Məhkəmə qərarları › İş №2-1(104)-558/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-558/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-558/2025 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 və X1 iştirakları ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192962 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3684/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı MMC aidiyyəti üzrə vergi orqanında xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186016 nömrəli qərarı ilə “Umut Agro" MMC (VÖEN 6********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövr mənfəət vergisi üzrə 2021-2023-cü illər, əmlak vergisi üzrə 2021-2023-cü illər, əlavə dəyər vergisi iyul 2021iyun 2024-cü il dövrü, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqları bəyannaməsi üzrə 2-ci rüb 2021 – 2-ci rüb 2024-cü il dövrü, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2021 – 2-ci rüb 2024-cü il dövrü əhatə etmişdir. Yoxlama xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2025-ci il tarixdə başa çatmaqla, Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2024-cü il tarixli **********187369 nömrəli və xx.xx.2024-cü il tarixli **********188740 nömrəli qərarlarla səyyar vergi yoxlamasının keçirilməsi müddəti hər bir qərar üzrə 30 iş günü uzadılmış, Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********190690 nömrəli, xx.xx.2025-ci il tarixli **********190964 nömrəli və xx.xx.2025-ci il tarixli **********191269 nömrəli qərarlara əsasən müvafiq olaraq 16, 10, 8 və 5 gün olmaqla ümumilikdə 39 gün müddətində dayandırılmışdır. İddiaçı MMC tərəfindən vergi orqanına 2021, 2022, 2023-cü illər üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********191242 nömrəli Səyyar vergi yoxlaması aktına əsasən aparılan səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə aşağıdakı tədiyyə növləri üzrə hesablamanın verilməsi və maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur: - 1. Mənfəət vergisi üzrə 211.728,86 manat verginin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 105.864,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - 2. Əlavə dəyər vergisi üzrə 2022-ci ilin fevral ayında Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ vergi ödəyicisi tərəfindən 17.884,91 manat göstərilsədə yoxlama ilə 18.346,60 müəyyən olunmuşdur, bu səbəbdən 2022-ci ilin fevral ayı üzrə hesablanmış -16.371,40 manat məbləğ yoxlama ilə 461,69 manat azaldılması təklif olunur. - 3. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 75,60 - 4. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2022-ci ilin l rübü üzrə vergi ödəyicisi tərəfindən "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"ni əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Ümumilikdə Vergi Məcəlləsinin səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 211.342,78 manat verginin hesablanması və 105.942,25 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192962 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 149.1, 201.6, 233.2, 175.10 və 58.1-ci maddələrinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması nəticəsində “Umut Agro" MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə 112.072,43 manat məbləğində əlavə vergi hesablanaraq, onun 50%-i həcmində 56.036,22 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci ilin mənfəət vergisi üzrə 62.066,84 manat məbləğində əlavə vergi hesablanaraq, onun 50%-i həcmində 31.033,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2023-cü ilin mənfəət vergisi üzrə 37.456,74 manat məbləğində əlavə vergi hesablanaraq, onun 50%-i həcmində 18.728,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, ümumilikdə isə 211.596,02 manat məbləğində mənfəət vergisi hesablanmaqla, onun 50%i həcmində 105.798,02 manat maliyyə sanksiyası tətbiq edilmiş, eyni zamanda 2022-ci ilin əlavə dəyər vergisi üzrə 461,69 manat məbləğində artıq hesablama müəyyən edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********510200 nömrəli tələbnamədə göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2025-ci il tarixli **********192962 saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları – 211.134.33 manat; a) Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları – 211.134,33 manat; b) Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları – 105.798,02 manat; Bununla da büdcəyə ödənilməli olan cəmi 316.392,35 manat vəsaitin 5 gün müddətində büdcəyə ödənilməsi tələb olunmuşdur. Əmlakın və digər qiymətlilərin inventarizasiyası xx.xx.2024-cü il tarixli aktından görünür ki, əmlakın və digər qiymətlilərin inventarizasiyası nəticəsində mühasibat uçotu dəyəri ilə (ƏDV-siz) 1.666.304 manat dəyərində maldan 20988 manat dəyərində mal əksik gəlmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********19262 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024- cü il tarixli, **********186016 saylı qərarına əsasən idarənin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X6 və Səyyar vergi yoxlamaları şöbəsinin rəisi baş vergi xidməti müşaviri X5 tərəfindən "xxxx" MMC-də (vöen: **********) İyul 2021- İyun 2024 dövrü üzrə VM-nin 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Sözügedən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixində başlanılmış, xx.xx.2025-ci il tarixində isə başa çatdırılmışdır. Keçirilmiş yoxlama nəticəsində vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli, **********619142 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib dilmişdir. xx.xx.2025-ci il tarixində isə xx.xx.2025-ci il tarixli, **********19262 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı təqdim edilmişdir. Həmçinin vergi orqanının **********510200 nömrəli tələbnaməsi ilə iddiaçı müəssisəyə 105.798,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh xx.xx.2025ci il tarixli, **********19262 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı əsassız olaraq, inzibati icraat qaydalarına və qanunvericiliyinin tələblərini pozaraq qəbul edilmişdir. Yoxlama müddəti vergi orqanın xx.xx.2024-cü il tarixli, **********187369 nömrəli qərarı ilə 30 gün, xx.xx.2024-cü il tarixli, **********188740 nömrəli qərarı ilə isə təkrarən 30 gün olmaqla, ümumilikdə 2 dəfə, 60 gün müddətinə uzadılmışdır. Eyni zamanda yoxlama müddəti ümumilikdə 4 dəfə olmaqla, 39 gün müddətində dayandırılmışdır. Bununla bağlı ilk olaraq nəzərinizə çatdıraq ki, vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi üçün VM-38-ci maddəsinin tələblərinə əməl etməmiş, yoxlamaya xx.xx.2024-cü il tarixində başlamış, xx.xx.2025-ci il tarixində isə başa çatdıraraq, ümumilikdə 164 gün müddətində yoxlama aparmışdır. Həmçinin, yoxlamanın dayandırılması da vergi orqanı tərəfindən əsassız olaraq aparılmışdır. Qeyd edək ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsinə görə, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi xoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsində təsbit edilmiş həmin müddəaya görə səyyar vergi yoxlamasının keçirilməsi müddəti hər bir halda 90 gündən artıq ola bilməz, yəni 90 günlük yoxlama müddəti yoxlamanın başlandığı vaxtdan başa çatan vaxtadək olan müddəti ehtiva edir və ilkin 30 günlük yoxlama (icraat) müddəti də həmin 90 günlük müddətə daxildir. Bu qayda inzibati icraatın müddəti ilə bağlı "İnzibati icraat haqqında" Qanunun 52.5-ci maddəsində nəzərdə tutulmuş qaydadan da irəli gəlir. Həmin normaya görə, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Bundan əlavə, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi yoxlama aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, aktın təqdim edildiyi gündən etibarən gün müddətində etirazını və ya imzalamamasının səbəblərini yazılı şəkildə vergi orqanına təqdim edə bilər. Həmin 30 günlük müddət bitdikdən sonra, Məcəllənin 39.6-cı maddəsinə əsasən, vergi orqanı 15 gün ərzində yoxlamanın materiallarına baxmalı, bu müddətdən sonra isə, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq, vergi orqanının rəhbəri 10 gün ərzində yoxlamanın nəticələri üzrə qərar qəbul etməlidir. Nəticə etibarilə, yoxlama aktının vergi ödəyicisinə təqdim edilməsindən etibarən ümumilikdə maksimum 55 gün müddətində yekun qərarın qəbul edilməsi qanunla nəzərdə tutulmuşdur. Lakin mövcud halda yoxlama aktı xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, lakin vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərar yalnız xx.xx.2025-ci il tarixində, yəni 59 gün sonra, qanunla müəyyən edilən müddəti 4 gün keçməklə qəbul edilmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixli, **********19262 saylı qərar, Vergi Məcəlləsinin 49.5-ci maddəsinin müddəalarına zidd olaraq gecikmə ilə qəbul edildiyi üçün, bu qərarın qanunsuz hesab edilməsi və ləğv olunması üçün əsas mövcuddur. Yoxlama müddətində iddiaçı "xxxx" MMC faktiki olaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisə dövlət büdcəsindən verilən subsidiya və dotasiyaların hesabına regionda kənd təsərrüfatının inkişafı üzrə fəaliyyəti davam etdirmişdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC tərəfindən keçirilmiş səyyar vergi yoxlaması ilə bağlı bütün müvafiq sənədlər vergi orqanının nümayəndələrinə təqdim olunmuşdur. Yoxlama çərçivəsində xx.xx.2024-cü il tarixli, **********187419 nömrəli "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qərara əsasən inventarizasiya aparılmış, lakin həmin proses zamanı hər hansı bir uyğunsuzluq və ya kənarlaşma aşkar edilməmişdir. SVY ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə 2021, 2022, 2023-cü illər üzrə, ümumilikdə 211.728,86 manat mənfəət vergisi hesablanmışdır. Müvafiq məbləğlərinin hesablanmasına əsas olaraq qeyd edilir ki, vergi orqanı müəssisənin 2021-ci il üzrə gəlirlərini 88.042,75 manat artıraraq, ümumilikdə 112.072,43 manat mənfəət vergisi; 2022-ci il üzrə gəlirlərini 154.168,95 manat azaldaraq, ümumilikdə 62.199,69 manat mənfəət vergisi; 2023-cü il üzrə isə gəlirlərini 125.502,5 manat azaldaraq, əlavə olaraq 37.456,74 manat mənfəət vergisi hesablamışdır. Qeyd edək ki, vergi orqanı 2021-ci il üzrə mənfəət vergisinin hesablanması ilə əlaqədar SVY aktının 14cü səhifəsində müəssisənin gəlirlərinin 88.042,75 manat artırıldığını və 472.319,42 manat məbləğində əsassız xərclərin daxil edildiyini qeyd etmişdir. Bu səbəbdən də mənfəət vergisinin hesablanması belə müəyyən edilmişdir. Lakin SVY aktında müvafiq sassız xərclərin nədən ibarət olduğu və digər əlaqəli məsələlər barədə heç bir əsaslandırma təqdim edilməmişdir. Bir daha vurğulamaq lazımdır ki, müəssisə heyvandarlıq sahəsində fəaliyyət göstərir. Həmçinin, müəssisənin gəlir və xərclərin silinməsi ilə bağlı hesabatları, alış və satış sənədləri mövcuddur. İş materiallarına təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin vergidən yayınması halı mövcud deyildir. SVY aktında 2022-ci il üzrə mənfəət vergisinin hesablanmasında vergi orqanı kameral vergi yoxlaması üzrə məktuba istinad etmişdir. Nəzərə çatdırılır ki, səyyar vergi yoxlaması vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Bu kontekstdə, vergi yoxlamasını həyata keçirən orqan yalnız ümumi şəkildə qeyd etmişdir ki, müəssisənin gəlirləri 154.168,95 manat artıq, xərcləri isə 465.167,40 manat artıq göstərildiyi üçün mənfəət vergisi 62.199,69 manat azaldılmışdır. Lakin SVY aktında bu artımların və azalmaların necə müəyyən edildiyi ilə bağlı daha detallı məlumat və əsaslandırma verilmiş deyil. 2023-cü il üzrə SVY aktında isə yenə kameral vergi yoxlaması nəticəsində uyğunsuzluq məktubuna istinad edilərək müəssisənin 187.283,69 manat xərclərinin artırıldığı göstərilmişdir. Lakin qeyd etmək lazımdır ki, cavabdeh vergi orqanı aktda bu xərclərin hansı mallar üzrə və necə müəyyən edildiyini, həmçinin bu artımların əsaslandırılmasını təqdim etməmişdir. Bundan əlavə, cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş SVY aktının 17-19-cu səhifələrində ƏDV-yə cəlb edilən dövriyyənin (İyul 2021 - İyun 2024) düzgünlüyünə dair münasibət bildirmişdir. Lakin burada ƏDV üzrə hər hansı əlavə vergi hesablanması aşkar edilməmişdir. Qeyd olunur ki, aparılmış yoxlamanın yekununda mənfəət vergisi ilə bağlı cavabdeh tərəfindən SVY aktında xərclərin şişirdilməsi və artıq silinməsi məsələsi iddiaçı müəssisə tərəfindən qəbul edilmir. Buna əsaslanaraq, VM-nin 62, 63, 64 və İPM-in 45, 46-cə maddələrinə əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində tələbin maddi-hüquqi əsası kimi Vergi Məcəlləsinin 15-ci, 24-cü, 38ci, 39-cu, "İnzibati İcraat haqqında" Qanunun 14-cü, 24-cü, 61-ci, 67-ci, İnzibati Prosessual Məcəllənin 32-ci və 74-cü maddələrinə istinad edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə əlavə məhkəməyə təqdim edilmişdir. İddiaçının iddia ərizəsinə əlavəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, tərtib olunmuş səyyar vergi yoxlaması aktında yoxlayıcı tərəfindən hazırlanmış aktda heç bir dəyişiklik edilməmiş, əlavə vergi yoxlaması tədbirinin keçirilməsi barədə qərar qəbul olunmamışdır. Yoxlama aktında 2021-ci il üzrə xərclər təsnif olunmuşdur ki, həmin xərclər illik maliyyə hesabatının xərc hissəsində nəzərə alınmadan əlavə vergi hesablanmışdır. Belə ki, 2021: Gəlirlər 8.024.471,95; Malın dəyəri 7.052.900; Əmək haqqı və onun ödəmələr üzrə 175.938,73; Sosial sığorta haqları üzrə 36.858,64; Xammal və material dəyəri 925.499,58; Ezamiyyə xərcləri dəyəri 4.858,1; Enerji xərcləri 212.222,3; İcarə xərcləri 0; Reklam xərci 0; Sığorta üzrə xərclər 0; Rabitə xərcləri 4.036,79; Bank xidmətləri xərcləri 4.404,57; Qaz xərcləri 18.844,5; Amortizasiya xərcləri 84.721,75; Təmir xərcləri 7.426,15; Digər xərcləri 4.354,07; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 21.418,97; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 2.425,5; Gəlirdən çıxılan vergi və yığımlar 19.270,94; Cəmi xərclər 8.575.180,59; Zərər -550.708,64. Lakin yoxlayıcı aktın içərisində həmçinin aşağıdakı tərkibdə cədvəl yerləşdirərək müəssisəyə 842.955,17 manat mənfəət hesablamışdır. 2021: Gəlirlər 8.024.471,95; Malın dəyəri 7.052.900; Əmək haqqı və onun ödəmələr üzrə 49.542,91; Sosial sığorta haqları üzrə 9.806,1; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 453; Sığorta üzrə xərclər 314,64; Rabitə xərcləri 0; Bank xidmətləri xərcləri 12.835,66; Qaz xərcləri 0; Amortizasiya xərcləri 23.819,7; Təmir xərcləri 0; Digər xərcləri 0; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 29.684,52; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 0; Cəmi xərclər 7.181.516,78; Mənfəət (zərər) 842.955,17. Burada ciddi bir ziddiyət yaranır. Əgər xərcləri müəyyən etmisinizsə nə üçün cədvəldə də göstərmirsiz və əlavə vergi hesablayırsız? İddiaçı faktiki olaraq təqdim etdiyi bəyannaməyə əsasən Mənfəət və zərər hesabatı üzrə 282.593 manat mənfəət hesablamış və mənfəət vergisi hesablayaraq dövlət büdcəsinə vergi ödəmişdir. 2021: Gəlirlər 7.936.429,2; Malın dəyəri 7.214.800,02; Əmək haqqı və onun ödəmələr üzrə 49.542,91; Sosial sığorta haqları üzrə 9.806,1; Xammal və material dəyəri 310.419,4; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 453,25; Sığorta üzrə xərclər 314,64; Rabitə xərcləri 0; Bank xidmətləri xərcləri 12.835,66; Qaz xərcləri 0; Amortizasiya xərcləri 23.819,7; Təmir xərcləri 0; Digər xərcləri 0; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 29.684,32; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 0; Cəmi xərclər 7.653.836,2; Mənfəət (zərər) 282.593. Yoxlayıcının səyyar vergi yoxlaması ilə göstərdiyi xərclər səyyar vergi yoxlaması aktında xərclər cədvəlində əgər göstərilmiş olsa idi, 2022-ci il üzrə gəlir və xərclər aşağıdakı kimi olardı: 2022: Gəlirlər 4.113.049,8; Malın dəyəri 3.464.530; Əmək haqqı və onun ödəmələr üzrə 67.722,9; Sosial sığorta haqları üzrə 13.581,91; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 729,17; Sığorta üzrə xərclər 600,85; Rabitə xərcləri 0; Bank xidmətləri xərcləri 30.335; Faiz xərci 59.115; Qaz xərcləri 0; Amortizasiya xərcləri 19.812,87; Təmir xərcləri 0; Digər xərcləri 1.097,4; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 32.910,83; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 0; Cəmi xərclər 3.692.595,93; Mənfəət (zərər) 420.453,87; 2021 Keçmiş ilin zərəri -550.708,64; Kompensasiya edilməmiş qalıq zərər -130.254,77. Yəni 2022-ci il üçün də 130.254,77 manat zərər hesablanmalı idi. Səyyar vergi yoxlaması aktında yoxlayıcı tərəfindən 2022-ci il üzrə Mənfəət vergisi hesabatı məlumatları aşağıdakı kimi göstərilmişdir: 2022: Gəlirlər 4.113.049,8; Malın dəyəri 3.464.530; Əmək haqqı və onun ödəmələr üzrə 67.722,9; Sosial sığorta haqqları üzrə 13.581,91; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 74,25; Sığorta üzrə xərclər 600,85; Rabitə xərcləri 729,17; Bank xidmətləri xərcləri 30.335; Faiz xərci 59.115; Qaz xərcləri 0; Amortizasiya xərcləri 19.812,87; Təmir xərcləri 0; Digər xərcləri 1.097,4; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 32.910,83; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 664,26; Cəmi xərclər 3.693.334,44; Mənfəət (zərər) 419.715,36; Mənfəət vergisi 83.943,072. Yoxlayıcı 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi məlumatlarını da təhrif edilmiş rəqəmlərlə qeyd etmişdir. Nəzərə çatdırılır ki, Vergi Məcəlləsində 121-ci maddədə zərərin keçirilməsi üzrə aşağıdakı qaydalar müəyyən edilmişdir: Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən, fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti illərin gəlirləri hesabına kompensasiya edilmir. Vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir. İddiaçı "xxxx" şirkətinin təqdim etdiyi bəyannamə ilə Mənfəət vergisi hesabatı aşağıdakı kimi olmuşdur. 2022: Gəlirlər 4.267.218,75; Malın dəyəri 3.790.239; Əmək haqqı və onun ödəmələr üzrə 67.722,9; Sosial sığorta haqları üzrə 13.581,91; Xammal və material dəyəri 139.458,4; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 74,25; Sığorta üzrə xərclər 600,85; Rabitə xərcləri 729,17; Bank xidmətləri xərcləri 30.335; Faiz xərci 59.115; Qaz xərcləri 0; Amortizasiya xərcləri 19.812,87; Təmir xərcləri 0; Digər xərcləri 1.097,4; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi,xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 32.910,83; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 0; Cəmi xərclər 4.157.837,58; Mənfəət (zərər) 109.381,17; Mənfəət vergisi 21.876,234. İddiaçı 2022-ci il üzrə büdcəyə 21.876,23 manat mənfəət vergisi hesablamış və ödəmişdir. Əgər vergi yoxlama aktında göstərilən xərclər həmçinin mənfəət vergisi hesabatında xərclərə aid edilmiş olsa idi, iddiaçının 21.876,23 manat mənfəət vergisini artıq hesablaması müəyyən edilməli idi. Yoxlayıcının 2021-ci il üzrə müəyyən etdiyi, lakin nəzərə almadığı xərclər Vergi Məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq, 2023-cü il üzrə nəzərə alınmış olsa idi, Səyyar vergi yoxlaması aktında Mənfəət və zərər hesabatı aşağıdakı kimi tərtib edilməli idi: 2023: Gəlirlər 5.118.321,4; Malın dəyəri 4.698.340; Əmək haqqı və onun ödəmələr üzrə 58.491,65; Sosial sığorta haqqları üzrə 11.892,94; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 0; Sığorta üzrə xərclər 311,53; Rabitə xərcləri 0; Bank xidmətləri xərcləri 24.627,29; Faiz xərci 48.555,37; Qaz xərcləri 0; Amortizasiya xərcləri 20.519,25; Təmir xərcləri 0; Digər xərcləri 0; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 46.535,18; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 546,35; Cəmi xərclər 4.911.979,56; Mənfəət (zərər) 206.341,84; Mənfəət hesabına kompensasiya edilmiş keçmiş illərin zərəri -130.254,77; Mənfəət üzrə kompensasiya edilmiş kecmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunun mənfəət 76.087,07. Yəni iddiaçının özünü hesabladığı mənfəət vergisi artıq hesablama kimi müəyyən edilməli idi. Yoxlayıcı xərcləri və Vergi Məcəlləsinin 121-ci maddəsinin tələblərini pozaraq Səyyar vergi yoxlaması aktında 2023-cü il üzrə Mənfəət və zərər hesabatını aşağıdakı kimi tərtib etmişdir. 