Məhkəmə qərarları › İş №2-1(104)-551/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-551/2025

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-551/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Işin halları

2. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında ##.##.2021-ci il və ##.##.2023-cü il tarixlərdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərarlar qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli “həkim psixiatr komissiyasının rəyi”ndən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq ona “Rekurrent depressiya. Cari orta dərəcəli depressiv epizod F33.1” diaqnozu qoyulmuşdur.

6. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət yetirmələrlə; Yanaşı xəstəliklər – Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ çiyinin ön və arxa nahiyyəsində güllə yarası, Sağ əlin dəlib keçən güllə yarası. Travmatik şok; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Sağ bazu oynağında daimi ağrı sindromu, Sağ əlin tutma funksiyasının pozulması.

7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə ##.##.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə *-**-*/*- *-****/**** nömrəli qərar qəbul edilmişdir.

8. ##.##.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Mingəçevir PND-də, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Tərtər RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək Tərtər RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Tərtər RMX-da, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək ** saylı Birləşmiş şəhər xəstəxanası, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək Bərdə RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Bərdə RMX-da, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Bərdə RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Gəncə şəhər Xəstəxanasında, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023- cü il tarixədək * saylı X2, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı X2, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı X2, “F33.1 – Qayıdan depressiv pozğunluq, orta dərəcəli növbəti epizod” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı X2, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək * saylı X2, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək * saylı X2, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicələr almış, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə isə ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərdə ambulator müraciətləri olmuşdur.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Bildiririk ki, İddiaçı ##.##.2014-cü il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşa dair Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2021-ci il tarixli, *******AAHQE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı ##.##.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2021-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə İddiaçı dövlət tibb müəssisəsinin Y********PNP nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş dövlət tibb müəssisəsinin N********YEX nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə müayinədə iştirak etmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmələrin yekun nəticələri barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, 2013-cü ildə ona təyin edilmiş ikinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ##.##.1961-ci il təvəllüdlü olmaqla, uzun illərdir hərbidə qulluq etmişdir. Vətən müharibəsi iştirakçısıdır. 2012ci ildə bazu sümüyünün yuxarı ucunun sınığı,sağ bazu sümüyü başının güllə yaralanmasından sonrakı kelloid capıqlar. Oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası, dəqiqləşdirilməmiş biomexaniki pozğunluq, sol əlin tutma funksiyasının pozulması. Biləyin və əlin digər hissələrinin acıq yarası,sol əlin güllə yaralanmasından sonrakı çapıqları diaqnozu ilə 2-ci qrup əlillik ilə təmin olunmuşdur. 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Əhalinin Sosial müdafiə Fondunun yanında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi 2-ci qrup əlilliyini ləğv etmişdir. Uzun illərdir xəstəxanalarda müalicə alır. Sonra 2-ci Qarabağ müharibəsini keçdikdən sonra halı pisləşərək Psixiatrik xəstəxanada şəxsiyyətin dəyişkənliyi, depressiv özünə xəsarət yetirmə diaqnozu ilə stasionar müalicələr alır. ##.##.2024-cü ildə yenidən Tibbi komisiyyadan keçərək Əhalinin Sosial Müdafiə Fondunu yanında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, ##.##.2024-cü ildə isə Agentlik tərəfindən əlaqə nömrəsinə imtina cavabı gəlmişdir.

13. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, ##.##.1961-ci il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2021-ci il tarixli *******AAHQE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420423939). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli Y********PNP nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1- 5613/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli, *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiyinin ön və arxa nahiyəsində güllə yarası. Sağ əlin dəlib-keçən güllə yarası. Travmatik şok” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində, ##.##.2024-cü il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında kəsim aparatı ilə (laqunda) özünə xəsarət yetirdiyini, sol əl barmaqlarında keyimə hissi olduğunu bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını sadalaya bilməmişdir. Müayinə zamanı sağ qoltuqaltı nahiyədə, sol əlin II və III daraq sümükləri arasında çapıqlar izlənilmiş, sağ bazu oynağını 80 dərəcəyə qədər qaldırmış, çiyin əzələləri simmetrik, atrofiya qeyd edilməmiş, digər hərəkətlərin tam sərbəst olması izlənilmişdir. Vətəndaş sənədlərini təqdim etmək istədikdə, sağ bazu oynağında tam hərəkət olması müşahidə edilmişdir. Psixi statusunda intihara cəhd etdiyini bildirmiş, bədənin müayinəsi (vizual) zamanı müvafiq xəsarət aşkarlanmamışdır. Ambulator müalicə kartı 2021-ci il tarixindən açıldığı, stasionar müalicələrin isə 2023-cü il tarixindən ardıcıl olması müəyyənləşdirilmiş, xəstəliyin ilkin, kəskin dövrünə aid heç bir sənəd təqdim edilməmişdir. Fəlakətin (müharibə) qalıq əlamətlərinin (Şəxsiyyət dəyişikliyi) kəskin dövrünün 31 il sonra büruzə verməsi patofizioloji olaraq mümkün deyildir. Hal-hazırda əlillik təyinatına əsas verən psixi pozuntular müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq, ailə üzvləri ilə yola gedə bilməmək, dəfələrlə müxtəlif vasitələrlə özünə xəsarət yetirməsindən şikayətlənmişdir. Hərəkətlər tam sərbəst olmuş, sağ qoltuqaltında çapıq izlənilmişdir. Sağ bazu oynağında 80 dərəcəyə qədər hərəkət göstərmiş, sonra ağrı olduğunu bildirmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda sümüküstü və vətər refleksləri D=S, orta canlı alınmışdır. Sağ yuxarı ətrafda hipotoniya (atoniya), atrofiya qeyd edilməmişdir. Xəstə sağ yuxarı ətrafını ağrı səbəbi ilə tam qaldırmamışdır. Psixi statusu: təhdidkar danışmış, əlillik təyinatı edilmədiyi təqdirdə özünü öldürəcəyi ilə hədələmişdir. Psixiatrik sənədlər 2023-cü ildən ardıcıllıq təşkil etmişdir. Mühakiməsi tam, emosiyaları stabil, əhval-ruhiyyə fonu normal diapazonunda izlənmişdir. Tənqidi tam olmuşdur. 2 X1 Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli **** nömrəli Çıxarışında diaqnoz “Fəlakətli hadisədən (İ Qarabağ müharibəsi) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-cü il tarixli, **** nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

14. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “##.##.2024- cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasının görə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Həmçinin Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

18. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (##.##.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F62.0” diaqnozu üzrə cəmi 88 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş və əlillik təyinatına əsas verən diaqnozların heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya * nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir. Yekunda, məhkəmənin qənaətinə görə, xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Iddiaçının özü tərəfindən yuxarıda tələb olunan həddə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona ##.##.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2016-cı il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2020-ci ilin oktyabrında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2-ci qrup əlilliyini ləğv etmişdir. Əlilliyinin bərpası ilə əlaqədar cavabdehə müraciət etsə də, əlilliyinin bərpa edilməsindən imtina edilmiş, Gəncə Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərar qəbul edərək iddia tələbimi təmin etməmişdir. Belə hesab edir ki, qeyd edilən məhkəmə aktı qanunvericiliyin tələblərinə ziddir, inzibati icraat haqqında hüquq normalarını və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. O, əmək qabiliyyətini itirmişdir. Heç bir fiziki işlə məşğul ola bilmir. Demək olar on illərdir ki, ömrü xəstəxanalarda, həkim müayinələrində keçir. Əliliyinin ləğv edilməsi isə onun maddi durumunun ağırlaşmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun barəsində qəbul etdiyi qərar və Gəncə Inzibati Məhkəməsinin qəbul etdiyi məhkəmə aktı obyektivliyi əks etdirmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.

23. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarl ar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə risk zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

28. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

29. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

33. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

34. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

35. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

36. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

37. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

42. Iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində ##.##.2011-ci il tarixli, *** nömrəli qərar verilmiş, həmin qərarda “Sağ çiyinin ön və arxa nahiyəsində güllə yarası. Sağ əlin dəlib-keçən güllə yarası. Travmatik şok” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Iddiaçıya ##.##.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, ##.##.2016-cı il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında ##.##.2021-ci il və ##.##.2023-cü il tarixlərdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirərək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

43. Iddiaçının əlilliyin təyin olunmasına dair tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (##.##.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F62.0” diaqnozu üzrə cəmi 88 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır. Hansı ki, qanunvericinin həmin normanın (“Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndi) müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.

44. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, hazırki Qərarın 25-ci bəndində göstərilən normaların təhlilindən məlum olur ki, şəxsə əlilliyin təyin edilməsi: 1) Tibbi-Sosial Ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən göndərişin rəsmiləşdirilməsi; 2) göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirərək, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilməsi mərhələsini əhatə edir.

45. Hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində bir neçə dəfə göndəriş rəsmiləşdirilmiş və sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin rəsmiləşdirilmiş yeni göndərişi qərar qəbul edilməsi üçün Agentliyə göndərilmiş və sonuncu tərəfindən qiymətləndirilmə aparılmaqla “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

46. Göründüyü kimi cavabdeh orqan iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə qeyd olunmuş məlumatlar əsasında “əlavə müalicəyə ehtiyacın olması” və ya “müalicə müddətinin yetərli olmaması” səbəbi ilə deyil, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən barəsində imtina qərarı qəbul etmişdir.

47. Bundan başqa iş materialları ilə göndərişin yalnış doldurulması, ümumiyyətlə göndəriş rəsmiləşdirilərkən müəyyən edilmiş tələblərə riayət edilməməsi səbəbindən müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilmə halı da müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən qeyd edilən hal mübahisələndirilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi mübahisə predmeti olmayan halları araşdırmış və həmin hallara istinad edərək yekunda iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

48. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK-in altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərmək səlahiyyəti mövcuddur. Normanın məzmunundan aydın olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatı sonlandıra bilməz. Buna baxmayaraq, hazırki iş üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməmiş, icraatı yekunlaşdıraraq iddiaçıya əlillik təyinatından imtina etmişdir.

49. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işə baxarkən şəxsə qoyulmuş diaqnoz əsasında barəsində qəbul edilmiş imtinaya dair qərarın əsaslı olub-olmamasını yoxlamaq əvəzinə, şəxs barəsində rəsmiləşdirilmiş göndərişin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Başqa sözlə, hazırki işin faktiki hallarına görə mübahisə əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktdan verilmiş şikayət olmaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyinin qiymətləndirilərək imtinaya dair qərar qəbul edilməsi ilə bağlı olmuşdur.

50. Bundan başqa, əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktda ümumiyyətlə məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci maddəsinə istinad olunmamış, iddia tələbinə dair verilmiş etirazda isə norma kimi qeyd edilsə də, iddiaçıya aid edilməsi və ya iddia tələbinin rədd edilməsinə dair əsas kimi qeyd edilməmişdir.

51. Iddia tələbinin əsaslılığına münasibətdə iş materiallarında olan aşağıdakı sənədlərlə müəyyən edilir ki:- -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində ##.##.2011-ci il tarixli, *** nömrəli qərar verilmiş, həmin qərarda “Sağ çiyinin ön və arxa nahiyəsində güllə yarası. Sağ əlin dəlib-keçən güllə yarası. Travmatik şok” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli “həkim psixiatr komissiyasının rəyi”ndən görünür ki, İddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq ona “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə F62.0” diaqnozu qoyulmuşdur. -##.##.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə - ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Bərdə RMX-da, ##.##.2023-cü il tarixdən ##.##.2023- cü il tarixədək * saylı X2, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı X2, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək * saylı X2, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı X2, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Mingəçevir PND-də və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək * saylı X2 stasionar müalicələr almış, eyni zamanda “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərdə ambulator müraciətləri olmuşdur. -Məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş **** nömrəli ekspert rəyində İddiaçı Fəlakət (Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə F(62.0) aşkar olunması, eləcə də onda müşahidə olunan davamlı şəxsiyyət dəyişiklikləri, depressiv daxilolmalar və özünə xəsarət davranışlarının Qarabağ müharibəsi zamanı AR Silahlı Qüvvələrinin müdafiəsi çərçivəsində məruz qaldığı ağır və uzunmüddətli psixoloji travmanın birbaşa nəticəsi olub, diaqnoz ilə hərbi iştirak arasında səbəb-nəticə əlaqəsinin tibbi-ekspert baxımdan əsaslandırılmış hesab edildiyi qeyd edilmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmişdir və hazırda qeyd olunan xəstəlikdən (F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.

53. Iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

54. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Inzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

57. “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “Inzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

58. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

59. Göründüyü kimi iddiaçının əsas diaqnozu (F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) onda psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərdə iddiaçıda qeyd edilən diaqnozun əlamətlərinin olması öz təsdiqini tapmışdır.

60. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

61. Lakin məhkəmə kollegiyası iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçıda olan xəstəlik iddiaçının tələbində qeyd etdiyi kimi 65-80 faiz aralığında deyil, 35-60 faiz aralığındadır.

62. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0) bəndinə görə: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

63. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş **** nömrəli ekspert rəyində İddiaçı psixi statusu barədə qeyd edilmişdir ki, “Zahirən səliqəli görsənsə də bir qədər narahatlığı nəzərə çarpır. Düşüncəsi kobud pozulmamış, bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Sorğu zamanı verilən sualları bir qədər ləng dərk edir, çox vaxt təkrarən verilən sualı soruşur, bir qədər əsəbi tərzdə və qısa cavablar verir. Təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Aparılan sorğusualın gedişatında kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu dəyişkən, affektiv qeyrisabitdir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpır. Yoxlanılan şəxslə aparılan söhbət gedişatında tez yorulması, affektiv qeyri-sabitliyi nəzərə çarpır.”

64. Göründüyü kimi, 7.7.1.2-ci bənddə qeyd olunan əlamətlər 7.7.1.1-ci bənddə nəzərdə tutulan əlamətlərə münasibətdə daha ağırdır. Yəni, orqanizmin funksiyalarının 35- 60 faiz pozulması halında şəxs müvafiq simptomlarla yanaşı bütövlükdə insanlarla qarşılıqlı əlaqə, davranışa nəzarət və.s bacarığına qismən malik olur və yalnız bəzi hallarda özünə və ya ətrafa zərər yetirmə riski mövcud olursa, orqanizmin funksiyalarının 65-80 faiz pozulması halında isə şəxs demək olar ki, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətində olmur.

65. Göründüyü kimi iddiaçının müvafiq tibb müəssisəsi tərəfindən obyektiv müayinəsi zamanı onda müəyyən edilmiş əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1ci bəndində nəzərdə tutulan əlamətlərlə uyğunluq təşkil edir və ona orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

67. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunması barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar