Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-551/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğvi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-399/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlillik vəziyyəti xx.xx.2010-cu il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə (xx.xx.2011-ci ilədək) ikinci dərəcə ilkin əlillik, xx.xx.2013-cü il tarixində hərbi xidmət dövrü ilə əlaqədar iki il müddətinə (xx.xx.2015-ci ilədək), xx.xx.2015-ci il tarixində iki il müddətinə (xx.xx.2017-ci ilədək), xx.xx.2017-ci il tarixdəki müayinə zamanı isə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.
2. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırmaya əsasən "Əlillik" altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur.
3. Prezident təqaüdünə dair sosial müavinət işin materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 1-ci qrup əlilliyə görə Prezident təqaüdü təyin edilmiş, hər ay 60manat olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 660 manat, hər ay 66 manat olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1650 manat, hər ay 73 manat olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 949 manat, hər ay 100 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1400 manat, cəmi 4659 manat məbləğində təqaüd ödənilmişdir.
4. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 740328 nömrəli, tarixsiz sərəncamına əsasən əlilliyin müddəti dəyişdirildiyi üçün İddiaçı təyin edilmiş təqaüd ödənişi xx.xx.2015-ci il tarixdən dayandırılmışdır.
5. İ qrup əlilliyə görə sosial müavinət işinin materiallarından görünür ki, İddiaçı hər ay 67 manat olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 737 manat, hər ay 74 manat olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1850 manat, hər ay 82 manat olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1066 manat, hər ay 100 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 2100 manat, cəmi 5753 manat sosial müavinət ödənilmişdir.
6. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, nömrəsiz sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən müavinət ödənişi dayandırılmışdır.
7. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarın məzmunundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 qrup əlilliyə görə sosial müavinət və təqaüd ödənilmişdir.
8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəsinə dair məlumatına əsasən İddiaçı əlilliyi etibarsız hesab edilmiş və nəticədə 10.408,0 manat məbləğində artıq alınmış vəsait yaranmışdır.
9. Yaranmış vəsaitin filialın hesabına qaytarılması haqda İddiaçı bildiriş göndərilmiş, lakin artıq ödənilmiş 10.408,0 manat məbləğin bərpası təmin edilməmişdir.
10. İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2017-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
11. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində Abbasov X2 qəbulda olmuş, keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq xx.xx.2020-ci il tarixli hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020ci il tarixli, **********5 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlanılmışdır.
12. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıdan 728,56 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli tutulma ilə bağlı qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödənilmiş 1.122,26 manat və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 0,00 manat ödənilməli olan vəsait müəyyən edilmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarına əsasən İddiaçı İİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qərarın məzmununda qeyd olunur ki, əlillik altsistemində **********1 ESDAS nömrəli məktubuna əsasən müayinə etibarsız edildiyi üçün xx.xx.2015- xx.xx.2017-ci il tarixləri artıq vermə, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İ dərəcə əlilliyə görə, xx.xx.2020xx.xx.2022-ci il tarixədək İİ dərəcə əlilliyə görə 1.323,46 manat əskik vermə müəyyən edilmişdir.
15. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi olan dövr üzrə ödənilməli olan ödənişlərin verilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının:
17. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-132749/2023 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2010-cu il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənişləri xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Araşdırma zamanı Mərkəzləşdirilmiş elektron intormasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək müəyyən edilmiş İ dərəcə əlilliyə dair müayinə aktı etibarsız edilmiş və bu səbəbdən iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə artıq ödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyi müəyyən edildiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir Eyni zamanda "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2020-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar iddiaçının İl dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2020-ci il tarixindən İl dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ona müvafiq olaraq həmin tarixdən İl dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilməkdədir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sosial müavinət və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilməli olan ötən dövr məbləği xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək sosial müavinət və Prezident təqaüdü üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirildikdən sonra qalan məbləğ 2022-ci ilin dekabr ayında aylıq müavinətin üzərinə əlavə edilməklə iddiaçıya ödənilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-H-150666/2023 nömrəli məktubunda bildirilmişdir ki, sosial müavinət və təqaüd işi üzrə iddiaçıya ödənilmiş 3.226,04 manat borc məbləği 2022-ci ilin dekabr ayında keçmiş dövr üçün alınmamış məbləğlərlə əvəzləşdirildiyi üçün artıqalma tam bərpa edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixinə artıqalınmış vəsait aşkar edilməmişdir.
18. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-180763/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsistemində olan məlumata əsasən iddiaçıya xx.xx.2010-cu il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənişləri xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Araşdırma zamanı MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək müəyyən edilmiş İ dərəcə əlilliyinə dair müayinə aktı etibarsız edilmiş və bu səbəbdən ona xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə artıqödəmə müəyyən edilmişdir. "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2017- ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasındə xx.xx.2020-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar İl dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2020-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İl dərəcə əlilliyi müəyyən edildiyi üçün adıçəkilən şəxsə müvafiq olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilməkdədir. Əlavə olaraq bildirilir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sosial müavinət və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilməli olan ötən dövr məbləği xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək sosial müavinət və Prezident təqaüdü üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirildikdən sonra qalan məbləğ 2022-ci ilin dekabr ayında iddiaçının aylıq müavinətinin üzərinə əlavə edilməklə ödənilmişdir.
19. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-69364/2024 nömrəli məktubunda bildirmişdir ki, artıq ödəmənin əvəzləşdirilməsi ilə bağlı vətəndaşın razılığının alınıb-alınmaması barədə müavinət və təqaüd işlərinin tərkibində hər hansı məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
20. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarının, DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Daha sonra iddiaçı ərizə təqdim edərək tələbin həcmini artıraraq tutulmuş 3226,04 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1786 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə xidmətə yararsız olmaqla şəhadətləndirilmiş, ona kompensasiya ödənilmişdir. Lakin 2020-ci ildən onun əlilliyi ilə bağlı pensiyası dayandırılmışdır, artıq ödəmələr iddiası ilə ondan pul tutulması qərara alınmışdır.
23. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-212678/2023 nömrəli etirazında bildirilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar İ dərəcə əlilliyə görə təqaüd almaq hüququ olduğu üçün 400,00 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020- ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu üçün 600,00 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022ci il tarixinədək İİ dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu üçün 2245,71 manat olmaqla ümumilikdə 3245,71 manat alınmamış fərq məbləğ və xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək "Əlillik" altsistemində müayinəsi etibarsız edildiyi üçün İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıqödəmə məbləği əvəzləşdirilmiş, qalıq 19,67 manat fərq məbləğ İddiaçı müavinət işi üzrə 2022-ci ilin dekabr ayında tam ödənilmişdir. İddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət edərək xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə almadığı sosial müavinət və təqaüd məbləğlərini tələb etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla qeyd olunan əsaslar iddiaçıya bildirilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş İ dərəcə əlilliyə görə sosial müavinət və təqaüdün qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmişpul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək dərəcə əlilliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıq ödənilmiş məbləğin ona ödənilməli xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar 400,00 manat İ dərəcə əlilliyə görə təqaüd, xx.xx.2020-ci il tarixindən xx.xx.2020- ci il tarixinədək 600,00 manat İ dərəcə əlilliyə görə sosial müavinət, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2245,71 manat İİ dərəcə əlilliyə görə sosial müavinət olmaqla ümumilikdə 3245,71 manat məbləğlə əvəzləşdirilərək tutulması qanunidir. Qeyd olunanlardan bir daha aydın olur ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir.
24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-399/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
25. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, qanunvericilik artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulmasını sosial ödəniş alan şəxsin razılığı ilə şərtləndirir. Prezident təqaüdünün özü də bir sosial ödənişdir. Hazırkı halda isə iş materialları ilə iddiaçının Prezident təqaüdündən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Məhkəmə sorğusuna cavab olaraq inzibati orqan özü də etiraf etmişdir ki, iddiaçının sosial müavinət işinə dair sənədlərdə artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulması haqqında iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən sosial ödəniş alan şəxsin razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, artıq ödənilmiş pul vəsaitin tutulması ilə bağlı hərəkətlər Fondun vəzifələrinə aiddir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. İş materialları ilə müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2010-cu il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə (xx.xx.2011ci ilədək) ikinci dərəcə ilkin əlillik, xx.xx.2013-cü il tarixində hərbi xidmət dövrü ilə əlaqədar iki il müddətinə (xx.xx.2015-ci ilədək), xx.xx.2015-ci il tarixində iki il müddətinə (xx.xx.2017ci ilədək), xx.xx.2017-ci il tarixdəki müayinə zamanı isə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırmaya əsasən "Əlillik" altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuş, xx.xx.2020-ci il tarixində iddiaçının müraciəti əsasında xx.xx.2017ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlilliyi bərpa edilmiş, sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək xx.xx.2020-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
36. İddiaçının əlilliyi etibarsız hesab edilən zaman DSMF-nin səlahiyyətli orqanı Gəncə şəhər Kəpəz rayon filialı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilmiş 10.408,0 manat məbləğində artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı qərar qəbul etmişdir.
37. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 10.408 manat məbləğin tutulması barədə qərar qüvvədə olduğu halda, cavabdeh qurum tərəfindən iddiaçının razılığı alınmadan xx.xx.2015-xx.xx.2017-ci il dövrə dair İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıqödəmə məbləğini iddiaçıya ödənilməli olan 3.245,71 manat məbləğin müvafiq hissəsində əvəzləşdirmişdir. Cavabdeh qurum tərəfindən yalnız xx.xx.2015-xx.xx.2017-ci il dövrə dair İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manatın tutulmasına dair xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərar qəbul edilmişdir. İddiaçının sosial müavinət və Prezident təqaüdü işlərindən aydın olur ki, iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri üzrə 4659 manat məbləğində təqaüd, 5753 manat məbləğində sosial müavinət ödənilmişdir (cəmi 10.412 manat olsa da, cavabdeh tərəf 10.408 manat şəklində hesablamışdır).
38. Hazırda iddiaçının məqsədi artıq tutulmaya dair qərarın ləğv edilməsi və əvəzləşdirilmiş sosial müavinətin və Prezident təqaüdünün bərpa edilərək geri qaytarılmasıdır.
39. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-180763/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsistemində olan məlumata əsasən iddiaçıya xx.xx.2010-cu il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənişləri xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Araşdırma zamanı MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək müəyyən edilmiş İ dərəcə əlilliyinə dair müayinə aktı etibarsız edilmiş və bu səbəbdən ona xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə artıqödəmə müəyyən edilmişdir. "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2017- ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasındə xx.xx.2020-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar İl dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2020-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İl dərəcə əlilliyi müəyyən edildiyi üçün adıçəkilən şəxsə müvafiq olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilməkdədir. Əlavə olaraq bildirilir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sosial müavinət və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilməli olan ötən dövr məbləği xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək sosial müavinət və Prezident təqaüdü üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirildikdən sonra qalan məbləğ 2022-ci ilin dekabr ayında iddiaçının aylıq müavinətinin üzərinə əlavə edilməklə ödənilmişdir.
40. Göründüyü kimi birinci instansiyası məhkəməsi gəldiyi hüquqi nəticəni “Əmək pensiyası haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə əsaslandırmışdır.
41. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
42. Hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
43. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə oln halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
44. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
45. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir.
46. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
47. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
48. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişsiz inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələqdirilən aktı qəbul etmişdir.
49. Halbuki sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
50. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-69364/2024 nömrəli məktubunda bildirmişdir ki, artıq ödəmənin əvəzləşdirilməsi ilə bağlı vətəndaşın razılığının alınıbalınmaması barədə müavinət və təqaüd işlərinin tərkibində hər hansı məlumat aşkar edilməmişdir.
51. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarı və hüquqi varisi olduğu DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilməli, tutulmuş (əvəzləşdirilmiş) 3.226,04 manat məbləğin geri qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-399/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov