Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-558/2024 25.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X7 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-846/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1981-ci il tarixli НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixli 615210 nömrəli diploma əsasən İddiaçı xx.xx.1983-ci il tarixdə Azərbaycan SSR Sumqayıt 17 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1984-cü il tarixdə həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir. xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt tikinti idarəsində, xx.xx.1985ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı və avto-çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixədək "xxxx" MMC-də qaynaqçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-nin Akkord Sement zavodunda qaynaqçı vəzifəsində işləmişdir. “X11” MMC-nin xx.xx.2023-cü il tarixli S/22 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də işləyir və hal-hazırda Mexanika bölməsinin Kommunikasiya xətlərinin təmiri qrupunda Operator (nasosxana və qazanxana) vəzifəsində çalışır. İddiaçı aylıq əmək haqqısı vergi və digər ödənişlər daxil olmaqla 678 (altı yüz yetmiş səkkiz) manat təşkil edir. "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə (8 ay 12 gün) "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur. “X10” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2013- xx.xx.2014-cü il tarixlərdə (7 ay 4 gün) "xxxx" ASC-də usta (qaynaqçı) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur. “X11” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə (1 ay 7 gün) “X11” MMC-də usta (qaynaqçı) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur. “X10 Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2013xx.xx.2014-cü il tarixlərdə "xxxx" ASC-də Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 9 ay 6 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Qazax rayon Dövlət Arxivində 142 saylı fondda mühafizə olunan 6 nömrəli Qaz Quraşdırma İdarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci il tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. O, Qazax rayon Dövlət Arxivində 143 saylı fondda mühafizə olunan 7 nömrəli Avtonəqliyyat Müəssisəsinin 1993- cü ilin əmr kitabına aid xx.xx.1993-cü il tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuş, xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 37-ci maddəsi ilə 5ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-A-225575/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən l/İT-l ******* nömrəli əmək kitabçanızda və Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin ona dair xx.xx.2023-cü il tarixli 5-58-15- 11/2-110/2023 nömrəli arayışlarında xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1997ci il tarixləri arasındakı dövrlər ərzində “Qaz Quraşdırma İdarəsi”ndə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 24 gün (xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********830300 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında Qazax şəhərində yerləşən 6 nömrəli Tikinti quraşdırma İdarəsi və 7 nömrəli Avtonəqliyyat müəssisəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna Qazax rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 34-60/2-29/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayon Statistika İdarəsində 6 nömrəli Tikinti Quraşdırma İdarəsi barədə heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023- cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, fevral 1963-cü il təvəllüdlüdür. 1984-cü il tarixində Sumqayıt şəhərində 17 saylı texniki məktəbi armaturçu elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. Ondan sonra əmək fəaliyyətinə başlamışdır. Güzəştli şərtlərlə pensiya hüququ yarandığı tarixə kimi onun 25 ildən artıq ümuni sığorta stajı olub. Əmək fəaliyyətinin başlandığı 1985-ci il tarixindən 1997-ci il tarixinə kimi 12 il 8 ay güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən işlərdə-qaynaqçı işində işləmişdir. 2023-cü ilin fevral ayında artıq güzəştli şərtlərlə pensiya təyinatı hüququ əldə etdiyi üçün DSMF-nun Qazax rayon şöbəsinə müraciət etmişdir. Şöbə ona pensiya təyin etmədiyi üçün ərizə ilə cavabdeh təşkilat olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nə müraciət etmişdir. Belə ki "Əmək pensiyası Haqqında" AR Qanunun normalarına əsasən qaynaqçı, usta ( qaynaqçı) işi "güzəştli şərtlərlə pensiya almaq hüququ" verən sahələrə aid idi və müvafiq İH-tin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuşdu. DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ona pensiya təyinatından imtina etmişdir. Lakin cavabdeh təşkilatın onun tələbini rədd etməsi tamamilə əsassız və qanunsuzdur. Qazax rayon Dövlət Arxivinin 17 mart 2023-cü il tarixli arxiv arayışından da göründüyü kimi o, fondda mühafizə olunan 6 saylı qaz quraşdırma idarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. Həmçinin on, 7 saylı Avtonəqliyyat müəssisəsinin 1993-cü ilin əmr kitabına aid xx.xx.1993cü tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuşdur. xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə AR ƏQM-nin 37-ci maddəsi ilə 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad olunmuşdur. Yəni o, həmin dövrlərdə qaynaqçı işləmişdir və qaynaq işləri də yalnız elektriklə və əllə mümkündür. Həmin illərdə əmək kitabçalarına əl ilə qaynaq sözü yazılmırdı, həmin iş yerləri də hazırda mövcud deyil, çoxdan ləğv olunmuşdur. Bu səbəbdən də arxiv həmin illərə aid, onun əl ilə qaynaqçı işləmiş olduğunu yaza bilməz. Bundan əlavə, hələ dünyanın heç bir yerində ayaqla və yaxud başqa orqanla qaynaq işi görülməmiş və bu heç ağlabatan da deyildir, heç bir məntiqə sığmayan absurd və gülünc bir ifadədir. Cavabdeh təşkilatın bu cavabı, güzəştli əmək stajı şərti kimi əmək kitabçasında yalnız əl ilə qaynaq sözü yazılmalı olmasını tələb etməsi çox əsassızdır. Qaynaqçı işlədiyi həmin müəssisə artıq uzun illərdir mövcud olmadığına görə o, onlardan arayış ala bilmir ki, o ayaqla deyil, əllə qaynaqçı işləmişdir. Əks halda o idarədən arayış ala bilərdi ki, o qaynağı elektriklə və əli ilə etmişdir. Qazla isə qaynaq edilməsi harada görülmüşdür. Bundan əlavə, İnsan resursları İdarəedilməsi Departamentinin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmasına dair arayışında qeyd olunduğu kimi "Əmək pensiyası Haqqında" AR Qanununa uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə usta ( qaynaqçı) peşəsi də daxildi. Beləliklə, cavabdeh təşkilatın cavabı olduqca qanunsuz, əsassız və məntiqsiz olub bürokratiya və süründürməçilik, vətəndaşı başdan eləməkdən başqa bir şey deyildir. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququ yarandığı xx.xx.2023- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-846/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus xx.xx.1984cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. Həmçinin, məhkəmənin verdiyi sorğulara cavablarla müəyyən edilmişdir ki, İddiaçı, həqiqətən Qazax rayon Dövlət Arxivində 142 saylı fondda mühafizə olunan 6 nömrəli Qaz Quraşdırma İdarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci il tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. O, Qazax rayon Dövlət Arxivində 143 saylı fondda mühafizə olunan 7 nömrəli Avtonəqliyyat Müəssisəsinin 1993- cü ilin əmr kitabına aid xx.xx.1993-cü il tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuş, xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 37-ci maddəsi ilə 5ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi qaynaqçı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (35-ci bənd) nəzərdə tutulmuşdur. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004- cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bəndində "Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşəsi nəzərdə tutulmuşdur. Hazırki işdə mübahisəli məsələ iddiaçının təqdim etdiyi sənədlər əsasında işlədiyi vəzifənin (qaynaqçı) sözügedən siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməməsidir. Məhkəmənin bununla bağlı mövqeyinə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatının predmeti yalnız iddiaçının təqdim etdiyi sənədlər, güzəştli arayış və iddiaçının iddiaya dair izahatı olmuşdur. Məhkəmə vəzifəsi olduğu halda hər hansı araşdırma aparmamış, iddiaçıdan işlədiyi vəzifənin funksiyaları barədə izahat belə istəməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Eləcə də, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na, "Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı" adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İddiaçı tərəfindən təqdim olunmuş arayışda isə əl ilə və ya qazla qaynaq aparıbaparmamağı barəsində hər-hansı məlumat göstərilməmişdir. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə əli ilə və ya qaz ilə qaynaqçı peşəsinin ayırd edilməsinin əhəmiyyətsizliyini vurğulamışdır. Kollegiyanın diqqətinə çatdırır ki, iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli 615210 nömrəli diploma əsasən İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR Sumqayıt 17 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş, həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş və İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir. Göründüyü kimi, iddiaçının təhsil almasını təsdiq edən sənəd-diplomda onun əl ilə qaynaqçı ixtisası üzrə təhsil aldığı öz əksini tapmışdır. Hesab edir ki, iddiaçının ixtisası konkret olaraq əl və ya qazla olmaqla müəyyən edilə bilirsə vəzifəsi də müəyyən edilməlidir. Qeyd edilənlərdən aydındır ki, Gəncə İnzibati Məhkəməsinin barəsində şikayət verilən qərarında yalnız qanunvericilik normalarına istinad edilmiş, onlar mübahisəyə dair hallarla kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
35. Ümumi peşələr: əl ilə qaynaq aparan elektrik qaynaqçıları
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən MT-1 ******* nömrəli əmək kitabçanızda və Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin sizə dair xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arayışlarında xx.xx.1985-xx.xx.1993cü il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində "Qaz Quraşdırma İdarəsi"ndə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı peşəsində işlədiyiniz müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağınız barəsində hər-hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrlərin güzəştli iş stajınıza aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 6 ay 24 gün (xx.xx.2012xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1985-xx.xx.1993-cü il tarixlərdə Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı və xx.xx.1993-xx.xx.1997-ci il tarixlərdə 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı vəzifələrində işlədiyi müddətlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub-olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının 35-ci bölməsinin alt bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Belə ki iş materiallarında olan xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. Bundan əlavə iş materiallarında olan Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Qazax rayon Dövlət Arxivində 142 saylı fondda mühafizə olunan 6 nömrəli Qaz Quraşdırma İdarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci il tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. O, Qazax rayon Dövlət Arxivində 143 saylı fondda mühafizə olunan 7 nömrəli Avtonəqliyyat Müəssisəsinin 1993-cü ilin əmr kitabına aid xx.xx.1993-cü il tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuş, xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 37-ci maddəsi ilə 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir.. Bundan başqa iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli 615210 nömrəli diploma əsasən İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR Sumqayıt 17 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1984-cü il tarixdə həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir. Yuxarıda sadalananlarla yanaşı cavabdehin imtinasının əsası özündə yalnız iddiaçının icra etdiyi vəzifə adında uyğunsuzluğun olmasını ehtiva etmişdir. Kollegiya hesab edir ki, bu hal iddiaçının konstitusion hüququ olan - sosial təminat hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır ki buda yol verilməz bir haldır. Belə ki, iddiaçıya məxsus sənədlərin məcmusundan onun peşəsinin “qaynaqçı” olması öz təsdiqini tapmış və iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də müəyyən edilmişdir ki, o həmin müəssisələrdə qaynaqçı vəzifəsini icra etmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 60 yaşının tamam olduğu, 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə qazandığı iş üzrə materiallarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-846/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.