Məhkəmə qərarları › İş №2-1(104)-557/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-557/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-557/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-978/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Fərhad oğlu 15 sentyabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

2. xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla ərizənin icrasından imtina edilmiş və onunla əsaslandırılmışdır ki, İddiaçı Fərhad oğluna məxsus 15 yanvar 1986-cı il tarixli, İT-İ 1309388nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Qazax “İstanbul” müəssisəsində işləməsi qeyd olunmuşdur, adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödəməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 3 il 4 ay)) təşkil edir. Eyni zamanda güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34 560 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24 036,89 manat təşkil edir. Qeyd olunanlara əsaslanaraq ona güzəştli şəxstlərlə pensiya təyin edilməsi mümkün hesab edilmir.

3. Azərbaycan Respublikası "xxxx" ASC 1 saylı İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinin Mİ-01 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.2007-ci il tarixindən "xxxx" ASC-nin 1 nömrəli İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinə 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları; güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır.

4. xx.xx.2022-ci il tarixli, 291 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Fərhad oğlu 1991-ci ilin yanvar ayından 1997-ci ilin dekabr ayı da daxil olmaqla 66 saylı Səyar Mexanikləşdirilmiş dəstədə işləyərək əmək haqqı almışdır.

5. Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək "xxxx" təşkilatında və xx.xx.2000-ci ildən xx.xx.2007-ci ildək "xxxx" QSC-nin “Səyyar Mexaniki Tikinti Səhmdar Cəmiyyətində” elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 19 gün təşkil edir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” sətrinə uyğundur.

6. NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

7. JT 014859 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryolu Nəqliyyatı texnikumunda «Dəmir yollarının elektrikdartma təsərrüfatı» ixtisası üzrə tam kursu bitirmişdir.

8. Azərbaycan Respublikası "xxxx" ASC-nin 06 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.1984-xx.xx.1984-cü il (xx.xx.1984-cü il tarixdə qəbul edilmiş, əmr nömrə 11k, xx.xx.1984-cü il) tarixləri arasında "xxxx" təşkilatında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 3-cü dərəcəli izolyasiyaçı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 9 ay 16 gün təşkil edir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin (Ümumi peşələr) 8-ci sətrinə əsasən “izolyasiyaçılar” sətrinə uyğundur.

9. 14 saylı Ərazi Vergilər İdarəsinin14 iyul 2023-cü il tarixli, **********221600 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qazax “İstanbul” müəssisəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamamışdır.

10. Əmlak Məsələləri Dövlət Xidmətinin 14 iyul 2023-cü il tarixli, 3-21-3/2- 9876/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qazax “İstanbul” müəssisəsinin fəaliyyət göstərib-göstərməməsi barədə arxivdə hər hansı məlumat olmamışdır.

11. Qazax rayon İcra Hakimiyyətinin 18 iyul 2023-cü il tarixli, 5-58-9-29/2- 620/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qazax “İstanbul” müəssisəsinin sənədləri Qazax rayon dövlət arxivində saxlanılmır.

12. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 iyul 2023-cü il tarixli, 3-17-1/2-171367/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Fərhad oğluna məxsus 15 yanvar 1986-cı il tarixli, İT-İ 1309388nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Qazax “İstanbul” müəssisəsində işləməsi qeyd olunmuşdur, adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödəməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 3 il 4 ay)) təşkil edir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının 11 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-207365/2023 nömrəli məktubu və əlavə edilmiş cədvəldən İddiaçı Fərhad oğlunun 5011,31 manat cəmi hesablanmış sığorta kapitalının olması görünür.

14. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli. 3-17-1/2- 226166/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Fərhad oğlunun ümumi iş stajı 24 il 5 ay 15 gün (xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 15 gün əmək stajı (xx.xx.1979xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il. xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 4 ay sığorta stajı), güzəştli iş stajı isə 12 il 5 ay 7 gün (xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000xx.xx.2007-ci il. xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun arxiv arayışına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun xx.xx.2022-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci ildə Bakı Dəmiryol texnikumunun əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidməti başa burmaqla ordudan tərxis olunmuş və təhsilini davam etdirmişdir. xx.xx.1983-cü ildə təhsil müəssisəsini bitirərək, təhsil barədə dövlət sənədi (diplom) almışdır (hərbi xidmətlə birlikdə 4 il 9 ay 24 gün). xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan müddət ərzində”Aztransqaz” Birliyində izolyasiyaçı, çilingər və elektrik qaynaqçısı işləmiş (4 il 7 ay 6 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı ilədək “Rosborukəməritikinti” İdarəsinin 5 nömrəli tikinti-quraşdırma idarəsində elektrik qaynaqçısı işləmişdir (1 il 11 ay 23 gün). xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı (8 il 3 ay 7 gün) işləmişdir. xx.xx.2000-ci il tarixdən-xx.xx.2007-ci ilədək "xxxx" QSC-nin SMTSC-də 6- cı dərəcəli eleketrik qaynaqçısı işləmişdir (7 il 2 ay 20 gün). xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASCnin 1 saylı İxtisaslaşdırılmış Tikinti-təmir idarəsində 6-cı dərəcəli qaynaqçı işləmişdir (1 il 5 ay 4 gün). İşlədiyi bütün dövrlərdə qaynaq işlərini əllə aparmışdır. Həmçinin, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək İ dərəcə əlilliyi müəyyən edilmiş arvadına qulluq etmişdir (6 il 5 ay 2 gün). Beləliklə, 34 il 8 ay 23 gün ümumi və 20 il 1 ay 23 gün xüsusi iş stajına malikdir. Cavabdeh imtina məktubunda əsaslanır ki, xx.xx.1992-xx.xx.2000-ci ilədək işlədiyi “İstanbul” müəssisəsi Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil. Lakin cavabdeh nəzərə almamışdır ki, həmin iş yerindəki iş müddətinin onun iş stajına təsiri yoxdur. Çünki o həmin dövrdə həmçinin, cavabdehin iş stajını mübahisələndirmədiyi 66 saylı TSMD-də işləmiş və 1991-ci ildən 1998-ci ilədək olan dövrdə aldığı əmək haqqına dair arxiv arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stalı əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) əsasən müəyyən edilir. Cavabdehin imtinada göstərdiyi “eyni zamanda sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir.” hissəsinə gəldikdə isə cavabdeh ümumi iş stajına hesabladığı və mübahisələnirmədiyi xx.xx.1990- xx.xx.1992-ci il (1 il 3 ay 28 gün) qaynaqçı işlədiyi dövrü nədənsə xüsusi iş stajına daxil etmir. Halbuki, həmin dövr nəzərə alınmaqla onun 14 il 2 ay 14 gün güzəştli iş stajı toplanır. Qeyd olunanları nəzərə alaraq iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

18. İddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı dövrü, arxiv arayışlarına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi və 1991-ci ildən 1998-ci ilədək 66 saylı TSMD-də qaynaqçı işlədiyi dövrləri sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinin etiraz ərizəsində bildirilmişdir ki, iddiaçının xx.xx.1986-cı il tarixli 1309388nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax “İstanbul” müəssisəsində işlədiyi dövrdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1998-ci illər xx.xx.1988-xx.xx.1990-cı illər, xx.xx.2000-xx.xx.2007-ci illər, xx.xx.2007- xx.xx.2006-cı illər) təşkil edir. İddiaçı ona xx.xx.2022-ci il tarixdən, yəni əmək pensiyaları haqqında qanuna dəyişikliyin qüvvəyə mindiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyn olunmasını xahiş etmişdir. Həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan qanuna dəyişiklikdən göründüyü kimi iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşı, 25 il ümumi və 12 il 6 ay üzrə güzəştli stajı və fərdi hesabının sığorta hissəsində 34560 manat pensiya kapitalı olmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun tələb olunan yaşa çatmasına baxmayaraq, digər tələblərin heç biri ödənilmir. Belə ki, iddiaçının 18 il 10 ay 7 gün ümumi stajı, 11 il 10 ay 16 gün güzəştli iş stajı, fərdi hesabının sığorta hissəsində 24036,89 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-978/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Yuxarıda qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına əlavə edildikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumi stajı qanunvericilikdə nəzərdə tutulmuş şərti (25 il) ödəyir.

22. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.1986-cı il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax «İstanbul» müəssisəsində işlədiyi dövrdə müəssisəsinin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz. Həmçinin iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.2000-xx.xx.2007, xx.xx.2007-xx.xx.2006-cı illər )) təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi.

28. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək İddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı və "xxxx" ASC-nin 1№-li İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsində qaynaqçı işlədiyi xx.xx.2008-ci ildən xx.xx.2009-cu il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın: 29-cu bölməsinin (Ümumi peşələr) 8-ci sətrinə əsasən “izolyasiyaçılar”nəzərdə tutulmuşdur. 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. .

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı:

35. Ümumi peşələr. 68-ci bəndi əl ilə qaynaq aparan elektrik qaynaqçıları.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

37. İşin hallarından müəyyən olunur ki, İddiaçı Fərhad oğlu xx.xx.1960-cı il təvəllüdlüdür və pensiya yaşına çatdığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının 15 yanvar 1986-cı il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Qazax “İstanbul” müəssisəsində işlədiyinə dair arxiv sənədlərində əmək haqqı ödənilməsinin müəyyən edilməməsi əsası ilə imtina etmişdir.

38. Belə ki, ilkin imtina dəlillərində iddiaçının xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Qazax “İstanbul” müəssisəsində işlədiyinə dair arxiv sənədlərində əmək haqqı ödənilməsinin müəyyən edilməməsi əsası qeyd olunmuş, ümumi staj kimi 18 il 10 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 3 il 4 ay), xüsusi staj kimi 11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) nəzərə alınmışdır.

39. İddiaçı iddia ərizəsində xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun xx.xx.2022-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1978-ci il tarixdə xx.xx.1979cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı dövrün, arxiv arayışlarına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi və 1991-ci ildən 1998-ci ilədək 66 saylı TSMD-də qaynaqçı işlədiyi dövrləri sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab edilərək təmin olunmuşdur.

41. Mübahisələndirilən illərin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli. 3-17-1/2-226166/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Fərhad oğlunun ümumi iş stajı 24 il 5 ay 15 gün (xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 15 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1997-ci il. xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 4 ay sığorta stajı), güzəştli iş stajı isə 12 il 5 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il. xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

42. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı dövr və əmək kitabçasında aparılmış qeydlərə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" QSC-nin «Səyyar Mexaniki Tikinti» SC-də elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2009cu il tarixədək "xxxx" ASC-nin 1№-li İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsində qaynaqçı işlədiyi illərin isə bir hissəsi (məcburi sosial sığorta ödənişi ödənilməyən aylar) sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

43. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim olunmuş, ərizə məhkəmə icraatına qəbul edilmişdir.

44. Odur ki, məhkəmə araşadırılmasının predmeti hazırda mübahisələndirilən illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkünlüyüdür.

45. İlkin olaraq məhkəmə tərkibi iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı illərlə bağlı qeyd edir ki, iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsillə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir.

46. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

47. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.

48. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

49. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.

50. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

51. JT 014859 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryolu Nəqliyyatı texnikumunda «Dəmir yollarının elektrikdartma təsərrüfatı» ixtisası üzrə tam kursu bitirmişdir.

52. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin 954 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Fərhad oğlu 1978-ci ildə «SSRİ yollar nazirliyinin Bakı dəmiryol nəqliyyatı» texnikumuna qəbul olunmuş və 1983-cü ildə həmin texnikumun «Dəmir yollarının elektrikdartma təsərrüfatı» ixtisası üzrə əyani şöbəsini bitirmişdir.

53. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

54. Güzəştli iş stajı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda ümumilikdə 12 il 6 aydan az olması göstərilmişdir (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)).

55. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli. 3-17-1/2- 226166/2023 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 5 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il. xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

56. Göründüyü kimi mübahisələndirilməyən güzəştli iş staj 12 il 5 ay 7 gündür (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər).

57. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.1987-ci ildən (Əmr №43k, xx.xx.1987-ci il) xx.xx.1988-ci ilədək (Əmr №74, xx.xx.1988-ci il) "xxxx" təşkilatında və xx.xx.2000-ci ildən (Əmr №23, xx.xx.2000-ci il) xx.xx.2007-ci ildək (Əmr №60k, xx.xx.2007-ci il) "xxxx" QSC-nin “Səyyar Mexaniki Tikinti Səhmdar Cəmiyyətində” elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 19 gün təşkil edir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” sətrinə uyğundur.

58. Azərbaycan Respublikası "xxxx" ASC 1 saylı İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinin Mİ-01 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.2007-ci il tarixindən (Əmr №90k xx.xx.2007-ci il) "xxxx" ASC-nin 1 nömrəli İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinə 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixindən (Əmr№9k, xx.xx.2009-cu il) öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları; güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır.

59. İT-İ ******* nömrəli, xx.xx.1986-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Fərhad oğlu xx.xx.2000-ci il tarixli, 23K№-li əmrlə "xxxx" QSC-nin SMTSC-nə el.qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə SMTSC-i təşkilat hüquqi formasını özəl. "xxxx" ASC-yə çevrilməsi ilə əlaqədar tutduğu vəzifəsini davam etsin. xx.xx.2007-ci il tarixli, 60№-li əmrlə Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixli, 90K№-li əmrlə "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli, 9K№-li əmrlə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir.

60. Apellyasiya şikayətində və sonradan təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli. 3-17-1/2-226166/2023 nömrəli məktubunda mübahisələndirilən ayların hansı əsaslı qəbul edilməməsi qeyd olunmasa da apellyasiya icraatı zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunan İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə məlumatdan görünür ki, 2007-ci ilin avqust, 2008-ci ilin yanvar və 2009-cu ilin yanvar ayında heç bir ödənilmə aparılmamış, məhz inzibati orqan tərəfindən də qeyd olunan aylar sosial sığorta stajına daxil edilməmişdir. Hazırda mübahisələndirilməyən güzəştli iş stajı 12 il 5 ay 7 gün kimi hesablanmışdır.

61. Məhkəmə tərkibi qeyd edir ki, işdə olan sübutlara əsasən iddiaçının xx.xx.2007-ci il tarixli, 90K№-li əmrlə "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilməsi, xx.xx.2009-cu il tarixli, 9K№-li əmrlə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işdən azad olunması işin mübahisəsiz halıdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə məlumatdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Sığorta» (Hesabat) altsistemində «Statistika» bölümündə 2009-cu ilin yanvar ayı üçün 725 manat gəlir, 181,25 manat MDSS haqqı hesablanmış, həmin məbləğ yanvar ayında deyil, sistemdə may ayında (181,25 manat) ödəniş edilmişdir. 62.Belə olan məhkəmə kollegiyası hesab edir ki, may ayında yanvar ayı üçün ödənilmiş 181,25 manat MDSS haqqı ödənildiyindən, iddiaçının yanvar ayında "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə işlədiyi 28 gün güşətli iş stajına əlavə olunmalıdır.

63. Beləliklə iddiaçının inzibati orqan tərəfindən güzəştli iş staj kimi nəzərə alınan 12 il 5 ay 7 gün ilə hazırki müddət (28 gün) hesablandıqda qanunvericilikdə tələb olunan 12 il 6 aydan artıq iş stajı yaranmışdır.

64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin (Ümumi peşələr) 8-ci sətrinə əsasən “izolyasiyaçılar”, 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.

65. Müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddinə çatmış, eləcə də tələb olunan sosial sığorta stajına malik olmuş və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi zərərli və ağır peşələrdə olan iş stajına daxildir.

66. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan illər nəzərə alınmalı və iddiaçının konstitusion hüququ olan sosial təmin hüququ təmin edilməlidir. Bu halın əksini, yəni hüquqa müdaxilənin mütənasib hesab olunmasına hər hansı bir hal müəyyən edilməmişdir.

67. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

68. Apellyasiya şikayətinin digər dəlili iddiaçının kifayət qədər kapitala malik olmamasıdır.

69. Məhkəmə tərkibi qeyd edir ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz iddia tələbində qeyd olunan tarix, xx.xx.2022-ci il üzrə maddi hüquq norması tətbiq edilməlidir.

70. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi.

71. Belə ki, 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən dəyişikliyə əsasən Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

72. Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-978/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunsun. İddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı və "xxxx" ASC-nin 1№-li İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsində qaynaqçı işlədiyi xx.xx.2008-ci ildən xx.xx.2009-cu il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar