Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-549/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının nümayəndəsi X5 iştirakları ilə, “işlə təmin olunma öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və qeyri” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1389/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının Goranboy rayon xidmət şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlə təmin olunması öhdəliyini cavabdehlərin üzərinə qoyulması, işsiz şəxs kimi qeydiyyata alındığı xx.xx.2019cu il tarixdən bu günə qədər nə qədər kvotanın ayrılması barədə arayışın tələb olunması və işsiz kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən yaranmış boş iş yerləri ilə bağlı hansı səbəbə görə işlə təmin olunmamasının müəyyən olunaraq araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq quruma göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmət dövründə döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlərə görə 2-ci qrup əlil olaraq ordu sıralarından ehtiyata buraxılmışdır. Müvafiq sahədə qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək X2 fəaliyyət istiqamətləri kimi göstərilmişdir. Odur ki, cavabdehlər iddiaçının bilavasitə işlə təmin edilməsi öhdəliyini daşıyır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1389/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi 3 hissədən: 1) işlə təmin olunması öhdəliyini cavabdehlərin üzərinə qoyulması; 2) işsiz şəxs kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən bu günə qədər nə qədər kvotanın ayrılması barədə arayışın tələb olunması; 3) işsiz kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən yaranmış boş iş yerləri ilə bağlı hansı səbəbə görə işlə təmin olunmamasının müəyyən olunaraq araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq quruma göndərilməsindən ibarətdir. Cavabdeh işaxtaranların bilavasitə işlə təmin etmək öhdəliyi daşımır, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsində vasitəçilik edir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən tam araşdırma aparmamış, belə ki, iddiaçı, təklif olunan iş yerlərinə müraciət etsə də qərəzli olaraq onun işə qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddia tələbinin dəqiqləşdirilməsi və daha uğurlu iddia növü ilə əvəz edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən hər hansı yardım edilmədən iddia mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqana iddiaçının işlə təmin olunmasına dair tədbirlər görülməsinin həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində baxılaraq qiymət verilən tələbi 3 hissədən: 1) işlə təmin olunması öhdəliyini cavabdehlərin üzərinə qoyulması; 2) işsiz şəxs kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən bu günə qədər nə qədər kvotanın ayrılması barədə arayışın tələb olunması; 3) işsiz kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən yaranmış boş iş yerləri ilə bağlı hansı səbəbə görə işlə təmin olunmamasının müəyyən olunaraq araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq quruma göndərilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olmayan hərəkətin edilməsinin irəli sürülməsi əsası ilə mümkün saymamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, iddiaçı Goranboy rayon Məşğulluq Mərkəzinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən Goranboy rayon Mədəniyyət Evində direktor (390 manat) iş yerinin olduğu barədə məlumat verilmiş, lakin iddiaçı ixtisasına uyğun dövlət qulluğu üzrə işlə təmin olunmasını bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, iddiaçıya Goranboy rayonu Mədəniyyət Evində direktor vəzifəsinə göndəriş verilmiş, lakin işəgötürən tərəfindən ixtisas uyğunsuzluğu olduğundan işə qəbul edilməmişdir. Bundan əlavə ona "xxxx" MMC-də nəzarətçi vəzifəsi təklif olunmuş, lakin iddiaçını iş rejimi qane etməmişdir. İddiaçı ali təhsil tələb edən işlə təmin olunmaq istəmişdir, Mərkəz tərəfindən tələb olunan ixtisasa uyğun işlər olmadığından onu işlə təmin etmək mümkün olmamışdır. Gələcəkdə iş yeri yaranacağı halda iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X6 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən “Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) Əmək və Məşğulluq altsistemindəki vakansiya bankında yerləşdirilən vakansiyalar haqqında məlumat verilmiş, iddiaçı yalnız "xxxx" MMC-də sosial işçi vəzifəsində işlə təmin olunmaq istədiyinizi bildirmişdir, hazırda arzuladığı sahə üzrə vakansiya bankında vakansiya olmadığı bildirilmişdir, əlavə olaraq sosial rifahın və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə “e-sosial.az" internet portalı vasitəsilə Nazirliyin MEİS-in Əmək və Məşğulluq altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər; 1.1.8. kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı; 1.1.22. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər – əlilliyi olan şəxslər şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər; Qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi: 1.1. X4 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək; 3.1.10. əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunmasını əmək birjaları vasitəsilə həyata keçirmək; 3.1.14. işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı tədbirlər görmək, bu sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək; 3.1.15. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” Qaydası: 3.1. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edir. 3.2. İşəgötürən tərəfindən "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edilməsi halları işə qəbul etməkdən imtina kimi qiymətləndirilir. 3.3. Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər. 3.4. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən müəssisələrə göndəriş verilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. 3.5. Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində şəhər, rayon məşğulluq mərkəzlərinə və ya “DOST” mərkəzlərinə məlumat verməlidirlər. Təhlil edilən normaların məzmumundan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat səlahiyyətlərinə malik olması müəyyən olunmuşdur. X2 Nizamnaməsinin 3.1.15 maddəsinə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. İş üzrə təqdim edilən cavabdeh orqanın müvafiq məktublarında iddiaçının işsiz kimi qeydiyyatına dair müvafiq prosedur qaydaların həyata keçirildiyi, eyni zamanda uyğun vakant vəzifə yarandığı təqdirdə sonuncuya bu barədə məlumat verildiyi qeyd olunur. Göründüyü kimi işsiz statusuna malik şəxsin hər hansı vəzifəyə qəbul olunmalı öhdəliyinin cavabdehin üzərinə qoyulması istisna edilsə də, sosial müdafiəyə ehtiyacı olan şəxslərin işlə təmin olunması üçün tədbirlərin görülməsi cavabdehin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq araşdırma aparılmamış, inzibati material tələb edilməmişdir. Hazırda iddiaçı tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək məhz cavabdeh orqan tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini xahiş etmiş, iddia tələbinin mümkün sayılmamasına dair hüquqi nəticəyə gəlinən zaman ona hüquqi yardım olunmadığı qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarının 3.5. bəndində qeyd olunur ki, apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Göründüyü kimi apellyasiya icraatı zamanı iddiaçı tələbini dəqiqləşdirərək cavabdeh inzibati orqanın yuxarıdaq qeyd edilən Nizamnamə ilə səlahiyyətinə aid edilən iddiaçının işlə təmin edilməsinə dair müvafiq tədbirlərin görülməsinə dair öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab verməsinin müəyyən edilməsi birinci instansiya məhkəmə tərəfindən yoxlanılması labüddür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 2.3-cü bəndi). Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və mümkünlük şərtlərinin yoxlanması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1389/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2-1(104)-549/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-549/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver