Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-559/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X14 X3 nümayəndəsi X7 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2025/2023 saylı qərardadından üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) yerin təki sahəsindən iddiaçıya istifadə hüququ verilmiş 328 ha torpaq sahəsinin tərkib hissəsi olan 8.5 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməsindən çəkinməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı vəkili X10 məhkəməyə vəsatət göndərərək, Gəncə İnzibati Məhkəməsinin icraatında olan Qazax rayon X8rşı e-2-1(114)-1786/2022 nömrəli iş üzrə yekun məhkəmə aktının qüvvəyə minməsinədək hazırki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2025/2023 saylı qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “yer təki sahəsindən iddiaçıya istifadə hüququ verilmiş 328 ha torpaq sahəsinin tərkib hissəsi olan 8.5 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməsindən çəkinməsi” tələbinə dair iş üzrə icraat, Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)-2375/2023 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X14 X5 nümayəndəsi X13 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməmiş proses iştirakçılarının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına inzibati qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Qazax rayon X8rşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “qərarın qanunsuz inzibati akt sayılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 83/2023 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 275/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-83/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş və hazırda iş Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə hərraçın keçirilməsinin çəkinilməsi tələb edilən 8,5 ha torpaq sahəsi məhz Qazax rayon X9 xx.xx.2003-ci il tarixli, 17 saylı qərarı ilə hazırki üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş torpaq sahəsində yerləşir. Yəni, həmin məhkəmə mübahisəsi üzrə bələdiyyə qərarı ləğv ediləcəyi təqdirdə hazırki iddianın ümümiyyətlə baxılmasına lüzum qalmır. Kollegiya hesab edir ki, qeyd olunan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki iddia tələbinə baxıla bilməz və hazırki işin icraatı dayandırmaqda birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Çünki qeyd olunan işin nəticəsinin hazırda baxılan işə birbaşa təsiri var və hazırki işin Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)-2375/2023 saylı işin nəticəsindən asılılığı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin Məcəllənin 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası İPM-in 7.1-ci maddəsində icraatın dayandırılması məsələsi məhkəmənin diskresion səlahiyyətinə aid edilsə də, hazırki iş üzrə icraatın davam etdirilməsi hər iki mübahisənin faktiki halları baxımından məqsədəuyğun deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegyiası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 7.1, 80.1 və 94.1-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2025/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-559/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-559/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver