Məhkəmə qərarları › İş №2-1(104)-555/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-555/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-555/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarmamə üzrə nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X5 və X6 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-774/2023 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən evinin qəzalı vəziyyətə salınmış evlər kimi qiymətləndirilməsi və yeni ev tikilməsinə görə 6000 (altı min) manat, altı nəfər ailə üzvlərinin hər birinə 1500 ( bir min beş yüz) manat olmaqla cəmi 15.000 manat pulun iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı X7 evinə görə 6000( altı min) manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500( bir min beş yüz) manat olmaqla cəmi 15.000 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ müharibəsi zamanı, yəni xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşmənin Tərtər şəhərini və digər yaşayış məntəqələrini intensiv top, uzaqvuran qurğu və raketlər vasitəsi ilə atəşə tutması nəticəsində iddiaçının altı nəfər ailə üzvlərinin yaşadığı ünvan 2 ünvanı yararsız — qəzalı vəziyyətə düşmüşdür. Yaradılmış xüsusi Dövlət komissiyası iddiaçının evinə texniki baxış keçirmiş və evi “təmir olunan evlər ” kateqoriyasına daxil edilmişdir. Dövlət komissiyası ilə yanaşı həmçinin Tərtər şəhərinə Azərbaycan Respublikası Baş X1 da ezam olunmuş, erməni cinayətləri obyektiv istintaq olunmuşdur. İstintaq qrupu tərəfindən evlərə texniki baxış keçirən xüsusi komissiyanın yol verdiyi bəzi qanunsuzluqları da araşdırıldı və 30 dan çox evlərin yenidən tikilməsinə dair yanlış qərarlar müvafiq tikinti ekspertizası yolu ilə ləğv edilmiş, evlərin qanunsuz tikilməsi dayandırılaraq milyonlarla dövlət vəsaitinin talanmasının qarşısı alınmışdır. Baş Prokurorluğun İstintaq qrupu onun yuxarıda qeyd olunan ünvandakı evinə mütəxəssis və ekspertlərin vasitəsi ilə təkrar baxış keçirmiş, tikinti-texniki ekspertizanın rəyinə əsasən onun evinin texniki vəziyyətinin statusu dəyişdirilərək “təmir olunan evlər” kateqoriyasından “dağılmış və ya qəzalı vəziyyətə salınmış ” evlər kateqoriyasına keçirilmişdir ki, nəticədə ona Möhtərəm cənab Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının 1.1-ci bəndinə əsasən yeni yaşayış evi tikilmiş, qəzalı vəziyyətə salınmış evi isə sökülmüşdür. Həmin sərəncamın 1.1-ci maddəsinin tələblərinə əsasən onun evinə və altı nəfər ailə üzvlərinə görə ümumilikdə on beş min manat pul vəsaiti verilməli olduğu halda Cavabdeh qanunsuz olaraq pul müavinətinin verilməsindən imtina etmiş bu barədə 1869 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh pul müavinətinin verilməsindən imtinanı bununla əsaslandırmışdır ki, onun sözügedən yaşayış evi xüsusi Dövlət komissiyası tərəfindən “təmir olunan evlər” kateqoriyasına aid olunduğu üçün pul müavinəti verilməmişdir. Yeni yaşayış evinin yenidən tikilməsi isə guya şəhid ailəsi olduğu üçün icra olunmuşdur. Baş Prokurorluğun istintaq qrupu tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin iş üzrə təyin olunmuş tikinti-texniki ekspertizasının müvafiq rəyi il onun evinin statusu “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına daxil edilmişdir. Ekspertizanın həmin rəyinə əsasən 30 dan çox evlərin “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasından çıxarılaraq bir çoxu “təmir olunan evlər” kateqoriyasına daxil edilmiş, hətta bəzi evlərin texniki vəziyyətinin müharibəyə aidiyyəti olmadığı kimi qiymətləndirilib “qəzalı vəzəyyətə salınmış evlər” statusları ləğv olunmuşdur. Prokurorluğun ədalətli araşdırması ilə qəbul etdiyi qərar və müəyyən etdiyi hallar barədə Cavabdehnə, Tikintini icra edən şirkətlərə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma-Arxitektura İdarəsinə rəsmi məlumat verilmiş, ekspertizanın rəyi icra olunaraq tikinti-inşaat işləri dayandırımışlır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-774/2023 saylı qərar ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir. Cavabdeh nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, iş üzrə işə baxan Gəncə İnzibati Məhkəməsinin eyni hal üzrə X12 oglunun iddiası üzrə 2-1(114)- 89/2022 №-li və X11 oglunun 2-1(114)-1704/2022 №-li iş üzrə iddialarına baxmış, X12 oglunun iddiası üzrə xx.xx.2022-ci il tarixli, 2-1(114)-89/2022 №-li qərar çıxarmış, X11 oglunun 2-1(114)-1704/2022 №-li iş üzrə isə ekspertiza təyin etmişdir. Yəni, X12 oglunun iddiası üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli, 2-1(114)-89/2023 №-li qərarda müvafiq vəzifə İddiaçı oglunun iddia işi üzrə qərardan fərqli olaraq Cavabdeh üzərinə deyil, Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasının üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi məhz bu halları nəzərə alıb iddianın təmin edilməməsi barədə qərar çıxarmalı, yaxud İddiaçı oglunun Cavabdehnə qarşı olan iddiası üzrə də çıxarılmış qərarda müvafiq vəzifə Cavabdeh üzərinə deyil, Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasının üzərinə qoyulmalıdır. Çünki, «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2020-ci il tarixli, 2292 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılmış və qeyd olunan maliyyə vəsaitlərinin ödənilməsi də Yerli İcra Hakimiyyətlərinin deyil, məhz onun səlahiyyətindədir. Məhz bu səbəbdən də cavabdeh qismində Cavabdeh deyil, «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli, 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası göstərilməli idi. Ona görə də bir daha qeyd edilir ki, 2020-ci il sentyabrın 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsinə uygun olaraq maliyyələşməni təşkil etmək tapşırılmışdır. Məhz bu səbəbdən də qeyd olunan maliyyə vəsaitlərinin ödənilməsi də Yerli İcra Hakimiyyətlərinin deyil, məhz bu səbəbdən də Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasının səlahiyyətindədir və həmin vəsaitin ödənilməsi də onun üzərinə qoyulmalıdır. Lakin birinci instansiya məhkəməsi bu xüsusatlara diqqət yetirmədiyi üçün iddianın təmin edilməsi barədə qərar çıxarmış və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləgvi üçün əsasdır. Cavabdehin nümayəndəsi X9 və X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı etibarmamə üzrə nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia tələbindən görünür ki, cavabdeh qismində Cavabdeh göstərilmişdir. Məhkəmə kollegiyası göstərir ki, həmin orqan iddia tələbi üzrə cavabdehlik daşıya bilməz. Bir sözlə iddia doğru cavabdehə yönəldilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27- dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2020-ci il sentyabrın 27-dən başlayaraq “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etməsi, 3-cü bəndində isə aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görülməsi qeyd edilmişdir. Göründüyü kimi «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2020-ci il tarixli, 2292 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılmış və yuxarıda qeyd olunanlara əsasən hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış etməli Cavabdeh deyil, məhz Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasıdır. Bundan başqa Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı X2 cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına qarşı evin qəzalı vəziyyətdə olması barədə aktın tərtib edilməsi tələbinə dair 2-1(114)-89/2022 saylı inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək iddia tələbi təmin edilmiş və həmin qərar icra edilməsi üçün Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına göndərilmişdir. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentiliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qərarın icrası ilə bağlı tərtib edilmiş ilkin akt Tərtər rayonu üzrə işçi qrup tərəfindən dəyişdirilərək yeni redaksiyada X16 Məlumat Bazasına yerləşdirilmişdir. Göründüyü kimi Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-89/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası göstərir ki, işin bu halı iddianın mümkünlük şərtlərinə cavab vermir, lakin məhkəmə tərəfindən işin bu halı iddiaçının diqqətinə çatdırılmalı idi. Çünki inzibati prosessual məcəllənin spesifik, fərqli prinsipləri vardır. Belə ki, inzibati prosessual məcəlləyə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (İPM-in 12.1-ci maddəsi). Bununla yanaşı, İPM-ın 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Eyni zamanda, inzibati məhkəmə icraatının bir xüsusiyyəti də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Kollegiya göstərir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın düzgün cavabdehə yönəlməməsi hallarını aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tədbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu addımlar atılmamış iddiaçıya yardım edilməmişdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin apellyasiya mərhələsində əsl cavabdeh ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, İPM-nin 81.3-cü maddəsində göstərilmişdir ki, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-774/2023 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar