Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-545/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-64/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2013-cü il tarixdə “V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F06- Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...” diaqnozu əsasında, daha sonra xx.xx.2014-cü il tarixdə V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F60-F69- Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları =>F62- Baş beynin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma...” diaqnozu əsasında, xx.xx.2015-ci il tarixdə “V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Həmçinin, həmin sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilməsi zamanı “əlavə müalicəyə ehtiyacın olması – Səbəb: ixtisaslaşdırılmış müalicə və müayinə davam etdirilməli” əsası ilə, xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2013-cü ildən sonra stasionar müayinə və müalicəsi yoxdur. 1 saylı RPX müayinə və müalicə məsləhət görülür” əsası ilə, xx.xx.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması – Səbəb: ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır” əsası ilə imtina edilmişdir.
4. İddiaçı barəsində sonuncu dəfə Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş, iddiaçının xəstəliyinin gedişi xroniki, dərəcəsi ağır kimi qeyd edilmiş diaqnozu aşağıdakı kimi qoyulmuşdur: -F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, İrsiyyəti ruhi xəstəlik ağırlaşmayıb. İlkin inkişafı adi olub. 6-7 yaşlarında 2-ci mərtəbədən yıxılaraq kəllə-beyin travması alıb. Evdə müalicə olunub. 8 sinif bitirib. Ailəli olub – yoldaşı vəfat edib, övladı yoxdur. Tək yaşayır. İİ qrup əlillik müavinəti alıb. xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2013 tarixlərdə Ağdam RƏXD-də stasionar müalicə alıb. xx.xx.2022-xx.xx.2022 tarixlərdə 1 saylı RPX-da stasionar müalicə alıb, “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə F07.0”. xx.xx.2022 tarixində PND HPK tərəfindən müayinə olunaraq diaqnoz təsdiq edilib.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T570/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd edilmiş “F07.0-Üzvi mənşəli şəxsiyyət pozğuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət pozğuntusu, bayılma halları ilə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. 2. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə müalicəyə (bərpa mlalicəsini davam etdirməyə) ehtiyacı yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb edilə bilər.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T52/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etməyə əsas vermədi. Həmin diaqnozlu xəstələr yaşayış yeri üzrə poliklinikada qeydiyyata götürülür və təyin edilmiş dərman preparatlarını nəzarət altında qəbul edirlər.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2706 nömrəli məktubunda qeyd edilmişdir ki, patofunksional dəyişikliklər dedikdə özünün əyani müayinəsi zamanı nevropatoloq tərəfindən əlillik təyinatı üçün əsas meyar kimi qəbul edilən psixoproduktiv dəyişiklik, şəxsiyyət pozuntusu əlamətlərinin olmaması başa düşülür.
8. Məhkəmə sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18903/2024 nömrəli cavab məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən 0319003AAGWE, 0319003AAJQQ və G00068734YPV nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və bütün hallarda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Bildirilmişdir ki, Fərdi reabilitasiya və abilitasiya proqramı yalnız əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuşdur.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2899 nömrəli rəyində qeyd edilmişdir ki, 1) Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərişdə iddiaçıya təyin olunmuş diaqnoz (üzvi mənşəli şəxsiyyət pozuntusu) öz təsdiqini tapır, beynəlxalq təsnifat kodu (F07.0) düzgün qeyd edilmişdir. 3) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərşdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.
10. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-13860/2025 nömrəli qərarında qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik müddəti bitdikdən sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, vətəndaş əyani müayinəyə gələ bilmədiyindən müraciəti əsasında ərazi üzrə fəaliyyət göstərən TSEK-in əməkdaşları tərəfindən yaşadığı ünvanda müayinə edilmiş, mövcud sənədlər toplanmış, video görüntü çəkilmiş, barəsində 3-17-4/3-1-11215/2025 nömrəli akt tərtib edilərək qiymətləndirilməsi üçün DTSERA-ya göndərilmiş, xx.xx.2025-ci il tarixində komissiya şəraitində məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də qeyd edilmiş məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı ilkin olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi” diaqnozu ilə əyani müayinə olunmuş və ona xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixədək həmin təyinat qüvvədə saxlanılmışdır. Növbəti dəfə xx.xx.2016-cı il tarixindən həmin əlillik təyinatı “Əlillik” altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixinədək) uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra əlillik vəziyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0319003AAGWE nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi”) DTSERA tərəfindən xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0319003AAJQQ nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Üzvü şəxsiyyət dəyişməsi”) DTSERA tərəfindən xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və yenidən “Əlavə müalicəyə ehtiyacın olması” barəsində qərar qəbul edilmişdir (səbəb: 2013-ci ildən sonra stasionar müayinə və müalicəsi aparılmamışdır. 1 saylı RPX müayinə və müalicə məsləhət görülmüşdür). Sonuncu dəfə əlillik vəziyyəti Mingəçevir Psixonevroloji dispanseri tərəfindən rəsmiləşdirilmiş G00068734YPV nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə.”) DTSERA-da xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barəsində qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı əsasında DTSERA-da ərazi üzrə xidmət göstərən 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinə olunmuş, sağlamlıq vəziyyəti aktlaşdırılmışdır (3-17-4/3-1-11215/2025 nömrəli Akt). Əlillik vəziyyəti həmin Akt və rəsmiləşdirilmiş sonuncu göndəriş əsasında qiymətləndirilmişdir. Anamnezə əsasən uşaq vaxtı travma almış, buna baxmayaraq orta təhsilini sona qədər davam etdirmiş və ailə qurmuşdur. Övladı olmamışdır. Psixi statusda zahirən səliqəli, təmizdir, bələdliyi saxlanılmışdır. Ünsiyyətə tam adekvat, bir qədər ləng daxil olmuş, sualları anlamış, verilmiş kiçik tapşırıqları icra etmişdir. İntellektual-mnestik funksiyaların enikliyi hazırda izlənilməmişdir. Ümumi status, astenizasiya, lənglik yaşına müvafiq görülmüşdür. Hər hansı bir psixi pozuntuya uyğun klinik əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Bildiririk ki, vətəndaşa dair sonuncu göndərişdə yanaşı olaraq “Yüngül dərəcəli əqli gerilik. İQ 55” diaqnozu qeyd edilsə də, təqdim etdiyi ixtisaslaşmış tibbi sənədlərdə və hazırkı klinik əlamətlərdə inkar edilmişdir. Təqdim etdiyi tibbi sənədlər 2022-ci dövrdən sonrakı dövrü əhatə etmiş, instrumental müayinələr (baş beyin KT və ya MRT) aparılmamışdır. Anamnestik məlumatlar, obyektiv muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
11. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-4/2-15976/2025 nömrəli məktubunda bildirmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2899 nömrəli rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2023-cü il qiymətləndirilməsinə dair qərarın ləğv edilməsi və onun əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildən başlayaraq “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə” diaqnozu ilə müayinə və müalicə olunur. Xəstəliyinin müayinə və müalicəsi, səbəb əlaqəsinin müəyyən edilməsi üçün çoxsaylı müalicədə olmuşdur. Qeyd edir ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə” göstərmişlər. İndiyədək dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə də canlı müayinədən keçsə də xx.xx.2023-cü ildə sonuncu müayinəyə dair onun barəsində “Əlavə müalicəyə ehtiyacın olması” Ətraflı: İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır” qərar qəbul edilmiş və bununla da onun hüquqları pozulmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı xx.xx.2024-cü il tarixdə təqdim edilən etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsdə bu Qaydaya 2 nömrəli əlavədə təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri qeyd edilmiş məhkəmə yuxarıda qeyd edilən qərarı nəzərə almayaraq qüvvədə olmayan qanunvericilik normalarını tətbiq etmişdir. Belə ki, İddiaçı barəsində Mingəçevir PND xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır səbəbi ilə imtina verlmişdir. İddiaçıda qeyd edilən xəstəlik üçün tələb olunan minimal müalicə müddəti tələbi qeyd edilmişdir. Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətlərinin 21-ci qrafasında Digər psixi pozuntular Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti stasionar (10 gün), ambulator (2 dəfə) qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsinə əsasən: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, sikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti cərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir.
15. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını, həmçinin müvafiq ərizə əsasında buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-64/2025 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmiş və “iddia qaldırılması üçün ötürülmüş müddətin bərpası barədə” vəsatəti təmin olunaraq iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 64/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlillik təyin olunması barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - Forma 88-də qeyd olunan diaqnozun (üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2.1-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-64/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dair göndərişdə göstərilmiş əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə.) DTSERA-da xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barəsində qərar edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı əsasında DTSERA-da ərazi üzrə xidmət göstərən 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinə olunmuş, sağlamlıq vəziyyəti aktlaşdırılmışdır (3-17-4/3-1-11215/2025 nömrəli Akt). Əlillik vəziyyəti həmin Akt və rəsmiləşdirilmiş sonuncu göndəriş əsasında qiymətləndirilmişdir. Anamnezə əsasən uşaq vaxtı travma almış, buna baxmayaraq orta təhsilini sona qədər davam etdirmiş və ailə qurmuşdur. Övladı olmamışdır. Psixi statusda zahirən səliqəli, təmizdir, bələdliyi saxlanılmışdır. Ünsiyyətə tam adekvat, bir qədər ləng daxil olmuş, sualları anlamış, verilmiş kiçik tapşırıqları icra etmişdir. İntellektual-mnestik funksiyaların enikliyi hazırda izlənilməmişdir. Ümumi status, astenizasiya, lənglik yaşına müvafiq görülmüşdür. Hər hansı bir psixi pozuntuya uyğun klinik əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Bildiririk ki, vətəndaşa dair sonuncu göndərişdə yanaşı olaraq “Yüngül dərəcəli əqli gerilik. İQ 55” diaqnozu qeyd edilsə də, təqdim etdiyi ixtisaslaşmış tibbi sənədlərdə və hazırkı klinik əlamətlərdə inkar edilmişdir. Təqdim etdiyi tibbi sənədlər 2022-ci dövrdən sonrakı dövrü əhatə etmiş, instrumental müayinələr (baş beyin KT və ya MRT) aparılmamışdır. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T570/2Q23 nömrəli ekspert rəyinə əsasən iddiaçıya iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd edilmiş “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında qovulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb edilə bilər. Qənaətinə gəldiyi halda iddia əsassız olaraq təmin edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.
41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
45. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Mingəçevir PND tərəfindən rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli G00068734YPV nömrəli göndərişdə “Əsas diaqnoz– F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə” kimi müəyyənləşdirilmişdir.
46. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması-səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır” qərarı qəbul edilmişdir.
47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarı ilə “Əlavə müalicəyə ehtiyacın olması-səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.
48. Belə ki, İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2013-cü il tarixdə “F06- Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...” diaqnozu əsasında, daha sonra xx.xx.2014-cü il tarixdə “F62- Baş beynin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma...” diaqnozu əsasında, xx.xx.2015-ci il tarixdə “F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə “F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
49. Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçının xəstəliyinin gedişi “xroniki”, dərəcəsi “ağır” kimi qeyd edilmişdir. Həmin göndərişlə müəyyən olunur ki, İddiaçı “F07.0” diaqnozu üzrə xx.xx.2013xx.xx.2013, xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə Ağdam PND-də, xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə 1 saylı RPX-da stasionar müalicə almışdır, “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə F07.0”. xx.xx.2022 tarixində PND HPK tərəfindən müayinə olunaraq diaqnozu təsdiq edilib. Eləcə də, göndərişdə iddiaçının həmin diaqnoz üzrə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə ambulator müraciətlərinin olması müəyyən edilmişdir.
50. Birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2899 nömrəli ekspert rəyində bildirilmişdir ki, Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərişdə iddiaçıya təyin olunmuş diaqnoz (üzvi mənşəli şəxsiyyət pozuntusu) öz təsdiqini tapır, beynəlxalq təsnifat kodu (F07.0) düzgün qeyd edilmişdir. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.
51. Həmçinin, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddiaçı əyani müayinə olunaraq əlillik vəziyyəti yenidən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərar qəbul edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
53. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
54. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, əvvəlki əlillik təyinatları zamanı və hal-hazırda da qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulmasına görə əlillik təyin olunmasına əsas verir.
55. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
56. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-64/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.