2023: Gəlirlər 5.118.321,4; Malın dəyəri 4.698.340; Əmək haqqı və onun ödəmələr üzrə 58.491,65; Sosial sığorta haqqları üzrə 11.892,94; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 311,53; Sığorta üzrə xərclər 0; Rabitə xərcləri 0; Bank xidmətləri xərcləri 24.627,29; Faiz xərci 48.555,37; Qaz xərcləri 0; Amortizasiya xərcləri 20.519,25; Təmir xərcləri 0; Digər xərcləri 0; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 46.535,18; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 546,35; Cəmi xərclər 4.911.979,56; Mənfəət (zərər) 206.341,84; Mənfəət vergisi 41.268,368. Yoxlamaya əsasən əsassız olaraq 41.268,36 manat mənfəət vergisi hesablamışdır. Halbuki, həm ilkin sənədlərlə xərclər öz təsdiqini tapmış, məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Qeyd edək ki, audit adı ilə AVİS alt sistemindən çıxarılmış bəyannamədə və onun əlavəsində materiallar üzrə 1.3 bənddə müəssisənin xərcləri həm mədaxildə öz təsdiqini tapmış, həm də silgi olaraq göstərilmişdir. Əgər tanınmırdısa, o zaman bu xərclər ümumiyyətlə mənfəət vergisi bəyannaməsinin 1.3 bəndində göstərilməli deyildi. İddiaçının təqdim etdiyi bəyannaməyə əsasən Mənfəət və zərər hesabatının açıqlaması, gəlir və xərclər aşağıdakı kimi açıqlanmışdır: Bu xərclər və gəlir məbləğləri həmçinin disk materialı ilə təqdim edilmiş materiallarda, AVİS alt sistemindən uçot baza məlumatları ilə öz təsdiqini tapmışdır. 2023: Gəlirlər 5.118.321,4; Malın dəyəri 4.885.623,69; Əmək haqqı və onun ödəmələr üzrə 58.491,65; Sosial sığorta haqqları üzrə 11.892,94; Xammal və material dəyəri 0; Ezamiyyə xərcləri dəyəri 0; Enerji xərcləri 0; İcarə xərcləri 2.160; Reklam xərci 0; Sığorta üzrə xərclər 311,53; Rabitə xərcləri 0: Bank xidmətləri xərcləri 24.627,29; Faiz xərci 48.555,37; Qaz xərcləri 0; Amortizasiya xərcləri 20.519,25; Təmir xərcləri 0; Digər xərcləri 0; Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 46.535,18; Vergi Məcəlləsinin 220.12-ci maddəsinə üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaitləri üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 0; Gəlirdən çıxılan vergi və yığımlar 546,35; Cəmi xərclər 5.099.263,25; Mənfəət (zərər) 19.058,15; Mənfəət vergisi 3.811,63. Səyyar vergi yoxlaması üzrə təsdiq edilmiş mənfəət vergisi hesabatının əlavələri AVİS altsistemində aşağıdakı kimi öz əksini tapmışdır: Əlavə 1-Ehtiyatlar - 2021: Mallar - Dövrün əvvəlinə 552.540,11; Dövr ərzində daxil olmuş 7.583.201,06; Silinmiş 7.052.900; Dövrün sonuna 1.082.841,17; Sair ehtiyatlar – Dövrün əvvəlinə 310.419,4; Dövr ərzində daxil olmuş 0; Silinmiş 310.419,4; Dövrün sonuna 0; 2022: Mallar - Dövrün əvvəlinə 1.082.841,17; Dövr ərzində daxil olmuş 3.916.145,34; Silinmiş 3.464.530; Dövrün sonuna 1.534.456,51; Sair ehtiyatlar – Dövrün əvvəlinə 0; Dövr ərzində daxil olmuş 100.872,69; Silinmiş 100.872,69; Dövrün sonuna 0; 2023: Mallar - Dövrün əvvəlinə 1.534.456,51; Dövr ərzində daxil olmuş 8.560.033,11; Silinmiş 4.698.340; Dövrün sonuna 5.396.149,62; Sair ehtiyatlar – Dövrün əvvəlinə 0; Dövr ərzində daxil olmuş 46.535,18; Silinmiş 46.535,18; Dövrün sonuna 0; İddiaçı "xxxx" şirkətinin təqdim etdiyi bəyannamənin Əlavə 1-Ehtiyatlar bəndi isə aşağıdakı kimi olmuşdur: 2021: Mallar - Dövrün əvvəlinə 552.540,11; Dövr ərzində daxil olmuş 7.679.537; Silinmiş 7.214.800,02; Dövrün sonuna 1.017.277,09; Sair ehtiyatlar – Dövrün əvvəlinə 310.419,4; Dövr ərzində daxil olmuş 0; Silinmiş 310.419,4; Dövrün sonuna 0; 2022: Mallar - Dövrün əvvəlinə 1.017.277,09; Dövr ərzində daxil olmuş 3.916.145,34; Silinmiş 3.790.239; Dövrün sonuna 1.143.183,43; Sair ehtiyatlar – Dövrün əvvəlinə 0; Dövr ərzində daxil olmuş 183.519,26; Silinmiş 183.519,26; Dövrün sonuna 0; 2023: Mallar - Dövrün əvvəlinə 1.143.183,43; Dövr ərzində daxil olmuş 8.560.033,11; Silinmiş 4.885.623,69; Dövrün sonuna 4.817.592,85; Sair ehtiyatlar – Dövrün əvvəlinə 0; Dövr ərzində daxil olmuş 46.535,18; Silinmiş 46.535,18; Dövrün sonuna 0. Məhkəməyə təqdim edilən ilkin sənədlərdən aşağıdakılar müəyyən edilir: İllər üzrə mal alışı məlumatı cədvəli (invoys dəyəri ilə) – 2021: alış aktları 256.373; qaimə ilə alış 114.000; idxal invoys dəyəri ilə 7.329.660,916; cəmi 7.700.033,916; 2022: alış aktları 138.550; qaimə ilə alış 0; idxal invoys dəyəri ilə 3.881.866,79; cəmi 4.020.416,79; 2023: alış aktları 0; qaimə ilə alış 1.080.000; idxal invoys dəyəri ilə 7.479.512,598; cəmi 8.559.512,598. Yəni göründüyü kimi, malların alış sənədləri üzrə müəssisənin material xərcləri öz təsdiqini tapmışdır. Lakin yoxlayıcı tərəfindən müvafiq xərclər əsassız olaraq silinmiş və mənfəət vergisi hesablanmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2025-ci il tarixli **********191242 saylı qərarına əsasən **********) sahibkarlıq fəaliyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X4, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi baş vergi xidməti müşaviri X2 tapşırılmışdır. Yoxlayıcı barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY242135368 saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da qeydlər mövcuddur. Yoxlanılan dövrdə "xxxx" MMC faktiki olaraq muzdla və ya müqavilə əsasında heyvandarlıq sahəsində digər xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişafı Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyi ilə maliyyələşdirilmiş təchizatçı (ticarətçi) şirkətlərin əmtəəsiz əməliyyat aparması və vergidən yayınmasının mövcudluğunun müəyyən edilməsi məqsədilə vergi inzibatçılığı qaydasında tədbirlərin həyata keçirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Hesablama Palatasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********961000 nömrəli məktubu daxil olmuşdur. Qeyd olunan risklərin ətraflı araşdırılması üçün Vergi Məcəlləsinin 38.2-ci maddəsinin müddəlarına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddia ərizəsində iddiaçının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 1. Vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi üçün VM-nin 38-ci maddəsinin tələblərinə əməl etməmiş, yoxlamaya xx.xx.2024-cü il tarixində başlanılmış, xx.xx.2025-ci tarixində isə başa çatdıraraq, ümumilikdə 164 gün müddətində yoxlama aparılmışdır. Həmçinin yoxlamanın dayandırılması da vergi orqanı tərəfindən əsassız olaraq aparılmışdır. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixində “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar qəbul edilmiş, VM-nin 38.1-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-5647/2024 nömrəli yazılı bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixində isə yoxlamaya başlanılmışdır. Yoxlama müddətində 2 dəfə, xx.xx.2024-cü il tarixli **********187369 nömrəli və xx.xx.2024-cü il tarixli **********188740 nömrəli qərarlara əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarlara əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yoxlamanın müddəti hər dəfəsində 30 iş günü olmaqla 60 iş günü müddətində uzadılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının müddəti xx.xx.2024-cü il tarixli **********190025 nömrəli, xx.xx.2025-ci il tarixli **********190690 nömrəli, xx.xx.2025-ci il tarixli **********190964 nömrəli və xx.xx.2025-ci il tarixli **********191269 nömrəli qərarlara əsasən müvafiq olaraq 16,10, 8 və 5 gün olmaqla ümumilikdə 39 gün müddətində dayandırılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsindən aydın olur ki, dayandırma üçün müəyyən edilən müddət 9 aylıq müddətdir ki, həmin müddət səyyar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulan 90 iş günü müddətinə daxil deyildir. Beləliklə aydın olur ki, iddia ərizəsində qeyd edildiyi kimi yoxlamanın keçirilməsi ilə bağlı hər hansı müddət pozuntusuna yol verilməmişdir. 2.İddiaçının digər dəlili yoxlama aktının vergi ödəyicisinə təqdim edilməsindən etibarən ümumilikdə maksimum 55 gün müddətində yekun qərarın qəbul edilməsi qanunla nəzərdə tutulmuşdur. Lakin mövcud halda yoxlama aktı xx.xx.2025-ci il tarixində təqdim edilmiş, lakin vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərar yalnız xx.xx.2025-ci il tarixində, yəni 59 gün sonra, qanunla müəyyən edilən müddəti 4 gün keçməklə qəbul edilmişdir. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktı xx.xx.2025-ci il tarixində tərtib edilməsinə baxmayaraq iddia ərizəsində aktın vergi ödəyicisinə xx.xx.2025-ci il tarixində təqdim edildiyi qeyd edilmişdir. Halbuki akt vergi ödəyicisinə xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Göründüyü kimi 30 günlük müddət axımı aktın vergi ödəyicisinə təqdim edildiyi tarixdən başlanır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul edir. Beləliklə səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə təqdim edildikdən sonra 30+15+10=55 gün müddətində yekun qərar qəbul edilməlidir. Səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə xx.xx.2025-ci il tarixində təqdim edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə xx.xx.2025-ci il tarixində, yəni 52-ci gündə qəbul edilmişdir. İddiaçının digər bir dəlili yoxlamanın mahiyyəti ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, vergi orqanı 2021-ci il üzrə mənfəət vergisinin hesablanması ilə əlaqədar SVY aktının 14-cü səhifəsində müəssisənin gəlirlərinin 88 042,75 manat artırıldığını və 472.319,42 manat məbləğində əsassız xərclərin daxil edildiyini qeyd etmişdir. Bu səbəbdən də mənfəət vergisinin hesablanması belə müəyyən edilmişdir. Lakin SVY aktında müvafiq əsassız xərclərin nədən ibarət olduğu və digər əlaqəli məsələlər barədə heç bir əsaslandırma təqdim edilməmişdir. Lakin bildiririk ki, səyyar vergi yoxlaması aktının 14-cü səhifəsində müəssisənin gəlirlərinin artma səbəbi kifayət qədər geniş izah olunmuşdur. Belə ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2021-ci il üçün işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 7.936.429,20 manat göstərilsə də, ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirlərinin 8.024.471,95 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 88.042,75 manat məbləğində (8.024.471,95-7.936.429,20) mənfəət vergisi bəyannaməsində az göstərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalar və kassa aparatının məlumatları təhlil olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci illər üzrə vergi ödəyicisinin eqaimə fakturalar üzrə dövriyyəsi (ƏDV-yə cəlb edilən əməliyyatların məbləği, ƏDV-yə cəlb edilməyən, ƏDV-dən azad olunan əməliyyatlar və ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatların cəmi) 7.855.861,79 manat olmuş və vergi ödəyicisinin kassa əməliyyatları üzrə dövriyyəsi isə 168.610,16 manat olmuşdur (72.472,41 manat ƏDV-dən azad olunan əməliyyatlar üzrə, 113.442,55 manat isə 18% ilə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə dövriyyəsi olmuşdur. 113.442,55 manatlıq dövriyyənin tərkibindəki ƏDV məbləğini müəyyənləşdirilərək çıxılmış (113.442,55/1.18=96.137,75), 72.472,41+96.137,75=168.610,16 manat). Beləliklə, vergi ödəyicisinin rəsmi sənədlər əsasında müəyyənləşdirilən dövriyyəsi özünün bəyannamədə təqdim etdiyi kimi 7.936.429,20 manat deyil, 8.024.471,95 təşkil etmiş və bu səbəbdən 2021-ci il üzrə gəlirlərində 88.042,75 manat kənarlaşma aşkar edilmişdir. 2021-ci il üzrə xərclərinə münasibətdə isə bildirilir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024-ci il tarixli **********186022 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmiş və həmin tələbnaməyə əsasən vergi ödəyicisindən xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, işçilərin siyahı məlumatı, bank sənədləri, bank çıxarışları, bank ödəniş tapşırıqları kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB və invoyslar, malmaterialın hərəkəti, EQF-lar, alış aktları və səyyar vergi yoxlamasının keçirilməsi üçün lazım olan digər sənədlər tələb olundu. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən vergi orqanının xx.xx.2024-cü il tarixli **********187096 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən aylıq satış hesabatlan cəmiyyətin rəhbəri X7 tərəfindən umut. Elektron ünvan 1 e-mail ilə Elektron ünvan 2 elektron ünvanına və xx.xx.2024-cü il tarixli **********691900, **********695700, **********648300, **********696400, **********607900 nömrəli sənədlərlə vergi orqanına təqdim edilmişdir, vergi ödəyicisi tərəfindən göndərilmiş sənədlər qanunamüvafiq şəkildə xx.xx.2024-cü il tarixli sənədlərin və əşyaların nümunə kimi götürülməsi haqqında Vergi Məcəlləsinin 43.9cu maddəsinə əsasən müvafiq protokolla qaydalara uyğun şəkildə protokollaşdırılmış (Protokol yoxlama materialına əlavə edilir) bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən rəsmi olaraq təqdim edilmiş mal material və satış hesabatları vergi orqanı tərəfindən də təhlil edilmiş və müəyyən edilmişdir ki, 2021-ci ilin mal material və satış hesabatları cədvəllərində ödəyicinin özü tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri olan 310.419,40 manat öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin xərc çıxarılmışdır. 2021-ci il ilin ayları üzrə ödəyici tərəfindən yoxlamaya təqdim edilən material və satış hesabatı məlumatlarına əsasən ƏDV-yə 18% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 3.536.506,43 manat və ƏDV-dən azad olunan əməliyyatlar üzrə təqdim edilmiş malların, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 3.516.393,57 manat olmuş və 2021-ci il üzrə material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 7.052.900,00 manat olduğu müəyyən edilmişdir. 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri 310.419,40 manat, malın dəyəri 7.214.800,02 manat cəmi 7.525.219,42 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 7.052.900,00 manat olduğu müəyyən edilmiş və nəticədə 472.319,42 manat məbləğində mallann dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 88.042,75 manat məbləğ 2021-ci il üzrə ümumi gəlirə əlavə edilməklə və 472.319,42 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə 112.072,43 manat əlavə mənfəət vergisi hesablanmışdır (ödəyici tərəfindən təqdim edilən material hesabatları təqdim edilir). 2022-ci ilin mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 4.248.718,75 manat, olmaqla ümumi gəlirləri 4.248.718,75 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4.141.405,00 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 107.313,75 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 21.462,75 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 413,48 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində “Malların təqdim edilməsindən gəlir” sətrində 18.500,00 manat məbləğində gəlirin az göstərilməsi, 221.4- “Malın dəyəri” sətirində isə 16.432,58 manat xərcə az salındığı üçün kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2022-ci il üçün mallann təqdim edilməsindən gəlirləri 4.113.049,80 manat olmaqla ümumi gəlirləri 4.113.049,80 manat təşkil etmişdir. Bu gəlirlərin tərkibinə eqaimə məlumatlarına əsasən 3.981.898,05 topdansatış fəaliyyətindən, 131.760,16 manat isə pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə satışından gəlirlər daxildir, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 3.692.670,18 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 420.379,62 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 84.075,92 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2022-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergiisi 62.199,69 manat azaldılmışdır. Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2022-ci il üçün malların təqdim edilməsindən gəlirləri 4.248.718,75 manat göstərilsə də ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 4.113.049,80 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 135.668,95 manat məbləğində (4.248.718,75 -4.113.049,80) mənfəət vergisi bəyannaməsində artıq göstərilmişdir. Bundan başqa 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materiallann dəyəri 139.458,40, malın dəyəri 3.773.806,42 manat cəmi 3.913.264,82 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 3.464.530,00 manat olduğu müəyyən edilmiş və nəticədə 448.734,82 manat məbləğində malların dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 135.668,95 manat məbləğ 2022-ci il üzrə ümumi gəlirdən çıxılmaqla və 448.734,82 manat əsassız silinmiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə yoxlama ilə 62.199,69 manat əlavə mənfəət vergisi hesablanmışdır (məlumatlar təqdim edilir). 2023-cü il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 5.107.021,40 manat, olmaqla ümumi gəlirləri 5.107.021,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 5.099.263,25 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 7.758,15 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 1.551,63 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2023-cü ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 2.260 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində “Malların təqdim edilməsindən gəlir” sətrində 11.300,00 manat məbləğində gəlirin az göstərilməsi səbəbindən kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2023-cü il üçün malların təqdim edilməsindən gəlirləri 5.118.321,40 manat olmaqla ümumi gəlirləri 5.118.321,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4.911.979,56 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 206.341,84 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 41.268,37 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2023-cü ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergisi 37.456,74 manat azaldılmışdır. Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində malın dəyəri 4.885.623,69 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış malların dəyəri 4.698.340,00 manat olduğu müəyyən edilmiş və nəticədə 187.283,69 manat məbləğində malların dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 187.283,69 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq 37.456,74 manat əlavə mənfəət vergisi hesablanmışdır (məlumatlar əlavə olunur). Uçotbaza məlumatlarında 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi kameral qaydada yoxlanılarkən cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə daxil olmuş məbləğin 8.408,38 manat az göstərildiyi müəyyən edilmişdir və nəticədə (8.408,38*18%=1.513,51) 1.513,51 manat ƏDV hesablanmışdır. Yoxlamaya təqdim edilmiş ilkin sənədlər əsasında yoxlama zamanı 2022-ci ilin fevral ayı ərzində 18% dərəcə ilə vergiyə cəlb edilən təqdim edilmiş malların dəyəri 13.389,67 manat, daxil olan vəsaitin 8.408,38 manat; ƏDV-dən azad olunan əməliyyatlar üzrə təqdim edilmiş malların dəyəri 3.300,00 manat, daxil olan vəsaitin 510.126,61 manat olduğu müəyyən edilmişdir. Nəticədə 18% dərəcə ilə vergiyə cəlb edilən təqdim edilmiş daxil olmuş vəsait 8.408,38 manat ƏDV-si isə 1.513,51 manat olmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ 18.346,60 manat məbləğ yoxlama ilə nəzərə alınaraq hesablama apanlmışdır. Fevral ayı üzrə cəmi -461,69 manat (16.371,40-16.833,09) ƏDV-nin artıq hesablandığı müəyyən edilmişdir. Bundan başqa iddiaçı 2021-ci ilin gəlirlərinin 75%-nin koronovirus pandemiyasına görə mənfəət vergisindən azad olmasını vurğulasa da, bildiririk ki, Vergi Məcəlləsinin XVİİİ fəsili Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlanır və Vergi Məcəlləsinin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, 2021-ci ildə artıq həmin müddəalar qüvvədə olmamışdır. Cavabdeh orqan iddiaya yazılı etirazın maddi-hüquqi əsası kimi Vergi Məcəlləsinin 16-cı, 23-cü, 36-cı, 43-cü, 103-cü, 130-cu maddələrinə və “Mühasibat uçotu haqqında” Qanunun 3-cü, 8-ci maddələrinə istinad etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3684/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192962 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının yoxlamanın keçirilməsi ilə bağlı vergi orqanının prosessual pozuntu törətməsi halına münasibətdə qeyd etmişdir ki, müddət pozuntusuna yol verilməmişdir. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixində "Səyyar vergi yoxlamasının keçirilməsi barədə" qərar qəbul edilmiş, VM-nin 38.1-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024 cü il tarixli 3-21-2-18/2-5647/2024 nömrəli yazılı bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixində isə yoxlamaya başlanılmışdır. Yoxlama müddətində 2 dəfə, xx.xx.2024-cü il tarixl **********187369 nömrəli və xx.xx.2024-cü il tarixli **********188740 nömrəli qərarlara əsasən "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında" qərarlara əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yoxlamanın müddəti hər dəfəsində 30 iş günü olmaqla 60 iş günü müddətində uzadılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasər Səyyar vergi yoxlamasının müddəti xx.xx.2024-cü il tarixli **********190025 nömrəli xx.xx.2025-ci il tarixli **********190690 nömrəli, xx.xx.2025-ci il tarixli **********190964 nömrəli və xx.xx.2025-ci il tarixli **********191269 nömrəli qərarlara əsasən müvafiq olaraq 16, 10, 8 və 5 gün olmaqla ümumilikdə 39 gün müddətində dayandırılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsindən aydın olur ki, dayandırma üçün müəyyən edilən müddət 9 aylıq müddətdir ki, həmin müddət səyyar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulan 90 iş günü müddətinə daxil deyildir. Ona görə də, məhkəmə hesab etmişdir ki, yoxlamanın keçirilməsi ilə bağlı hər hansı müddət pozuntusuna yol verilməmişdir. Mübahisənin maddi-hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, vergi orqanı səyyar vergi yoxlaması zamanı 2021, 2022, 2023-cü illər üzrə ərizəçi Cəmiyyətə mənfəət vergisi hesablayarkən gəlirin çox olduğu halda az göstərilməsi və bəzi xərclərin əsassız olaraq xərcə daxil edilməsini əsas götürmüşdür. Belə ki, səyyar vergi yoxlaması aktında (13/79, 15/79, 16/79) qeyd edilir ki, 2021-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 7.936.429,20 manat, olmaqla ümumi gəlirləri 7.936.429,20 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 7.674.532,46 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 261.896,74 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 52.379,35 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2021-ci ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 4.139,25 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 221.15-ci sətrində "Sair xərclər" sətrində 20.696,26 manat məbləğində sair xərclər xərcə artıq daxil edildiyi üçün kamaral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2021-ci il üçün işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 8.024.471,95 manat olmaqla ümumi gəlirləri 8.024.471,95 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 7.181.516,78 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 842.955,17 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 168.591,03 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2021-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergisi 116.211,68 manat azaldılmışdır. Bunun səbəbi olnunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2021-ci il üçün işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 7.936.429,20 manat göstərilsə də ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 8.024.471,95 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 88.042,75 manat məbləğində (8.024.471, 95-7.936.429 ,20) mənfəət vergisi bəyannaməsində az göstərilmişdir Bundan başqa 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri 310419,40 manat, malın dəyəri 7.214.800,02 manat cəmi 7.525.219,42 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış malların dəyəri 7.052.900,00 manat olduğu müəyyən edilmiş və nəticədə 472.319,42 manat məbləğində malların dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 88.042,75 manat məbləğ 2021-ci il üzrə ümumi gəlirə əlavə edilməklə və 472.319,42 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə 112.072,43 manat əlavə mənfəət vergisi hesablanmışdır. (cədvəl əlavə olunur) Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin Əmək haqqı və ona bərabər ödəmələr üzrə- 175.938,73 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə- 36.858,64 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Xammal və materialların dəyəri- 925.499,58 manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur), Malın dəyəri üzrə- 95.348,68 manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur), Ezamiyyə xərclərinin dəyəri 4.858,10 manat (ezamiyyə haqqının hesablama cədvəlləri ilə təsdiq olunur). Enerji xərcləri üzrə- 212.222,30 manat (alınmış EQ-lər ilə təsdiq olunur), Qaz xərcləri üzrə- 18.844,50 manat (alınmış EQ-lər ilə təsdiq olunur) Rabitə xərcləri üzrə- 4.036,79 manat (alınmış EQ-lər ilə təsdiq olunur), Bank xidməti üzrə xərclər üzrə- 4.404,57 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülmüəsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə- 21.418,97 manat (alınınış EQ-lər ilə təsdiq olunur) Amortizasiya xərcləri üzrə - 84.721,75 manat (Əsas vəsaitlərin kateqoriyalar üzrə cədvəli və VM. Maddə 114 ilə təsdiq olunur),- Təmir xərcləri üzrə- 7.426,15 manat (Əsas vəsaitlərin kateqoriyalar üzrə cədvəli və VM. Maddə 115 ilə təsdiq olunur), digər xərclər 4.354,07 manat, gəlirdən çıxılan vergilər və yığımlar– 19.270,94 manat, Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılınış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi üzrə 2.425,50 manat məbləğində hesablanmış olduğu müəyyən olunmuşdur. 2021-ci il üzrə cəmiyyət tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 88.042,75 manat məbləğində az və 472.319,24 manat malların dəyərini əsassız xərcə artıq daxil edildiyinə görə büdcəyə besablanmalı olan mənfəət vergisi 112.072,43 manat azaldılmışdır. Vergi Məcəlləsinin 104.1, 105.1, 108. 1, maddələrinə əsasən 112.072,43 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 56.036,22 manat (112.072,43 x 50%) maliyyə sanksiyasının tədbiq edilməsi təklif edilir. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 4.248.718,75 manat, olmaqla ümumi gəlirləri 4.248.718,75 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4.141.405,00 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 107.313,75 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 21.462,75 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 413,48 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində "Malların təqdim edilməsindən gəlir" sətrində 185.00,00 manat məbləğində gəlirin az göstərilməsi,221.4- "Malı dəyəri" sətirində isə 16.432,58 manat xərcə az salındığı üçün kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2022-ci il üçün malların təqdim edilməsindən gəlirləri 4.113.049,80 manat olmaqla ümumi gəlirləri 4.113.049,80 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 3.692.670,18 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 420.379,62 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 84.075,92 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2022-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergiisi 62.199,69 manat azaldılmışdır.Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2022-ci il üçün malların təqdim edilməsindən gəlirləri 4.248.718,75 manat göstərilsə də ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 4.113.049,80 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 135.668,95 manat məbləğində (4.248.718,75-4.113.049,80) mənfəət vergisi bəyannaməsində artıq göstərilmişdir.Bundan başqa 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri 139.458,40, malın dəyəri 3.773.806,42 manat cəmi 3.913.264,82 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış malların dəyəri 3.464.530,00 manat olduğu müəyyən edilmiş və nəticədə 448.734,82 manat məbləğində malların dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 135.668,95 manat məbləğ 2022-ci il üzrə ümumi gəlirdən çıxılmaqla və 448.734,82 manat əsassız silinmiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə yoxlama ilə 62.199,69 manat əlavə mənfəət vergisi hesablanmışdır (cədvəl əlavə olunur). Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin Əmək haqqı və ona bərabər ödəmələr üzrə - 67.722,90 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə- 13.581,91 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Malın dəyəri üzrə- 3.464.530,00 manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur),İcarə haqqı-2.160 manat (müqavilə ilə təsdiq olunur). Bank xidmətləri üzrə xərclər - 30.335,00 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülmüəsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə- 32.910,83 manat (alınmış EQ-lər ilə təsdiq olunur), Reklam xərcləri 729,17 manat(alınmış EQ-lər ilə təsdiq olunur), Borca görə faizlər və onunla bağlı xərclər-59.115,00 manat (Bankdan alınmış kredit müqavilələrinə əsasən təsdiq olunur), Amortizasiya xərcləri üzrə- 19.812,87 manat (Əsas vəsaitlərin kateqoriyalar üzrə cədvəli və VM. Maddə 114 ilə təsdiq olunur), Sığorta xərcləri üzrə- 600,85 manat, Digər xərclər-1.097,40 manat (alınmış EQ-lər və anbar hesabatlar ilə təsdiq olunur ()məbləğində hesablanmış olduğu müəyyən olunmuşdur. 2022-ci il üzrə cəmiyyət tərəfindən malların təqdim edilməsindən gəlirləri 154.168,95 manat məbləğində artıq və 465.167,40 manat malların dəyərini əsassız xərcə artıq daxil edildiyinə görə büdcəyə hesablanmalı olan mənfəət vergisi 62.199,69 manat azaldılmışdır. Vergi Məcəlləsinin 104.1, 105.1, 108.1, maddələrinə əsasən 62.199,69 manat verginin hesablanması ,Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 31.099,85 manat (62.199,69 x 50% manat maliyyə sanksiyasının tədbiq edilməsi təklifedilir. 2023-cü il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 5.107.021,40 manat, olmaqla ümumi gəlirləri 5.107.021,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 5.099.263,25 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 7.758,15 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 1.551,63 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2023-ci ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 2.260 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində "Malların təqdim edilməsindən gəlir" sətrində 11.300,00 manat məbləğində gəlirin az göstərilməsi səbəbindən kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2023-cü il üçün malların təqdim edilməsindən gəlirləri 5.118.321,40 manat olmaqla ümumi gəlirləri 5.118.321,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4.911.979,56 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 206.341,84 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 41.268,37 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2023-cü ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergiisi 37.456,74 manat azaldılmışdır.Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində malın dəyəri 4.885.623,69 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış malların dəyəri 4.698.340,00 manat olduğu müəyyən edilmiş və nəticədə 187.283,69 manat məbləğində malların dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 187.283,69 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq 37.456,74 manat əlavə mənfəət vergisi hesablanmışdır. (cədvəl əlavə olunur) Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin Əmək haqqı və ona bərabər ödəmələr üzrə- 58.491,65 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə- 11.892,94 manat (əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Malın dəyəri üzrə- 4.698.340,00 manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur),İcarə haqqı-2.160,00 manat (müqavilə ilə təsdiq olunur). Bank xidmətləri üzrə xərclər-24.627,29 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülmüəsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə 46.535,18 manat (alınmış EQ-lər ilə təsdiq olunur),Borca görə faizlər və onunla bağlı xərclər 48.555,37, Amortizasiya xərcləri üzrə- 20.519,25 manat (Əsas vəsaitlərin kateqoriyalar üzrə cədvəli və VM. Maddə 114 ilə təsdiq olunur), Sığorta xərcləri üzrə- 311,53 manat, Gəlirdən çıxılan vergilər 546,35 manat məbləğində hesablanmış olduğu müəyyən olunmuşdur. 2023-cü il üzrə cəmiyyət tərəfindən 187.283,69 manat malların dəyərini əsassız xərcə artıq daxil edildiyinə görə büdcəyə hesablanmalı olan mənfəət vergisi 37.456,74 manat azaldılmışdır. Vergi Məcəlləsinin 104.1, 105.1, 108.1, maddələrinə əsasən 37.456,74 manat verginin hesablanması ,Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 18.728,37 manat (37.456,74 x 50% manat maliyyə sanksiyasının tədbiq edilməsi təklif edilir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı müəssisənin aktda adıçəkilən xərclərinin olmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanının nümayəndələri həmin xərclərin başqa vergi ödəyicisinə aid olmaqla, akta səhvən daxil edildiyini, bununla yanaşı həmin xərclərin iddiaçıya mənfəət vergisi hesablanması üçün əsas qismində çıxış etmədiyini, yəni həmin texniki səhvin iddiaçı müəssisəyə əlavə vergi öhdəliyi yaratmadığını bildirmişlər. Məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktında iddiaçı müəssisənin xərcləri kimi səhvən qeyd edilmiş xərclərin ona həqiqətən mənfəət vergisi hesablanmasına əsas olmadığı müəyyən edildiyindən bu məsələ, qərarın ləğvi üçün əsas hesab olunmur. Cavabdeh vergi orqanı iddiaçı müəssisəyə 2021, 2022, 2023-cü illər üzrə mənfəət vergisini həmin müəssisənin təqdim etdiyi mal-material hesabatı əsasında hesabladığını, yəni müəssisənin gəlir və xərclərini onun təqdim etdiyi sənədlərə əsasən müəyyən etdiyi iddia etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müəssisə yoxlama aparılan dövrdə faktiki olaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, gəliri heyvanların satışından əldə etmişdir. Həmin gəlirin əldə edilməsinə çəkilmiş xərclərə dair isə xx.xx.2025-ci il tarixdə, hansı ki, yoxlama hələ başa çatmamışdı, vergi yoxlayıcısının email ünvanına yem hesabatlarını göndərmişdir. Vergi orqanı həmin yem hesabatlarını gəlirin əldə edilməsinə çəkilmiş xərci təsdiq edən sənəd qismində qəbul etməyərək, bu hərəkətini onunla əsaslandırır ki, yoxlama başlandığı zaman iddiaçıya Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2024-cü il tarixli **********186022 nömrəli Tələbnamə təqdim edilərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə alınmış və satılmış e-qaimə fakturalar, e-vergi hesab fakturalar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə aktlar, ilkin mühasibat sənədləri, ... , həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərini 15 iş günü müddətində təqdim etmək tələb edilmiş, eyni zamanda yoxlamanın gedişatında Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli **********187096 nömrəli Qərar əsasında iddiaçı müəssisədən yoxlama dövrü üzrə sənədlərin götürülməsi həyata keçirilmişdir. İddiaçının həmin Tələbnamə və Qərar əsasında təqdim etdiyi mal-material qalığı hesabatında yemlə bağlı hər hansı xərcə dair hesabat mövcud olmamışdır. İddiaçı müəssisə həmin hesabatı sonradan və vergi ödəyicisinin şəxsi e-mail ünvanına göndərməklə təqdim etmişdir. Həmin sənədlər yoxlayıcının taxes.gov.az saytında yaradılmış e-mailinə yaxud e-kargüzarlıq vasitəsilə təqdim etsə də, sənədin bu formada təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin malın anbardan istehsalata verilməsinə dair hər hansı sənəd, yəni malların hərəkət cədvəli mövcud deyildir. Həmin malın anbardan istehsalata yaxud satışa verilməsi müəyyən edilmir. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən yem hesabatları yoxlamanın davam etdiyi müddətdə yoxlayıcıya təqdim edildiyindən nəzərə alınmalı və qiymətləndirilməli, mötəbərliyi şübhə altına alınmış olsaydı əgər, bu barədə səyyar vergi yoxlaması aktında əsaslandırılmaqla qeyd edilməli idi. İddiaçı müəssisənin təqdim etdiyi sənədlərlə həmin yem hesabatlarının yoxlayıcı Adil Şükürovun whatsapp nömrəsinə və e-mail ünvanına göndərildiyi müəyyən edilir. Cavabdehin nümayəndəsi də həmin sənədlərin bu üsulla göndərildiyi təsdiq edir, lakin qəbul edilmədiyini bildirir. Vergi orqanının dəlilincə, hətta təqdim etmə düzgün olmayan formada baş tutmuş idisə, vergi orqanı inzibati orqan olaraq iddiaçıya bu məsələdə hüquqi yardım etməyə, onun hüquq və vəzifələrini izah etməyə borclu idi. Hansı ki, həmin sənəd yoxlamanın məqsədləri üçün əhəmiyyətli idi. İşin bütün hallarının araşdırılması isə inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Digər tərəfdən, həmin yem hesabatlarında əks olunan mal qalığı vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində silinmiş, vergi orqanı da həmin silinməni qəbul etmişdir. Mənfəət vergisi bəyannaməsinin audit əlavəsində iddiaçının gəlirin əldə edilməsinə çəkdiyi xərclər vergi orqanı tərəfindən təsdiq edilmişdir. Vergi orqanı yoxlama çərçivəsində xx.xx.2024-cü il tarixli, **********187419 nömrəli "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qərara əsasən iddiaçı müəssisədə inventarizasiya aparmış və səyyar vergi yoxlaması aktında mal-material və digər qiymətlilər üzrə kənarlaşma aşkar edilməmişdir. Bu hal da həmin malların anbarda qalmadığına, gəlirin əldə edilməsinə çəkilməsinə dəlalət edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ləğvi istənilən məhkəmə qərarında birinci instansiyası məhkəməsinin istinad etdiyi dəlillər bunlardan ibarətdir: -Məhkəmə hesab etmişdir ki, “iddiaçı müəssisə yoxlama aparılan dövrdə faktiki olaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, gəliri heyvanların satışından əldə etmişdir. Həmin gəlirin əldə edilməsinə çəkilmiş xərclərə dair isə xx.xx.2025-ci il tarixdə, hansı ki, yoxlama hələ başa çatmamışdı, vergi yoxlayıcısının e-mail ünvanına yem hesabatlarını göndərmişdir. Sözügedən yem hesabatları yoxlamanın davam etdiyi müddətdə yoxlayıcıya təqdim edildiyindən nəzərə alınmalı və qiymətləndirilməli, mötəbərliyi şübhə altına alınmış olsaydı əgər, bu barədə səyyar vergi yoxlaması aktında əsaslandırılmaqla qeyd edilməli idi. İddiaçı müəssisənin təqdim etdiyi sənədlərlə həmin yem hesabatlarının yoxlayıcı Adil Şükürovun whatsapp nömrəsinə və e-mail ünvanına göndərildiyi müəyyən edilir.” -Daha sonra məhkəmə qərarında göstərmişdir ki, “Vergi orqanı yoxlama çərçivəsində xx.xx.2024-cü il tarixli, **********187419 nömrəli "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qərara əsasən iddiaçı müəssisədə inventarizasiya aparmış və səyyar vergi yoxlaması aktında mal-material və digər qiymətlilər üzrə kənarlaşma aşkar edilməmişdir. Bu hal da həmin malların anbarda qalmadığına, gəlirin əldə edilməsinə çəkilməsinə dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, səyyar vergi yoxlaması aktında inventarizasiya zamanı mal-material və digər qiymətlilər üzrə kənarlaşma aşkar edilmədiyi qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş Əmlakın və digər qiymətlilərin inventarizasiyası xx.xx.2024-cü il tarixli aktından görünür ki, əmlakın və digər qiymətlilərin inventarizasiyası nəticəsində mühasibat uçotu dəyəri ilə (ƏDV-siz) 1.666.304 manat dəyərində maldan 20988 manat dəyərində mal əskik gəlmişdir. Lakin vergi orqanı bu hala aydınlıq gətirməmişdir.” Əvvəala qeyd edilir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri). İşin faktiki halları ilə bağlı qeyd olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********191242 saylı Qərarına əsasən ********** sahibkarlıq fəaliyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X4, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi baş vergi xidməti müşaviri X2 tapşırılmışdır. Yoxlayıcı barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY242135368 saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da qeydlər mövcuddur. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq muzdla və ya müqavilə əsasında heyvandarlıq sahəsində digər xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişafı Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyi ilə maliyyələşdirilmiş təchizatçı (ticarətçi) şirkətlərin əmtəəsiz əməliyyat aparması və vergidən yayınmasının mövcudluğunun müəyyən edilməsi məqsədilə vergi inzibatçılığı qaydasında tədbirlərin həyata keçirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Hesablama Palatasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********961000 nömrəli məktubu daxil olmuşdur. Qeyd olunan risklərin ətraflı araşdırılması üçün Vergi Məcəlləsinin 38.2-ci maddəsinin müddəlanna uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2021-ci il üçün işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 7936429,20 manat göstərilsə də, ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 8024471,95 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 88042,75 manat məbləğində (8024471,95-7936429,20) mənfəət vergisi bəyannaməsində az göstərilmişdir. xx.xx.2021xx.xx.2021-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalar və kassa aparatının məlumatları təhlil olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci illər üzrə vergi ödəyicisinin e-qaimə fakturalar üzrə dövriyyəsi (ƏDV-yə cəlb edilən əməliyyatların məbləği, ƏDV-yə cəlb edilməyən, ƏDV-dən azad olunan əməliyyatlar və ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatların cəmi) 7855861.79 manat olmuş və vergi ödəyicisinin kassa əməliyyatları üzrə dövriyyəsi isə 168610,16 manat olmuşdur.( 72472.41 manat ƏDV-dən azad olunan əməliyyatlar üzrə, 113442,55 manat isə 18% ilə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə dövriyyəsi olmuşdur. 113442.55 manatlıq dövriyyənin tərkibindəki ƏDV məbləğini müəyyənləşdirilərək çıxılmış (113442.55/1.18=96137.75), 72472.41+96137.75=168610.16 manat). Beləliklə, vergi ödəyicisinin rəsmi sənədlər əsasında müəyyənləşdirilən dövriyyəsi özünün bəyannamədə təqdim etdiyi kimi 7936429,20 manat deyil, 8024471,95 təşkil etmiş və bu səbəbdən 2021-ci il üzrə gəlirlərində 88042,75 manat kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən rəsmi olaraq təqdim edilmiş mal material və satış hesabatları vergi orqanı tərəfindən də təhlil edilmiş və müəyyən edilmişdir ki, 2021-ci ilin mal material və satış hesabatları cədvəllərində ödəyicinin özü tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri olan 310419,40 manat öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin xərc çıxarılmışdır. 2021-ci il ilin ayları üzrə ödəyici tərəfindən yoxlamaya təqdim edilən material və satış hesabatı məlumatlarına əsasən ƏDV-yə 18% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 3,536,506.43 manat və ƏDV-dən azad olunan əməliyyatlar üzrə təqdim edilmiş malların, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 3516393.57 manat olmuş və 2021-ci il üzrə material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 7052900,00 manat olduğu müəyyən edilmişdir. 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materialların dəyəri 310419,40 manat, malın dəyəri 7214800,02 manat cəmi 7525219,42 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 7052900,00 manat olduğu müəyyən edilmiş və nəticədə 472319,42 manat məbləğində mallann dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 88042,75 manat məbləğ 2021-ci il üzrə ümumi gəlirə əlavə edilməklə və 472319,42 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə 112072,43 manat əlavə mənfəətvergisi hesablanmışdır. (ödəyici tərəfindən təqdim edilən material hesabatları məhkəməyə təqdim edilmişdir) 2022-ci ilin mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 4248718,75 manat, olmaqla ümumi gəlirləri 4248718,75 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4141405,00 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 107313,75 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 21462,75 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 413,48 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində “Malların təqdim edilməsindən gəlir” sətrində 18500,00 manat məbləğində gəlirin az göstərilməsi,221.4- “Malın dəyəri” sətirində isə 16432,58 manat xərcə az salındığı üçün kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2022-ci il üçün mallann təqdim edilməsindən gəlirləri 4113049,80 manat olmaqla ümumi gəlirləri 4113049,80 manat təşkil etmişdir. Bu gəlirlərin tərkibinə eqaimə məlumatlarına əsasən 3,981,898.05 topdansatış fəaliyyətindən, 131,760.16 manat isə pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə satışından gəlirlər daxildir. , hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 3692670,18 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 420379,62 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 84075,92 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2022-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergiisi 62199,69 manat azaldılmışdır.Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2022-ci il üçün malların təqdim edilməsindən gəlirləri 4248718,75 manat göstərilsə də ilkin sənədlərlə yoxlama zamanı işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 4113049,80 manat olduğu təsdiq olunmuş və nəticədə cəmiyyət tərəfindən mallann təqdim edilməsindən,işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 135668,95 manat məbləğində (4248718,75 -4113049,80) mənfəət vergisi bəyannaməsində artıq göstərilmişdir.Bundan başqa 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində xammal və materiallann dəyəri 139458,40, malın dəyəri 3773806,42 manat cəmi 3913264,82 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış mallann dəyəri 3464530,00 manat olduğu müəyyən edilmiş və nəticədə 448734,82 manat məbləğində mallann dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 135668,95 manat məbləğ 2022-ci il üzrə ümumi gəlirdən çıxılmaqla və 448734,82 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq vergi ödəyicisinə yoxlama ilə 62199,69 manat əlavə mənfəət vergisi hesablanmışdır. 2023-cü il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 5107021,40 manat, olmaqla ümumi gəlirləri 5107021,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 5099263,25manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 7758,15 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 1551,63 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2023-cü ilin mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması aparılmış və 2260 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral yoxlama zamanı bəyannamənin 200.1-ci sətrində “Malların təqdim edilməsindən gəlir” sətrində 11300,00 manat məbləğində gəlirin az göstərilməsi səbəbindən kameral qaydada əlavə vergi hesablanmış və yoxlama ilə ilkin sənədlər əsasında kameral qaydada hesablanmış məbləğlər təsdiq edilmişdir. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki, 2023-cü il üçün malların təqdim edilməsindən gəlirləri 5118321,40 manat olmaqla ümumi gəlirləri 5118321,40 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4911979,56 manat olmaqla vergitutma məqsədləri üçün mənfəəti 206341,84 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 41268,37 manat mənfəət vergisi hesablanmalıdır. Buradan da göründüyü kimi, 2023-cü ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergisi 37456,74 manat azaldılmışdır.Bunun səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində malın dəyəri 4885623,69 manat olduğu göstərilmiş, lakin yoxlamaya təqdim edilmiş material və satış hesabatı məlumatlarına əsasən satılmış malların dəyəri 4698340,00manat olduğu müəyyən edilmiş və nəticədə 187283,69 manat məbləğində mallann dəyəri əsassız xərcə silinməklə bəyənnamənin xərc hissəsində göstərilmişdir. Bu səbəbdən qeyd olunan 187283,69 manat əsassız silimiş malın dəyəri nəzərə alınmayaraq 37456,74 manat əlavə mənfəət vergisi hesablanmışdır. (məlumatlar əlavə olunur) Uçot-baza məlumatlarında 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi kameral qaydada yoxlanılarkən cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamədə daxil olmuş məbləğin 8408.38 manat az göstərildiyi müəyyən edilmişdir və nəticədə (8408.38*18%=1513.51) 1513.51 manat ƏDV hesablanmışdır. Yoxlamaya təqdim edilmiş ilkin sənədlər əsasında yoxlama zamanı 2022-ci ilin fevral ayı ərzində 18% dərəcə ilə vergiyə cəlb edilən təqdim edilmiş malların dəyəri 13389.67 manat, daxil olan vəsaitin 8408.38 manat; ƏDV-dən azad olunan əməliyyatlar üzrə təqdim edilmiş malların dəyəri 3300.00 manat, daxil olan vəsaitin 510126.61 manat olduğu müəyyən edilmişdir. Nəticədə 18% dərəcə ilə vergiyə cəlb edilən təqdim edilmiş daxil olmuş vəsait 8408.38 manat ədv-si isə 1513.51 manat olmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən idxalda ədv-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ 18346.60 manat məbləğ yoxlama ilə nəzərə alınaraq hesablama apanlmışdır. Fevral ayı üzrə cəmi - 461.69 manat (163xx.xx-16833.09) ƏDV-nin artıq hesablandığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qərarda məhkəmə səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı ona görə ləğv etmişdir ki, yem hesabatının yoxlayıcıya təqdim edilmiş hesab etmiş və inventarizasiya nəticəsinda anbarda mal qalmadığının görsəndiyi, bu halın isə gəlirin əldə əldə edilməsində iştirak edən xərc kimi qəbul etmişdir. xx.xx.2024-cü il tarixli **********186022 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə iddiaçı cəmiyyətin nümayəndəsinə təqdim olunmuşdur. Sözügedən tələbnamədə VM nin 23, 36, 37 və 42-ci maddələrinin tələbləri əsas tutularaq xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə alınmış və satılmış e-qaimə fakturalar, e-vergi hesab fakturaları, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə aktlar, ilkin mühasibat sənədləri, o cümlədən:müqavilələr (idaxl edilmiş mallara görə müqavilələr, əmək, icarə və s.) EVHF-lar, alqı-satqı sənədləri, YGB sənədləri, bank və xəzinə sənədləri, əmək haqqı hesablama cədvəlləri, alış aktları, nəqliyyat xərcləri, malmaterial və satış hesabatları, dövriyyə cədvəlləri, həmçinin mənfəət vergisinin yoxlanılması məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan digər sənədlərin təadim edilməsi iddiaçı cəmiyyətdən tələb edilmişdir. VM-nin 42.1-ci maddəsinə əsasən sənədlərin və elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Bu baxımdan qeyd olunan sənədlərin 15 iş günü müddətində, yəni xx.xx.2024-cü il tarixədək vergi orqanına təqdim edilməsi vergi ödəyicisinə bildirilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixədək iddiaçı cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli **********186022 nömrəli tələbnaməyə əsasən yem hesabatı cavabdeh inzibati orqana təqdim olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, qanunverilikdə əks olunmuş müddətlər həmin qanunun təsir dairəsinə düşən subyektlərin həmin müddətlər daxilində hərəkət etmək imkanını ehtiva etdirir. Qanunla müəyyən edilmiş müddətdən sonra edilmiş hərəkətlərin aparılmış icraata hər hansı təsiri ola bilmir. Vergi Məcəlləsindən aydın olur ki, barəsində səyyar vergi yoxlaması təyin edilmiş vergi ödəyicisi tərəfindən müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi ilə bağlı vergi orqanının müraciətini cavablandırmaq, yəni ondan istənilmiş sənədlərin vergi orqanına təqdim edilməsi müddəti 15 iş günü müəyyən olunmuşdur. Hüquqi müəyyənlik prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir hərəkət qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməlidir. Əks halda tələb yönələn şəxsin qanundakı müddətlərə qarşı hərəkətsiz qalması digər şəxsin (indiki halda vergi orqanının) hüquqi mənafeyinə toxunmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən istənilmiş yem hesabatının tələbnamədə göstərilmiş müddətdə vergi orqanına təqdim edilməsi iş materiallarında görsənmir. VM vergi hüquq münasibətlərini tənzimləyən sahəvi normativ hüquqi aktdır. Məhz VM vasitəsilə vergi orqanlarının və vergi ödəyicilərinin hüquq və vəzifələri , vergi yoxlamalarının keçirlməsi ilə bağlı icraatın qaydaları tənzimlənir. Bü xüsusda VM-nin 42-ci maddəsi səyyar vergi yoxlaması ilə bağlı yoxlama predmetinə aid olan sənədlərin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməsinə dair proseduraları əhatə edir. Yəni həmin normada tələbnamədən kənar sənədlərin vergi orqanına təqdim edilməsi göstərilməmiş, habelə sənədlərin təqdim edilməsi ilə bağlı konkret müddət nəzərdə tutulmuşdur. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əməl edilməmiş, yem hesabatı vergi orqanına təqdim edilməmişdir. Məhkəmə isə iddiaçı cəmiyyətin vergi qanunvericiliyinin tələblərinə əməl etməməsi xüsusatlarını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, yoxlama zamanı onun şəxsi elektron poçt ünvanına və ya şəxsi istifadəsində olan “WhatsApp” tətbiqi vasitəsilə hər hansı məlumat göndərilməmiş, belə məlumatlar göndərilmiş olsa belə, qeyd olunan vasitələr onun şəxsi istifadəsi üçün nəzərdə tutulduğundan həmin məlumatlar nəzərə alınmamış və əhəmiyyətsiz hesab edilmişdir. O, həmçinin qeyd etmişdir ki, yoxlama dövründə yoxlamanın gedişinə təsir göstərə biləcək əhəmiyyətli sənədlər təqdim edildiyi təqdirdə onun diqqətindən kənarda qalması mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 82.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. II. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.3. əlavə dəyər vergisi; Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 40. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması 40.1. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludurs Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********19262 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3684/2025 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixli, **********191242 nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmişdir. Həmin yoxlama isə xx.xx.2024-cü il tarixli, **********186016 nömrəli qərarla təyin edilmiş, xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2025-ci il tarixdə başa çatdırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət vermişdir. Belə ki, səyyar vergi yoxlaması aktında 2021-ci il üzrə müəssisənin gəlirlərinin 88.042,75 manat artırıldığı və eyni zamanda 472.319,42 manat məbləğində xərclərin əsassız hesab edildiyi göstərilmişdir. Lakin həmin aktda bu xərclərin konkret olaraq hansı əməliyyatlara aid olduğu, hansı sənədlərlə təsdiq edilmədiyi və hansı əsaslarla çıxarıldığı barədə heç bir əsaslandırma verilməmişdir. Eyni zamanda, 2022-ci il üzrə hesablamalarda vergi orqanının kameral yoxlama məktubuna istinad etməsi, lakin həmin istinadın məzmununun açıqlanmaması və bu istinadın konkret hesablamalara necə təsir göstərdiyinin göstərilməməsi səyyar vergi yoxlaması aktının daxili məntiqində uyğunsuzluq yaradır. Məhkəmə kollgiyası hesab edir ki, bu hal yoxlama aktının əsaslandırılmışlıq tələbinə cavab vermədiyini göstərir. Bundan əlavə, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli, **********187419 nömrəli qərara əsasən inventarizasiya aparılmış, lakin həmin inventarizasiya zamanı mal-material və digər qiymətlilər üzrə hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması aktında müəssisənin xərclərinin əsassız hesab edilməsi və malların faktiki istifadə olunmadığı qənaətinə gəlinməsi göstərilmişdir. Bu isə inventarizasiya nəticələri ilə birbaşa ziddiyyət təşkil edir. Kollegiya qeyd edir ki, inventarizasiya nəticəsində uyğunsuzluq müəyyən edilmədiyi halda, həmin malların xərclərə aid edilməməsi barədə nəticə çıxarılması əsaslandırılmamışdır və bu hal yoxlama aktında ziddiyyətin mövcudluğunu açıq şəkildə göstərir. İş materialları ilə həmçinin müəyyən edilir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli, **********186022 nömrəli tələbnamə ilə müxtəlif ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, bank sənədləri, mal-material hərəkəti sənədləri və digər sənədlər tələb olunmuşdur. Bu sənədlərin bir hissəsi vergi orqanına təqdim edilmiş, o cümlədən aylıq satış hesabatları, mal-material və satış sənədləri, digər maliyyə göstəricilərinə dair sənədlər. İş materialları ilə müəyyən edilir ki, “umut.Elektron ünvan 1” elektron poçt ünvanından “Elektron ünvan 2” elektron ünvanına göndərilmişdir və həmin sənədlər xx.xx.2024-cü il tarixli bir neçə nömrəli sənədlərlə rəsmiləşdirilərək vergi orqanı tərəfindən qəbul edilmiş və protokollaşdırılmışdır (cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı 12 may 2025-ci il tarixli etirazda öz təsdiqini tapmışdır). Buna baxmayaraq, yoxlama aktında həmin sənədlərin bir hissəsinin nəzərə alınmaması və ya onların əsasında verilmiş məlumatların qəbul edilməməsi əsaslandırılmamışdır. Eyni zamanda, iş materiallarında müəyyən olunur ki, iddiaçı tərəfindən mühüm əhəmiyyət kəsb edən yem hesabatları yoxlama dövründə yoxlayıcı şəxs – Adil Şükürovun elektron poçt ünvanına və WhatsApp vasitəsilə göndərilmişdir. Birinci instansiya məhkəməsi bu elektron yazışmalara istinad edərək qeyd etmişdir ki, həmin sənədlər faktiki olaraq vergi orqanının sərəncamına daxil olmuşdur. Lakin vergi orqanı bu sənədləri yalnız onların təqdim edilmə üsuluna görə qəbul etməmiş, yəni onların taxes.gov.az sistemi və ya rəsmi e-kargüzarlıq vasitəsilə təqdim edilmədiyini əsas gətirmişdir. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, vergi orqanı tərəfindən digər sənədlər eyni formada göndərilməsinə baxmayaraq rəsmiləşdirilərək qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, sənədlərin məzmunu üzrə qiymətləndirilmədən yalnız təqdim edilmə formasına görə rədd edilməsi inzibati icraatın mahiyyətinə uyğun deyildir. Çünki həmin sənədlər vergi orqanının nümayəndəsinə faktiki olaraq təqdim edilmiş və onun sərəncamında olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilməsi formasına dair konkret və məcburi prosedur qayda nə Vergi Məcəlləsində, nə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda müəyyən edilməmişdir. Həmçinin vergi orqanı yoxlama aktında iddiaçının ilkin mal qalığı hesabatlarında yem məhsulları üzrə məlumatların əks olunmadığını göstərərək bu halı iddiaçının əleyhinə qiymətləndirmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən sonradan yem məhsullarının hərəkətini və istifadəsini əks etdirən ayrıca yem hesabatları tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Buna baxmayaraq, vergi orqanı həmin sənədləri yoxlama zamanı nəzərə almamış və onlara hüquqi qiymət verməmişdir. Beləliklə, vergi orqanı bir tərəfdən yemlə bağlı məlumatların olmadığını əsas gətirmiş, digər tərəfdən isə həmin məlumatları özündə ehtiva edən təqdim olunmuş sənədləri qiymətləndirməmişdir. Bu isə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması öhdəliyinə əməl edilmədiyini, əksinə, onların seçmə qaydada qiymətləndirildiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bir sıra halları düzgün müəyyən etmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında xərclərin əsassız hesab edilməsinin konkret əsasları göstərilməmişdir; inventarizasiya nəticələri ilə yoxlama aktının nəticələri arasında ziddiyyət mövcuddur; vergi orqanına təqdim edilmiş yem hesabatları nəzərə alınmamışdır; elektron yazışmalarla təqdim olunmuş sənədlərin mövcudluğu təsdiq olunsa da, onlara hüquqi qiymət verilməmişdir; yoxlama aktında bəzi nəticələr ümumi və əsaslandırılmamış formada göstərilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hallara hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində digər bir əsas arqument kimi sənədlərin qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyi göstərilsə də, iş materialları həmin sənədlərin yoxlama dövründə faktiki olaraq vergi orqanına təqdim edildiyini təsdiq edir. Cavabdeh vergi orqanı özü də məhkəmə icraatı zamanı mövqeyində bildirmişdir ki, əgər həmin sənədlər tələb olunan formada təqdim edilsə idi yoxlama zamanı zərə alınmaqla nəticəyə təsir edərdi. Bu səbəbdən həmin arqument əsassızdır. Eyni zamanda, apellyasiya şikayətində göstərilən digər dəlillər iş üzrə yeni sübutlarla təsdiq olunmur və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir. İnzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3684/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar