen Erb” iflici. Hipertoniya, vegetativ pozulmalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizləri)...../davamı var/ N4. - N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli, 0N9əç nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 4N.0.3-cü maddəsinə (xəstəliyə görə) əsasən müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. N5. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.N0N5-ci il tarixli, N8-N-3/N-590/N0N5 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N0NN tarixdə Respublika Klinik Xəstəxanaya xx.xx.N0NN tarixli baş beyin MRT müayinəsinin nəticəsinə əsasən ( Solda frontal payda lateral ventrikulun cismi səviyyəsində, Lateral ventrikula perpendikulyar yerləşmiş, 8mm ölçüdə qliotik dəyişiklik və ya demielinizasiya sahəsi ola biləcək, TN, Fılair hiperintens ocaq izlənmiş olub, klinik-labarator korrelyasiyası və MRT nəzarət tövsiyyə edilir.) Dağınıq skleroz xəstəliyinə şübhə olduğu üçün müraciət etmişdir. Xəstəyə təkrari kontrastlı baş beyin MRT müayinəsi və oftalmoloq müayinəsi ( vizus, perimetriya, çağırılmış görmə potensialları) təyin edilib. xx.xx.N0NN tarixdə xəstəyə Dağınıq skleroz dövlət proqramı komissiyasının sədri ilə birgə baxış olmuş və diaqnozun dəqiqləşdirilməsi üçün dinamik müşahidə, 6 ay sonra təkrar Baş beyin MRT məsləhət görülmüşdür. xx.xx.N0NN tarixdə xəstə yenidən RKX a müraciət edib, xx.xx.N0NN tarixdə kontrastlı baş beyin və boyun kontrastlı MRT olunub. xx.xx.N0NN tarixdə Dağınıq skleroz dövlət proqramı komissiyasının sədri ilə birgə baxış olmuş, xəstəliyin gedişatı, instrumental müayinələrin nəticəsinə ( baş beyin MRT müayinəsində izlənilən demielinizan ocaqların sayında artımının izlənilməsi) əsasən Dağınıq skleroz diaqnozu təsdiqlənmişdir, xəstə dövlət proqramı çərçivəsində qeydiyyata alınmışdır. Dağınıq skleroz (DS) mərkəzi sinir sisteminin demielinizasiya ilə müşayiət edilən xroniki iltihabi neyrodegenerativ xəstəliyidir. Xəstəliyin adı onun açıq-aydın olan morfolofi xüsusiyyəti — sklerozlaşmış demielinizasiya ocaqlarıdır. DS əksər hallarda N0- 40 yaşda başlayır, lakin bəzi hallarda uşaq və yaşlı insanlarda da başlaya bilər. Xəstəliyə kişilərə nisbətən gənc qadınlarda üç dəfə böyük tezliklə təsadüf edilir. İndiyə qədər DS-in etiologiyası məsələləri tam aydınlaşdırılmayıb, patogenezin müxtəlif mürəkkəb mexanizmləri isə xəstəliyin səbəblərinin multifaktorial olmağını təxmin etməyə imkan verir. DS-ın inkişafında həm xarici faktorlara (virus infeksiyaları, insolyasiya, D vitaminin çatışmazlığı, tütünçəkmə, mikrobiotanın vəziyyəti), həm də bu xəstəliyə genetik meyillik ilə əlaqəli olan immun tolerantlığın pozulmasına əhəmiyyət verilir. (Azərbaycan Respublikası Səhiyyə NazirliyiDağınıq sklerozun müalicə və diaqnostikası üzrə klinik protokol, N0NN). Yuxarıda qeyd olunan etiolofi faktorlar və xəstənin Respublika klinik xəstəxanaya müraciət tarixi, bizə təqdim edilən instrumental müayinələrin tarıxləri (xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN) nəzərə alınaraq xəstəliyin daha əvvəldən mövcud olması, xx.xx.N0N0 ci il tarixdə baş vermiş partlayış nəticəsində kəskinləşməsi və ya yarana bilməsi haqqında fikir bildirmək mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat: N6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dağınıq skleroz xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlər zamanı partlayış nəticəsində aldığı travmadan sonra yaranmasının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. N7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N998-ci ildə Goranboy rayon Əzizbəyov kəndində doğulmuş, N0N6-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, N0N8-ci ilin aprel ayında təxris olunmuşdur. N0N8-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən 70N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.N0N0-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o da bir hərbiçi olaraq müharibə yollanmış, xx.xx.N0N0-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış və Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmi və N0NN-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. N0NN-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. O, İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ müharibəsi zamanı Partlayış nəticəsində travmalar almışdır. Həmin travma nəticəsində məndə bir sıra xəstəliklərə düçüar olmuş, onlardan biri "Dağınıq skleroz" xəstəliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona verdiyi diaqnozlardan hər birinin Azərbaycan Respublikasının müdaliəsı zamanı Partlayış nəticəsində alınmış hərbi travma olmasını qeyd edir, lakin "Dağınıq skleroz" xəstəliyinin isə Azərbaycan Respublikasının müdafiəsi zamanı yox, hərbi xidmət dövründə alınmasını qeyd edir. O, Azərbaycan Respublikasının müdafiəsi zamanı Partlayış nəticəsində aldığı travmadan sözügedən xəstəliyə düçar oldmasını bildirməsinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu xəstəliyin travma ilə əlaqələndirilməsinin mümkün olmamasını qeyd etmişdir. Bununlada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası "Dağınıq skleroz” xəstəliyinin hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş "Xəstəlik olmasını və hərbi xidmət dövründə alınmasını" bildirməklə, səbəbli əlaqəsinin düzgün olmasını qeyd edərək, dəyişdirilməsi üçün əsas olmamasını bildirmişdir. N8. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında düzəliş edilməsi, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmiş, ərizə xx.xx.N0N4-cü il tarixli qərardadla inzibati məhkəmənin icraatına qəbul edilmişdir. N9. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi xx.xx.N0N3-cü il tarixli, NN67 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, “Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstələrin mərkəzi sinir sistemində zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi prosesi nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroz çoxsaylı fakorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəlyinə dair hərbihəkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş “Dağınıq skleroz” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.N. bəndinin “a" yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
30. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-N(NN4)-79N/N0N4 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilməmişdir. 3N. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı məhkəməyə daxil olan T N48/N0N4 nömrəli ekspert rəyi ilə, eyni zamanda iddiaçının canlı müayinəsinə və tibbi sənədlərinə əsasən müəyyən edilmişdir ki, “Dağınıq skleroz” xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən mərkəzi sinir sistemində zədələnmələrlə müşayət olunan xəstəlikdir və bu zədələnmələr zaman keçdikdə səpələnir. Zədələr ocaqlarda olan iltihabi prosesin nəticəsində yaranan çapıqlardır.”Dağınıq skleroz” çoxsaylı faktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri (viruslar , ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Xəstəliyin travma yəni, xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış travması ilə əlaqələndirilməsi mümkün deyildir. “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında “Dağınıq skleroz” xəstəliyinin “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” səbəbli əlaqəsi düzgün müəyyən olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 3N. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
35. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, üçüncü dərəcə əlildir və ona əlillik təyin edilən zaman “Dağınıq skleroz” diaqnozu qoyulmamışdır. Hazırda cavabdeh orqan trəfindən həmin xəstəliyin aldığı travma nəticəsində yaranmamasına dair nəticəyə gəlinsə də o, xidmət etdiyi illərdə ağır şəraitdə, yəni kəşfiyyat subyekti kimi xidmət etmiş, hər il tibbi yoxlmadan keçmiş, onda partlayış olan tarixədək heç bir xəsəlik aşkarlanmamışdır. Başqa sözlə hərbi xidmət dövründə ildə iki dəfə tibbi yoxlanışdan keçmiş, hər dəfəsində sağlam olduğu bildirilmişdir.
36. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikasının Konstitusiyası: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
38. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu N.N. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: N.N. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. N.N. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra - xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. N.4. a) N3. hərbi xidmət keçmiş vətəndaşların şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbihəkim komissiyalarına həvalə olunmuşdur. N.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.N. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.N. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının NN-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. 7.3 Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin N.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu NN.N. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. N4.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. N4.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
4N. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi NN.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. NN.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.N. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 4N. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
43. İşin hallarından məlum olur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli, N85 nömrəli əmri ilə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna qəbul olunmuş, xx.xx.N0N8-ci il tarixli, 34N nömrəli əmrlə kursu bitirmiş, N nömrəli hərbi hissə komandirinin N dekabr N0N8-ci il tarixli 0NN5əç nömrəli əmrinə əsasən 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə N3 dekabr N0N8-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifələrinin icrasına başlamışdır. xx.xx.N0N0-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış və Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş, N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli, 0N9əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 4N.0.3-cü maddəsinə (xəstəliyə görə) əsasən müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
44. İddiaçıya müharibə zamanı- xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış nəticəsində səhhətində yaranmış xəstəliklərlə əlaqədar təyin edilmiş diaqnozların nəticəsi olaraq üçüncü dərəcə əlillik təyin edilmiş, cavabdeh orqan tərəfindən isə təyin edilmiş diaqnozların "Dağınıq skleroz" diaqnozu istisna olmaqla hər birinin Azərbaycan Respublikasının müdafiəsı zamanı partlayış nəticəsində alınmış hərbi travma olması müəyyən edilmişdir.
45. Belə ki, cavabdeh orqanın xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarına əsasən, iddiaçı barəsində Diaqnoz => “Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahürü posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol bazu kələfinin posttravmatik pleksopatiyası, sol yuxarı mülayim parezi ilə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.N0N0). Keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi (depressiv) pozuntu, postkommosion sindrom, intihar cəhdləri ilə. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət fəlakətdən (müharibə) sonrakı davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.N0N0). Hər iki gözün görmə sinirinin atrofiyası nəticəsində görmə itiliyinin 0,N-yə qədər azalması, korreksiya etmir. Partlayış travması (xx.xx.N0N0). Döş qəfəsinin ön divarına nüfuz etməyən, sol baldırın orta N/3-nin kor qəlpə yaralanmasının birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.N0N0) nəticəsində ikitərəf xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda N,5 (iki tam onda beş) metr sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” => “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz – “Dağınıq skleroz”, Səbəb əlaqəsi => “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təsdiq olunması qərara alınmışdır.
46. İddiaçının cavabdeh orqana xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi ilə əlaqədar etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.N0N3-cü il tarixli, N707 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Dağınıq skleroz” xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstələrin mərkəzi sinir sistemində zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroz çoxsaylı faktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarışıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəliyinə dair hərbihəkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdeh orqanın xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, qərar iş materiallarına əlavə edilmiş T N48/N0N4 nömrəli ekspert rəyi və tibbi sənədlər ilə əsaslandırılmışdır.
48. Belə ki, Səhiyyə Nazirliyinin “MTE və PAB” PH-nin xx.xx.N0N4-cü il tarixli, T N48/N0N4 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Dağınıq skleroz” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.3. bəndinin və 7.N. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. - “Dağınıq skleroz” xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən mərkəzi sinir sistemində zədələnmələrlə müşayət olunan xəstəlikdir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda, olan iltihabi prosesin nəticəsində yaranan çapıqlardır. “Dağınıq skleroz” çoxsaylı fakorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloyi və coğrafi amillər) və iri meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Bu-xəstəliyin-travma yəni, xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış travması ilə ilə əlaqələndirilməsi mümkün deyildir. Bu səbəbdən də “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.N0N4-cü il tarixli, T N48/N0N4 nömrəli ekspert rəyində qeyd olunanlarla razılaşmır və aşağıdakıları qeyd edir.
50. İddiaçının İİ Qarabağ müharibəsi zamanı- xx.xx.N0N0-ci il tarixində partlayış zamanı yaralanması işin mübahisəsiz halıdır və bu işdə olan sənədlərlə tam təsdiq olunur. 5N. Hazırki mübahisənin predmeti iddiaçıya təyin edilmiş və hazırda da mövcud olan “Dağınıq skleroz” xəstəliyinin «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi səbəbli əlaqəsinin təyin edilməsinin mümkün olubolmamasıdır. Belə ki, cavabdeh orqan hesab edir ki, qeyd olunan xəstəlik iddiaçıda əvvəlcədən mövcud olmuşdur və bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəliyinə dair təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. 5N. İş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.N0N0-ci il tarixinədək olan sağlamlıq vəziyyətinə dair tibbi sənədlərin heç birində iddiaçıda “Dağınıq skleroz” xəstəliyinin mövcud olması qeyd olunmur, əksinə onun sağlamlığı qiymətləndirilməklə hərbi xidmətə yararlı olması hesab edilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının sağlamlığının müharibədən əvvəlki və sonrakı vəziyyətinin araşdırılması məqsədilə şəxsi işi sorğu ilə alınmışdır.
53. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 0NN4 nömrəli məktubuna əlavə edilmiş iddiaçının şəxsi işinin təsdiqlənmiş surətinə daxil edilmiş “Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirilmə” kartında qeyd edilmişdir ki, İddiaçı “Xəstəliklər cədvəli”nə və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə yararlıdır. Hərbi xidmətə daxil olmağa yararlıdır. Həmçinin şəxsi işə daxil edilmiş əmrlərdən çıxarışlarla müəyyən edilir ki, iddiaçı “Kəşfiyyat” ixtisası üzrə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna qəbul olunmuş, daha sonra kursu bitirərək bu barədə MA N5553 nömrəli sertifikat almış, N nömrəli hərbi hissə komandirinin N dekabr N0N8-ci il tarixli 0NN5əç nömrəli əmrinə əsasən 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə N3 dekabr N0N8-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifələrinin icrasına başlamışdır.
54. Göründüyü kimi iddiaçı yalnız qeyd olunan xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayışın nəticəsi olaraq aldığı travmadan sonra aparılmış müayinə və müalicələrin yekununda N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli, 0N9əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 4N.0.3cü maddəsinə (xəstəliyə görə) əsasən müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
55. Məhkəmə tərkibi iddiaçıda mövcud olan “Dağınıq skleroz” xəstəliyinin onda anadangəlmə və ya xx.xx.N0N0-ci il tarixindən əvvəl mövcud olması, olduğu təqdirdə xətsəliyin travma, yəni xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış nəticəsində kəskinləşməsinin mümkünlüyü və xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış nəticəsində yaranmasının mümkünlüyünün aydınlaşdırılması məqsədilə xx.xx.N0N5-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edərək, ekspertizanın aparılmasını “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”publik hüquqi şəxsinə həvalə etmiş, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.N0N5-ci il tarixli, N8-N- 3/N-590/N0N5 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N0NN tarixdə Respublika Klinik Xəstəxanaya xx.xx.N0NN tarixli baş beyin MRT müayinəsinin nəticəsinə əsasən (Solda frontal payda lateral ventrikulun cismi səviyyəsində, Lateral ventrikula perpendikulyar yerləşmiş, £ 8mm ölçüdə qliotik dəyişiklik və ya demielinizasiya sahəsi ola biləcək, TN, Fılair hiperintens ocaq izlənmiş olub, klinik-labarator korrelyasiyası və MRT nəzarət tövsiyyə edilir.) Dağınıq skleroz xəstəliyinə şübhə olduğu üçün müraciət etmişdir. Xəstəyə təkrari kontrastlı baş beyin MRT müayinəsi və oftalmoloq müayinəsi (vizus, perimetriya, çağırılmış görmə potensialları) təyin edilib. xx.xx.N0NN tarixdə xəstəyə Dağınıq skleroz dövlət proqramı komissiyasının sədri ilə birgə baxış olmuş və diaqnozun dəqiqləşdirilməsi üçün dinamik müşahidə, 6 ay sonra təkrar Baş beyin MRT məsləhət görülmüşdür. xx.xx.N0NN tarixdə xəstə yenidən RKX a müraciət edib, xx.xx.N0NN tarixdə kontrastlı baş beyin və boyun kontrastlı MRT olunub. xx.xx.N0NN-ci il tarixdə Dağınıq skleroz dövlət proqramı komissiyasının sədri ilə birgə baxış olmuş, xəstəliyin gedişatı, instrumental müayinələrin nəticəsinə (baş beyin MRT müayinəsində izlənilən demielinizan ocaqların sayında artımının izlənilməsi) əsasən Dağınıq skleroz diaqnozu təsdiqlənmişdir, xəstə dövlət proqramı çərçivəsində qeydiyyata alınmışdır. Dağınıq skleroz (DS) mərkəzi sinir sisteminin demielinizasiya ilə müşayiət edilən xroniki iltihabi neyrodegenerativ xəstəliyidir. Xəstəliyin adı onun açıq-aydın olan morfolofi xüsusiyyəti - sklerozlaşmış demielinizasiya ocaqlarıdır. DS əksər hallarda N0-40 yaşda başlayır, lakin bəzi hallarda uşaq və yaşlı insanlarda da başlaya bilər. Xəstəliyə kişilərə nisbətən gənc qadınlarda üç dəfə böyük tezliklə təsadüf edilir. İndiyə qədər DS-in etiologiyası məsələləri tam aydınlaşdırılmayıb, patogenezin müxtəlif mürəkkəb mexanizmləri isə xəstəliyin səbəblərinin multifaktorial olmağını təxmin etməyə imkan verir. DS-ın inkişafında həm xarici faktorlara (virus infeksiyaları, insolyasiya, D vitaminin çatışmazlığı, tütünçəkmə, mikrobiotanın vəziyyəti), həm də bu xəstəliyə genetik meyillik ilə əlaqəli olan immun tolerantlığın pozulmasına əhəmiyyət verilir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dağınıq sklerozun müalicə və diaqnostikası üzrə klinik protokol, N0NN). Yuxarıda qeyd olunan etiolofi faktorlar və xəstənin Respublika klinik xəstəxanaya müraciət tarixi, bizə təqdim edilən instrumental müayinələrin tarıxləri (xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN) nəzərə alınaraq xəstəliyin daha əvvəldən mövcud olması, xx.xx.N0N0 ci il tarixdə baş vermiş partlayış nəticəsində kəskinləşməsi və ya yarana bilməsi haqqında fikir bildirmək mümkün deyil.
56. Göründüyü kimi işin həm birinci instansiya məhkəməsində araşdırılması zamanı təqdim edilmiş ekspert rəyində, həm də apellyasiya instansiyasında araşdırılma zamanı təqdim edilmiş sənədlərdə “Dağınıq skleroz” xəstəliyinin yaranması tarixinin və səbəbinin tam aydınlaşdırılmasının mümkün olmaması və etiologiyası məsələlərinin tam aydınlaşdırılmaması qeyd edilmişdir. Bunların qeyd edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PH-nin xx.xx.N0N4-cü il tarixli, T N48/N0N4 nömrəli ekspert rəyində bu xəstəliyin travma yəni, xx.xx.N0N0-ci il tarixdə baş vermiş partlayış travması ilə əlaqələndirilməsinin mümkün olmaması və bu səbəbdən də “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin düzgün olması və dəyişdirilməsi üçün əsasın olmaması əsaslandırılmadan qeyd edilmiş, birinci instansiya məhkəməsi isə həmin rəyə əsaslanaraq qərar qəbul etmişdir.
57. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə tərkibi vurğulayır ki, iddiaçıda xx.xx.N0N0-ci il tarixdən əvvəlki dövrlərdə “Dağınıq skleroz” xəstəliyinin mövcud olmasını təsdiq edəcək sübutların olmadığı və yalnız həmin tarixdən sonrakı dövrlərə aid tibbi sənədlərdə həmin xəstəliyin onda mövcud olması qeyd olunduğu təqdirdə o, tələbində haqlı sayılmalı, qeyri-müəyyən sübutlar onun ziyanına şərh edilməməlidir.
58. İş materialları ilə müəyyən olunur ki, “Dağınıq skleroz” mərkəzi sinir sisteminin demielinizasiya ilə müşayiət edilən xroniki iltihabi neyrodegenerativ xəstəliyidir və xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və iri meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. İddiaçıya münasibətdə isə belə xarici mühit amilinin ən kəskin forması müharibə zamanı- xx.xx.N0N0-ci il tarixdə olan partlayış olmuşdur.
59. Məhkəmə kollegiyası həmçinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N-ci bəndində qeyd olunan əsasların da diqqətə alınmasını zəruri hesab edir. Belə ki, adıçəkilən Əsasnamənin 7.N-ci bəndinin “a” yarımbəndində qeyd olunur ki, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının NN-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;
60. Göründüyü kimi cavabdehin istinad etdiyi Əsasnamədə həm şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alması, həm də şəhadətləndirilən şəxsin xəstəliyinin Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının NN-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranması, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişməsi, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatması, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər olduqda xasərətin «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qiymətləndirilməsinə əsas yaradır. 6N. Məhkəmə onu qeyd edir ki, Əsasnamənin “a” bəndinin üçüncü yarımbəndində olan əsasların yalnız N994-cü il NN may tarixinədək aparılmış əməliyyatlarla məhdudlaşdırıldığı qeyd edilsə də, həmin Əsasnamə qəbul edidiyi tarixdən sonra aparılmış hərbi əməliyyatlar, “İkinci Qarabağ müharibəsi” zamanı yaralanmış şəxsələrə tətbiqini aradan qaldırmamalı, həmin hallar Əsasnamədə nəzərdə tutulduğundan “İkinci Qarabağ müharibəsi” zamanı xəsarət alan şəxslərə də aid edilməlidir. 6N. Beləliklə iş materiallarında olan sübutlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda “Dağınıq skleroz” xəstəliyinin baş vermiş partlayışın nəticəsi olaraq yaranması və ya həmin xəstəlik iddiaçıda olmaqla məhz həmin hadisədən sonra onun hərbi xidmətdən tərxis olunması, yararsızlığına gətirib çıxaran dərəcəyə çatması işdə olan sənədlərlə təsdiq edildiyindən, cavabdehin xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında həmin xəstəliyin səbəbli əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməlidir.
63. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
64. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-N(NN4)-79N/N0N4 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli N4704 nömrəli qərarında İddiaçı olan “Dağınıq skleroz” diaqnozunun səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov