Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-559/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “şəhadətləndirilmə və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-1430/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan SSR Ağdam rayon kənd sovetinin 15 fevral 1992-ci il tarixli və Azərbaycan SSR Səhiyyə Nazirliyinin 25 yanvar 1992-ci il tarixli arayışlarının surətlərinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdə Qurdlar kəndi yüksəkliyində gedən döyüşlərdə post yaxınlığına düşən mərmidən yaralanaraq kəllə-beyin travması və digər xəsarətlər almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ambulator müalicədə olmuşdur.
2. Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2021-ci il tarixli, 15 nömrəli 1988-1991-ci il tarixlərdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısından müəyyən olunur ki, İddiaçı həmin dəstələrdə iştirak etmişdir.
3. Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə 888, N və N nönrəli hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə ehtiyata buraxılmışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı başının sol ənsə-təpə nahiyəsində olan iki ədəd çapıq toxumalar 1,5-2 ildən çox olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlməsi inkar edilmir, o cümlədən 1992-ci ilin yanvar ayının 17-də döyüş əməliyyatları zamanı yetirilməsi inkar edilmir və aşkar olunan əlamətlərlə yaralanma tarixi uyğunluq təşkil edir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1211/2023 nömrəli qərarı ilə İddiaçı "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hrəbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, aşağıda göstərilən səbəbə görə vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 1317 nömrəli arayışda onun xx.xx.1995ci ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçdiyi göstərilmişdir, Ağdam rayon Mərkəzi Xəstəxanasından verilmiş arayışda isə onun xx.xx.1992-ci ildə yaralanması qeyd olunmuşdur.
7. xx.xx.2024-cü il tarixli, 729 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 1.2-ci maddəsinin tələblərinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyası vətəndaşların yalnız hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsini təyin edir. İddiaçının aldığı xəsarəti (xx.xx.1992) isə hərbi xidmət dövrünə (xx.xx.1995-xx.xx.1998) aid etmək mümkün deyildir. Bu səbəbdən də MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun yaralanmağının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün deyildir.
8. xx.xx.2024-cü il tarixli, 1335 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı hər hansı bir hərbi rütbə verilməmişdir və onun hərbi xidməti ilə bağlı həmin dövrdə ümumiyyətlə heç bir əmr mövcud deyildir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun İ Qarabağ müharibəsi zamanı "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağını nəzərə almaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndəriş vərəqinin düzgün tərtib edilməsi, "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağının qeyd edilməsi və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsinə dair öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun İ Qarabağ müharibəsi zamanı "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağı və təqdim etdiyi sənədlər nəzərə alınmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsi və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1430/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsi zamanı azyaşlı olmasına baxmayaraq Ağdam rayonu Şelli özünümüdafiə dəstəsində Qurdlar kəndi yüksəkliyində döyüşlər zamanı yaxınlığına düşən mərmidən yaralanaraq kəllə beyin travması və digər xəsarətlər almışdır. Yaralanmağı haqqında arayış epikrizi də mövcuddur. Yaralanaraq kəllə beyin travması aldığına görə TSEK tərəfindən əlilliyi təsdiqlənərək ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1211/2023 saylı qərarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti tərəfindən müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmuşdur. Həmin qərarda döyüş əməliyyatlarında iştirakı ilə yanaşı, təqdim etdiyi sənəd, epikriz və Ağdam Rayon İcra Hakimiyətinin təqdim etdiyi sənədlərlə döyüş əməliyatı zamanı yaralanma faktı öz təsdiqini tapmışdır. Döyüş əməliyatlarında yaralandığına görə rəsmi müraciətinə əsasən qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən göndərilmiş rəsmi məktuba əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 müayinə olunmuşdur. Hərbi Həkim Ekspertlərinin müayinələrindən sonrakı rəyinə əsasən döyüş əməliyatlarında yaralanmağı təqdim etdiyi sənədlərlə uyğunluq təşkil edərək döyüşlərdə yaralanmağı öz təsdiqini tapmışdır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Tayon şöbəsinə təkrar ərizə və ona əlavə edilmiş qoşma sənədlərlə (döyüşlərdə yaralanmağı haqqında epikriz, arayış, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 akt və yaralanmağı haqqında məhkəmə qərarı) müraciət edərək döyüş əməliyatlarında yaralandığına görə Şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına göndəriş vərəqi verilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən ona natamam doldurulmuş (arayış, epikriz, Müdafiə nazirliyi məhkəmə tibbi ekspertiza və X6 aktı, döyüşlərdə yaralanmağı barədə Məhkəmə qərarı) və xüsusi qeydlər edilməmiş göndəriş vərəqi verildikdən sonra şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına müraciət etmişdir. Şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına göndəriş vərəqini və əlavə olaraq döyüşlərdə yaralanmağı barədə epikriz arayış, Ali Məhkəmənin qərarı və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 döyüşlərdə yaralanmağı haqqında akt sənədlərini onlara təqdim etmişdir. Ona rəsmi və şifahi cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasında yalnız hərbi xidmət zamanı yaralanmış, xəsarət almış şəxslər və hərbi xidmət zamanı digər qazanılmış xəstəliklərə görə hərbi qulluqçular şəhadətləndirilir. Əlavə olaraq ona bildirilmişdir ki, özünü müdafiə dəstəsində iştirakını hərbi xidmət kimi yazdırdığı halda hərbi həkim komissiyası tərəfindən şəhadərləndirilə bilər. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquq şöbəsinin qəbulunda olmuş, şəhadətləndirilməyi üçün verilən natamam doldurulmuş göndəriş vərəqinin surətini onlara göstərmiş və özünü müdafiə dəstələri tərkibində döyüşlərdə iştirakını xidmət kimi yazmalarını xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona cavab olaraq bildirilmişdir ki, özünü müdafiə dəstələrində döyüş əməlyatlarında iştirakı, döyüşlərdə yaralanmağı və Müharibə veteranı statusunun olması hərbi xidmət sayıla bilməz və Hərbi həkim komissiyasında Şəhadətləndirilmək üçün verilmiş göndəriş vərəqi düzgün tərtib edilərək ona verilmişdir. Belə olan halda iddiaçı hüquqlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən pozulması qənaətinə gələrək məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır.
12. Cavabdehin ünvanladığı xx.xx.2024-cü il tarixli, 314 nömrəli etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin 7.4-cü maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınması şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Azərbaycan Respublikası SHXÇDX-nın Ağdam rayon şöbəsinin İddiaçı dair xx.xx.2023-cü il tarixli, 1317 nömrəli hərbi xidmət keçmə arayışında onun xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçdiyi göstərilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli arayışında isə İddiaçı xx.xx.1992-ci ildə xəsarət aldığı qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin 1.2-ci maddəsinin tələblərinə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyası vətəndaşların yalnız hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsini təyin edir. Lakin, İddiaçı aldığı xəsarəti (xx.xx.1992) isə hərbi xidmət dövrünə (xx.xx.1995xx.xx.1998) aid etmək mümkün olmamışdır. Bu səbəbdən də Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1430/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədə "şəhadətləndirilmə" anlayışı yalnız hərbi xidmətdə olan şəxslərə aid edilsə də, bu yanaşma düzgün deyil. Belə ki, iş üzrə İddiaçı 1992-ci il tarixdə 15 yaşı olmasına baxmayaraq, hərbi əməliyyatlarda iştirak etməsi və xəsarətlər alması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2111/2020 nömrəli qərarı ilə təsdiq olunub və ona "müharibə veteranı" adı və vəsiqəsi verilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəilləri iddia tələbinə etiraz ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin əsaslandırmaq istədiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi Həkim ekspertizası keçirilməsi haqqında” Müdafiə Nazirliyinin 14 mart 2008-ci il tarixli 123 saylı əmrində olan daxili təlimatın 10 və 12-ci maddələrində iddiaçının şəhadətləndirilməsinə dair qanunda heç bir ziddiyət yoxdur. Digər əsaslandırmaq istədiyi həmin təlimatın 209-cu maddəsinin tələblərindən göründüyü kimi həmin təlimatda Milli Ordu Silahlı Qüvvəlirində könüllü milli orduya yazılmış 1991-1992-ci illərdə döyüşüb yaralanmış şəxslər nəzərdə tutulur. O isə həmin təlimata göstərilməyən və zidd olmayan özünümüdafiə dəstələrində könüllü döyüşlərdə iştirak edərək döyüş əməliyyatlarında yaralanmışdır. Bu halda ziddiyyət olmadığına görə Müdafiə Nazirliyinin 123 saylı əmrində olan təlimat məhkəmə üçün əsas hüquqi akt sayıla bilməz. Bundan başqa, yaralanma və xəstəlik səbəb əlaqəsinin təyini üçün Mərkəzi Hərbi Həkim ekspertizası haqqında Əsasnamənin 7.2, 7.2 a yarımbəndini və Ali Məhkəmənin 2-1(102)-1211/2023 saylı qərarında iddiaçının döyüşlərdə yaralanmağı haqqında yazılmış qeydləri faktları əsaslandırmağa çalışsa da lakin cavabdeh orqan, Hərbi Həkim Ekspertizası haqqında qanunun 7.2 a yarımbəndini yox saymış, eləcə də Ali Məhkəmənin 2-1(102)-1211/2023 saylı qərarında iddiaçının döyüşlərdə yaralanmağı haqqında yazılmış zərurət sayılan qeydləri nəzərə almamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.
19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyası: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
21. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu 2.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin hallarından məlum olur ki, iddiaçı İ Qarabağ müharibəsi zamanı azyaşlı olmasına baxmayaraq hərbi əməliyyatlarda iştirak etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1211/2023 saylı qərarı ilə onun xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər müddətli həqiqi hərbi xitmətdə olmasına baxmayaraq xx.xx.1992-ci il tarixdə də döyüşlərdə iştirak etməsi, Qurdlar kəndi yüksəkliyində gedən döyüşlərdə post yaxınlığına düşən mərmidən yaralanaraq kəllə-beyin travması və digər xəsarətlər alması müəyyən edilmiş, müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmuşdur.
27. Bundan sonra iddiaçı döyüş əməliyatlarında yaralanmasını qeyd edərək şəhadətləndirilməsi üçün cavabdeh orqana müraciət etsə də, ona Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasında yalnız hərbi xidmət zamanı yaralanmış, xəsarət almış şəxslər və hərbi xidmət zamanı digər qazanılmış xəstəliklərə görə hərbi qulluqçuların şəhadətləndirildiyi bildirilmişdir.
28. Göründüyü kimi iddiaçının özünü müdafiə dəstələrində xidmət keçməsi və bu əsasla müharibə veteranı statusu ilə təmin olunması işin mübahisəsiz halıdır. Cavabdehin imtina dəlili MN Hərbi Həkim Komissiyasının vətəndaşların yalnız hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etməsi, bu əsasla iddiaçının aldığı xəsarətin (xx.xx.1992-ci il) hərbi xidmət dövrünə (xx.xx.1995-xx.xx.1998-ci il) aid edilməməsi, həmçinin həmin xəsarətin hansı şəraitdə alınmasının müəyyən etməyin mümkün olmaması ilə əsaslandırılmışdır.
29. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı özünümüdafiə batalyonunda xidmət etmiş, həmin xidməti qanunamüvafiq hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılmış, həmin tarixdən cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılması qərara alınmışdır. Bundan sonra xx.xx.1992-ci il tarixli Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmrlə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin tabe edilməsi, mövcud hərbi bölmələrdən hərbi hissə təşkil edilməsi əmr olunmuşdur.
30. Buna əsasən iddiaçı İ Qarabağ müharibəsi zamanı "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağı və təqdim etdiyi sənədlər nəzərə alınmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsi və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilmişdir.
31. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 201-ci maddəsində göstərilir ki, keçmiş alay yetirmələrinin (hərbi xidmət yaşına çatmamış və döyüş əməliyyatlarında əsgər kimi könüllü iştirak etmiş şəxslərin) xəstəliklərinin və xəsarətlərinin səbəb əlaqəsini hərbi-həkim komissiyası yalnız o hallarda təyin edir ki, onlara hərbi hissə üzrə əmrlə “əsgər”, “matros” və sair hərbi rütbələr verilmiş olsun. İddiaçı isə hər hansı bir hərbi rütbə verilməmişdir və onun hərbi xidməti ilə bağlı həmin dövrdə ümumiyyətlə heç bir əmr mövcud deyildir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət yaşına çatmamışdan əvvəl döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması, azyaşlı olmasına baxmayaraq 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayının 17-si yaralanma tarixinədək kənd sakinlərindən təşkil olunan könüllü özünümüdafiə dəstəsi ilə birgə və 1993-cü il may ayından 1998-cü il iyul ayının sonunadək N saylı hərbi hissə əsgər və zabitləri ilə birgə Ağdam rayonunun Şelli və Qurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etməsi, döyüşlərdə iştirak etməsinə baxmayaraq həmin dövrdə azyaşlı olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Ağdam rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmaması, Ağdam rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vətəndaşları 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısı üzrə adının 3-cü səhifədə sıra nömrəsi 81də yerləşməsi, həmçinin ailəsinə N nömrəli hərbi hissəsinin komandiri polkovnik Ramazanovun imzası ilə xx.xx.1995-ci il tarixdə göndərilmiş hərbi hissənin adından üzərində hərbi hissənin möhürü olan təşəkkürnamənin olması işin mübahisəsiz halıdır. Qeyd olunan hallar işdə olan sübutlarla tam təsdiq olunmuşdur.
33. Digər tərəfdən iddiaçı yaralandığı dönəm azyaşlı olmaqla hərbi rütbəyə malik olmasa da, sonradan əsgər rütbəsində hərbi xidmət keçmişdir.
34. Beləliklə iş materiallarında olan sübutlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan tarixdə hərbi çağırış yaşına çatmasa da, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayının 17-si yaralanma tarixinədək kənd sakinlərindən təşkil olunan könüllü özünümüdafiə dəstəsi ilə birgə N saylı hərbi hissə əsgər və zabitləri ilə birgə Ağdam rayonunun Şelli və Qurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Həmin birləşmələrin yaradılması qanunamüvafiq olaraq həyata keçirilmişdir.
35. Göründüyü kimi iddiaçı həmin dövrdə “əsgər” hərbi rütbəsində olmasa da, faktiki olaraq döyüş əməliyyatlarında “əsgər kimi” könüllü iştirak etmiş , “əsgər” hərbi rütbəsində olan hərbi qulluqçularla birlikdə hərbi xidmət vəzifələri yerinə yetirmişdir. İddiaçının xəsarət aldığı tarixdə (xx.xx.1992-ci il) hərbi rütbəyə malik olmamasına digər maneə onun hərbi çağırış yaşına çatmaması olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 1.2, 7.2-ci bəndinin tələbləri düzgün nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
37. Beləliklə birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1430/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov